×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.09.2005
QEYDİYYAT NÖMRƏSİ
1006
ADI
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-09-2005, Nəşr nömrəsi: 216), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2005, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 826)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.09.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq qərara alıram:

1. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 21 fevral tarixli 62 nömrəli Sərəncamında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 3-4, maddə 48) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənddə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü və 4-cü bəndlər qüvvədən düşmüş hesab edilsin.

2. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 21 fevral tarixli 62 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. preambulanın altıncı abzasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin;

2.2. “Milli Komissiyanın tərkibi” hissəsinin birinci abzasının birinci cümləsi çıxarılsın və həmin abzasda “xarici işlər naziri” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin.

3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin: [1]

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının xarici işlər naziri

 

Komissiya sədrinin müavinləri

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini [2]

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini [3]

 

Komissiyanın üzvləri [4]

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri [5]

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

Azərbaycan Kitab Cəmiyyətinin sədri

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 sentyabr 2005-ci il

     № 1006

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

2.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

3.       10 mart 2015-ci il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 mart 2015-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 03, maddə 286)

4.       11 iyul 2016-cı il tarixli 2193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1282)

5.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

6.       29 avqust 2018-ci il tarixli 445 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1779)

7.       12 noyabr 2019-cu il tarixli 1560 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1751)

8.       25 fevral 2020-ci il tarixli 1854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 170)

9.       31 may 2022-ci il tarixli 3298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 539)

10.    3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 3-cü bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə, «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.

2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 3-cü hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

10 mart 2015-ci il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 mart 2015-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 03, maddə 286) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:

Komissiyanın sədri

Elmar Məmmədyarov                            - Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiya sədrinin müavinləri:

Mahmud Kərimov                                   - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Misir Mərdanov                                       - Azərbaycan Respublikasının təhsil naziri

Əbülfəz Qarayev                                      - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov                                               - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri:

Hüseynqulu Bağırov                              - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azad Rəhimov                                          - Azərbaycan Respublikasının gənclər və idman naziri

Novruz Məmmədov                               - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri

Fatma Abdullazadə                                - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Anar Rzayev                                              - Azərbaycan Yazıçılar Birliyinin sədri

Vasif Adıgözəlov                                      - Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi

Fərhad Xəlilov                                           - Azərbaycan Rəssamlar İttifaqının sədri

Rüstəm İbrahimbəyov                           - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri

Maqsud İbrahimbəyov                          - Azərbaycan Respublikası Milli Sülh Komitəsinin sədri

Kamal Abdullayev                                  - Azərbaycan Mədəniyyət Fondunun sədri

Zərifə Salahova                                        - Azərbaycan Kitab Cəmiyyətinin sədri

Çingiz Abdullayev                                  - Xalq yazıçısı

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

11 iyul 2016-cı il tarixli 2193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1282) ilə 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilmişdir.

 

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 3-cü hissəyə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir.

 

29 avqust 2018-ci il tarixli 445 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il, № 192) ilə 3-cü hissə ilə yaradılmış Milli Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri

Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiya sədrinin müavinləri

Akif Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Kamal Abdullayev

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri

Novruz Məmmədov

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Elmira Süleymanova

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Hüseynqulu Bağırov

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azad Rəhimov

Azərbaycan Respublikasının gənclər və idman naziri

Hicran Hüseynova

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Aslan Aslanov

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru

Urxan Ələkbərov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Əsgər Ələkbərov

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

Zərifə Salahova

Azərbaycan Kitab Cəmiyyətinin sədri”.

 

[2] 31 may 2022-ci il tarixli 3298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 539) ilə 3-cü hissədə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə 3-cü hissədə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 fevral 2020-ci il tarixli 1854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 170) ilə 3-cü hissənin “Komissiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri” sözləri ilə, “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri çıxarılmışdır.

 

[5] 12 noyabr 2019-cu il tarixli 1560 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1751) ilə 3-cü hissəsinin “Komissiyanın üzvləri” bölməsinə “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri” sözlərindən əvvəl “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status