AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.01.2002
QEYDİYYAT NÖMRƏSİ
1
ADI
“Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 iyun tarixli, 143 nömrəli qərarının qismən qüvvədən düşməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2002, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 80)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 iyun tarixli, 143 nömrəli qərarının qismən qüvvədən düşməsi barədə

“Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 iyun tarixli, 143 nömrəli qərarının qismən qüvvədən düşməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Orta və yüksək enerjitutumlu istehsal sahələrinə səmərəli investorların cəlb edilməsini stimullaşdırmaq, kiçik və orta sahibkarlıq sektorunda yeni iş yerləri yaradılması imkanlarını genişləndirmək, elektrik enerjisi istehlakçıları üçün bərabər rəqabət şəraiti təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 iyun tarixli, 143 nömrəli qərarının 1-ci bəndi, 2-ci bəndinin 1-ci və 2-ci abzasları qüvvədən düşmüş hesab edilsin.

2. “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Gəncəelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” və “Əlibayramlıelektrikşəbəkə” səhmdar cəmiyyətlərinə tapşırılsın ki, 2002-ci il 1 yanvar tarixdən enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi dayandırılsın.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 7 yanvar 2002-ci il
№ 1

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status