×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.01.2002
QEYDİYYAT NÖMRƏSİ
668
ADI
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2002, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 51)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.10-cu maddəsinə uyğun olaraq güzəştlərin həcmi və tətbiqi qaydasını müəyyənləşdirib təsdiq etsin;

həmin Qanunun 37.6-cı maddəsinə uyğun olaraq tender komissiyasının yekun protokolunun nümunəsini təsdiq etsin;

həmin Qanunun 40.11-ci maddəsinə uyğun olaraq mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini hazırlayıb təsdiq etsin;

həmin Qanunun 51.2-ci maddəsinə uyğun olaraq malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunu müəyyənləşdirib təsdiq etsin;

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin funksiyalarına dəyişikliklər edilməsi ilə bağlı onun haqqında yeni Əsasnamə layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. 250 (iki yüz əlli) milyon manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir;

2.2. “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinin ikinci cümləsində, 1.6-cı maddəsində, 2-ci maddəsinin on doqquzuncu abzasında (hər iki halda), 4-1.6-cı maddəsinin ikinci cümləsində, 13-1.1-ci maddəsinin birinci cümləsində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 27.1-ci maddəsinin üçüncü cümləsində, 27.5-ci maddəsinin birinci cümləsində, 29.3-cü, 36.9-cu maddəsinin ikinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci cümləsində, 50-1.3-cü maddəsinin ikinci cümləsində, 50-1.4-cü maddəsində, 50-2.2-ci (hər iki halda) və 51.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.3. həmin Qanunun 36.9-cu maddəsinin ikinci cümləsində və 50-1.4-cü maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; [3]

2.4. həmin Qanunun 4.1.1-ci və 4.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.5. həmin Qanunun 11.5-ci, 36.10-cu, 37.6-cı, 40.11-ci, 44.2-ci və 51.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.6. həmin Qanunun 1.4-cü maddəsinin ikinci cümləsində, 13-1.1-ci maddəsinin birinci cümləsində, 27.1-ci maddəsinin üçüncü cümləsində, 29.3-cü, 50-2.2-ci (ikinci halda) və 51.2-ci maddələrində “orqan” (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [5]

2.7. həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və tender predmetinə aidiyyəti olan müvafiq mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər; [6]

2.8. həmin Qanunun 17.1-ci, 20.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.9. həmin Qanunun 4-cü maddəsinin adında, 4.1-ci, 4.2-ci, 11.2-ci, 12-ci, 17.3-cü, 21.1-ci, 27.4-cü, 37.5-ci, 38.2-ci, 40.6-cı, 41.3-cü, 42.1.19-cu, 57.1-ci, 57.2-ci, 57.3-cü, 57.4-cü, 58.1-ci, 58.3-cü və 59.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [7]

2.9-1. həmin Qanunun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; [8]

2.10. həmin Qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (birinci halda) “orqan” dedikdə dövlət satınalmalarının vahid internet portalının yaradılmasına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin portalın fəaliyyətinin təmin edilməsinə münasibətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.11. həmin Qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (ikinci halda), 4-1.6-cı maddəsinin ikinci cümləsində, 27.5-ci maddəsinin birinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci cümləsində və 50-1.3-cü maddəsinin ikinci cümləsində “orqan” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; [9]

2.12. həmin Qanunun 1.6-cı maddəsində orqan “(qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur; [10]

2.13. həmin Qanunun 50-2.2-ci maddəsində (birinci halda) orqan (qurum) dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzərdə tutulur. [11]

3. “Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 dekabr tarixli, 524 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 29 yanvar 2002-ci il

                 № 668

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

2.       20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861)

3.       28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2611)

4.       31 yanvar 2020-ci il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 17)

5.       28 may 2020-ci il tarixli 1040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 565)

6.       22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 591)

7.       4 noyabr 2021-ci il tarixli 1475 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 noyabr 2021-ci il, № 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1213)

8.       30 dekabr 2021-cü il tarixli 1564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1429)

9.       21 yanvar 2022-cü il tarixli 1579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 yanvar 2022-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 26)

10.    28 dekabr 2022-ci il tarixli 1927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1437)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2611) ilə 2-ci hissənin ikinci, üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzasları müvafiq olaraq 2.1-ci, 2.4-cü, 2.5-ci, 2.7-ci, 2.8-ci və 2.9-cu bəndlər hesab edilmişdir.

 

[2] 31 yanvar 2020-ci il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 17) ilə 2.2-ci bəndə “2-ci maddəsinin” sözlərindən əvvəl “1.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

28 may 2020-ci il tarixli 1040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 565) ilə 2.2-ci bəndə “27.5-ci maddəsinin birinci cümləsində,” sözlərindən sonra “36.9-cu maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 591) ilə 2.2-ci bənddə həmin Qanunun sözləri Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun sözləri ilə əvəz olunsun və həmin bəndə 27.1-ci sözlərindən əvvəl 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, sözləri, 36.9-cu sözlərindən əvvəl isə 29.3-cü, sözləri əlavə edilmişdir.

30 dekabr 2021-cü il tarixli 1564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1429) ilə 2.2-ci bəndə “2-ci maddəsinin” sözlərindən əvvəl “1.6-cı maddəsində,” sözləri əlavə edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2611) ilə yeni məzmunda 2.2-ci və 2.3-cü bəndlər əlavə edilmişdir.

28 may 2020-ci il tarixli 1040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 565) ilə 2.3-cü bənddə “50-1.4-cü maddələrində” sözləri “36.9-cu maddəsinin ikinci cümləsində və 50-1.4-cü maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2611) ilə 2.4-cü bənddə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2611) ilə yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.

31 yanvar 2020-ci il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 17) ilə 2.6-cı bəndə “Qanunun” sözündən sonra “1.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 591) ilə 2.6-cı bəndə orqan sözündən sonra (qurum) sözü50-2.2-ci sözlərindən əvvəl 29.3-cü, sözləri əlavə edilmişdir.

 

[6] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 2-ci hissəsinin beşinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

20 may 2016-cı il tarixli 900 nömrəli  Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 2-ci hissənin beşinci abzasından “və Sənaye” sözləri çıxarılmışdır.

 

[7] 20 may 2016-cı il tarixli 900 nömrəli  Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 2-ci hissənin yeddinci abzasında “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

4 noyabr 2021-ci il tarixli 1475 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 noyabr 2021-ci il, № 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1213) ilə 2.9-cu bəndindən 17.3-cü, sözləri çıxarılmışdır.

 

[8] 22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il, № 130) ilə yeni məzmunda 2.9-1-ci bənd əlavə edilmişdir.

 

[9] 28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2611) ilə 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.10-cu və 2.11-ci bəndlər əlavə edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1437) ilə 2.10-cu və 2.11-ci bəndlərində “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[10] 30 dekabr 2021-cü il tarixli 1564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1429) ilə 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.12-ci bənd əlavə edilmişdir.

 

[11] 21 yanvar 2022-cü il tarixli 1579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 yanvar 2022-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 26) ilə 2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.13-cü bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status