×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.05.2006
QEYDİYYAT NÖMRƏSİ
114-IIIQ
ADI
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 484)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

         I. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

         II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 23 may 2006-cı il

                № 114-IIIQ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında

 

S AZ İ Ş

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər (bundan sonra “Tərəflər” adlanacaq), Hökumətlərinin şəxsində insan, insan orqanları və toxumaları alverinin, xüsusən də onun mütəşəkkil formalarda inkişafı miqyaslarından və tendensiyalarından narahatlıq keçirərək,

insanın, hər şeydən öncə qadın və uşaqların həyat və sağlamlığına, hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə, cəmiyyətin və dövlətin maraqlarına qəsd etmə hallarından etibarlı müdafiəni təmin etmək, habelə bu cür hallara qarşı səmərəli mübarizə üsullarının yaradılması təşəbbüsündən çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının transmilli mütəşəkkil cinayətkarlığa qarşı 2000-ci il 15 noyabr tarixli Konvensiyasının və onun insan, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması və tamamilə aradan qaldırılması və buna görə cəzalandırma barədə 2000-ci il 15 noyabr tarixli Protokolunun və mühacirlərin quru, dəniz və hava yolu vasitəsilə gətirilməsinə qarşı mübarizəyə dair 2000-ci il 15 noyabr tarixli tamamlayıcı Protokollarının müddəalarını nəzərə alaraq,

beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarını rəhbər tutaraq,      aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

İstifadə olunan terminlər

 

Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlərdən istifadə olunur:

İnsan alveri - istismar, cəlbetmə, daşıma, təhvil vermə, cinayəti ört-basdır etmə məqsədilə həyata keçirilən, yaxud da insanların hədə-qorxu və güc tətbiq etmək, yaxud da vadar etmənin, oğurlamanın, dələduzluğun, aldatmanın, hakimiyyətdən, yaxud da vəziyyətin zəifliyindən sui-istifadə etmənin müxtəlif formalarının tətbiqi, yaxud da digər nəzarətedici şəxsin razılığının alınması məqsədilə ödəmələr və qazanclar şəklində rüşvətlə ələ keçirilməsi yolu ilə alınması. İstismara, minimum olaraq, digər şəxslərin fahişəliyinin istismarı, yaxud da cinsi istismarın digər formaları, icbari əmək, yaxud xidmətlər, köləlik, yaxud da köləliyə bənzər adətlər, asılı vəziyyət və ya insan orqanlarının və toxumalarının satılmaq məqsədilə müalicə olunması:

uşaqlar - on səkkiz yaşına çatmamış şəxslər;

orqan - orqanizmin ümumi funksiya, struktur təşkil olunma və inkişafla birləşərək təkamül prosesində yaranan toxumalar kompleksindən ibarət bir hissəsi;

toxuma - ümumi funksiya, quruluş və (və ya) mənşə ilə birləşən hüceyrələr və qeyri-hüceyrə strukturları sistemi.

 

 

 

 

 

 

Maddə 2

Ümumi müddəalar

 

1. Bu Sazişin məqsədləri aşağıdakılardır:

insan alverinə qarşı mübarizə, onun yaranmasına şərait yaradan səbəb və şəraitlərin aradan qaldırılması, habelə insan alveri qurbanlarının müdafiəsi və onların reabilitasiyası sahəsində hüquqi, sosial-iqtisadi, informasiya və digər xarakterli birgə kompleks tədbirlərin görülməsi və razılaşdırılmış strategiyanın hazırlanması;

insan, xüsusən də qadın və uşaq alverinə qarşı mübarizə sahəsində maksimum dərəcədə səmərəli nəticələrə nail olunması məqsədilə bütün dövlət orqanlarının, ictimai və digər təşkilatların səylərinin birləşdirilməsi.

2. Tərəflər bu Sazişə müvafiq olaraq, öz qanunvericiliklərinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə əməl olunduğu zaman, insan, xüsusən də qadın və uşaq alveri ilə bağlı  cinayətlərin qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması və üstünün açılması, habelə insan alveri qurbanlarının müdafiəsi və onların reabilitasiyası sahəsində öz səlahiyyətli orqanları vasitəsilə əməkdaşlığı həyata keçirirlər.

3. Saziş üzrə Tərəflər səlahiyyətli orqanların siyahısını ayrı-ayrılıqda müəyyən edirlər və həmin siyahı Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə bildirişin verildiyi zaman depozitariyə təqdim olunur. Tərəflərin hər biri səlahiyyətli orqanların siyahısında dəyişikliklər barədə depozitariyə bir ay ərzində yazılı məlumat verir.

4. Tərəflərin səlahiyyətli orqanlarının ərazi bölmələri bu Sazişin müddəalarının yerinə yetirilməsi məqsədilə Tərəflərin səlahiyyətli orqanlarının müəyyən etdiyi qaydada birbaşa işgüzar əlaqələr yarada bilər.

 

Maddə 3

Əməkdaşlığın əsas istiqamətləri

 

Tərəflər aşağıdakı əsas istiqamətlərdə əməkdaşlıq edirlər:

Tərəflərin insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığının normativ hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə milli qanunvericiliyin uyğunlaşdırılması;

BMT konvensiyalarının, Tərəflərin iştirakçı olduğu beynəlxalq müqavilələrin müddəalarının yerinə yetirilməsi məqsədilə insan alverinə qarşı mübarizəyə yönəlmiş razılaşdırılmış tədbirlərin həyata keçirilməsi;

insan alveri ilə bağlı cinayətkarlığın vəziyyətinin və dinamikasının, habelə ona qarşı mübarizənin nəticələrinin təhlili;

insan, xüsusən də qadın və uşaq alverinin qarşısını almaq məqsədilə hüquq mühafizə, sərhəd və miqrasiya nəzarəti, sosial təminat, səhiyyə və təhsil orqanlarının, qeyri-hökumət və digər təşkilatların qarşılıqlı əlaqə mexanizmlərinin təkmilləşdirilməsi;

transmilli cinayətkar qruplar, onların rəhbərləri, insan alveri ilə əlbir olan hüquqi və fiziki şəxslər, habelə itkin düşmüş şəxslər, insan alverinin qurbanı olduğu ehtimal edilən şəxslər barədə birgə məlumat bankının yaradılması;

cinayətkar fəaliyyətə cəlb oluna bilən, yaxud da insan alverində əlbir ola bilən hüquqi və ya fiziki şəxslərin fəaliyyətinə nəzarətin təmin edilməsi;

insan, xüsusən də qadın və uşaq alveri qurbanlarının effektiv müdafiəsinin təmin edilməsinə və onların reabilitasiyasına dair tədbirlərin görülməsi.

 

 

Maddə 4

Əməkdaşlığın əsas formaları

 

1. Tərəflər əsasən aşağıdakı formalarda əməkdaşlıq edirlər:

operativ, kriminalistik, statistik və digər məlumatların, o cümlədən planlaşdırılan və törədilən cinayətlər, bu cür hərəkətlərdən əldə olunan gəlirlər və onların iştirakçısı olan fiziki, yaxud hüquqi şəxslər barədə məlumatların mübadiləsi;

əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair sorğuların icra olunması;

koordinasiya olunmuş əməliyyat-axtarış və profilaktik tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

normativ hüquqi aktların, nəşrlərin və elmi-metodiki materialların mübadiləsi;

təcrübə mübadiləsi, işçi görüşlərin, məsləhətləşmələrin, müşavirələrin,

praktik konfrans və seminarların, habelə birgə elmi araşdırmaların keçirilməsi;

internet şəbəkəsindən insan alveri məqsədilə istifadə olunmasının qarşısının alınması və aradan qaldırılması üzrə uzlaşdırılmış tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

biometrik məlumatlardan istifadə də daxil olmaqla, pasport-viza nəzarətində informasiya sistemlərinin tətbiqi təcrübəsinin mübadiləsi;

kadrların hazırlanması və mütəxəssislərin ixtisasının artırılması sahəsində yardım göstərilməsi;

insan, xüsusən də qadın və uşaq alveri qurbanlarının sosial və tibbi reabilitasiyasının yeni üsullarının işlənib hazırlanması və tətbiq edilməsi.

2. Bu Saziş cinayət işləri və ekstradisiya üzrə hüquqi yardım göstərilməsi məsələlərinə toxunmur.

 

Maddə 5

Yardım barədə sorğu

 

1. Tərəflərin səlahiyyətli orqanlarının əməkdaşlığı onların yardım barədə sorğularının (bundan sonra - sorğu) icrası vasitəsilə həyata keçirilir.

Məlumat onun digər tərəf üçün maraq doğuracağını güman etmək üçün əsaslar olduğu təqdirdə həmin Tərəfə sorğusuz təqdim oluna bilər.

2. Sorğu yazılı şəkildə göndərilir. Sorğu daha sonra təxirəsalınmaz hallarda üç gündən gec olmayaraq hökmən yazılı şəkildə təsdiq olunmaqla, şifahi də təqdim oluna bilər. Bu zaman mətnin ötürülməsinin texniki vasitələrindən istifadə oluna bilər. Sorğunun doğruluğuna və ya məzmununa şübhə yarandığı hallarda onun əlavə təsdiqi tələb oluna bilər.

3. Sorğuda aşağıdakılar göstərilir:

a) sorğu verən və sorğu edilən Tərəflərin səlahiyyətli orqanlarının adları;

b) sorğunun göndərildiyi materialın qısa məzmunu;

c) sorğunun məqsədinin göstərilməsi və əsaslandırılması;

ç) zərurət olduqda, sorğunun icrası zamanı xüsusi qaydanın təsviri və həmin zərurətin əsaslandırılması;

d) sorğunun icrasının gözlənilən müddəti;

e) sorğunun icrası üçün faydalı ola biləcək digər məlumatlar.

Sorğu verilən Tərəfin səlahiyyətli orqanı sorğunun lazımınca icrası üçün zəruri olan əlavə məlumatlar tələb etmək hüququna malikdir.

4. Yazılı şəkildə göndərilən və ya təsdiq edilən sorğu onu verən Tərəfin səlahiyyətli orqanının rəsmi blankında rəhbər, yaxud da onu əvəz edən şəxs tərəfindən imzalanmaqla həmin orqanın gerbli möhürü ilə təsdiqlənməlidir.

5. Əgər sorğu verən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasının vacibliyinin təxirə salındığını müəyyən edərsə, onda həmin orqan sorğu verilən Tərəfin səlahiyyətli orqanını bu barədə dərhal xəbərdar etməlidir.

 

Maddə 6

Məlumatın məxfiliyi

 

1. Tərəflərdən hər birinin səlahiyyətli orqanı digər Tərəfin səlahiyyətli orqanından aldığı məlumatların, habelə alınma faktının və sorğunun məzmununun məxfiliyini sorğu verən Tərəfin səlahiyyətli orqanının onların məzmununun açıqlanmasını arzuolunmaz hesab etdiyi hallarda təmin edir.

2. Sorğunun icrası zamanı məxfiliyə əməl edilməsinin qeyri-mümkün olduğu hallarda sorğu edilən Tərəfin səlahiyyətli orqanı bu cür şəraitlərdə sorğunun icra edilməsi mümkünlüyü barədə qərar qəbul edilməsi məqsədilə bu barədə sorğu edən Tərəfin səlahiyyətli orqanına məlumat verir.

 

Maddə 7

Sorğunun icra olunması

 

1. Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun sorğu verən Tərəfin səlahiyyətli orqanı tərəfindən göstərilən müddətlərdə tam və keyfiyyətlə icrasını təmin etmək üçün bütün zəruri tədbirləri görür.

2. Sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasına əngəl törədən, yaxud da onu əhəmiyyətli dərəcədə ləngidən şəraitlər barədə təxirə salınmadan xəbərdar olunmalıdır.

3. Əgər yardım barədə sorğunun icrası sorğunu qəbul edən orqanın səlahiyyətlərinə

daxil deyilsə, onda həmin orqan onu dərhal sorğu edilən Tərəfin müvafiq səlahiyyətli orqanına çatdırmaqla sorğu edən Tərəfin səlahiyyətli orqanına bu barədə məlumat verir.

4. Sorğunun icrası zamanı sorğu verilən Tərəfin qanunvericiliyi tətbiq olunur, lakin sorğu edən Tərəfin səlahiyyətli orqanının xahişi ilə sorğu edilən Tərəfin milli qanunvericiliyi və/və ya beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etmədiyi təqdirdə onun öz qanunvericiliyi tətbiq oluna bilər.

5. Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğu edən Tərəfin səlahiyyətli orqanının xahişi ilə sorğunun icrasında onun öz nümayəndələrinə iştirak etmək imkanı verə bilər.

6. Əgər sorğu verilən Tərəf sorğunun təxirə salınmadan icrasının onun ərazisində həyata keçirilən cinayəti təqib etmə prosesinə, yaxud da digər icraata mane olduğunu güman edərsə, onda o, sorğunun icrasını təxirə sala, yaxud da onun icrasını sorğu edən Tərəflə məsləhətləşmələr apardıqdan sonra zəruri hesab olunan şərtlərlə əlaqələndirə bilər. Əgər sorğu verən Tərəf təklif olunan şərtlər əsasında ona yardım göstərilməsinə razı olarsa, onda o, bu

şərtlərə əməl etməlidir.

7. Sorğu verilən Tərəf sorğu verən Tərəfi mümkün qədər qısa müddətdə sorğunun icrasının nəticələri barədə məlumatlandırır.

 

Maddə 8

Sorğunun nəticələrindən istifadə olunması

 

1. Sorğunun nəticələrindən onları təqdim edən səlahiyyətli orqanın razılığı olmadan onların sorğu olunduğu və təqdim olunduğu məqsədlərdən kənar istifadə oluna bilməz.

2. Sorğu verən Tərəfin səlahiyyətli orqanı sorğu nəticələrindən digər məqsədlər üçün yalnız sorğu verilən Tərəfin səlahiyyətli orqanının yazılı razılığı əsasında istifadə edə bilər. Bu cür hallarda sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun nəticələrindən istifadə üçün sorğu verilən Tərəfin səlahiyyətli orqanının müəyyən etdiyi məhdudiyyətlərə əməl edir.

 

Maddə 9

Məlumatların üçüncü tərəfə ötürülməsi

 

Tərəflərdən hər hansı birinin səlahiyyətli orqanı tərəfindən bu Saziş əsasında alınmış məlumatların üçüncü tərəfə ötürülməsi üçün bu məlumatları verən digər Tərəfin səlahiyyətli orqanının ilkin yazılı razılığı tələb olunur.

 

Maddə 1 0

Sorğunun icrasından imtina edilməsi

 

1. Əgər sorğu verilən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasının suverenliyə, təhlükəsizliyə, ictimai asayişə zərər vura biləcəyini, yaxud da onun milli qanunvericiliyinə və//və ya beynəlxalq öhdəliklərinə zidd olduğunu, habelə vətəndaşların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxara biləcəyini güman edərsə, yardım göstərilməsindən tam, yaxud qismən imtina oluna bilər.

2. Sorğu verən Tərəfin səlahiyyətli orqanı imtinanın səbəbləri göstərilməklə sorğunun icrasından tam və ya qismən imtina barədə dərhal yazılı şəkildə məlumatlandırılır.

 

Maddə 11

Mübahisələrin həlli

 

Tərəflər və onların səlahiyyətli orqanları bu Sazişin müddəalarının şərhi və ya tətbiqi ilə bağlı yarana biləcək mübahisəli məsələləri məsləhətləşmələr və danışıqlar yolu ilə həll edirlər.

 

Maddə 1 2

Xərclər

 

Tərəflər hər bir konkret halda digər qaydanın razılaşdırılmayacağı təqdirdə bu Sazişin yerinə yetirilməsi zamanı yaranan xərcləri müstəqil olaraq öz üzərlərinə götürürlər.

 

Maddə 1 3

Beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə

 

Bu Sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı Tərəflər bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaratmağa çalışacaqlar.

 

Maddə 1 4

Digər beynəlxalq müqavilələrə münasibət

 

Bu Saziş Tərəflərin iştirakçı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 1 5

Orqanlararası saziş

 

Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflərin səlahiyyətli orqanları zəruri hallarda orqanlararası saziş bağlayırlar.

 

Maddə 1 6

Yekun müddəalar

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları onu imzalayan Tərəflərin yerinə yetirmələri barədə üçüncü bildirişin depozitariyə təqdim olunduğu tarixdən etibarən qüvvəyə minir.

2. Zəruri prosedurları bir qədər gec yerinə yetirmiş Tərəflər üçün o, müvafiq sənədlərin saxlanmaq üçün onlar tərəfindən depozitariyə təqdim olunduğu tarixdən etibarən qüvvəyə minir.

3. Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında onun ayrılmaz hissəsi olan və bu Maddə ilə nəzərdə tutulan qaydada qüvvəyə minən protokolla dəyişiklik və əlavələr edilə bilər.

4. Bu Saziş Müstəqil Dövlətlər Birliyinin istənilən üzv dövlətinin qoşulma barədə sənədlərini depozitariyə təqdim etməsi yolu ilə ona qoşulması üçün açıqdır.

5. Müstəqil Dövlətlər Birliyinin üzvü olmayan və bu Sazişin müddəaları ilə həmfikir olan dövlətlər üçün qoşulma Tərəflərdən hər hansı birinin depozitari tərəfindən müvafiq bildirişin göndərilməsindən sonra üç ay ərzində etiraz göndərmədiyi təqdirdə qüvvəyə minmiş hesab edilir.

6. Tərəflərdən hər hansı biri Sazişdən çıxmazdan ən azı altı ay əvvəl depozitariyə bu barədə yazılı bildiriş göndərməklə bu Sazişdən çıxa bilər.

7. Bu Saziş beş il müddətinə bağlanır. Bu müddət başa çatdığı zaman o, avtomatik olaraq növbəti beşillik müddət üçün uzadılır.

2005-ci il noyabrın 25-də Moskva şəhərində rus dilində bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə onun təsdiqlənmiş surətini bu Sazişi imzalamış hər bir dövlətə göndərəcək Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsində saxlanılır.

 

(imzalar)

 

 

 

 

Hökumət Başçıları Şurasının Müstəqil Dövlətlər Birliyinin iştirakçısı

olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının

qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında

Sazişə dair 2005-ci il 25 noyabr tarixli qərarına

Azərbaycan Respublikasının

QEYD-ŞƏRTİ

 

Milli qanunvericiliyin uyğunlaşdırılmasını və razılaşdırılmış tədbirlərin

həyata keçirilməsini nəzərdə tutan müddəalar istisna olmaqla.

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A. ABBASOV

 

25.11.2005

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status