070.000.000
080.000.000
090.000.000
380.000.000
430.000.000
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamına əlavələr və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 758 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının və sərəncamının Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 oktyabr 2002-ci il
№ 152
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 7 oktyabr tarixli, 152 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının və sərəncamının
SİYAHISI
1. "Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatlar və onların nümayəndəlikləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 2 noyabr tarixli, 376 nömrəli qərarının 1-ci bəndində "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və öz səlahiyyəti daxilində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci və 2-ci bölmələrinin axırıncı abzaslarında "Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi" sözləri "Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri ilə, "Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin" sözləri "Xüsusi Dövlət Mühafizə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin;
Əsasnamənin 1-ci və 2-ci bölmələrinin axırıncı abzaslarına aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara Naxçıvan muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir.”
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 2 avqust tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına edilmiş əlavə və dəyişikliklər"in 4-cü bəndinin ikinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və öz səlahiyyətli daxilində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin.
4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli, 150 nömrəli qərarının:
I bölməsinin 2-ci bəndinin ikinci abzasında "Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi" sözləri "Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri ilə, dördüncü abzasında "Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin" sözləri "Xüsusi Dövlət Mühafizə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin;
5-ci bəndinin ikinci abzasında "Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi" sözləri "Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri ilə, dördüncü abzasında "Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi" sözləri "Xüsusi Dövlət Mühafizə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin;
2-ci və 5-ci bəndlərinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
"Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir".
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 dekabr tarixli, 205 nömrəli qərarı ilə təsdiq edilmiş "Hakimlərin xüsusi geyiminin verilməsi Qaydaları"nın 2-ci bəndinin dördüncü abzasında "ədliyyə naziri" sözlərindən sonra "və ya Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri" sözləri, 5-ci bəndində "digər məhkəmələrin" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin və 3-cü bəndində "və Ədliyyə Nazirliyinə" sözləri "Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətinə nəzarət Qaydası"nın:
I bölməsinin 2-ci bəndində "icraçıları idarəsi" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri və 3-cü bəndində "Ədliyyə Nazirliyinə" sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə" sözləri əlavə edilsin;
IV bölməsinin 3-cü bəndində "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi Fondu haqqında Əsasnamə"nin:
I bölməsinin 1-ci bəndində "xüsusi Fondu (bundan sonra - Fond)" sözləri "xüsusi Fondları (bundan sonra - Fond)" sözləri ilə əvəz edilsin və "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin;
II bölməsinin 1-ci bəndinin üçüncü abzasında və 2-ci bəndində "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin;
III bölməsində "maddi-texniki təminatına" sözləri çıxarılsın;
IV bölməsinin 2-ci bəndində "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin.
8. "Azərbaycan Respublikası Ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə qaydaları, normaları və istifadə müddətlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 iyul tarixli, 131 nömrəli qərarının 2-ci bəndində "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri və həmin qərarla təsdiq edilmiş Qaydaların 3-cü bəndində "Ədliyyə Nazirliyinə" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə" sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 13-cü bəndinin birinci abzasında, 14-cü bəndinin ikinci abzasında, 29-cu bəndinin ikinci abzasında və 36-cı bəndinin ikinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nın 1.5-ci yarımbəndinin dördüncü abzasında, 1.7-ci yarımbəndinin dördüncü abzasında, 1.8-ci yarımbəndinin üçüncü abzasında, 1.10-cu yarımbəndinin üçüncü abzasında, 1.11-ci yarımbəndinin dördüncü abzasında və 1.12-ci yarımbəndinin dördüncü abzasında "Daxili İşlər Nazirliyinin" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş:
"Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın preambulasında "Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin və 11-ci bəndində "Respublika Arxivinə" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə" sözləri əlavə edilsin;
"Akt kitablarının saxlanması qaydası və müddətləri"nin 1-ci bəndində "Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin və "Respublika Arxivində" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində" sözləri əlavə edilsin;
"Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları"nın birinci abzasında "Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası"nın 4-cü bəndində "(Azərbaycan Respublikasının ədliyyə nazirinə ərizə Naxçıvan MR Ədliyyə Nazirliyi vasitəsi ilə verilə bilər)" sözləri "və ya Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinə" sözləri ilə və 9-cu bəndində "və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə" sözləri "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə" sözləri ilə əvəz edilsin.
[1]
13. "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündә cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli, 149 nömrəli qərarının 2-ci bəndində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş "İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları"nın 1-ci və 5-ci bəndlərində "xüsusi Fonduna" sözləri "müvafiq xüsusi Fondlarına" sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 noyabr tarixli, 225 nömrəli sərəncamının 1-ci bəndində "sistemində" sözlərindən sonra "(o cümlədən 33 vahid Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi sistemində)" sözləri əlavə edilsin.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 noyabr 2022-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1341)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 noyabr 2022-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1341) ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının və sərəncamının Siyahısı"nın 12-ci bəndi ləğv edilmişdir.