440.000.000
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli, 330 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 4-cü bəndi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli, 81 nömrəli qərarının 3-cü, 4-cü və 5-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 27 mart 2006-cı il
№ 89
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
QAYDALARI
[1]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında akkreditə edilmiş və artıq ödənilmiş əlavə dəyər vergisinin geri alınması məqsədləri üçün vergi orqanlarında qeydiyyata alınmış xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinə, o cümlədən onlarla yaşayan ailə üzvlərinə aid edilir.
1.3. Qaydalar xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin Azərbaycan Respublikasının vətəndaşı olan işçilərinə, o cümlədən onlarla yaşayan ailə üzvlərinə şamil edilmir.
1.4. Bu Qaydalar sadələşdirilmiş verginin ödəyicisi olan, habelə əlavə dəyər vergisindən azad olunmuş fəaliyyət növlərini həyata keçirən və onlara münasibətdə tətbiq edilən vergitutma sisteminə uyğun olaraq malların (xidmətlərin) satışını əlavə dəyər vergisiz həyata keçirən hüquqi və fiziki şəxslərdən alınmış mallara (xidmətlərə) şamil olunmur.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
2.1.1. nümayəndəlik - Azərbaycan Respublikasında akkreditə edilmiş xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri;
2.1.2. işçilər və ailə üzvləri - Azərbaycan Respublikasında akkreditə edilmiş xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin müvafiq statuslu diplomatik və inzibati-texniki işçiləri, o cümlədən onlarla yaşayan ailə üzvləri;
2.1.3. istisnalar - əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) malların və xidmətlərin müəyyən növlərinə tətbiq edilməməsi;
2.1.4. məhdudiyyətlər - əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) malların və xidmətlərin miqdarına və məbləğinə görə məhdudiyyətlərlə tətbiq edilməsi;
2.1.5. qarşılıqlı prinsip - Azərbaycan Respublikasının hər hansı xarici ölkədəki diplomatik və ya konsulluq nümayəndəliyinə, həmçinin bu nümayəndəliyin işçilərinə və ailə üzvlərinə münasibətdə malın və xidmətin növünə, miqdarına və məbləğinə görə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) istisnalar və məhdudiyyətlərlə tətbiq edildiyi halda, həmin ölkənin Azərbaycan Respublikasındakı müvafiq nümayəndəliyinə, həmçinin bu nümayəndəliyin işçilərinə və ailə üzvlərinə münasibətdə də eyni istisnalar və məhdudiyyətlərin tətbiq edilməsi.
3. Verginin tutulması qaydası
3.1. Nümayəndəliklərin rəsmi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması aşağıdakı qaydada həyata keçirilir:
3.1.1. Malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirildikdə, bu əməliyyatlar zamanı əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi hər bir konkret nümayəndəliyə münasibətdə qarşılıqlı prinsipə əsasən istisnalar (məhdudiyyətlər) nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həmin nümayəndəliklərə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun verilən Bildirişdə göstərilən qaydada tətbiq edilir.
Bildiriş Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və konsulluq nümayəndəlikləri tərəfindən həmin ölkələrdə xarici ölkələrin və Azərbaycan Respublikasının diplomatik və konsulluq nümayəndəliklərinə münasibətdə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) tətbiq edilməsi qaydaları haqqında bu Qaydaların 2 nömrəli əlavəsindəki məlumat əsasında bir il müddətinə verilir.
Bu dövr ərzində hər hansı ölkədə Azərbaycan Respublikasının diplomatik və konsulluq nümayəndəliklərinə münasibətdə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) tətbiq edilməsi qaydalarında dəyişiklik baş verdikdə, Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik və konsulluq nümayəndəlikləri tərəfindən bu barədə qısa müddətdə Xarici İşlər Nazirliyinə məlumat verilir və bunun əsasında həmin ölkənin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliyinə yeni Bildiriş verilir.
Xarici İşlər Nazirliyi tərəfindən zəruri hallarda, müvafiq məlumatların Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərindən alınması üçün həmin nümayəndəliklərə müraciət edilə bilər.
Xarici İşlər Nazirliyi verilmiş Bildirişin və 2 nömrəli əlavənin surətini 5 iş günü müddətində Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edir.
Malların və xidmətlərin alışı zamanı nümayəndəlik Bildirişin onun tərəfindən təsdiq edilmiş surətini malların və xidmətlərin satışını həyata keçirən vergi ödəyicilərinə təqdim etməlidir.
Bildirişin surəti təqdim edilmədikdə, mallara və xidmətlərə əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi tətbiq edilmir.
Qarşılıqlı prinsipə əsasən nümayəndəliyə münasibətdə malların və xidmətlərin miqdarına məhdudiyyətlər olduqda, mallar və xidmətlər əlavə dəyər vergisi ilə birgə təqdim edilir və sonradan, artıq ödənilmiş vergi məbləği qaytarılır.
Bu Qaydaların qüvvəyə mindiyi tarixdən Xarici İşlər Nazirliyindən Bildiriş alınan tarixədək nümayəndəliklər tərəfindən alınan mal və xidmətlər əlavə dəyər vergisi ilə birgə alınır və sonradan bu Qaydalara uyğun geri qaytarılır.
3.1.2. Malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirilmədikdə, mallar və xidmətlər əlavə dəyər vergisi ilə birgə təqdim edilməli və sonradan, ödənilmiş həmin vergi məbləği geri qaytarılmalıdır.
3.2. Nümayəndəliklərin işçilərinin və ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması həmin malların və xidmətlərin əlavə dəyər vergisi ilə birgə təqdim edilməsi və sonradan, ödənilmiş həmin vergi məbləğinin qaytarılması yolu ilə həyata keçirilir.
3.3. Əlavə dəyər vergisinin qaytarılması üçün əsas malları və xidmətləri təqdim edən şəxslər tərəfindən verilən elektron qaimə-fakturalarıdır.
[2]
Elektron qaimə-fakturalarında mallar və xidmətlər nümayəndəliyin rəsmi istifadəsi üçün alındıqda - nümayəndəliyin, həmin malları (xidmətləri) alan məsul işçisinin, işçilərin və ailə üzvlərinin şəxsi istifadəsi üçün alındıqda isə - işçinin (ailə üzvünün) akkreditə vəsiqəsinin nömrəsi də göstərilməlidir.
[3]
Malların və ya xidmətlərin adının və ayrıca sətirdə əlavə dəyər vergisinin göstərildiyi nəzarət-kassa aparatının çeki olduqda, elektron qaimə-faktura tələb edilmir. Kassa çekinin arxasında malların (xidmətlərin) alıcısının adı, soyadı, akkreditə vəsiqəsinin nömrəsi və malları (xidmətləri) təqdim edən vergi ödəyicisinin möhürü olmalıdır.
[4]
3.4. Malların və xidmətlərin satışı zamanı satışı həyata keçirən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin dərəcəsi göstərilməklə (0 və ya 18%) elektron qaimə-faktura təqdim edilməlidir.
[5]
Malların və xidmətlərin pərakəndə satışı zamanı isə vergi ödəyiciləri tərəfindən alıcıların tələbinə əsasən onlara nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura verilməlidir.
[6]
Əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiq edildiyi halda, vergi ödəyiciləri vergi orqanlarına əlavə dəyər vergisinin bəyannaməsi ilə birgə nümayəndəlikdən alınmış Bildirişin surətini təqdim etməlidirlər.
4. Sənədlərin təqdim edilməsi qaydası
4.1. Nümayəndəliyin rəsmi istifadəsi, habelə işçilərin və ailə üzvlərinin şəxsi istifadələri üçün alınan mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün nümayəndəlik tərəfindən müvafiq vergi orqanına bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət edilməlidir. Ərizə nümayəndəliyin müvəkkil edilmiş şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir.
Vergilərin qaytarılması haqqında ərizələr hər rüb üzrə həmin rübdən sonrakı ayın 20-dək iki nüsxədə təqdim edilir.
Malların alınmasını təsdiq edən sənədlər elektron vergi hesab-fakturaları və ya elektron qaimə-fakturalar olduqda, onlar barədə məlumatlar bu Qaydaların 5 və 6 nömrəli əlavələrində tam əks etdirilir, lakin həmin elektron vergi hesab-fakturaları və ya elektron qaimə-fakturaların əslinin kağız daşıyıcısında ərizəyə əlavə edilməsi tələb edilmir.
[7]
Nüsxələrdən biri müvafiq qeyd edilməklə, nümayəndəliyə qaytarılır, digəri isə vergi orqanında saxlanılır.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- bu Qaydaların 4 nömrəli əlavəsindəki nümayəndəliyin işçilərinin və onların ailə üzvlərinin siyahısı (onların akkreditə vəsiqələri üzrə müvafiq məlumatlar da əlavə edilməklə);
- bu Qaydaların 5 və 6 nömrəli əlavələrindəki ilkin sənədlərin siyahısı;
- alınmış mallara və xidmətlərə görə vergilərin ödənilməsini təsdiq edən elektron qaimə-fakturalar (bank ödəniş sənədləri, qəbzlər və ödənişi təsdiq edən digər sənədlər əlavə edilməklə) və ya malın (xidmətin) adı və ayrıca sətirdə əlavə dəyər vergisi göstərilən nəzarət-kassa aparatının çekləri.
Bu Qaydaların 5 nömrəli əlavəsindəki siyahı nümayəndəliyin rəsmi istifadəsi üçün malların və xidmətlərin alınmasına məsul edilmiş işçi, 6 nömrəli əlavəsindəki siyahı isə işçilər və ya onların ailə üzvləri tərəfindən doldurulur.
4.2. Ərizə və ona əlavə edilən sənədlər tam doldurulmaqla, nümayəndəlik tərəfindən təyin edilən səlahiyyətli şəxs tərəfindən və ya poçt vasitəsilə təqdim edilir.
4.3. Ərizələrin imzalanması üçün müvəkkil edilmiş şəxsin, habelə ərizə və ona əlavə edilən sənədləri təqdim edən şəxsin səlahiyyətlərini və səlahiyyət müddətini nümayəndəliyin başçısının imzası və nümayəndəliyin möhürü ilə təsdiq edən sənəd vergi orqanına təqdim edilməlidir.
4.4. Artıq ödənilmiş vergilərin qaytarılması üçün mövcud qanunvericiliklə müəyyən edilmiş müddətə riayət edilməsi şərti ilə, nümayəndəlik və ya işçilər və ailə üzvləri tərəfindən əvvəlki dövrlər üzrə artıq ödənilmiş vergilərin məbləği müvafiq rüb üzrə qaytarılması tələb olunan ümumi məbləğə daxil edilə bilər.
4.5. Zəruri sayıldığı halda, vergi orqanının səlahiyyətli vəzifəli şəxsi nümayəndəliyin müvəkkil şəxsinə, habelə malı və ya xidməti təqdim edən vergi ödəyicisinə sorğu verərək, müvafiq araşdırma apara bilər.
4.6. Vergi orqanı aşağıdakı hallarda əlavə dəyər vergisi məbləğlərinin qaytarılması üçün əsasların olmadığı barədə sənədlərin daxil olduğu gündən sonra 15 gün müddətində nümayəndəliyə yazılı şəkildə məlumat verməlidir:
- sənədlər lazımi qaydada tərtib edilmədikdə;
- məlumatlar tam və düzgün göstərilmədikdə;
- bütün zəruri sənədlər təqdim edilmədikdə;
- təqdim edilmiş sənədlərin doğruluğu təsdiq edilmədikdə;
- təqdim edilmiş sənədlərdə göstərilən mallar və xidmətlər üzrə istisnalar və məhdudiyyətlər mövcud olduqda;
- vergilərin qaytarılması üçün mövcud qanunvericiliklə müəyyən edilmiş müddət bitdikdə.
5. Artıq ödənilmiş vergilərin qaytarılması
5.1. Vergi orqanı tərəfindən ərizənin daxil olduğu tarixdən 12 gün müddətində təqdim edilmiş sənədlərə baxılır və artıq ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun forma üzrə 5 nüsxədə rəy hazırlanır.
[8]
Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq maliyyə orqanına, 1 nüsxəsi və ərizənin surəti Xarici İşlər Nazirliyinə, 1 nüsxəsi nümayəndəliyə göndərilir, 1 nüsxəsi isə vergi orqanında qalır.
5.2. Artıq ödəmələrin qaytarılması üzrə maliyyə orqanlarının hərəkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Artıq ödənilmiş vergilər maliyyə orqanları tərəfindən nümayəndəliklərin Azərbaycan Respublikasının ərazisində yerləşən müvəkkil banklarda açılmış hesablarına Azərbaycan manatı ilə qaytarılır.
Müvafiq maliyyə orqanı bu barədə müvafiq vergi orqanına 5 gün müddətində məlumat verir.
6. Artıq ödənilmiş vergilərin qaytarılma müddəti
Artıq ödənilmiş vergilər 20 gün ərzində qaytarılmalıdır. Bu müddət nümayəndəliyin bu barədə ərizə verdiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.
[9]
7. Vergi və maliyyə orqanlarının məsuliyyəti
7.1. Artıq ödənilmiş vergilər müəyyən olunmuş müddətdə qaytarılmadığı halda, həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) nümayəndəliyə (yaxud işçilərə və ailə üzvlərinə) qaytarılmalı olan məbləğin 0,1 faizi məbləğində faiz ödənilir.
[10]
7.2. Artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsi nümayəndəliyin (yaxud işçilərin və ailə üzvlərinin) mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir.
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
1 nömrəli ƏLAVƏ
|
M.Y.
Bildirişin arxa hissəsi
|
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
2 nömrəli ƏLAVƏ
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xarici ölkələrin və Azərbaycan Respublikasının diplomatik və konsulluq nümayəndəliklərinə münasibətdə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) tətbiq edilməsi qaydaları haqqında
MƏLUMAT
1. Ümumi prinsip:
a) qabaqcadan azadolma;
b) ödənilib, sonradan qaytarılma;
c) hər hansı digər qayda.
2. Bu prinsipin tətbiqi mexanizmi:
a) qabaqcadan azadolma olduqda, tətbiq edilən mexanizm;
b) sonradan qaytarılma olduqda, tətbiq edilən mexanizm (o cümlədən ödənilmiş vergilərin qaytarılması üçün təqdim edilən sənədlərin siyahısı);
c) hər hansı digər qaydanın tətbiqi mexanizmi.
3. Əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsi tətbiq edilən (yaxud azad olunan) malların və xidmətlərin siyahısı (“tam”, “qismən”, yaxud “yox”)
Qeyd. “Tam” göstərilən növ mallara (xidmətlərə) əlavə dəyər vergisinin (yaxud analoji verginin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) məhdudiyyətsiz tətbiq edilməsini, “qismən” məhdudiyyətlə tətbiq edilməsini (bu halda məhdudiyyət konkret göstərilməlidir), “yox” isə ümumiyyətlə tətbiq edilməməsini bildirir.
4. Ümumi məhdudiyyətlər:
a) birdəfəlik alışın minimum məbləği;
b) il ərzində alışın maksimum məbləği;
c) il ərzində qaytarılan verginin maksimum məbləği;
ç) digər məhdudiyyətlər.
5. Ödənilmiş vergilərin geri qaytarılma müddəti.
6. Bu Qaydaların təsbit olunduğu müvafiq normativ hüquqi aktlardan rəsmi çıxarışlar əlavə edilməlidir (ingilis və ya Azərbaycan dilində tərcümə ilə birgə).
7. Azərbaycan Respublikasının nümayəndəliyinə münasibətdə ümumi qaydalardan fərqli qaydalar tətbiq edildikdə, həmin qaydalar barədə səbəbi göstərilməklə ətraflı məlumat təqdim edilməlidir.
|
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
3 nömrəli ƏLAVƏ
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
M.Y.
|
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
4 nömrəli ƏLAVƏ
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
M.Y.
|
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
5 nömrəli ƏLAVƏ
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
M.Y.
|
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
6 nömrəli ƏLAVƏ
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
M.Y.
|
|
“Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na
7 nömrəli ƏLAVƏ
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə artıq ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə
RƏY
M.Y.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)
2.
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723)
3.
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853) ilə ilə Qaydaları"nın 3.3-cü bəndinin birinci, ikinci, üçüncü abzaslarında, 3.4-cü bəndinin birinci, ikinci abzaslarında, 4.1-ci bəndinin yeddinci abzasında ismin müvafiq hallarında "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir, 1 nömrəli əlavənin "Bildirişin arxa hissəsi"nin 5-ci bəndində "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir və 5 və 6 nömrəli əlavələrin "İlkin sənədlərin siyahısı"nda "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir.
[2]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 3.3-cü bəndin birinci abzasında “elektron vergi hesab-fakturalarıdır” sözləri “elektron qaimə-fakturalarıdır” sözləri ilə əvəz edilmişdir.
[3]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 3.3-cü bəndin ikinci abzasında “Elektron vergi hesab-fakturalarında” sözləri “Elektron qaimə-fakturalarında” sözləri ilə əvəz edilmişdir.
[4]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 3.3-cü bəndin üçüncü abzasın birinci cümləsində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.
[5]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 3.4-cü bəndin birinci abzasında “elektron vergi hesab-fakturaları” sözləri və ikinci abzasında “qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.
[6]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda 3.4-cü bəndin ikinci abzasında “kassa çekləri, həmçinin tələb edildikdə, elektron vergi hesab-fakturaları da” sözləri “alıcıların tələbinə əsasən onlara nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura” sözləri ilə əvəz edilmişdir.
[7]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda 4.1-ci bəndə yeni məzmunda üçüncü abzas əlavə edilmişdir, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci abzaslar müvafiq olaraq dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu abzaslar hesab edilmişdir.
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 4.1-ci bəndin üçüncü abzasından hər iki halda “elektron vergi hesab-fakturaları və ya” sözləri çıxarılmışdır və səkkizinci abzasında “elektron vergi hesab-fakturaları” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilmişdir.
[8]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda 5.1-ci bənddə “25 gün” sözləri “12 gün” sözləri ilə əvəz edilmişdir.
[9]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda 6-cı hissədə “45” rəqəmi “20” rəqəmi ilə əvəz edilmişdir.
[10]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda 7.1-ci bənddə “0,05” rəqəmi “0,1” rəqəmi ilə əvəz edilmişdir.
[11]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 1 nömrəli əlavənin “Bildirişin arxa hissəsi”nin 5-ci hissəsində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.
[12]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə Qaydaların 5 nömrəli əlavəsində “Elektron vergi hesab-fakturası” sözlərindən sonra “, qaimə-faktura və ya elektron qaimə-faktura” sözləri əlavə edilmişdir.
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 5 və 6 nömrəli əlavələrin “İlkin sənədlərin siyahısı”ndan “vergi hesab-fakturası, qaimə-faktura və ya elektron” sözləri çıxarılmışdır.
[13]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə Qaydaların 5 nömrəli əlavəsində “2. İlkin sənədlərin siyahısı”na “Satıcının adı” sütunundan sonra “VÖEN” sütunu əlavə edilmişdir.
[14]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə Qaydaların 6 nömrəli əlavəsində “Elektron vergi hesab-fakturası” sözlərindən sonra “, qaimə-faktura və ya elektron qaimə-faktura” sözləri əlavə edilmişdir.
[15]
12 sentyabr 2017-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1723) ilə Qaydaların 6 nömrəli əlavəsində “2. İlkin sənədlərin siyahısı”na “Satıcının adı” sütunundan sonra “VÖEN” sütunu əlavə edilmişdir.