AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
19.04.2001
QEYDİYYAT NÖMRƏSİ
14
ADI
Azərbaycan Respublikasının bank sistemində balansdankənar əməliyyatların uçot Qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 30-04-2001, Nəşr nömrəsi: 03-04)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.06.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2685
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“QEYDƏ ALINMIŞDIR” “TƏSDİQ EDİRƏM”

“QEYDƏ ALINMIŞDIR”

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

 

Qeydiyyat № 2685

"25" aprel 2001-ci il

 

Nazir______________ F.Məmmədov

“TƏSDİQ EDİRƏM”

Azərbaycan Respublikasının

Milli Bankın İdarə Heyəti

 

Protokol № 14

"19" aprel 2001-ci il

 

Sədr_____________ E.S.Rüstəmov

 

 

Azərbaycan Respublikasının bank sistemində balansdankənar

əməliyyatların uçot Qaydaları

 

1.      Ümumi müddəalar

1.1.    Bu Qaydalar "Azərbaycan Respublikasının Milli Bankı haqqında", "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının dikər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının bank sistemində (irəlidə "Bank") balansdankənar əməliyyatların uçot prinsiplərini müəyyənləşdirir.

1.2.    Bu Qaydalar balansdankənar əməliyyatların mühasibat uçotunu tənzimləyir və maliyyə hesabatlarında əks etdirilməsi məqsədilə tətbiq edilir. -

 

2. Anlayışlar

2.1.    Balansdankənar əməliyyatlar - baş verdiyi anda mühasibat (balans) hesabatında aktiv və ya öhdəlik kimi tanınmayan əməliyyatlardır.

2.2.    Qeyri-müəyyən hadisə - elə bir hadisə və ya vəziyyətdir ki, bu hadisənin nəticəsi (mənfəət və ya zərər) yalnız gələcəkdə həmin hadisənin baş verməsi və yaxud verməməsi faktı üzrə tanınır.

2.3.   Müqavilə (şərti) öhdəlikləri - gələcəkdə müəyyən dövr üçün müəyyən şərtlərlə vəsaitlərin verilməsi və ya alınması haqqında bankın razılığıdır.

 

3.   Balansdankənar hesabların təsnifləşdirilməsi

3.1. Balansdankənar əməliyyatlar bank riskinin mövcudluğuna görə aşağıdakı qaydada təsnifləşdirilir:

       təəhhüdlər və şərti balansdankənar əməliyyatlar

       memorandum balansdankənar əməliyyatlar

3.2. Təəhhüdlər və şərti balansdankənar əməliyyatlar gələcəkdə qeyri-müəyyən hadisələrin və müqavilə (şərti) öhdəliklərinin yaranmasına gətirib çıxaran, müştərinin adından aparılan və yaxud bankın özünün ticarət fəaliyyəti ilə bağlı olan və bank üçün risk təşkil edən əməliyyatlardır.

3.3. Memorandum balansdankənar əməliyyatlar təəhhüdlər və şərti balansdankənar əməliyyatlardan fərqli olaraq, bank üçün risk təşkil etməyən əməliyyatlardır.

 

4. Uçot

4.1.    Balansdankənar əməliyyatların uçotu ikili yazılış metodu ilə balansdankənar hesablarda aparılır. Bu metoda görə müvafiq hesab debetləşir, müvafiq kontr-hesab kreditləşir və ya müvafiq hesab kreditləşir, müvafiq kontr-hesab debetləşir.

4.2.    Təəhhüdlər və şərti balansdankənar əməliyyatlar müvafiq sənədlərin imzalandığı tarixdən müəyyən olunmuş dəyərlə müvafiq balansdankənar hesablarda tanınır və gələcəkdə isə istifadə olunmamış qalıq məbləği ilə əks olunur. İstifadə olunmuş məbləğ mühasibat (balans) hesabatında əks olunur.

4.3.    Təəhhüdlər və şərti balansdankənar əməliyyatlarla əlaqədar tələblər və öhdəliklər aşağıdakı hallarda müvafiq balansdankənar hesablarda uçotdan çıxarılır:

       ödənildikdə;

       geri çağrıldıqda;

       müddəti ötdükdə;

       qanunvericiliklə müəyyən olunmuş digər hallarda.

4.4.    Təəhhüdlər və şərti balansdankənar əməliyyatlar elan olunmuş nizamnamə kapitalının ödənilməmiş hissəsi, kommersiya banklarının məcburi ehtiyatlarının ödənilməmiş hissəsi, kredit əməliyyatları üzrə təəhhüdlər və şərti tələblər, kapital investisiyaları üzrə təəhhüdlər, xarici valyutanın alınması və ya satılması üzrə təəhhüdlər və şərti tələblər, qiymətli kağızların alınması və ya satılması üzrə təəhhüdlər və şərti tələblər və sair maliyyə alətlərinin alınması və ya satılması üzrə təəhhüdlər və şərti tələblərlə bağlı bank üçün risk təşkil edən dikər əməliyyatlardan ibarətdir və müvafiq balansdankənar hesablarda uçotu aparılır.

4.5.    Memorandum balansdankənar əməliyyatlar bu əməliyyatların yaranması faktını təsdiq edən sənədlər əsasında müvafiq balansdankənar hesablarda tanınır.

4.6.    Memorandum balansdankənar əməliyyatlar onların mövcudluğunu təkzib edən sənədlər əsasında müvafiq balansdankənar hesablarda uçotdan çıxarılır.

4.7.  Memorandum balansdankənar əməliyyatlar girov, ödəniş əməliyyatları və sənədləri, balansdan silinmiş borclar, icarə və lizinq əməliyyatları, azqiymətli və tezköhnələn əşyalar və dikər bank üçün risk təşkil etməyən əməliyyatlardan ibarətdir və müvafiq balansdankənar hesablarda uçotu aparılır.

 

5. Yenidənqiymətləndirmə

5.1. Balansdankənar hesablar üzrə yenidənqiymətləndirmə aşağıdakı hallarda aparılır:

·      manatın məzənnəsi xarici valyutaya nisbətən dəyişdikdə; girovun qiyməti dəyişdikdə;

·      qanunvericiliklə müəyyən olunmuş digər hallarda.

5.2. Balansdankənar hesablar üzrə yenidənqiymətləndirilmə müvafiq kontr-hesablar vasitəsilə həyata keçirilir.

 

6. Yekun müddəalar

6.1. Bu Qaydalar 01 iyun 2001-ci il tarixdən qüvvəyə minir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status