AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
25.05.2001
QEYDİYYAT NÖMRƏSİ
20
ADI
Kredit təşkilatları tərəfindən digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə edilməsi Qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 30-06-2001, Nəşr nömrəsi: 05-06)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2697
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“QEYDƏ ALINMIŞDIR”

QEYDƏ ALINMIŞDIR

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

 

Qeydiyyat № 2697

“11” iyun 2001-ci il

 

 

Nazir _____________F.F.Məmmədov

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Milli Bankın İdarə heyəti

 

Protokol №20

"25" may 2001-ci il

 

 

Sədr ___________E.S.Rüstəmov

 

 

 

 

KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN DİGƏR

HÜQUQİ ŞƏXSLƏRİN PAYLARININ (SƏHMLƏRİNİN)

ƏLDƏ EDİLMƏSİ QAYDALARI [1]

 

 

 

1. Ümumi müddəalar

 

1.1.        Bu Qaydalar "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq hazırlanmışdır və respublikanın bütün kommersiya (səhmdar-kommersiya) banklarına və xarici bankların filiallarına (bundan sonra - "bank") şamil edilir.

1.2.        Bu Qaydalar digər hüquqi şəxslərin kapitalında (paylarında, səhmlərində) bankların iştirakı şərtlərini (investisiya qoyuluşunu) və limitini əyyən edir.

1.3.        Bankların digər hüquqi şəxslərin kapitalında iştirakı böyük risklərlə bağlı olduğuna və nəticədə itkilərlə nəticələnə bildiyinə görə belə iştiraklara məhdudiyyətlər əyyən olunur.

 

2. Payların (səhmlərin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər

 

2.1. Bu Qaydaların 2.3 bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla digər hüquqa şəxslərin kapitalına bankların birbaşa və ya dolayı yolla investisiyalarının məbləği aşağıdakı məhdudiyyətlərdən çox olmamalıdır:

(a)  bir hüquqi şəxsin kapitalında iştirak bankın öz vəsaitinin 10 faizindən;

(b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirak bankın öz vəsaitinin 40 faizindən.

2.2.            Bu Qaydalarda bankın öz vəsaiti dedikdə Milli Bankın normativ aktları ilə əyyən edilmiş "tutulmalardan sonra məcmu kapital" başa düşülməlidir.

2.3.            Bu Qaydaların 2.1 bəndində əyyən edilmiş məhdudiyyətlər kredit borcunun ödənilməməsinə görə bankın mülkiyyətinə keçən paylara (səhmlərə) şamil edilmir, bir şərtlə ki, bu payların (səhmlərin) normadan artıq olan hissəsi banka mülkiyyət hüququ keçdiyi kündən etibarən iki il ərzində satılsın. Əkər bank onun mülkiyyətində normadan artıq olan payları (səhmləri) iki ildən çox saxlamaq niyyətindədirsə, səbəbi göstərilməklə o, Azərbaycan Respublikası Milli Bankının müvafiq icazəsini almalıdır. Normadan artıq paylar (səhmlər) üzərində mülkiyyət hüququnu icazə verildiyi müddətdən daha artıq müddətə saxlamış bank normativlərin hesablanması zamanı artıq payların (səhmlərin) məbləğini nəzərə almalıdır.

 

3. Digər hüquqi şəxsin kapitalını əldə etmək üçün bankların daxili prosedurları və hesabatı

 

3.1. Digər hüquqi şəxslərin kapitalını əldə edən hər bir bankın bu işin təşkili barədə yazılı daxili prosedurları olmalıdır. Bu prosedurlar bankın Müşahidə Şurası və İdarə Heyəti tərəfindən təsdiq edilməli və aşağıdakılardan əks etdirilməlidir:

·        bank investisiyalarının növləri və onların seçilməsi qaydası, investisiya qoyulan əssisənin forması, iqtisadi sahələri və ölkə üzrə bölgüsü;

·        investisiya qoyuluşu barədə qərarların qəbul edilməsi üçün səlahiyyətli şəxslər və investisiyaları həyata keçirəcək şəxslər üçün maksimum limitlər;

·        uçot və hesabat qaydaları.

3.2. Digər hüquqi şəxslərin kapitalını əldə edən banklar bu əssisələr barədə kifayət qədər operativ və mükəmməl informasiyaya və onların fəaliyyətini qiymətləndirmək və müşahidə etmək üçün müvafiq təcrübəyə malik olmalıdırlar. İnformasiya Müşahidə Şurasına və İdarə Heyətinə uçotu və nəzarəti müvafiq səviyyədə aparmağa və tədbir görməyə imkan verməlidir. Bank rəhbərliyinə təqdim olunan hesabatlarda ən azı kapitalı əldə edilmiş əssisələrin bazarda mövqeyi, onların təsnifatı, iştirakın nominalı, bazar dəyəri, əldə edildiyi və ödənilməsi nəzərdə tutulan tarixlər barədə məlumatlar olmalıdır.

3.3. Banklar hesabat ayından sonrakı ayın 5 günündən gec olmayaraq Azərbaycan Respublikası Milli Bankına Qaydalara əlavə olunmuş formada (Əlavə N-1) kapitalını əldə etdikləri hüquqi şəxslərin adlarını, investisiyanın balans dəyərini, bazar dəyərini (əkər varsa), investisiyanın qoyulduğu və ödənilməsi nəzərdə tutulan tarixləri göstərməklə hesabat təqdim etməlidirlər.

Bu Qaydalar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Milli Bankının "Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi" üzrə 1997-ci il 21 may tarixli 2 N-li Qaydalarının 8-ci bəndi öz qüvvəsini itirir.

 

 

 

 

 

 

 

 

Bu Qaydalar 1 iyul 2001-ci il tarixdən qüvvəyə minir.

 

 

 


KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN

DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN PAYLARININ

(SƏHMLƏRİNİN) ƏLDƏ EDİLMƏ

QAYDALARINA

 

                                                                                         Əlavə N 1

 

Bankın adı_____________________________________

 

“____” ______________________________200 __ -ci il tarixinə

 

 

Digər hüquqi şəxslərin kapitalının (payların, səhmlərin)

əldə edilməsi haqqında hesabat

 

(min manatla)

 

 

Hüquqi

şəxsin

adı

İnvestisiyanın

balans

dəyəri

İnvestisiyanın bazar

dəyəri (əkər

bazarda belə

investisiyaların alqı-satqısı

gedirsə)

İnvestisiyanın

qoyulduğu

tarix

İnvestisiyanın

ödənilməsi

nəzərdə

tutulan

tarix

Qeydlər

(burada əkər

investisiya

borcun

əvəzinə

alınmışsa

göstərilməli)*

1

2

3

4

5

6

7**

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 .

 

 

 

 

 

 

n

 

 

 

 

 

 

 

   Çəmi

 

 

XXX

XXX

 

 

 

 

* Əgər investisiya borcun əvəzinə alınmışsa, onun balans dəyəri

(3- sütundan) göstərilməlidir.

 * * 7-ci sütundakı məbləğ 3- sütundakı məbləğdən az və ya ona bərabər ola bilər.

 

 

 

Bankın İdarə Heyətinin sədri                                                              (A.A.S.)

Baş mühasib                                                                                           (A.A.S.)

 

 

      M.Y.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12) ilə Azərbaycan Respublikasının Milli Bankının normativ xarakterli aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, "mln manat" sözləri "min manat" sözləri ilə, "min manat" sözləri isə "manat" sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status