390.000.000
“QEYDƏ ALINMIŞDIR”
AZƏRBAYCAN RESPUBLİKASININ
ƏDLİYYƏ NAZİRLİYİNDƏ
QEYDİYYAT №-si 169
22 iyun 1999-cu il
NAZİR _________ S.C.HƏSƏNOVA
|
AZƏRBAYCAN
RESPUBLİKASININ
SƏHİYYƏ NAZİRLİYİNİN
“07” 05 1999-cu il
TARİXLİ 55 SAYLI ƏMRİ İLƏ
TƏSDİQ EDİLMİŞDİR
NAZİR___________ Ə.B.İNSANOV
|
RAZILAŞDIRILMIŞDIR:
|
|
AZƏRBAYCAN RESPUBLİKASI
BAŞ PROKURORLUĞU
_________________ E.HƏSƏNOV
“01” 12 1998-ci il
|
AZƏRBAYCAN
RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRİ
_________________R. USUBOV
“02” IV 1999-cu il
|
AZƏRBAYCAN RESPUBLİKASI
MALİYYƏ NAZİRLİYİ
__________________ F.YUSİFOV
“30” dekabr 1998-ci il
|
NARKOTİK PREPARATLARIN ALINMASI, DAŞINMASI, SAXLANMASI, UÇOTU, İSTİFADƏSİ VƏ MƏHVİ NORMATİVLƏRİ VƏ QAYDALARI
Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1996-cı il Tarixli 485 saylı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərmanının icrasını təmin etmək məqsədilə işlənib hazırlanmışdır.
1.
Narkotik preparatların alınması və daşınması.
1.1.
Normativ üzrə tərtib edilmiş tələbata uyğun olaraq, narkotik preparatları istehsal olunan zavodlardan, mövcud qayda üzrə Respublika Səhiyyə Nazirliyi Əczaçılıq və Tibb Sənayesi Birliyinin Mərkəzi Aptek Bazası tərəfindən alınmalıdır.
1.2.
Müalicə-profilaktika müəssisələri narkotik preparatları MAB-dan və ya müvafiq rayonlararası aptek anbarlarından almalıdırlar.
1.3.
Səhiyyə sisteminə daxil olan, lakin stasionar müaliə ilə məşğul olmayan elmi-tədqiqat institutları və təhsil müəssisələri (laboratoriyalar) aptek bazasından narkotik preparatları ala bilərlər.
1.4.
Səhiyyə sisteminə daxil olmayan elmi-tədqiqat institutları və təhsil müəssisələri (laboratoriyalar) narkotik preparatları, yuxarı təşkilatın imzası və möhürü ilə təsdiq edilmiş, tələbnamələr üzrə aptek bazasından almalıdırlar.
1.5.
Yeni təşkil olunan anbarlardan (bazalardan) narkotik preparatların buraxılması üçün rayon (şəhər) polis idarəsinin və Səhiyyə Nazirliyinin icazəsi olmalıdır. Yeni təşkil edilən və narkotik preparatlar saxlanılan anbarlar (bazalar) üçün polis orqanlarına aşağıda göstərilən sənədlər təqdim olunmalıdır.
-
ərizə;
-
binanı narkotik preparatlar saxlamaq üçün yararlı olduğunu təsdiq edən arayış;
-
narkotik preparatlar saxlanılan otağa daxil olmağa icazəsi olan şəxslərin siyahısı.
1.6.
Narkotik preparatların bir istehlakçıdan, başqa bir istehlakçıya verilməsi qadağandır.
1.7.
Tələbatına ehtiyac olmayıb, istifadəsiz qalan narkotik preparatlar, Dərman və Tibbi Texnikanın standartlaşdırılması və keyfiyyəti üzərində nəzarət idarəsinin və Əczaçılıq və Tibb Sənayesi Birliyinin icazəsi ilə təkrar emal olunmaq üçün əczaçılıq zavodlarına verilə bilər, əgər tərəflərin razılığı olmazsa, müvafiq akt tərtib etməklə narkotik preparatlar məhv edilir.
1.8.
Narkotik preparatların zirzəmilərdə, çadırlarda, aşıq səma altında, talvarlarda və tez alışan materiallarla yanaşı saxlanması qadağandır.
1.9.
Narkotik preparatlar rayon və şəhər daxilində daşınarkən, polis orqanlarına bu barədə məlumat verilmir. Bu halda narkotik preparatları paran bazanın müdirinə yol sənədi verilir.
1.10.
Bazalar (anbarlar) narkotik preparatları, polis orqanları tərəfindən ilkin verilmiş icazə sənədlərilə, nəqliyyatın müxtəlif növü ilə və yol üçün sənədlərə əsasən dşıya bilərlər.
1.11.
Narkotik preparatlar mini maşınında daşınarkən, sürücüdən başqa yükü müşayət edən cavabdeh şəxs olmalı və narkotik preparatların mühafizəsi təmin edilməlidir.
1.12.
Respublikaya, kənar dövlətlərdən və MDB-yə daxil olan respublikalardan narkotik preparatların daşınmasına icazə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir. İcazə almaq üçün Daxili İşlər Nazirliyiyə müvafiq sənədlər təqdim olunmalıdır və yazılmış ərizədə nəqliyyatın növü marşrut, daşınma müddəti və eləcə də yükün daşınması üçün və mühafizəsi üçün cavabdeh şəxslərin siyahısı göstərilməlidir.
1.13.
Aptek və müalicə-profilaktika müəssisələrindən narkotik preparatların oğurlanması və itməsi hallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və hüquq mühafizə orqanlarına dərhal Maliyyə Nazirliyinə məlumat verilir və 14 saylı əlavədəki forma tərtib edilir.
1.14.
Bu qaydalar Azərbaycan Respublikasının Səhiyyə sisteminə daxil olan yalnız dövlət apteklərinə, müalicə-profilaktika müəssisələrinin aptek şöbələrinə, aptek bazlarına (anbarlarına), nəzarət-analitik laboratoriyalarına, səhiyyə sisteminin elmi-tədqiqat institutlarına, laboratoriyalarına və tədris müəssisələrinə şamil edilir.
2.
Narkotik preparatlar saxlanılan otaqların texniki möhkəmliyi və avtomatik mühafizə yanğın siqnalizasiya sistemi ilə təmin edilməsi.
2.1.
Narkotik preparatlara aid tərtib olunan siyahıda göstərilən narkotik preparatlar saxlanılan otaqların, texniki cəhətdən möhkəmliyi və avtomatik mühafizə yanğın siqnalizasiya sistemi ilə təmin edilməsi tədbirləri bu tələblərə daxil edilir və narkotik preparatlar saxlanılacaq binaların (otaqların) ilkin və təkrar müayinəsində DİN-nin mühafizə xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı nəzərə alınmalıdır.
Həmin tələblər narkotik preparatların saxlanması üçün nəzərdə tutulan, yeni tikilən və ya layihəsi tərtib olunan binalara şamil edilir.
Narkotik preparatlar saxlanılan binanın texniki möhkəmliyi, onun mühafizəsinin təmin edilməsi üçün müqavilənin tərtib edilməsi, komission yoxlamaların aktında göstərilən müddətdə həyata keçirilməlidir.
2.2.
Narkotik preparatlar saxlanılan binaların komission yoxlaması səhiyyə orqanı nümayəndələri, dövlət yanğın nəzarəti və Daxili İşlər Nazirliyini nümayəndələri tərəfindən aparılır.
Komissiya qüvvədə olan normativ aktlar və mövcud olan sənədlər əsasında narkotik preparatların yığılacaq yerini təyin edir, obyektin mühafizə siqnalizasiyası, telefonla və elektrik xətti ilə təmin edilməsinin optimal variantını əldə edir.
Yoxlama zamanı komissiya, tikinti konstruksiyalarında tez sınan və dağılan yerlərin (pəncərə, qapı, möhkəm olmayan divar, tavan, döşəmə, ventilyasiya və s.) mühafizə və yanğın şleyflərinin və xəbərdar edici cihazların sayını müəyyən edir.
Narkotik preparatlar saxlanılan binaların yoxlanılmasının nəticəsi barədə müvafiq qayda üzrə akt tərtib edilir, icraçılar müəyyənləşdirilir və işin qurtardığı müddət göstərilir.
2.3.
Narkotik preparatlar saxlanılan binanın avadanlıqla təmin edilməsi işinə başlanması və qurtarması aşağıda göstərilən qaydada aparılır:
-
müxtəlif təyinatlı obyektlərində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğından Mühafizə İdarəsinin mühafizə siqnalizasiyasının seçilməsi və tətbiq edilməsi zəmanətilə;
-
avtomatik mühafizə yanğın siqnalizasiyası sistemlərinin qurulması, cihazlarının texniki xəritəsi və təlimatları ilə;
-
avtomatik yanğından mühafizə sisteminin qurulması;
-
məlumatın texniki sənədləri ilə;
2.4.
Narkotik preparatlar saxlanılan binanın divarları, kərpic divarların möhkəmliyinə ekvivalent olub 510 mm qalınlığında, döşəmə və tavan isə dəmir beton plitənin möhkəmliyinə ekvivalent olub 100 mmm qalınlığında olmalıdır.
2.5.
Divarlar, döşəmə və tavan tələblərə uyğun olmadıqda, içəri tərəfdən bütün sahə polad çərçivə ilə örtülməlidir və onun diametri 10 mm, yuvacıq diametri isə 150 X 150 mm olmalıdır. Polad çərçivə divarın hissələrinə və ya 12 mm olan 500 x 500 mm məsafədən dəmir bəndə bərkidilir. Dəmir bəndlərin bərkidilməsi mümkün olmadıqda, dəmir beton səthində özül daşına 100x50x6 mm ölçüdə dəmir hissə bərkidilməlidir.
2.6.
Narkotik preparatlar saxlanan otağın kiriş qapısı dəmir çərçivəli olub qalınlığı 3-4 mm olmaqla öz qutusuna möhkəm oturmalıdır. Qapının ən azı iki növ qıfılı olmalıdır. Qapılar hər iki tərəfdən 06 mm qalınlığında dəmir təbəqə ilə örtülməlidir.
2.7.
Narkotik preparatlar saxalanan otaqın pəncərələrinə, içəri tərəfdən və ya haşiyələrin arasından diametri 16 mm-dən az olmayan və bir birindən 150 mm aralı məsafədən şaquli və üfüqi istiqamətdə polad barmaqlıqlar yerləşdirilməlidirə 80 mm divarın dərinliyinə barmaqlıqlar geydirildikdən sonra həmin yerə beton tökülərək bərkidirlir.
Dekorativ barmaqlıqların isə istifadəsinə o vaxt icazə verilir ki, həmin barmaqlıqların möhkəmliyi yuxarıda göstərilən barmaqlıqların möhkəmliyindən geri qalmasın.
2.8.
Narkotik prepartalar seyfdə saxlanılmalıdır. Texniki cəhətdən möhkəm otaqlarda isə metal şkaflarda da saxlanılmasın icazə verilir. Seyflər (metal şkaflar) həmişə bağlı vəziyyətdə saxlanılır, İş günü qurtardıqdan sonra seyf (metal şkaflar) möhürlənir və surğuclanır, açar, möhür və plomb maddi məsul şəxsdə və ya bu işin görülməsi üçün səlahiyyət verilmiş şəxsdə saxlanılır.
2.9.
Narkotik preparatlar saxlanan bina çoxsahəli avtomatik mühafizə yanğın siqnalizasiya sistemi ilə təchiz olnumalı və hər sahəsi ayrı-ayrı nömrələrlə mərkəzləşmiş qaydada mərkəzi nəzarət pultuna birləşdirilməlidir.
2.10.
Avtomatik mühafizə yanğın siqnalizasiya birinci olaraq binanın konstruktiv tikinti hissəsinə - pəncərə, qapı, ventilyasiya xətti, istilik sistemi və s. hissələrinə qoyulur. Qapılar, asılma və orta hissədən sındırılmadan mühafizə etmək üçün siqnalizasiya ilə təmin edilir. Pəncərələrə isə açılan və parlçalanan şüşələr üçün siqnalizasiya qoyulur. Möhkəm olmayan divarlar, döşəmələr, kommunikasiya sistemi üçün orta hissədən sındırılma, möhkəm divarlar, ventilyasiya qutusu üçün isə "dağıdılma" və "zərbə" təsiri siqnalizasiya sistemi qurulur.
Tikinti konstruksiyalarının blokirovkası "açılma" (pəncərə, qapı), müvafiq cihazlar, "dağıdılma" OKNO-1 tipli, əsası olmayan divar və arakəsmələr isə PEL markalı cihazlar ilə mühafizə olunurlar. Əsası olan divar və tavanın mühafizəsi zamanı isə "Qran-1". cihazınan istifadə olunur, hansı ki, 120 mm beton və 150 mm kərpic dağıldığı zaman bu cihaz vasitəsi ilə aşkar edilir. Binanın tez sınan sahəsinin perimetrləri optiki-eklektron "Foton-2", "Foton-5" məlumat verici mühafizə siqnalizasiya sistemi ilə təchiz edilir ki, həmin zaman şaquli vəziyətdə formalaşdırılır.
2.11.
Avtomatik mühafizə yanğın siqnalizasiya sistemi ilə binanı daxili hissələri və sahəsi, həmçinin seyfləri (metal şkaflar) də mühafizə olunur.
Siqnalizasiyanın əlavə mühafizəsi üçün "məlumatvericilər" binanın xüsusiyyətindən, qiymətli əşyaların yerləşdirilməsindən asılı olaraq seçilir. Bu məqsədlə ultrasəsli, optika-elektron, radiodalğalı və həmçinin QEX 2.3", "Foton -İM.4", "Kvant-Z", "Volna-2M", "FON-R, "Rif-M", "PİK" və s. məlumatvericilərdən istifadə edilir.
Avtomatik mühafizə-yanğın siqnalizasiyasının etibalılığını artırmaq məqsədi ilə müxtəlif tipli məlumatvericilirədn istifadə edilir.
2.12.
Avtomatik mühafizə-yanğın sistemində, çoxsahəli nəzarət qəbuledici cihazlardan istifadə edilir ki, bu da elektrik olmayanda siqnalizasiya şleflərinə nəzarət etməyə imkan verir.
2.13.
Avtomatik mühafizə-yanğın sisteminin sərbəst sahələrindən başqa seyfləri (metal şkafları) "məlumat tələ" ilə təchiz etmək lazımdır ki, bu da əlavə olaraq mühafizə sahəsinin şlefinə birləşdirilir.
2.14.
Elektrik şəbəkəsi kəsiləndə məlumat vericilərin iş fəaliyyəti təmin edilməlidir.
Binada telefon xətti olmadıqda paylaşdırıcı şəbəkənin sərbəst xəttindən, inzibati binanı telefon xəttindən, yaxınlıqda yaşayan vətəndaşın. razılığı ilə onun mənzilindəki telefon xəttindən və ya taksofon xəttindən istifadə olunur.
2.15.
Narkotik preparatlar saxlanılan böyük obyektlərdə (baza, anbar), mərkəzləşmiş prinsiplərdən istifadə edərək, kiçik həcmli nəzarət buraxılış məntəqəlirinin mərkəzləşmiş nəzarət pultuna birləşdirilməsinə icazə verilir.
2.16.
Narkotik preparatları ilə əməliyyat aparan işçilərin iş yerləri "həyacan" siqnalizasiya sistemi ilə təchiz edilir. Bu siqnalizasiya sistemi DİŞ-nin növbətçi hissəsi ilə əlaqələndirilir ki, hər hansı qanuna zidd hadisə zamanı tədbir görülməsi mümgün olsun.
2.17.
Avtomatik mühafizə yanğın sistemləri sutkalıq iş sistemini təmin etməlidir. Mühafizə-yanğın məmulatları ümumi və ya sərbəst blokirovka şleflərinə birləşdirilir, həyacan siqnalı mərkəzləşdirilmiş nəzarət pultuna və ya yerli səs və işıq siqnalizatorlarına verilir.
2.18.
Narkotik prepartlar saxlanan obyektlərdə, "İşlədilməsinə icazə verilmiş avtomatik mühafizə və yanğın siqnalizasiya sistemlərinin texniki siyahısına" birləşdirilməmiş mühafizə siqnalizasiyasının istifadə olunması qadağandır.
3.
Apteklərdə narkotik preparatların saxlanması və uçotu
3.1.
Apteklərdə narkotik preparatlar seyflərdə saxlanmalıdır.
3.2.
Assistent otağında yerləşən və içərisində narkotik preparatlar olan seyfin açarı iş vaxtı provizor-texnoloqda olmalıdır. İş günü qurtardıqda seyf möhürlənir və ya plomblanır, seyfin açarları, möhür və plomb isə aptekin müdirində və ya aptek üzrə əmrlə təyin olunmuş maddi-məsul şəxsdə qalmalıdır.
Narkotik prepartlar saxlanan mateial otağının pəncərəsində dəmir çərçivə şəbəkə olmalı, qapıları isə dəmirlə üzlənməlidir. İş günü qurtardıqdan sonra bu otağın qapısı maddi-məsul şəxs tərəfindən bağlanır və möhürlənir.
3.3.
Narkotik prepartalra saxlanan otaqların və seyflərin mühafizəsi üçün işıq-səs siqnalizasiya sistemi olmalıdır.
3.4.
Material otağından narkotik prepartların cari işlər üçün assistent otağına verilməsi yalnız aptekin müdir və ya bu iş üçün təyin olunmuş maddi-məsul şəxs tərəfindən həyata keçirilir.
3.5.
Apteklərdə narkotik preparatların ehtiyatı aylıq tələbatdan çox olmamalıdır. Narkotik peparatların ehtiyatı aptekin, təchizat bazasına uzaqlığınadn asılı olaraq yuxarı təşkilat tərəfindən müəyyən olunur.
3.6.
Aptekin assistent otğında narkotik preparatların ehtiyatı 5 (beş) günlük tələbatdan çox olmamalıdır.
3.7.
Nömrələnmiş, qaytanlanmış və yuxarı təşkilat rəhbərinin imzası və möhürü ilə təsdiq olunmuş xüsusi kitabda narkotik preparatların adbaad miqdarı hesabı apılmalıdır. Kitab bir il üçün nəzərdə tutulur. Birinci səhifədə miqdarı hesabı apırlan dərman preparatları göstərilir. hər preparatın ölçü vahidi ayrıca yazılır. Aparılmış düzəlişlər maddi məsul şəxsin imzası ilə təsdiq edilir. Narkotik preparatların mədaxili ayrı-ayrılıqda məxali sənədlərinə əsasən nömrəsi və tarixi ilə göstərilir. Ambulator resept əsasında, müalicə-profilaktika müəssisəsinə, aptek məntəqəsinə və ya aptek şöbəsinə buraxılmış narkotik preparatların məxarici, xüsusi kitabda müvafiq qaydada hər gün işin axırında qeyd edilir.
3.8.
Hər ayın 1-də aptek müdiri narkotik prepartların faktiki qalığı ilə kitabdakı qalığı yoxlayır. Aptekin (aptek şöbəsinin) əmtəə-material inventarizasiyası zamanı narkotik preparatların faktiki qalığı müəyyən olunaraq bu haqda ayrıca inventarizasia aktı tərtib olunur. Faktiki qalığın kitabdakı qalıqdan fərqləndiyi hallarda aptekin müdiri təcili olaraq bu haqda yuxarı təşkilata yazılı məlumat verməlidir. Yuxarı təşkilat isə 3-5 gün məddətində lazım lan araşdırmanı aparmalıdır. İstifadə edilmiş narkotik preparat vasitələrinə aid resept nüsxələri aylar və illər üzrə tikilib, nömrələnib, möhürlənib 5 (beş) il müddətində maddi məsul şəxsin seyfində saxlanılır.
3.9.
Yuxarı təşkilatın, daxili işlər orqanlarının və sanitar nəzarəti nümayəndələrinin iştirakı ilə mövcud qayda üzrə ildə iki dəfə yararlıq müddəti qurtarmış, xəstənin qohumu tərəfindən verilmiş, həmçinin sınmış və xarab olmuş narkotik prepartlar silinib məhv edilməlidir.
4.
Müalicə-profilaktika müəssisələrində və onların aptek şöbələrində narkotik prepartların və xüsusi respet nüsxələrinin saxlanması və uçotu qaydaları
4.1.
Apteklərdə narkotik preparatların saxlanması, uçotu və buraxılması qaydaları müalicə-profilaktika müəssisələrinin aptek şöbələrinə də aiddir.
4.2.
Öz apteki olmayan müalicə-profilaktika müəssisəlir narkotik preparatları ancaq sənayedə və ya aptekdə hazırlanmış hazır dərman formasında almalıdırlar. Müalicə-profilaktika müəssisələrinin aptekdən aldığı tərkibində narkotik maddə olan dərmanların siqnaturasında və etiketində "Daxilə", "Xaricə", "İnyeksiya üçün", "Göz damcısı" və s, həmçinin dərmanı hazırlayan aptekin nömrəsi, şöbənin (kabinetin) adı, tələbnamədə göstərilənlərə müvafiq dərmanın tərkibi, hazırlanma tarixi, analiz nömrəsi, yararlıq müddəti, dərmanı hazırlayan, yoxlayan və aptekdən buraxan şəxsin imzası dəqiq və aydın göstərilməlidir.
Dərman bağlamasının üstündə göstərilən qeydiyyatlar olmadıqda həmin dərmanın müalicə-profilaktika müəssisəsində saxlanması və işlədilməsinə icazə verilmir. Dərmanı şöbənin (kabinetin) qabına çəkib tökmək, doldurmaq və bükmək, həmçinin etiketinin dəyişdirilməsi qəti qadağandır.
Tərkibində narkotik preparatlar olan dərmanların etiketinə qara tuşla "Zəhər" ştampı vurulmalıdır.
Narotik “preparatlar bağlı və plomblanmış seyfdə saxlanılır.
Seyfin qapısının içəri tərəfində ən yüksək birdəfəlik və sutkalıq dozaları göstərilməklə narkotik dərman maddələrinin siyahısı olmalıdır.
4.3.
İnyeksiya üçün, daxilə və xaricə işlənən narkotik preparatları xüsusi rəfdə ayrıca saxlanılmalıdır.
4.4.
Müəssisənin rəhbərinin əmrilə müəyyən olunmuş şöbələrdə (kabinetlərdə) narkotik preparatların ehtiyatı 3 günlük tələbatdan çox olmamalıdır, müalicə-profilaktika müəssisəsinin aptek şöbəsində isə ehtiyat aylıq tələbatdan çox olmamalıdır.
4.5.
Axşam və gecə vaxtı həyatı göstərişlə təxirəsalınmaz tibbi yardım göstərmək üçün stasionarların qəbul şöbələrində narkotik preparatların 5 günlük ehtiyatını yaratmağa icazə verilir. Göstərilən ehtiyat məsul növbətçi həkimin icazəsi ilə stasionarın bütük şöbələrində işlədilə bilər.
İşdəlmiş narkotik prepartların boş ampularının məhv edilməsi bu qaydaların 13 saylı əlavəsinə uyğun olaraq aparılmalıdır.
4.6.
Narkotik prepartların saxlanması və xəstələrə verilməsinə məsuliyyət baş həkimin (onun müavinin), həmçinin müəsisə üzrə əmrlə təsdiq olunmuş maddi məsul şəxslərin üzərinə düşür.
4.7.
Narkotik preparatların inyeksiya formasında işlədilməsi bu preparatlara maddi məsul olan tibb bacısının iştirakı ilə aparılmalıdır.
4.8.
Müalicə-profilaktika müəssisəsində narkotik preparatlar saxlanan yerlə növbətçi həkim və tibb bacısının postunda narkotik prepartların ən yüksək birdəfəlik və sutkalıq dozaları, həmçinin zəhərlənmələr zamanı görülməli tədbirlər cədvəli olmalıdır.
4.9.
Müalicə-profilaktika müəssislərinin şöbə və kabinetlərində bütün narkotik prepartların uçotu nömrələnmiş, qaytanlanmış və baş həkimin imzası ilə təsdiq olunmuş xüsusi kitabda, forma üzrə aparılmalıdır.
4.10.
Narkotik preparatlar üçün xüsusi resept nüsxələrinin uçotu nömrələnmiş, tikilmiş, surğuclanmış və rəhbərlik tərəfindən təsdiq olnumuş jurnalda, kitabda forma üzrə aparılır.
Müalicə-profilaktika müəssisəsinə narkotik maddələr üçündaxil olan xüsusi resept nüsxələri baş həkimin təyin etdiyi komissiya tərəfindən qəbul olunur və atka müvafiq olaraq uçot jurnlına mədaxil olunur. Müalicə müəssisəsi rəhbərliyinin əmri əsasında narkotik prepartlara aid xüsusi resept alınması, saxlanılması, uçotu və buraxılışı üzrə maddi cavabdeh şəxs təyin edilir.
4.11.
Hər bir müalicə-profilaktika müəssisəsində müəssisə rəhbərinin əmri ilə ayda 1 dəfədən az olmayaraq müalicə həkimləri tərəfindən narkotik preparatların təyininin məqsədə uyğunluğu, narkotik prepartların və xüsusi resept nüsxələrinin saxlanması, uçotu və işlədilməsinin vəziyyətini yoxlayan daimi komissiya təşkil olunur. Narkotik preparatlar respetlərdə yazılarkən onların miqdarının yazı ilə göstərilməsi vacibdir.
4.12.
Müalicə-profilatkika müəssisəndə xüsusi resept nüsxələrinin ehtiyatı aylıq tələbatdən çox olmamalıdır. Artıq nüsxələr yerli səhiyyə orqanına təhvil verilməlidir.
Müvafiq göstəriş olduqda baş həkimin müalicə işləri üzrə müavininin icazəsi ilə konkret xəstə üçün müalicə həkiminə xüsusi resept nüsxəsi (nüsxələri) verilməsinə icazə verilir.
4.13.
Narkotik prepartlar üçün xüsusi resept nüsxələri ehtiyatı ancaq seyfdə saxlanmalıdır. Seyfin açarı müəssisənin rəhbərində və yaxud müəssisə üzrə əmrlə bu iş həvalə olunmuş məsul şəxsdə olmalıdır.
Narkotik preparatların və narkotik preparatlar üçün xüsusi resept nüsxələrinin səmərəli işlədilməsi, saxlanması, uçotu və mühafizəsi üçün bütün məsuliyyəti müalicə-profilaktika müəssisənin rəhbəri daşıyır.
5.
Onkoloji xəstələr tərəfindən istifadə olunmamış narkotk preparatların və xüsusi reseptlərin silinməsi və məhv edilməsi
5.1.
Ardıcıl olaraq, yararlıq müddəti qurtarmış, həmçinin sınmış və xarab olmuş narkotik preparatlar Baş əczaçılıq təşkilatının, Polis orqanları və sanitar xidməti nümayəndələrinin iştirakları ilə bu qaydalara əsasən silinib məhv edilir.
5.2.
Vəfat etmiş onkoloji xəstənin qohumlarından istifadə olunmamış xüsusi reseptlərin və tərkibində narkotik maddə olan preparatların qəbul olunması və müalicə müəssisəsi üzrə əmrlə ölüm haqqında şəhadətnamənin tərtib olunması məsul işçiyə həvalə olunur. həmin işçi ambulator kartada qeyd olunmuş növbəti respeptin alındığı andan xəstəlik tarixi üzrə işlədilmiş dərmanın miqdarını yoxlamalıdır, Təhvil verilən resept və dərmanların miqdarı, onların adları və dərman forması (ampul, həb, toz) nömrələnmiş, qaytanlanmış, müəssisə rəhbərinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş xüsusi jurnalda qeyd olunur. Jurnalın forması əlavə olunur. Təhvil verilmiş resept və dərmanlar bu qaydaların 5.3. bəndində nəzərdə tutulmuş qaydada məhv olunana kimi seyfdə saxlanmalıdır.
5.3.
Hər ayın 30-dan keç olmayaraq güclü təsir edən və narkotik preparatların yığılmış toz, həb və ampulaları müalicə müəssisəsinin narkotik preparatlar və etil spirtinin uçotu və işlədilməsinə nəzarət edən xəstəxanada yaradılan daimi komissiyanın iştirakı ilə toz və həblər yandırılmaqla, ampullar yalnız əzilməklə məhv edilməlidir. Məhv edilmə haqqında xüsusi forma üzrə akt (akt forması əlavə olunur) tərtib olunur. Akt müalicə idarəsinin baş həkimi tərəfindən təsdiqlənir.
6.
Aptek bazalarında (anbarlarında) narkotik preparatların və narkotik prepartalar üçün xüsusi resept nüsxələrinin saxlanması, uçotu və buraxılması
6.1.
Narkotik preparatlar dərman formasından asılı olmayaraq, icazəsi olan aptek anbarlarında saxlanılır. Narkotik preparatlar saxlanan yer qüvvədə olan xüsusi texniki tələblərə cavab verməlidir.
6.2.
Narkotik preparatlar saxlanan otaq iş günü qurtardıqdan sonra bağlanmalı və möhürlənməli və yaxul plomblanmalıdır; açar, möhür və ya plomb isə narkotik prepartların saxlanmasına məsul olan maddi-məsul şəxsdə qalmalıdır.
6.3.
Narkotik prparatların və ciddi hesabat blankı olan xüsusi resept nüsxələrinin düzgün saxlanması və mühafizəsinin təşkil olunmasına məsulliyyət aptek anbarının müdirinə həvalə olunur.
6.4.
Narkotik preparatlar və ciddi hesabat blankı olan xüsusi resept nüsxələri saxlanan otağa girməyə, onlarla işləyən şəxslərə icazə verilir və bu, anbar müdirinin əmri ilə qanuniləşdirilir.
6.5.
Narkotik preparatlar daxil olduqda anbar müdiri və ya onun müavini alınan miqdarın qoşma sənədə müvafiq olmasını şəxsən yolamalıdır.
6.6.
Narkotik preparatlar anbardan yalınz möhürlənmiş vəziyyətdə buraxılır və bu zaman hər bağlamanın üzərinə göndərən müəssisənin adı, preparatın adı və analiz nömrəsi qeyd olunmuş etiket yapışdırılır.
6.7.
Narkotik preparatların buraxılması müəssisə rəhbərinin və ya onun müavinin imza etdiyi və müəssisənin möhürü vurulmuş tələbnamə əsasında həyata keçirilir.
Narkotik preparatlara aid bütün tələbnamə və hesablar digər preparatlara aid tələbnamə və hesabdan ayrı olmaqla miqdarı yazı ilə göstərilməklə yazılmalıdır.
Narkotik preparatların verilməsi, müəyyən olunmuş qaydada tərtib olunmuş alınan maddənin adı və yazı ilə miqdarı göstərilmiş ayrıca vəkalətnamə əsasında apırılır. Vəkalətnamə 15 gün müddətində etibarlıdır.
6.8.
Narkotik preparatlar buraxılmazdan əvvəl maddi-məsul şəxs narkotik preparatların buraxılması üçün əsas olan sənədləri, buraxılan narkotik lreparatların qoşma sənədlə uyğunluğunu, qablaşdırmanın düzgünlüyünü şəxsən yoxlamalı və hesabın (fakturanın) anbarda qalan surətinə imza etməlidir.
6.9.
Narkotik preparatlar aptek anbarlarından tibbi məqsədlər üçün Səhiyyə Nazirliyinin müalicə-profilaktika və aptek müəssisəlirinə, həmçinin stasionar çarpayıları olan elmi-tədqiqat və tibbi tədris müəssisələrinə buraxılır.
6.10.
Anbarlarda nömrələnmiş və qaytanlanmış, surquc möhürü və yuxarı təşkilat rəhbərinin imzası ilə təsdiq olunmuş kitabda (forma üzrə) dərman formasından asılı olmayaraq narkotik preparatların hesabatı aparılır.
6.11.
Narkotik preparatların anbarlarda bütün mədaxil və maxirc sənədləri həmin preparatların saxlanılmasına cavabdeh məsul şəxsin seyfində 5 (beş) il müddətində saxlanılır.
6.12.
Tibbi praktikada tətbiq olunmasına icazə verilməmiş narkotik preparatların aptek anbarlarında saxlanması qadağandır.
7.
Nəzarət-analitik laboratoriyasında narkotik preparatların saxlanması, uçotu və məhvi
7.1.
Nəzarət-analitik laboratoriyasında istifadə edilən narkotik preparatlar bağlı və surquclanmış seyfdə saxlanılmalıdır.
7.2.
Narkotik preparatların saxlanmasına laboratoriyanın müdiri, müavini və ya əmr əsasında bu preparatların saxlanması həvalə olunmuş maddi məsul şəxs məsuliyyət daşıyır. Narkotik preparatlar saxlanan seyfin açarı məsul şəxslərdə olmalıdır.
7.3.
Analiz üçün provizor-analitikə verilmiş narkotik preparatlar və ya tərkibində narkotik maddələr olan dərmanlar kimyaçı-analitikin xüsusi nəzarətində qapalı yerdə saxlanılır.
7.4.
Əczaçılıq təşkilatlarından (aptek anbarı, baza, apteklər) analiz üçün daxil olmuş narkotik dərman maddələri, analiz qurtardıqdan sonra 3 (üç) ay müddətində saxlanılır, bundan sonra isə onların qalığı əczaçılıq təşkilatlarına qaytarılır.
Xarab olmuş narkotik dərman maddələri yararlıq müddəti qurtardıqdan sonra bu qaydalara uyğun məhv edilir.
Tərkibində narkotik dərman maddəsi olan dərmanların qalığı isə aşağıdakı müddətə qədər saxlanılır:
a) şəhər apteklərindən daxil olan -10 gün müddətinə
b) kənd apteklərindən daxil olan - 20 gün müddətinə, bunadn sonra isə yuxarı təşkilatın nümayəndəsi ilə müvafiq laboratoriyanın aktı əsasında məhv edilir.
7.5.
Müvafiq laboratoriyaya analiz üçün gətirilmiş narkotik dərman maddələrinin formasınadn əsılı olmayaraq qeydiyyatı nömrələnmiş, takilmiş və yuxarı təşkilat tərəfindən möhür və imza ilə təsdiq edilmiş xüsusi kitabda aparılır (Forma əlavə edilir).
Narkotik dərman maddələrinə aid sənədlər 3 (üç) il müddətinə müvafiq laboratoriyanın müdirində saxlanılır.
8.
Səhiyyə sisteminin elmi-tədqiqat institutlarında, laboratoriyalarında və tədris müəssisələrində narkotik preparatların saxlanması və uçotu
8.1.
Elmi-tədqiqat institutlarında, laboratoriyalarda və tədris müəssisələrində narkotik dərman preparatları ayrıca otaqda, bağlı və möhürlənmiş seyfdə saxlanılmalıdır.
8.2.
Narkotik preparatlar saxlanan otaqların pəncərəsində dəmir çərçivə olmalı, qapısı dəmirlə uzlçnməlidir.
8.3.
Narkotik prepartalar saxlanan seyfin və otağın qapıları iş gününün sonunda açarla bağlanmalı, möhürlənməli və ya plomblanmalıdır.
Narkotik preparatlar saxlanan otağın və seyfin açarları, həmçinin möhür və plomb bu preparatların saxlanması həvalə olunmuş maddi-məsul şəxsdə olmalıdır.
8.4.
Narkotik prepartların və onların sənədlərinin düzgün saxlanması və təşkil olunması məsuliyyəti müəssisə rəhbərini və ya onun müavininin üzərinə düşür.
Tədris müəssisələrinəd tələbələrə praktiki məşğələlər üçün verilmiş narkotik preparatlardan düzgün istifadə olunması məsuliyyəti tələbələrlə praktiki məşğələ keçən müəllimin üzərinə düşür və bu qaydalarla müəyyən edilmiş məsuliyyət həmin müəllimlərədə şəmil edilir. Tədris məşğələləri qurtardıqdan sonra narkotik preparatların auditoriyalarda saxlanmasına icazə verilmir.
8.6. Narkotik preparatlar daxil olduqda müəssisənin rəhbəri və ya onun müavini alınmış narkotik prepartların qoşma sənədə müvafiq olmasını şəxsən yoxlamağa borcludur.
8.7. Narkotik preparatların ehtiyatı saxlanan otağa girməyə müəssisə üzrə əmrlə müəyyən olunan. və bilavasitə onlarla işləyən şəxslərə icazə verilir.
8.9. Narkotik preparatların cari işlər üçün buraxılması ancaq müəssisənin rəhbərinin və ya onun müavininin yazılı icazəsi ilə bu maddəni alanın soyadı və vəzifəsi göstərilmiş və laboratoriya müdirinin imza etdiyi tələbnamə əsasında həyata keçirilir.
8.10. Narkotik preparatlar buraxılmazdan əvvəl onların saxlanmasına maddi məsul şəxs narkotik preparatların buraxılması üçün əsası və qoşma sənədlərin düzgün tərtib olunmasını və qablaşdırmanın keyfiyyətini şəxsən yoxladıqdan sonra tələbnamənin sürətinə imza etməlidir,
8.10. Narkotik preparatların uçotu nömrələnmiş, qaytanlanmış və yuxarı təşkilatın rəhbərinin möhürü və imzası ilə təsdiq olunmuş kitabda forma üzrə aparılır.
Azərbaycan Respublikasında Narkotik preparatların
alınması, daşınması, saxlanması, uçotu, istifadəsi
və məhvi normativləri və qaydalarına
I SAYLI ƏLAVƏ
NARKOTİK PREPARATLARIN
XÜSUSİ RESEPT NÜSXƏSİNİN
F O R M A S I
TƏRKİBİNDƏ NARKOTİK MADDƏ OLAN
DƏRMAN ALMAQ HÜQUQU VERƏN RESEPT
AD №000000
(MÜALİCƏ-PROFİLAKTİKA MÜƏSSİSƏSİNİN ŞTAMPI)
Xüsusi ___________________________________________199__ -ci il Aptekdə
uçot sənədi qalır
Rp:______________________
______________________
______________________
______________________
Qəbul qaydası ___________
________________________
Vətəndaş________________
Xəstəlik tarixi №_________
Həkim__________________
(aydın yazmalı)
M.Y.
MÜRƏKKƏBLƏ DOLDURULUR
DÜZƏLİŞƏ İCAZƏ VERİLMİR
Qeyd: blank xüsusi nişanları olan çəhrayı rəngli kağızdan hazırlanır.
|
Azərbaycan Respublikasında Narkotik preparatların
alınması, daşınması, saxlanması, uçotu, istifadəsi
və məhvi normativləri və qaydalarına
2 SAYLI ƏLAVƏ
NARKOTİK PREPARATLARIN
İŞLƏDİLMƏ NORMALARI
(hər 1000 nəfər əhaliyə il ərzində qramlarla)
QEYD: Normalar bütün dərman formalarının təmiz təsir edən maddəsinə görə hesablanmışdır, ona görə də tələbnamənin normativə görə hesablanmış tələbatla müqayisə etdikdə tərkibində göstərilən maddələr olan bütün dərman formalarında təmiz preparatı hesablamaq lazımdır.
|
|
Azərbaycan Respublikasında Narkotik preparatların alınması, daşınması, saxlanması, uçotu, istifadəsi və məhvi normativləri və qaydalarına
3 SAYLI ƏLAVƏ
|
MÜVƏQQƏTİ YÜNGÜLLÜK VERMƏK MƏQSƏDİ İLƏ İL ƏRZİNDƏ ONKOLOJİ XƏSTƏLƏR ÜÇÜN BİR ÇARPAYIYA İSTİFADƏ EDİLƏN NARKOTİK PREPARATLARIN İŞLƏDİLMƏ
NORMALARI
Sıra
№-si
|
Narkotik preparatların adıvə buraxılma forması
|
İşlədilmə . norması
|
1.
|
Promedol 2% 1,0,amp.
|
153,0
|
2.
|
Morfin h/x 1% 1,0,amp.
|
63,0
|
3.
|
Morfin sulfat,retard 10 mq,tab.
|
58,8
|
4.
|
Morfin sulfat,retard 30 mq,tab.
|
19,6
|
5.
|
Morfin sulfat,retard 60 mq,tab.
|
9,8
|
6.
|
Morfin sulfat,retard 100mq,tab.
|
5,88
|
7.
/"".
|
Morfin sulfat,retard 200 mq,tab.
|
2,94
|
8.
|
Tramadol h/x 50 mq,amp.
|
255,0
|
9.
|
Tramadol h/x 50 mq,kaps
|
127,5
|
10
|
Tramadol h/x 100 mq,susp
|
31,87
|
11.
|
Tramadol h/x 1000 mq,damcı,flak.
|
3,2 flak.
|
12.
|
Buprenorfin 0,3 mq 1,0,amp.
|
105,0
|
13.
|
Buprenorfin 0,2 mq,tab.
|
157,5
|
14.
|
Dipidorol 0,75% 2,0,amp.
|
210,0
|
15.
|
Prosidol 1% 1,0,amp.
|
191,3
|
16.
|
Prosidol bukkallı 20 mq,tab.
|
382,5
|
|
Azərbaycan Respublikasında Narkotik preparatların alınması, daşınması, saxlanması, uçotu, istifadəsi və məhvi normativləri və qaydalarına
4 SAYLI ƏLAVƏ
|
İNKURABEL ONKOLOJİ XƏSTƏLƏRƏ TƏRKİBİNDƏ TİRYƏK OLAN AĞRIKƏSİCİLƏRİN BURAXILIŞ
NORMALARI
Sıra
N-si
|
Preparatın adı
|
Buraxılış növü və
dozası
|
5-10 günlük terapiya üzrə ən yüksək buraxılış norması
|
1.
|
Morfin sulfat (MST kontinus və ya başqa analoqları)
|
Daxilə qəbul üçün təsiri uzadılmış həblər: 10, 30, 60, və ya 200 mq
|
3000 mq (60 mq ola» 50 həb, 100 mq olan 30 həq və s.)
|
2.
|
Morfin h/x
|
Daxilə qəbul üçün həblər: 10 mq
|
100 həb
|
3.
|
Morfin h/x - inyeksiya üçün məhlul
|
Ampulalar: 10 mq/1 ml
|
30 ampula
|
4.
|
Buprenorfin
|
Dil altı qəbulu üçün həblər:0,2 mq
|
100 həb
|
5.
|
Buprenorfin
|
İnyeksiya üçün məhlul. Ampulalar: 0,3 mq/1 ml
|
60 ampula
|
6.
|
Buprenorfin
|
İnyeksiya üçün məhlul. Ampulalar: 0,6 mq/2 ml
|
30 ampula
|
7.
|
Prosidol
|
Bukkal qobulu üçün həblər: 20 mq
|
100 həb
|
8.
|
Prosidol
|
İnyeksiya üçün məhlul. Ampulalar: 10mq/1 ml
|
100 ampul
|
9.
|
Tramadol h/x
|
Daxilə qəbul üçün kapsullar: 50 mq
|
100 kapsul
|
10.
|
Tramadol h/x
|
Rektal euppozitoriyalar :100 mq
|
50 suppozitoriya
|
11.
|
Tramadol h/x
|
İnyeksiya üçün məhlul. Ampulalar: 50 mq/1 ml
|
100 ampul
|
12.
|
Tramadol h/x
|
İnyeksiya üçün məhlul. Ampulalar: 100 mq/1 ml
|
50 ampul
|
13.
|
Tramadol h/x
|
Damcı ilə daxilə qəbul üçün məhlul. Flakonlar: 20 ml (50 mq/1 ml)
|
5 flakon
|
14.
|
Tramadol h/x
|
Daxilə qəbul üçün tə"siri uzadılmış həblər: 100,150 və ya 200 mq
|
5000 mq (100 mq olan 50 həb, 150 mq olan 30 həb,200 mq olan 25 həb)
|
|
|
Azərbaycan Respublikasında Narkotik preparatların alınması, daşınması, saxlanması, uçotu, istifadəsi və məhvi normativləri və qaydalarına
5 SAYLI ƏLAVƏ
|
Bir çarpayı gününə il ərzində istifadə edilən narkotik preparatların normativi.
|
NARKOTİK PREPARATLARIN ADLARI
|
||||||||||||||
№-si
|
M-P.müəs Şöbələr Adları
|
Morf. K/x 1%-amp
|
Omno pon 1%-1,0am p
|
Omnop on 2%-1,0amp
|
Promed ol 1% -1,0amp.
|
Prome dol 2%-1,0 amp.
|
Morf inə bənzər çəmi.
|
Fent anil 0,005 -2% aml
|
Promed
OL f.
|
Prome dol tab.
ədəd
|
Esto sin tab 0,01 ədəd
|
Etilm orfin h/x qr
|
Kodein və onunduzları qr.
|
Tərkibində Kodein olan öskür əleyhinə tab. ədəd
|
Kokain
H/X qr.
|
1.
|
Terapiya
|
3,0
|
0,5
|
2,0
|
0,5
|
5,0
|
11,0
|
0,4
|
0,25
|
1,5
|
0,6
|
0,5
|
0,2
|
5,0
|
-
|
2.
|
Qastroentrologiya
|
3,0
|
-
|
0,5
|
0,5
|
5,5
|
9,5
|
1,0
|
-
|
0,5
|
-
|
-
|
-
|
2
|
-
|
3,
|
Kordiologiya
|
1,0
|
0,5
|
1,5
|
0,5
|
5,5
|
9,0
|
1,5
|
|
1,0
|
-
|
2,0
|
-
|
1,0
|
-
|
4,
|
Pulmonologiya
|
1.0
|
1,0
|
2,0
|
1,0
|
6,0
|
11,0
|
0,5
|
-
|
-
|
-
|
0,06
|
0,2
|
4,0
|
|
5.
|
Allergiya
|
|
-
|
-
|
-
|
1,0
|
1,0
|
-
|
|
-
|
-
|
-
|
-
|
1,0
|
-
|
6.
|
Endokrinologiya
|
-
|
|
0,6
|
.-
|
1,0
|
1,6
|
3,0
|
-
|
-
|
-
|
0,01
|
-
|
0,1
|
-
|
7.
|
Nefrologiya
|
3,0
|
|
0,5
|
0,5
|
5,5
|
9,5
|
1,0
|
-
|
0,5
|
-
|
-
|
-
|
1,5
|
-
|
8.
|
Hemotologiya
|
2,5
|
2,0
|
12,0
|
4,0
|
36,0
|
56,5
|
5,0
|
-
|
0,5
|
-
|
0,3
|
-
|
1,5
|
-
|
9.
|
Profpatologiya
|
1,0
|
1,0
|
2,0
|
0,5
|
6,0
|
10,0
|
-
|
-
|
-
|
-
|
0,06
|
0,2
|
3,0
|
-
|
10.
|
Cərrahiyə
|
« 6,0
|
1,5
|
8,5
|
7,0
|
58,0
|
81,0
|
6,0
|
0,4
|
1,0
|
0,2
|
0,4
|
0,3
|
6,0
|
0,04
|
11.
|
Travmatologiya
|
3,0
|
1,0
|
5,0
|
3,0
|
21,0
|
33,0
|
2,0
|
-
|
0,5
|
|
0,5
|
-
|
3,0
|
0,03
|
12.
|
Ortopediya
|
~
|
-
|
0,2
|
1,0
|
4,0
|
5,2
|
-
|
|
-
|
-
|
|
-
|
|
-
|
13.
|
Urologiya
|
5,0
|
0,5
|
5,0
|
4,0
|
31,0
|
45,0
|
7,0
|
0,3
|
-
|
-
|
0,07
|
0,2
|
3,0
|
-
|
14.
|
Döş qəfəsi çərr.
|
2,0
|
-
|
5,0
|
20,0
|
150,5
|
177,0
|
5,0
|
|
-
|
0,2
|
-
|
|
5,0
|
-
|
15,
|
Yanıq şöbəsi
|
9,5
|
3,0
|
13,0
|
15,0
|
115,0
|
155,5
|
11,0
|
0.6
|
4,0
|
0,2
|
0,3
|
0,5
|
5,0
|
0,5
|
16.
|
Reanimasiya
|
9,0
|
1,0
|
10,0
|
20,0
|
145,0
|
185,0
|
100,0
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
17.
|
İnfeksion
|
2,0
|
3,0
|
2.0
|
31,0
|
5,0
|
43,0
|
0,2
|
|
1,0
|
-
|
0,3
|
-
|
7,5
|
-
|
18.
|
Doğum və hamil.
|
4,0
|
0,5
|
1,0
|
6,0
|
4,0
|
15,5
|
1,0
|
-
|
1,0
|
-
|
0,25
|
-
|
1,0
|
-
|
19.
|
Patoloj hamil.
|
-
|
-
|
-
|
|
0,5
|
0,5
|
-
|
-
|
.-
|
-
|
|
|
0,1
|
-
|
20.
|
Kinekologiya
|
3,0
|
2,5
|
9,0
|
|
14,0
|
31,0
|
4,0
|
-
|
7,0
|
0,9
|
0,05
|
-
|
1,5
|
- -
|
21;
|
Nevrologiya
|
0,5
|
-
|
0,5
|
2,0
|
1,0
|
4,0
|
0,6
|
0,3
|
-
|
-
|
0,45
|
0,6
|
1,5
|
0,03
|
22.
|
Psixiatriya
|
0,2
|
-
|
|
-
|
42
|
0,4
|
-
|
-
|
-
|
-
|
0,15
|
0,4
|
0,1
|
- .
|
23.
|
Oftalmologiya
|
0,3
|
0,5
|
0,5
|
0,5
|
4,0
|
5,8
|
1,0
|
0,3
|
-
|
0,2
|
0,7
|
-
|
1,5
|
0,2
|
24.
|
Otolorinkologiya
|
2,0
|
-
|
6,0
|
0,5
|
3,5
|
12,0
|
0,6
|
0,3
|
-
|
-
|
1,3
|
-
|
2,5
|
3,0
|
25.
|
Dəri-zöhrəvi
|
-
|
|
-
|
.
|
0,1
|
0,1
|
-
|
|
-
|
-
|
0,1
|
-
|
4,0
|
-
|
26.
|
Vərəm
|
2,0
|
|
1,5
|
1,0
|
2,0
|
6,5
|
-
|
0,1
|
1,2
|
0,2
|
0,35
|
-
|
4.0
|
0,01
|
27.
|
Narkologiya
|
-
|
-
|
|
-
|
-
|
-
|
-
|
|
.,_
|
-
|
-
|
-
|
0,1
|
-.
|
28.
|
Pediatriya
|
0,2
|
0,1
|
-
|
0,3
|
-
|
0,3
|
-
|
-
|
1,2
|
-
|
0,05
|
1,0
|
1,0
|
-
|
29.
|
Onko
|
2,5
|
-
|
15,5
|
2,0
|
60,0
|
80,0
|
10,0
|
' -
|
0,5
|
-
|
0,4
|
-
|
1,7
|
-
|
30.
|
Radio rentkenologiya
|
0,5
|
2,5
|
|
3,0
|
7,0
|
26,0
|
1,0
|
-
|
0,1
|
-
|
-
|
-
|
-
|
-
|
31.
|
Qəbul şöbəsi
|
-
|
-
|
0,1
|
-
|
0,25
|
0,38
|
-
|
|
-
|
-
|
. . -
|
-
|
0,45
|
-
|
32.
|
Kəkd sahə xəstəxanası daxil olmaqla ambulator qəbul üçün
|
10,0
|
1,0
|
6,0
|
2,0
|
7,0
|
26,0
|
20,0
|
0,2
|
0,2
|
|
0,2
|
0,5
|
6,0
|
0,1
|
33.
|
Poliklin.və ambul.
|
2,0
|
0,7
|
0,3
|
1,0
|
2,0
|
6,0
|
-
|
|
0,5
|
-
|
0,2
|
-
|
2,0
|
0,04
|
34.
|
Stomotol. Poliklin.
|
-
|
0,2
|
0,3
|
0,3
|
- .
|
0,35
|
-
|
|
-
|
-
|
|