“Dövlət qeydiyyatına alınmışdır.”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat №-3190
“23” sentyabr 2005-ci il
Nazir_________________Fikrət Məmmədov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Milli Bankı İdarə Heyətinin
“01” sentyabr 2005-ci il
tarixli qərarı ilə
Protokol №-25
İdarə Heyətinin sədri
_________________Elman Rüstəmov
|
KONSOLİDASİYA ƏSASINDA PRUDENSİAL HESABATLARIN TƏRTİBİ, TƏQDİM EDİLMƏSİ VƏ NƏZARƏT QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar "Azərbaycan Respublikasının Milli Bankı haqqında ", "Banklar haqqında " Azərbaycan Respublikası Qanunlarına, digər normativ hüquqi aktlarına əsasən hazırlanmış və bankların, o cümlədən xarici banklara yerli filiallarının (bundan sonra - banklar), habelə holdinq şirkətlərinin Maliyyə hesabatlarının beynəlxalq standartlarına (bundan sonra - MHBS) uyğun olaraq konsolidasiya əsasında prudensial hesabatlarının tərtib və təqdim edilməsini, bu hesabatlar əsasında onlar üzərində nəzarətin həyata keçirilməsi qaydalarmı müəyyən edir.
1.2.
Nəzarətin əsas məqsədi bankların Azərbaycan Respublikası Milli Bankı (bundan sonra - Milli Bank) tərəfindən bilavasitə nəzarət olunmayan mühüm iştirak payı olan səhmdarlarının və banka aidiyyatı olan digər şəxslərin bu bankların cari və gələcək maliyyə vəziyyətinə, habelə onların etibarlı və prudensial idarə edilməsinə təsirini müəyyənləşdirməklə Milli Banka bank sisteminin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində yardım etməkdir.
2. Anlayışlar
Bu Qaydaların məqsədi üçün aşağıdakı anlayışlardan istifadə olunur:
2.1.
Törəmə təşkilat - o təşkilatdır ki, onun nizamnamə kapitalında üstün iştirakına görə və ya iştirakçıları arasında bağlanmış müqaviləyə müvafiq surətdə digər təşkilat (baş təşkilat) onun qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna malikdir.
2.2. Baş təşkilat (baş bank) - törəmə təşkilatın nizamnamə kapitalında üstün iştirakına görə və ya törəmə təşkilatın digər iştirakçıları ilə bağlanmış müqaviləyə müvafiq surətdə törəmə təşkilatın qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna malik təşkilatdır.
2.3. Holdinq şirkəti - kommersiya bankları daxil olmaqla, bir və ya bir neçə törəmə təşkilatda paya sahib olmaq və onları idarə etmək məqsədi ilə fiziki və/və ya hüquqi şəxs(lər) tərəfindən yaradılmış qrupdur. Bu Qaydaların məqsədləri üçün holdinq şirkətləri aşağıdakılara bölünür:
2.3.1.
bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan qrupdur.
2.3.2.
maliyyə holdinq şirkəti - bank və yalnız maliyyə sektorunda fəaliyyət göstərən digər törəmə təşkilatlarından ibarət olan qrupdur.
2.3.3.
qeyri-maliyyə holdinq şirkəti – bank daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur.
2.4. Konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatları - baş təşkilatın və onun bütün törəmə təşkilatlarının MHBS-a uyğun tərtib edilmiş icmal maliyyə hesabatlarıdır.
3. Konsolidasiya əsasında hesabatların hazırlanması
3.1. Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Milli Banka konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar təqdim olmur. Prudensial hesabatlara əlavə olunan maliyyə hesabatları MHBS-a və Milli Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarının icmal maliyyə hesabatlarının tərtib və təqdim edilməsi və törəmə müəssisələrə qoyulan investisiyaların uçotu Qaydaları”na müvafiq olaraq hazırlanır. Maliyyə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Milli Bank tərəfindən müəyyən edilmiş formalarda təqdim edilir.
3.2.
Azərbaycan Respublikasında fəaliyyət göstərən törəmə təşkilata malik olan hər bir baş bank, habelə holdinq şirkətinin törəmə təşkilatı olan bank konsolidasiya əsasında prudensial hesabatların hazırlanmasını təmin edir.
3.3.
Holdinq şirkətlərinin və baş bankın bütün törəmə təşkilatlarının, habelə banka aidiyyatı olan digər şəxslərin Milli Bank tərəfindən nəzarət olunan banka təsirinin xüsusiyyətini müəyyənləşdirmək üçün qrupun strukturu və onun hər bir törəmə təşkilatında iştirak payı (həm qrup üzvlərinin, həm də digər şəxslərin), habelə qrupa daxil olan hər bir törəmə təşkilatın digər hüquqi şəxslərdə iştirak payını əks etdirən sxem (diaqram) təqvim ili başa çatdıqdan sonra növbəti ayın sonuna kimi bank tərəfindən Milli Banka təqdim edilməlidir. Sxemlə birlikdə aşağıdakılar təqdim edilir:
3.3.1.
holdinq şirkətinin səhmlərinə (kapitalına) birbaşa və ya dolayı yolla malik (sahib) olan səhmdarlar barədə məlumat;
3.3.2.
holdinq şirkətinin siyasəti ilə bağlı qərar qəbul etmə hüququna malik olan idarəetmə orqanları və onların rəhbərlərinin adı, atasının adı və soy adı;
3.3.3.
bankın törəmə təşkilatlarının və onun daxil olduğu holdinq şirkətinin digər törəmə təşkilatlarının fəaliyyət növləri;
3.3.4.
holdinq şirkətinin, onun törəmə təşkilatlarının və banka aidiyyatı olan digər şəxslərin kənar audit tərəfindən keçirilmiş son audit hesabatı;
3.3.5.
holdinq şirkəti və ya onun hər hansı bir törəmə təşkilatına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanın (əgər varsa) adı və ünvanı;
3.4.
Konsolidasiya əsasında prudensial hesabatlar hər ilin 01 yanvar və 01 iyul tarixlərinə hazırlanmalıdır.
3.5.
Maliyyə ilinin yekunlarına əsasən konsolidasiya əsasında hazırlanan prudensial hesabatlara əlavə olunan maliyyə hesabatları Beynəlxalq Audit Standartlarına əsasən kənar audit tərəfindən yoxlanılmalıdır.
3.6.
Milli Banka təqdim edilən konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlara aşağıdakı maliyyə hesabatları əlavə olunur:
3.6.1.
qrup üzrə mühasibat balansı;
3.6.2.
qrup üzrə mənfəət və zərər haqqında hesabat;
3.6.3.
qrup üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
3.6.4.
qrup üzrə xüsusi kapitalda dəyişikliklər haqqında hesabat;
3.6.5.
izahat qeydləri (qrup daxilində pul vəsaitlərinin hərəkəti barədə məlumat daxil edilməklə).
3.7.
Konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlara holdinq şirkətinin hər bir törəmə təşkilatında birbaşa və dolayı yolla iştirakı olan şəxslər və onların iştirak payının həcmi (faiz və məbləğlə) barədə məlumat, habelə holdinq şirkətinin törəmə təşkilatlarının icra orqanlarının rəhbərləri barədə məlumatlar daxil edilir.
3.8.
Konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar Milli Banka təqdim edilən zaman onlara holdinq şirkətinin strukturundan asılı olaraq aşağıdakılar əlavə edilir:
3.8.1. Holdinq şirkətinə daxil olan törəmə bank haqqında:
3.8.1.1.
nizamnamə kapitalı haqqında məlumat;
3.8.1.2.
məcmu kapital haqqında məlumat;
3.8.1.3.
məcmu kapitalın adekvatlığı haqqında məlumat;
3.8.1.4.
banka aidiyyatı olan şəxslərlə əməliyyatlar barədə məlumat;
3.8.1.5.
iri risklər barədə məlumat.
3.8.2. Maliyyə holdinq şirkətinə və ya banka sığorta fəaliyyətini həyata keçirən törəmə təşkilatlar daxil olduqda həmin törəmə təşkilatlar haqqında :
3.8.2.1.
bu Qaydaların 3.8.1.l.-3.8.1.5-ci yarımbəndlərində göstərilən məlumatlar;
3.8.2.2.
sığorta fəaliyyətini həyata keçirən törəmə təşkilat(lar) tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tələblərinin yerinə yetirilməsi barədə məlumat.
3.8.3. Qeyri-maliyyə holdinq şirkətinə sığorta fəaliyyətini həyata keçirən törəmə təşkilat daxil olmadıqda mövcud törəmə təşkilatlar haqqında :
3.8.3.1. bu Qaydaların 3.8.1.1.-3,8.1.5-ci yarımbəndlərində göstərilən məlumatlar;
3.8.3.2. maliyyə sektoruna aid edilməyən törəmə təşkilat(lar) üzrə xalis aktivlərin (balans aktivləri ilə balans öhdəlikləri arasındakı fərqin) hesablanması barədə məlumat.
3.8.4. Qeyri-maliyyə holdinq şirkətinə sığorta fəaliyyətini həyata keçirən törəmə təşkilatlar daxil olduqda bu Qaydaların 3.8.1., 3.8.2. və 3.8.3.-cü yarımbəndlərində göstərilənlər barədə məlumatlar.
3.9. Holdinq şirkətinin törəmə təşkilatlarının, bankın baş təşkilatının və onun törəmə təşkilatlarının fəaliyyət növlərindən asılı olaraq Milli Bank öz nəzarət funksiyalarmı yerinə yetirmək və maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq üçün həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə dair digər lazımi informasiyam bankdan tələb edə bilər.
3.10.
Öhdəliklər üzrə tələblərini ödəmək məqsədi ilə "Banklar haqqında " Azərbaycan Respublikasının Qanununa zidd olmayan fəaliyyət növlərini həyata keçirən hüquqi şəxs bankın törəmə təşkilatına çevrilirsə, bu halda həmin hüquqi şəxsin fəaliyyəti 27 nömrəli MHBS-a uyğun olaraq baş bankın konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlarında əks etdirilir.
3.11.
Aşağıdakı hallarda törəmə təşkilatın maliyyə hesabatları konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlara daxil edilmir:
3.11.1.
öhdəliklər üzrə tələblərini ödəmək məqsədi ilə bank Milli Bankın icazəsi əsasında topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti müəssisələrində payçı kimi birbaşa və ya dolayı iştirak etdikdə;
3.11.2.
borcun ödənilməsi məqsədi ilə borclunun (üçüncü şəxsin) bank işində istifadə olunmayan əmlakı bankın balansına götürməklə hüquqi şəxs üzərində nəzarət əldə olunduqda (bu aktiv balansda öhdəlik müqabilində götürülmüş aktiv kimi göstərilir);
3.11.3.
törəmə təşkilatın aktivləri holdinq şirkətinin aktivlərinin 1%-dən az olduqda;
3.11.4. kommersiya bankının törəmə təşkilatları istisna olmaqla, bankın aktivləri holdinq şirkətinin aktivlərinin 95%-dən çox olduqda.
4. Konsolidasiya əsasında hazırlanmış hesabatların təqdim edilməsi
4.1.
Konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar Milli Banka holdinq şirkətinin törəmə bankı, habelə törəmə təşkilata malik olan baş bank tərəfindən təqdim edilir.
Holdinq şirkətinin bir neçə törəmə bankı olduqda, konsolidasiya əsasında prudensial hesabatların Milli Banka təqdim edilməsi məqsədi ilə holdinq şirkətinin törəmə bankları sırasından bir əsas bank seçilməlidir.
4.3.
Milli Banka konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar baş bank və ya bu Qaydaların 4.2-ci bəndinə uyğun seçilmiş bank tərəfindən holdinq şirkətinin hər bir törəmə təşkilatı, bankın baş təşkilatı və törəmə təşkilatlarının bu Qaydaların 3-cü bölməsində sadalanan hesabat və məlumatları ilə birlikdə təqdim edilir.
4.4.
01 iyul tarixinə konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar hesabat dövrü qurtardıqdan sonra ən geci 3 ay müddətində Milli Banka təqdim edilməlidir.
4.5. İllik konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar maliyyə ili qurtardıqdan sonra ən geci 5 ay müddətində Milli Banka təqdim edilməlidir. Bu hesabatlara baş təşkilatının və hər bir törəmə təşkilatının Beynəlxalq Audit Standartlarına əsasən kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatları və auditor rəyi də daxil edilməlidir.
Azərbaycanda törəmə banka malik xarici holdinq şirkəti Beynəlxalq Audit Standartlarına əsasən kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatları və auditor rəyi daxil olmaqla illik prudensial hesabatlarmı maliyyə ili qurtardıqdan sonra ən geci 8 ay müddətində Milli Banka təqdim etməlidir.
4.6.
Azərbaycanda törəmə banka malik olan xarici holdinq şirkəti və ya xarici hüquqi şəxs bu Qaydalara uyğun konsolidasiya əsasında hazırlanmış prudensial hesabatları müvafiq qaydada leqallaşdırmalı və Milli Banka Azərbaycan dilində təqdim etməlidir.
4.7.
Konsolidasiya əsasında hazırlanmış prudensial hesabatlar ilə əhatə olunmuş hər hansı bir törəmə təşkilatın iştirakında dəyişikliklər baş verdikdə və ya iştirak ləğv edildikdə və ya yeni törəmə təşkilat yaradıldıqda, bu barədə 30 gün müddətində Milli Banka məlumat verilməlidir.
5. Nəzarətin həyata keçirilməsi
5.1. Nəzarət prosesində holdinq şirkətinin hər bir törəmə təşkilatının fəaliyyətinin bankın maliyyə vəziyyətinə təsiri təhlil edilir, habelə holdinq şirkətinin törəmə təşkilatları arasında münasibətlər nəticəsində bankda yaranan risklər konsolidasiya əsasında qiymətləndirilir.
Holdinq şirkətinə daxil olan törəmə bank və törəmə təşkilata malik olan baş bank öz risklərinin tənzimlənməsində "Banklar haqqında " Azərbaycan Respublikası Qanununun və Milli Bankın "Bir borc alan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi Qaydaları"nın və "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydaları"nın tələblərini rəhbər tutmalıdır. Bank holdinq şirkəti həmçinin Milli Bankın "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunmuş normativlərə riayət etməlidir.
5.2.
Nəzarətin həyata keçirilməsi üçün təqdim edilən hesabatlar və əlavə məlumatlar, habelə onların hazırlanmasının düzgünlüyü banklarda olan məlumatlar əsasında yoxlanılır.
5.3.
Nəzarət prosesində bank holdinq şirkətinin hər bir törəmə təşkilatında və törəmə təşkilatlara malik olan banklarda "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yoxlamalar həyata keçirilir.
5.4.
Nəzarətin həyata keçirilməsi üçün Milli Bank holdinq şirkətinə və ya ona daxil olan törəmə təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirən dövlət orqanları ilə əməkdaşlıq edir.
6. Bankların reqlamentlərinə tələblər
6.1. Konsolidasiya əsasında prudensial hesabatların hazırlanması məqsədi ilə bankda holdinq şirkətinin törəmə təşkilatlarından bu Qaydalara uyğun tələb edilən məlumatların alınmasını təmin edən daxili proseduralar olmalıdır.
6.2.
Bankların MHBS-a əsasən konsolidasiya əsasında prudensial hesabatların hazırlanması, habelə holdinq şirkətinin bütün törəmə təşkilatlarının aktiv və öhdəliklərinin qiymətləndirilməsi üçün daxili qaydaları olmalıdır.
6.3.
Holdinq şirkətinin törəmə təşkilatının hər hansı birində baş verən istənilən hadisə bankı risklərlə üzləşdirərsə, bank bu hadisənin holdinq şirkətinin digər törəmə təşkilatlarının, o cümlədən bankın özünün maliyyə vəziyyətinə təsirini təhlil etməlidir.
7. Yekun müddəalar
7.1.
Bu Qaydaların müddəalarmı pozan bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması, yaxud bankın özünün digər hüquqi şəxslərin kapitalında pay almasını məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi tələb edilə, habelə "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər təsir tədbirləri və sanksiyalar tətbiq edilə bilər.
7.2. Bu Qaydalar dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.