AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.10.2005
QEYDİYYAT NÖMRƏSİ
181
ADI
"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası"nın, "Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə dücar okan şəxslərə dair ümummili məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası"nın və "Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydasının təsdiq edilməsi haqqında"
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2005, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 975)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.10.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
360.000.000
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası"nın, "Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlar

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası"nın, "Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, 0 cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası"nın və "Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1.6-cı, 1.7-ci və 1.9-cu bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.         "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası", "Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası" və "Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydasının təsdiq edilməsi haqqında" 2000-ci il  17 aprel tarixli 71 nömrəli qərarının 3-cü bəndi, "Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi Qaydasının təsdiq edilməsi barədə" 2000-ci il 31 may tarixli 96 nömrəli, "Qanunsuz dövriyyədən müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydasının təsdiq edilməsi haqqında" 2000-ci il 7 iyul tarixli 114 nömrəli qərarları, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2002-ci il 4 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının Siyahısı"nın 3-cü bəndi və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 2003-cü il 2 iyun tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının Siyahısı"nın 22-ci və 23-cü bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

Bakı şəhəri, 6 oktyabr 2005-ci il

                           N 181

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi

QAYDASI

 

1.         Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ekspert rəyi ilə qanunvericilikdə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməsi məqsədəmüvafiq hesab edilmədikdə, tam həcmdə məhv edilməlidir.

Məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kinoloji xidmətləri tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə oluna bilər. [1]

2.       Müsadirə edilmiş və üzərinə həbs qoyulmuş narkotik vasitələr, psixotrop maddələr və onların   prekursorları məhkəmə baxışı zamanı və ya istintaq prosesi müddətində bu maddələr üçün istintaq aparan orqanlara məxsus xüsusi təchiz olunmuş otaqlarda maddi sübutların saxlanılması barədə müəyyən olunmuş qaydalara əsasən müvəqqəti olaraq ciddi nəzarət altında saxlanılmalıdır.

3.    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üçün əsas kimi məhkəmənin qərarı, habelə müstəntiqin, yaxud təhqiqat orqanının qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət işinə xitam verilməsi və ya cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı hesab olunur.

Məhvetmə qərarını qəbul edən orqan müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qərar qəbul edildikdən sonra 3 gün müddətində bu Qaydanın 4-cü bəndində nəzərdə tutulan komissiyaya təhvil verir.

4.  Müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Azərbaycan Respublikasının məhkəmə, prokurorluq orqanlarının və Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin), Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələrindən ibarət tərkibdə yaradılmış müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası (bundan sonra - Komissiya) tərəfındən aktlaşdırılaraq məhv edilir. [2]

Komissiya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri tərəfindən formalaşdırılır və görülmüş işlər barədə ona hesabat verir.

5.  Barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üsulu, yeri və vaxtı Komissiya tərəfindən müəyyən edilir.

6.  Komissiyanın tərtib etdiyi aktda aşağıdakılar göstərilməlidir:

aktın tərtib olunduğu yer və tarix;

məhvetmədə iştirak etmiş şəxslərin iş yeri, vəzifəsi, adı, atasının adı, soyadı;

məhvedilmənin əsası;

məhv olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının adı, miqdarı, onların saxlanıldığı qab barədə məlumatlar;

məhvedilmə üsulu.

Aktın nüsxələrinin sayı məhvedilmədə iştirak etmiş şəxslərin sayına uyğun olaraq müəyyən edilir.

Məhvetmə aktının bir nüsxəsi cinayət işinin materiallarına əlavə olunur.

Həmin aktlar nümayəndəsi məhvetmədə iştirak etmiş dövlət orqanlarında saxlanılır. Aktların saxlanılma müddəti cinayət işinin və ya materiallarının saxlanılma müddəti ilə eyni olmalıdır.

7.      Barəsində məhvedilmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının sonrakı istifadəyə verilməsi qadağandır.

8.       Bu Qaydanın pozulmasına görə vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması

QAYDASI

1.        Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.

2.       Ümummilli məlumat bankı aşağıdakı dörd bölmədən ibarətdir: [3]

 

2.1.    narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

2.2.    narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

2.3.    narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi;

2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi. [4]

Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin qeydiyyatını aparan narkoloji tibb müəssisəsi həmin şəxslər, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən digər şəxslər barəsində yalnız kəmiyyət göstəricilərini əks etdirən məlumatları ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.

3.   Ümummilli məlumat bankına məlumatlar aşağıdakı qaydada göndərilir:

3.1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq idarə və şöbələri:

tibbi məqsədlə istifadə etmək üçün idxal, ixrac, tranzit nəql olunan və istehsal edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və miqdarı barədə məlumatı;

narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını istifadə edən ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət tibb müəssisələrindən aldıqları məlumatları;

məhkəmə-narkoloji ekspert komissiyalarının keçirdikləri ekspertizalar əsasında əldə edilən məlumatları;

narkoloji tibb müəssisələrində ümumi əsaslarla müalicə olunan şəxslər haqqında məlumatlan;

narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərə verilmiş hər bir icazə və ya lisenziya (xüsusi razılıq) barədə bildirişi (bildirişdə hüquqi və fiziki şəxsin tam adı, fəaliyyət növü, ünvanı, onlar barədə məlumatlar, əgər varsa icazənin müddəti, istifadə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının adı (azərbaycanca və latınca), saxlanma yeri, istifadə üçün yararlılıq müddəti və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər məlumatlar göstərilməlidir) ümummilli məlumat bankına göndərir. [5]

3.2.    Narkoloji tibb müəssisələri hər bir narkomanın müalicəsi barədə, narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində detoksifikasiyanın aparıldığı hər bir hal barədə məlumatlan, aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumatı və könüllü olaraq anonim müalicə kursu keçmək üçün müraciət etmiş narkoman şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər. Bu məlumat ümummilli məlumat bankında kodlaşdırılmış qapalı bölmədə saxlanılır.

3.3.    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti öz işlərində respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərə dair məlumatı ümummilli məlumat bankına göndərirlər. [6]

3.3-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Səhiyyə Nazirliyi qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumatı ümummilli məlumat bankına göndərirlər. [7]

3.4.    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi azadlıqdan məhrum etmə yerlərində narkomaniyaya qarşı müalicə keçən şəxslər, məcburi müalicənin tətbiq edilməsi, cəzanın müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin cəzanı icra edən müəssisədən azad olunması, habelə barəsində məcburi tədbirlərin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında məlumatları ümummilli məlumat bankına təqdim edir.

3.5.   Səlahiyyətli dövlət orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə, habelə qanunsuz dövriyyəsinə aid məlumatları ümummilli məlumat bankına təqdim etməyə borcludurlar.

 

4.      Ümummilli məlumat bankına məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində göndərilir.

5.   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Baş Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, digər aidiyyəti dövlət orqanlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər. [8]

Ümummilli məlumat bankında sorğu öyrənilir, onun qanunauyğun, aidiyyəti olduğu müəyyən edilir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verilir.

Narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar ümummilli məlumat bankından yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə hüquq mühafizə orqanına verilir. [9]

Narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr barəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər.

6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Ədliyyə Nazirliyində, İqtisadiyyat və Sənaye Nazirliyində, Baş Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Dövlət Gömrük Komitəsində, Dövlət Sərhəd Xidmətində və digər aidiyyəti dövlət orqanlarında ümummilli məlumat bankına informasiya göndərilməsinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təşkil etmək üçün cavabdeh şəxs təyin olunur. [10]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi

QAYDASI

1.        Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin nümunələri ibtidai araşdırmanı aparan müvafiq orqan tərəfındən analiz edilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilir.

2.       Analiz üçün göndərilən narkotik vasitələrin və psixotrop maddələrin nümunələrinin miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

toz şəklində 2 qr; həb şəklində 20 ədəd; ampula şəklində 10 qr.

3.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Nəzarət Laboratoriyası tərəfindən analiz edilmiş narkotik vasitələrin və psixotrop maddələrin nümunələri tibbi məqsədlərlə istifadə üçün yararlı hesab olunarsa, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi narkotik vasitələri və psixotrop maddələri analiz üçün təqdim etmiş orqana məlumat verir.

4. Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan müsadirə edilmiş narkotik vasitələr və psixotrop maddələr ibtidai araşdırmanı aparan müvafiq orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilir.

Yalnız bundan sonra həmin narkotik vasitələrdən və psixotrop maddələrdən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların keçirilməsi qaydasına uyğun olaraq tibb müəssisələrində istifadə oluna bilər.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

2.       30 mart 2009-cu il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 204)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

4.       6 mart 2015-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 05 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 441)

5.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

6.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

7.       13 oktyabr 2016-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1729)

8.       6 fevral 2018-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 8 fevral 2018-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 339)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 mart 2009-cu il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 204) ilə "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası"nın 1-ci bəndinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[2] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü hissəsinin birinci abzasından “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin abzasa “Səhiyyə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilmişdir.

 

[3] 6 fevral 2018-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 8 fevral 2018-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 339) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 2-ci hissəsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir.

 

[4] 6 fevral 2018-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 8 fevral 2018-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 339) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 2.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

 

[5] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası»nın 3.1-ci bəndinin altıncı abzasında ismin müvafiq hallarında «lisenziya» sözündən əvvəl «icazə və ya» sözləri əlavə edilmişdir.

 

13 oktyabr 2016-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1729) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 3.1-ci bəndinin altıncı abzasından “(xüsusi razılıq)” sözləri çıxarılmışdır və həmin abzasda “icazənin və ya lisenziyanın” sözləri “əgər varsa icazənin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 3.3-cü bənddən “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Baş Prokurorluğu,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilmişdir.

 

[7] 6 fevral 2018-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 8 fevral 2018-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 339) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”na yeni məzmunda 3.3-1-ci bənd əlavə edilmişdir.

 

[8] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 5-ci və 6-cı hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 5-ci və 6-cı hissələrindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 5-ci hissənin birinci abzasından “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin abzasa “Baş Prokurorluğunun,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilmişdir.

 

[9] 6 mart 2015-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 05 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 441) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 5-ci hissəsinin üçüncü abzasında “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilmişdir.

 

[10] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 6-cı hissədən “Milli Təhlükəsizlik Nazirliyində,” sözləri çıxarılmışdır və həmin hissəyə “Baş Prokurorluğunda,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətində,” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status