430.000.000
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil və digər növ cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2005-ci il
N° 1014-IIQ
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası
Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil
və digər növ cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti,
terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın vacibliyinə əmin olaraq,
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və onlardan sui-istifadə hallarına daim artan meyillərindən narahat olaraq,
terrorçuluqla birgə mübarizə aparmaq istəyində olduqlarım təsdiq edərək,
qanunsuz miqrasiya və iqtisadiyyat sahəsində cinayətkarlıqla mübarizədə səmərəli tədbirlərin görülməsi niyyətində olduqlarını bəyan edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M addə 1
Tərəflər öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq, Tərəflərin dövlətlərinin ərazisində törədilən və ya törədilməsinə hazırlıq görülən mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı həyata keçirirlər.
Maddə 2
Terrorçuluğun bütün təzahürləri ilə mübarizə məqsədilə, Tərəflər öz dövlətlərinin milli qanunvericiliyinə, həmçinin bu Sazişin müddəalarına əsasən aşağıdakı sahələr üzrə mübadilə aparır və fəaliyyət göstərirlər:
1. planlaşdırılan və törədilən terror aktları, terrorçu təşkilatlar və qruplaşmalar, həmçinin bu cinayətlərdə iştirak edən şəxslər, belə cinayətlərin forma və metodları və istifadə olunan vasitələr haqqında informasiya, habelə terrorçuluqla mübarizədə və Tərəflərin dövlətlərinin ictimai və dövlət təhlükəsizliyinə təhdid yaradan cinayətlərin qarşısının alınması üçün zəruri olan məlumat mübadiləsi;
2.
terrorçu təşkilatlara və terrorçu fəaliyyətə aidiyyəti olan şəxslərə göstərilən dəstək, o cümlədən maliyyələşdirmə mənbələri haqqında informasiya mübadiləsi;
3.
silah, döyüş sursatı, hərbi texnika, partlayıcı və zəhərləyici maddələrin, nüvə və radioaktiv materialların qanunsuz alveri ilə məşğul olan şəxslər və təşkilatlar haqqında, habelə onların Tərəflərin dövlətlərinin ərazisində yerdəyişməsi kanalları barədə informasiya mübadiləsi;
4.
Tərəflərdən birinin sorğusuna əsasən terror xarakterli cinayətlərin xəbərdar olunmasına, aşkarlanmasına, qarşısının alınmasına yönəlmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi;
5.
terrorçuluqla mübarizə, terror təzahürlərinə qarşı əks-təsir fəaliyyətinin forma və metodlarına dair təcrübə mübadiləsi məsələləri üzrə birgə işçi görüşlərin və məsləhətləşmələrin keçirilməsi.
Maddə 3
Tərəflər öz dövlətlərinin qanunvericiliyinə müvafiq olaraq, narkoxassəli bitkilərin qanunsuz əkilib-becərilməsinin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınmasının və istifadə edilməsinin, onların istehsalı məqsədilə istifadə olunan alətlərin və ya avadanlığın qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri görürlər:
1.
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə cəlb edilmiş şəxslər, həmin şəxslərin gizli sığınacaqları, nəqliyyat vasitələri və iş üsulları, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların mənşəyi və təyinatı haqqında məlumatlar, həmçinin narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla bağlı cinayətlərin xəbərdar olunması və qarşısının alınması üçün zəruri olan digər məlumat mübadiləsi;
2.
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin metodları barədə məlumat mübadiləsi;
3.
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni daşınma marşrutları haqqında məlumat mübadiləsi;
4.
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ayrı-ayrı növləri üzrə aparılmış kimyəvi ekspertizaların nəticələrinin bir-birinin sərəncamına təqdim edilməsi;
5.
bu sahədə mümkün qanun pozuntuları hallarına xüsusi diqqət yetirməklə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanuni dövriyyəsinə nəzarət üzrə təcrübə mübadiləsi;
6.
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə razılaşdırılmış tədbirlər.
Maddə 4
Cinayətkarlığın, xüsusilə mütəşəkkil cinayətkarlığın aşkarlanması, aradan qaldırılması, qarşısının alınması və səviyyəsinin azaldılmasında əməkdaşlığı həyata keçirərək, Tərəflər aşağıdakı tədbirləri görürlər:
1.
mütəşəkkil cinayətkar fəaliyyətə cəlb edilmiş şəxslər, cinayətkarların əlaqələri, mütəşəkkil cinayətkar qrupların strukturu, ayrı-ayrı cinayətkarlar və mütəşəkkil cinayətkar qrupların əlaqələri, cinayət işləri üzrə faktlar (xüsusilə cinayətin törədilmə vaxtı, yeri və üsulu haqqında), cinayətlərin tövsifi və növləri, görülmüş tədbirlər haqqında, o cümlədən bu cür cinayətlərin xəbərdar edilməsi və ya qarşısının alınması üçün işə aidiyyəti olan hər hansı digər detallar haqqında məlumat mübadiləsi;
2.
bir Tərəfin sorğusu əsasında, sorğu edilən Tərəfin dövlətinin milli qanunvericiliyində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin həyata keçirilməsi;
3.
beynəlxalq cinayətkarlığın törədilmə metodları və yeni formaları sahəsində məlumat və təcrübə mübadiləsi;
4.
özlərinin kriminalistik və kriminoloji və işə aid digər kriminal təhqiqatların nəticələrinin mübadiləsi. Özlərinin istintaq üzrə təcrübələri və iş metodları və avadanlıqlarının tətbiqi haqqında, onların təkmilləşdirilməsi məqsədilə bir-birini qarşılıqlı surətdə məlumatlandırırlar;
5.
mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədilə ixtisasartırma üçün mütəxəssislərin qarşılıqlı təcrübə keçmə ezamiyyətlərini həyata keçirir, kriminalistik, kriminoloji və məhkəmə tibb ekspertizası sahəsində təcrübə və elmi nailiyyətlər mübadiləsini həyata keçirirlər;
6.
zəruri hallarda mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər həyata keçirir, həmin tədbirlərin hazırlanması və reallaşdırılması üçün işçi görüşlər keçirirlər.
M addə 5
Bundan əlavə, Tərəflərin əməkdaşlığı aşağıda göstərilən sahələri də əhatə edir:
1.
qanunsuz əldə edilmiş gəlirlərin, yaxud əmlakın leqallaşdırılması, həmçinin qanunsuz maliyyə əməliyyatları ilə mübarizədə əməkdaşlıq;
2.
bu Sazişdə qeyd edilən cinayətkar əməllərlə mübarizə sahəsində normativ hüquqi aktların mübadiləsi;
3.
cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş qanunsuz gəlirlər haqqında məlumat mübadiləsi;
4.
qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində təcrübə və normativ hüquqi aktların, habelə Tərəflərin dövlətlərinin ərazisində əcnəbilərin qalma (yaşama) qaydalarını tənzimləyən normativ hüquqi aktların mübadiləsi;
5.
insan alveri ilə mübarizə sahəsində, o cümlədən qanunsuz miqrasiyanın təşkilində əlaqəli olan hüquqi və fiziki şəxslərə və miqrantların müəyyən olunmuş keçirilmə kanallarına dair digər Tərəf üçün zəruri olan məlumat mübadiləsi.
Maddə 6
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə bütün əlaqələr bilavasitə Tərəflərin dövlətlərinin mərkəzi səlahiyyətli orqanları arasında həyata keçiriləcəkdir.
2. Bu Sazişin yerinə yetirilməsi üçün Tərəflərin dövlətlərinin mərkəzi səlahiyyətli orqanları aşağıdakılardır:
1) Azərbaycan tərəfindən:
Daxili İşlər Nazirliyi,
Baş Prokurorluq,
Ədliyyə Nazirliyi,
Milli Təhlükəsizlik Nazirliyi,
Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası,
Dövlət Gömrük Komitəsi,
Dövlət Sərhəd Xidməti;
2)
Qazaxıstan tərəfindən:
Daxili İşlər Nazirliyi,
Baş Prokurorluq,
Milli Təhlükəsizlik Komitəsi,
Maliyyə Nazirliyi,
Ədliyyə Nazirliyi,
Qazaxıstan Respublikasının iqtisadiyyat və korrupsiya cinayətləri ilə mübarizə üzrə Agentliyi (maliyyə polisi).
3.
Tərəflərin dövlətlərinin mərkəzi səlahiyyətli orqanları öz dövlətlərinin milli qanunvericiliyi çərçivəsində bir-biri ilə bilavasitə əməkdaşlıq edir və öz əməkdaşlığının müvafiq sahələrini və formalarını ayrıca Protokollarla müəyyənləşdirə bilərlər.
4.
Tərəflərdən hər biri mərkəzi səlahiyyətli orqanların siyahısında baş verən dəyişikliklər barədə digər Tərəfi diplomatik kanallar vasitəsilə vaxtında məlumatlandırır.
M add ə 7
1. Bu Sazişlə nəzərdə tutulan informasiya mübadiləsi və fəaliyyətin həyata keçirilməsi haqqında sorğular Tərəflərin dövlətlərinin mərkəzi səlahiyyətli orqanlarına yazılı surətdə göndərilir. Sorğu aşağıdakılarla müşayiət edilir:
sorğu edən orqanı, habelə sorğu edilən orqanı müəyyənləşdirən əsaslandırılmış ifadə;
yardım üçün sorğunun verilməsinə əsas olan cinayət işinin təsviri;
sorğunun məzmunu, habelə onun icrası üçün zəruri olan məlumatlar.
Təxirəsalınmaz hallarda Tərəflərin dövlətlərinin mərkəzi səlahiyyətli orqanları 10 gün ərzində rəsmən yazılı surətdə təsdiq edilməli olan şifahi sorğularla müraciət etməyə haqlıdır.
2.
Əgər sorğu edən Tərəf sorğuda əks etdirilmiş məlumatın kifayət olmadığını hesab edərsə, o, əlavə məlumatı sorğu edə bilər. Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları sorğuların icrasını təxirə salmadan təmin edirlər.
3.
Sorğunun icrası zamanı Sorğu edilən Tərəfin qanunvericiliyi tətbiq olunur.
Maddə 8
Tərəflər, əməkdaşlıq çərçivəsində təqdim olunan şəxsi məlumatların qorunması məqsədilə, öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq aşağıdakı şərtlərə riayət edirlər:
1.
sorğu edən Tərəf şəxsi məlumatları yalnız sorğu edilən Tərəfin müəyyən etdiyi məqsəd və şərtlər əsasında istifadə edir;
2.
sorğu edilən Tərəfin sorğusuna əsasən, sorğu edən Tərəf çatdırılmış şəxsi məlumatların istifadə olunması və bununla əlaqədar əldə edilmiş nəticələr barədə məlumat təqdim edir;
3.
şəxsi məlumatlar müstəsna olaraq, bu Sazişin 6-cı maddəsində nəzərdə tutulan və həmin Sazişdə göstərilən cinayətlərə qarşı mübarizəni həyata keçirən mərkəzi səlahiyyətli orqanlara göndərilə bilər. Şəxsi məlumatlar digər dövlət orqanlarına yalnız sorğu edilən orqanın yazılı razılığı əsasında ötürülə bilər;
4.
sorğu edilən Tərəf verilməsi nəzərdə tutulan şəxsi məlumatların düzgünlüyünə, habelə onların verilməsinin zəruriliyinə əmin olmalıdır. Bununla belə, digər Tərəfin dövlətinin milli qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən, şəxsi məlumatların çatdırılması üçün məhdudiyyətlərə riayət olunmalıdır. Düzgün olmayan və ya məhdudiyyət altına düşən şəxsi məlumatların göndərildiyi sübuta yetirildikdə, sorğu edən Tərəf dərhal bu barədə məlumatlandırılır. Bu halda o, zəruri düzəlişlər aparır və ya məhdudiyyət altına düşən şəxsi məlumatları dərhal məhv edir;
5.
sorğu edilən Tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq olaraq, marağı olan şəxsin xahişi ilə onun barəsində təqdim olunmuş şəxsi məlumatların verilməsi haqqında arayış və onların istifadə məqsədləri təqdim oluna bilər;
6.
sorğu edilən Tərəf şəxsi məlumatları göndərərkən, öz dövlətinin milli qanunvericiliyinə uyğun olaraq, həmin şəxsi məlumatların məhv olunması üçün son müddətləri müəyyən edir. Bununla belə, çatdırılmış şəxsi məlumatlar onlara ehtiyac qalmadığı təqdirdə məhv edilir. Hər bir Tərəf qəbul edilmiş şəxsi məlumatların məhv olunması və belə məhv etmənin əsası barədə
digər Tərəfi dərhal məlumatlandırır. Bu Saziş qüvvədən düşdüyü halda qəbul edilmiş şəxsi məlumatlar məhv edilir;
7.
hər bir Tərəf şəxsi məlumatların göndərilməsinin, qəbul olunmasının və məhv edilməsinin qeydiyyatını aparır;
8.
Tərəflər qəbul edilmiş şəxsi məlumatları icazəsiz istifadədən, dəyişdirilmədən və dərc edilmədən mühafizə edir.
Maddə 9
1. Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq olaraq, Tərəflər bu Sazişin yerinə yetirilməsi məqsədilə aparılan mübadilə nəticəsində qəbul olunan bütün məlumatların qorunmasına təlimat verirlər. Təqdim edən Tərəfin müəyyən etdiyi qorunma dərəcəsi dəyişdirilə bilməz.
2. Bu Sazişə əsasən təqdim olunmuş sənədlər, məlumatlar, texniki avadanlıqlar üçüncü dövlətə yalnız sorğu edilən Tərəfin yazılı razılığı əsasında verilə bilər.
Maddə 1 0
1.
Sorğunun icrası sorğu edilən Tərəfin suverenliyinə, təhlükəsizliyinə zərər yetirə və ya milli qanunvericiliyi ilə ziddiyyət təşkil edərsə, sorğu edilən Tərəf sorğunun icrasından tam və ya qismən imtina edə bilər.
2.
Sorğunun icrasından imtina edildikdə və ya onun qismən icra olunduğu halda sorğu edən Tərəf, imtinanın və ya qismən icranın səbəbləri göstərilməklə, yazılı məlumatlandırılır.
Maddə 11
1.
Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, bu Sazişin yerinə yetirilməsindən irəli gələn xərcləri özləri ödəyirlər.
2.
Lazım gəldikdə, Tərəflər bu Sazişdən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün birgə xərcləri, hər bir konkret halda qarşılıqlı məqbul hesab edilən razılaşmalarla rəsmiləşdirilməklə, özləri ödəyirlər.
Maddə 12
1.
Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə birgə komissiya təsis edə bilərlər. Komissiyanın tərkibi barədə Tərəflər bir-birini diplomatik kanallarla məlumatlandırır.
2.
Birgə komissiyanın iclasları, zəruri hallarda, növbə ilə Tərəflərin dövlətlərinin ərazisində keçiriləcəkdir.
Maddə 13
Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığı həyata keçirərkən rus dilində olan mətndən istifadə edəcəklər.
M addə 14
Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisələr və fikir ayrılıqlarını Tərəflər danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 15
Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə, onun ayrılmaz hissəsi olan və 17-ci maddədə nəzərdə tutulan qaydada qüvvəyə minən protokollarla tərtib edilən əlavə və dəyişikliklər edilə bilər.
M addə 16
Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 17
1.
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən biri onun ləğv edilməsi niyyəti barədə yazılı şəkildə bildiriş aldığı tarixdən etibarən altı aylıq müddət başa çatana qədər qüvvədə qalır.
Bakı şəhərində 24 may 2005-ci il tarixində hər biri Azərbaycan, qazax və rus dillərində eyni qüvvəyə malik olan iki nüsxədə imzalanmışdır.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilində olan mətni əsas götürürlər.
Azərbaycan Respublikası Qazaxıstan Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)