×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.08.2005
QEYDİYYAT NÖMRƏSİ
280
ADI
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-08-2005, Nəşr nömrəsi: 194), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2005, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 712)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.08.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.1.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 7.1.3-cü maddəsində nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması qaydasını və bu fəaliyyətlə məşğul olan dövlət orqanlarının dairəsini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 7.1.4-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 7.1.6-cı maddəsində nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 7.1.7-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 7.1.8-ci maddəsində nəzərdə tutulmuş Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtlərini və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması qaydasını və onlardan istifadə miqdarı həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısını və onlardan istifadə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş elmi məqsədlərlə və tədris məqsədləri ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.15. həmin Qanunun 18.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş jurnalların aparılması və saxlanılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 20.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.17. həmin Qanunun 20.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [2]

1.18. həmin Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş şəxsin tibbi müayinədən keçməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.19. həmin Qanunun 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin şərtlərini və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.20. həmin Qanunun 5.1-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 6.1-ci maddəsində, 6.2-ci maddəsinin birinci cümləsində, 6.4-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 7.1-ci maddəsində (7.1.1-ci, 7.1.5-ci maddələrə münasibətdə, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkil edilməsi ilə əlaqədar 7.1.6-cı maddəyə münasibətdə və 7.1.9-cu maddəyə münasibətdə), 10.3-cü, 17-ci, 18.2-ci, 19.2.3-cü maddələrində, 26.3-cü maddəsinin birinci cümləsində və 26.5-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın, 24-cü, 30.1-ci maddələrində, 30.3-cü maddəsinin birinci cümləsində, 30.4-cü, 31-ci və 32.2-ci maddələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.21. öz səlahiyyətləri daxilində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində (7.1.2 - 7.1.4-cü maddələrə münasibətdə, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydasının müəyyən edilməsi ilə əlaqədar 7.1.6-cı maddəyə münasibətdə, 7.1.7-ci və 7.1.8-ci maddələrə münasibətdə), 10.4-cü, 11.1-ci, 11.2-ci, 12-ci, 13.1-ci maddələrində, 13.2-ci maddəsində (ikinci halda), 18.3-cü və 20.3-cü maddələrinin ikinci cümləsində, 25.3-cü maddəsində və 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. [3]

2-1. Müəyyən edilsin ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində (birinci halda) "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti nəzərdə tutulur. [4]

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2005-ci il

№ 280


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 yanvar 2009-cu il tarixli 43 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 10)

2.       18 may 2022-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 451)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 yanvar 2009-cu il tarixli 43 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 10) ilə 1.14-cü bənddə "13-cü maddəsində" sözləri "13.1-ci maddəsində" sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 may 2022-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 451) ilə 1.17-ci bənd ləğv edilmişdir.

 

[3] 13 yanvar 2009-cu il tarixli 43 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 10) ilə 2-ci bənddə "13-cü maddələrində" sözləri "13.1-ci maddələrində, 13.2-ci maddəsində (ikinci halda)" sözləri ilə əvəz edilmişdir.

18 may 2022-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 451) ilə 2-ci hissədə “18.3-cü, 20.3-cü və 20.4-cü” sözləri “18.3-cü və 20.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 yanvar 2009-cu il tarixli 43 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 10) ilə yeni məzmunda 2-1-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status