“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında narkotiklərə nəzarət və hüquq mühafizə fəaliyyətinə yardım haqqında” 2003-cü il 3 yanvar tarixli Saziş Məktubuna 2 saylı Düzəlişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında narkotiklərə nəzarət və hüquq-mühafizə fəaliyyətinə yardım haqqında” 2003-cü il 3 yanvar tarixli Saziş Məktubuna 2005-ci il mayın 23-də Bakı şəhərində imzalanmış 2 saylı Düzəliş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2005-ci il
№ 962-IIQ
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Saziş Məktubu (SM)
Yuxaıdda qeyd olunan Tərəflər həm bu sənəddə, həm də aşağıdakı əlavələr-də müəyyən olunmuş şərtlərə uyğun olaraq layihəni həyata keçirmək barə-də qarşılıqlı şəkildə razılığa gəlirlər.
[X] Layihənin təsviri [ ] Standart müddəalar
Əlavə A [ ] Əlavə B [ ] Əlavə C [ ] Əlavə D [ ]
|
SM Nömrəsi
03-01
|
Dəyişikliyin Nömrəsi
02
|
||||||
tarixi 01/03/03
İlkin SM-in
|
Bu Saziş çərçivəsində təmin ediləcək vəsaitlərin miqdarı $514,814
|
|||||||
Bu Saziş Məktubu həmçinin iki Hökumət arasında dəyişikliklər və əlavələr edilməklə bağlanmış aşağıdakı sazişin müddəalan ilə şərtlənir.
Heç bir
|
||||||||
|
|
|||||||
Layihənin nömrəsi
|
Layihənin adı
|
Kadrlar
|
OP Dəstək
|
Mallar
|
Digər
xərclər
|
Cəmi1
|
||
Xülasə
|
Layihələrin ümumi cəmi
|
|
|
|
$514,814
|
$514,814
|
||
|
Bu maliyyə ilində təmin edilmiş əvvəlki vəsait $O Bu SM və ya Dəyişikliklə artırılmış vəsait məbləği $514,814 Bu maliyyə ilində təmin edilmiş cəmi vəsait $514,814 Əvvəlki maliyyə illərində təmin edilmiş cəmi vəsait $1,922,040 Bu tarixə' kimi təmin edilmiş vəsaitlər $2,436,854
|
Təxsisat və Təyinat 1911 4/5 1022.0000-0207
|
Son öhdəlik tarixi 30 sentyabr 2006-cı il
|
Vəsaitlərin mövcudluğunun təsdiq edilməsi:
___________________________ Tarix:___________
Maliyyə Nəzarəti Müvəkkili
|
Bu ümumi məbləğə Vaşinqtonda (DY) INL tərəfindən alınmış layihə vəsaitləri daxil deyildir
Azərbaycan Respublikasımn Hökuməti adından
________________________________Tarix: 23.05.2005
Xarici işlər naziri Elmar Məmmədyarov
|
Amerika Birləşmiş Ştatlarının Səfırliyi adından
________________________________ Tarix: ___________
Səfır Reno Harniş
|
Vəsaitlərin Layihələr və Xərc Komponentləri üzrə bölgüsü
Amerika Birləşmiş Ştatarı ilə Yerli Hökumət arasında 2-ci Dəyişikliyə əsasən nəzərdə tutulmuş layihələr
Layihənin nömrəsi
|
Layihənin adı
|
Kadrlar
|
OP Dəstək
|
Mallar
|
Digər xərclər
|
Cəmi
|
|
||||||
0207-9904
|
Rezident Hüquq Müşaviri Layihəsi - Proqram üzrə
|
|
|
|
$117,168
|
$117,168
|
0207-9905
|
Hüquq Mühafızə Fəaliyyəti üzrə Rezident Müşavir Layihəsi - Proqram üzrə
|
|
|
|
$177,646
|
$177,646
|
0207-9908
|
İnsan Alveri ilə Mübarizə Layihəsi
|
|
|
|
$220,000
|
$220,000
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
Xülasə
|
Bütün layihələrin cəmi
|
|
|
|
$514,814
|
$514,814
|
Vaşinqtonda (DC) INL tərəfindən ahnmış layihə vəsaitləri daxil deyildir
|
||||||
Layihənin nömrəsi
|
Layihənin adı
|
Kadrlar
|
OP Dəstək
|
Mallar
|
Digər xərclər
|
Cəmi
|
|
|
|
|
|
|
|
|
Rezident Hüquq Müşaviri Layihəsi - Kadrlar və Proqram üzrə
|
|
|
|
$632,832
|
$632,832
|
|
Hüquq Mühafızə Fəaliyyəti üzrə Rezident Müşavir Layihəsi - Kadrlar və Proqram üzrə
|
|
|
|
$472,354
|
$472,354
|
|
İnsan Alveri ilə Mübarizə Layihəsi
|
|
|
|
$30,000
|
$30,000
|
|
ABA/CEELT-Cinayət Hüququ sahəsində tslahatlar Layihəsi
|
|
|
|
$250,000
|
$250,000
|
|
Məhkəmə Ekspertizası Fəaliyyətinin Təkmilləşdirilməsi Layihəsi
|
|
|
|
$50,000
|
$50,000
|
|
|
|
|
|
|
|
Xülasə
|
Bütün layihələrin cəmi
|
|
|
|
$1,435,186
|
$1,435,186
|
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında narkotiklərə nəzarət və hüquq-mühafizə fəaliyyətinə yardım haqqında” 2003-cü il 3 yanvar tarixli Saziş Məktubuna
2 SAYLI DÜZƏLİŞ
I. ÜMUMİ MÜDDƏALAR
Azərbaycan Respublikası Hökuməti (ARH) və Amerika Birləşmiş Ştatları Hökuməti (ABŞH) arasında 2003-cü il yanvarın 3-də bağlanmış Saziş Məktubuna ARH və ABŞH aşağıdakı qaydada dəyişiklik və düzəliş etmək barəsində razılığa gəldilər:
ABŞH aşağıda göstərilən layihələr üzrə ARH -a 1.950.000 ABŞ dolları məbləğində əlavə yardım təqdim edəcəkdir. Saziş Məktubunun şərtlərinə uyğun olaraq bu ümumi məbləğin 1.435.186 dollarlıq hissəsini ABŞH öz Dövlət Agentlikləri vasitəsilə ARH-ın xeyrinə olaraq texniki yardım və təlimlər şəklində ayıracaqdır. ABŞH 514.814 ABŞ dolları həcmindəki qalan məbləği bu Düzəliş vasitəsilə birinci səhifədə göstərilən formada ARH-nin xeyrinə olaraq təqdim edəcəkdir. ABŞH tərəfindən bu layihələr üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin cari maliyyə ilindən sonrakı dövrlər üçün ayrılması, layihələrin məqsədlərinə çatmağa doğru əldə edilən uğurlardan, həmçinin lazımi vəsaitlərin ABŞ Konqresi tərəfindən hər il üçün ayrılmasından və ABŞ Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizə Fəaliyyəti Bürosu tərəfindən təsdiq edilməsindən asılı olacaqdır. Aşağıda sadalanan layihələr üçün əlavə maliyyə vəsaitləri ayrılır:
Rezident Hüquq Müşaviri Layihəsi Hüquq Mühafizə Fəaliyyəti üzrə Rezident Müşavir Layihəsi
Cinayət Hüququ İslahatları Layihəsi (Əlaqələndirici Hüquqşünas) İnsan Alveri ilə Mübarizə Layihəsi Məhkəmə Ekspertizası Fəaliyyətinin İnkişaf Layihəsi Layihələrin tam təsviri və məqsədləri aşağıdakı II bənddə göstərilir. 3 yanvar 2003-cü il tarixli Saziş Məktubunda göstərilən bütün digər öhdəliklər və şərtlər tam olaraq qüvvədə qalacaqdır.
II. LAYİHƏLƏRİN TƏSVİRİ, MƏQSƏDLƏRİ VƏ
NAİLİYYƏTLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
(1) Rezident Hüquq Müşaviri Layihəsi - 750.000 ABŞ dolları Bu Layihə, aşağıda qeyd olunan altı sahəvi yardım layihəsi vasitəsilə Azərbaycanın hüquq sisteminin təkmilləşdirilməsi və qanun layihələrinin hazırlanması üzrə uzunmüddətli yardımın təmin edilməsi üçün nəzərdə tutulmuşdur:
1) hərtərəfli antiterror rejiminin inkişaf etdirilməsi; 2) çirkli pulların yuyulması ilə bağlı beynəlxalq standartlara uyğun gələn qanun layihələrinin hazırlanması; 3) azərbaycanlı hüquq və hüquq mühafizə orqanları əməkdaşlarının institusional saflığının və peşəkarlığının gücləndirilməsi; 4) yeni cinayət prosessual məcəllənin tətbiq edilməsi; 5) prokuror fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə islahatların aparılması; və 6) prokurorların və müstəntiqlərin ağır cinayətlərin araşdırılması üzrə təcrübələrinin inkişaf etdirilməsi. Rezident Hüquq Müşavirinin (RHM) cinayət mühakiməsi məsələlərində ARH-a və Azərbaycanın hüquq və hüquq mühafizə orqanları icmalarına vaxtlı-vaxtında və birbaşa yardım göstərməsi üçün ABŞH davamlı maliyyələşdirməni təmin etməyi öhdəsinə götürür. ARH bu layihələrin həyata keçirilməsi çərçivəsində seminarlar, konfranslar, təlimlər üçün lazımi binalar ayırmağı, RHM-in Azərbaycan Respublikası Hökumətinin müvafiq şəxsləri ilə görüşməsi üçün şərait yaratmağı və RHM-lə birlikdə onunla işləmək və ya təlim proqramlarında iştirak etmək üçün müvafiq şəxslərin seçilməsini öhdəsinə götürür. Həmçinin, Azərbaycan Hökuməti qanun layihələrinin hazırlanmasında, Parlamentə təqdim edilməsində və onların tətbiqində RHM-lə əməkdaşlıq etməyi öhdəsinə götürür. Bu Layihənin bir il müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilmə səviyyəsi aşağıdakı tədbirlər vasitəsilə ölçüləcəkdir:
2005-ci il maliyyə ilinin sonunadək terrorçuluqla mübarizə qanununun və ya mövcud terrorçuluqla mübarizə qanununa əlavə və dəyişikliklərin edilməsi layihəsinin hazırlanması;
2005-ci maliyyə ilinin sonunadək antiterror qanununun bir hissəsi olub-olmamasından asılı olmayaraq, terrorçuluğun maliyyələşdirilməsi qanunu layihəsinin hazırlanması;
2005-ci maliyyə ilinin sonunadək azərbaycanlı təlim mütəxəssisləri tərəfindən yeni Cinayət Prosessual Məcəllənin (CPM) istifadə qaydalarının müəyyən edilməsi və azərbaycanlı praktiki işçilərin yeni CPM-dən gündəlik fəaliyyətlərində lazımi səviyyədə və səmərəli şəkildə istifadə etmələri;
2005-ci il maliyyə ilinin sonunadək ictimai məsuliyyət, aşkarlıq və əxlaq kodeksi ilə bağlı olan qanun layihələrinin və normaların təkmilləşdirilməsi;
2005-ci maliyyə ilinin sonunadək yeni korrupsiyaya qarşı mübarizə qanunun səmərəli tətbiq edilməsi və bunu sübut edən qeyri-əxlaqi əməllərin istintaqı və ya mühakiməsi vasitəsilə əsaslı uğurun əldə edilməsi.
(2) Hüquq mühafizə fəaliyyəti üzrə Rezident Müşavir Layihəsi - 650.000 ABŞ dolları Bu Layihənin məqsədi: 1) Azərbaycan torpağında fəaliyyət göstərən yerli və transmilli mütəşəkkil cinayətkar qrupların çağırışlarına daha yaxşı cavab verə bilmələri üçün azərbaycanlı hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılması; 2) xüsusi tədris proqramının tətbiqinin davam etdirilməsi;
3) hüquq mühafizə orqanları əməkdaşlarına daha səmərəli yeni kurslar təqdim etmələri üçün peşəkar tədrisçi heyətinə təlimlərin keçilməsi. ABŞH Azərbaycanda daimi əsaslarla fəaliyyət göstərən Hüquq Mühafizə Orqanları üzrə Rezident Müşavirin (HMORM) maliyyələşdirilməsini və azərbaycanlı hüquq mühafizə orqanları əməkdaşları üçün xüsusi tədris proqramlarının həyata keçirilməsini təmin etməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Hökuməti ABŞH tərəfindən yardım ediləcək sahələri müəyyən etməyi, təlim materiallarının və avadanlıqların Azərbaycan ərazisinə daxil olmasını müşayiət etməyi, HMORM-in hüquq mühafizə orqanları əməkdaşları ilə görüşə bilmək imkanını təmin etməyi, təlim proqramları üçün lazımi binaların ayrılmasını və təlimlər üçün lazımi şəxsləri HMORM-lə birlikdə seçməyi öhdəsinə götürür.
Bu Layihənin 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə həyata keçirilən fəaliyyət aşağıdakı meyarlarla ölçüləcəkdir:
2005-ci maliyyə ilinin sonunadək peşəkar rəhbər işçilərin və əməkdaşların rəhbərlik və liderlik təcrübəsi sahəsində təlimlər keçməsi;
Bu sahədə yeni hüquq mühafizə biliklərinin və texnikasının əldə edilməsi. Bu, formal təlimlərdən əldə edilmiş biliklər, onların təcrübədə istifadə edilməsi bacarığı və istəyi ilə ölçüləcəkdir.
(3) İnsan alveri ilə mübarizə Layihəsi - 250.000 ABŞ dolları Bu Layihənin məqsədi insan alveri ilə mübarizə üzrə Milli Fəaliyyət Proqramının həyata keçirilməsində ARH ilə birlikdə işləmək, Azərbaycanın insan alveri ilə mübarizə sahəsində qanunvericiliyinə dəyişikliklər etmək, RHM, HMORM, Amerika Hüquqşünaslar Assosiasiyası/Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsünün (ABA/CEELİ), Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) insan alveri cinayətləri üzrə istintaq, mühakimə və qərar qəbul etmə fəaliyyətini həyata keçirən polis və prokurorluq orqanları əməkdaşları və hakimlər üçün təlim və tədris proqramlarının inkişaf etdirilməsi sahəsində ARH ilə birgə işləməkdir. ABŞH qanun layihələrinin hazırlanmasında yardım göstərməyi və təlim və tədris proqramlarının inkişaf etdirilməsi üçün ekspertlərin iştirakını təmin etməyi öhdəsinə götürür.
ARH bu layihələrin həyata keçirilməsi çərçivəsində seminarlar, konfranslar və təlimlər üçün lazımi binalar ayırmağı və Müşavirlərin Azərbaycan Respublikası Hökumətinin müvafiq məsul şəxsləri ilə görüşməsi üçün şərait yaratmağı öhdəsinə götürür.
Bu layihənin 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə həyata keçirilən fəaliyyət aşağıdakı meyarlarla ölçüləcəkdir:
2005-ci maliyyə ilinin sonunadək hüquq mühafizə orqanlarının təlimçiləri üçün insan alveri ilə mübarizə sahəsində təlimlərin 20%-dək artırılması;
2005-ci il maliyyə ilinin sonunadək sırf insan alveri ilə mübarizəyə həsr edilən qanunların qəbul edilməsi və həyata keçirilməsi.
(4) Məhkəmə Ekspertizası Fəaliyyətinin İnkişaf Etdirilməsi Layihəsi -50.000 ABŞ dolları
Bu Layihənin məqsədi məhkəmə ekspertizası fəaliyyətinin idarə edilməsi və Azərbaycanın cinayət mühakimə sisteminin lazımi məlumatlarla təmin edilməsi üçün infrastuktur sistemlərini inkişaf etdirmək və Azərbaycanın yararlana biləcəyi, həmçinin ABŞ-ın maraqlarının artmasına səbəb ola biləcək məhkəmə ekspertizası elmini inkişaf etdirməkdir. ABŞH Azərbaycanda məhkəmə ekspertizası sahəsində rəhbər şəxslərə texniki yardım göstərmək üçün məhkəmə ekspertizası sahəsində fəaliyyət göstərən amerikalı məsləhətçinin uzun müddətli yardımını davam etdirməyi, həmçinin polis, hadisə yerinin müayinəsi üzrə texniki işçi heyəti və məhkəmə ekspertləri tərəfindən sübutların toplanması üzrə təlimlər təşkil etməyi öhdəsinə götürür.
ARH təlim materiallarının və avadanlıqların Azərbaycan ərazisinə daxil olmasını müşayiət etməyi, məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olan müvafiq şəxslərin ABŞH texniki məsləhətçisi ilə görüşlərinə şərait yaratmağı, təlimlər və texniki yardım üçün lazımi binaların və müvafiq şəxslərin seçilməsini öhdəsinə götürür.
Bu layihənin 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu Layihənin cari maliyyə ilindən sonra maliyyələşdirilməsi Layihənin məqsədlərinə çatmaq yolunda əldə edilmiş uğurlardan və maliyyə imkanlarından asılı olacaqdır. Layihə üzrə həyata keçirilən fəaliyyət aşağıdakı meyarlarla ölçüləcəkdir:
təkmilləşdirilmiş təşkilati strukturun, həmçinin idarəetmə siyasəti və prosedurlarının inkişaf etdirilməsi;
Layihənin qüvvədə olduğu müddətdə məhkəmə ekspertizası rəylərinin məhkəmələrdə sübut kimi istifadə olunmasının bir il ərzində 10% artırılması. Aşağıda təsvir edilən Layihə ARH-a yardım məqsədilə qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilir.
(5) Cinayət Hüququ İslahatları Layihəsi - 250.000 ABŞ dolları Bu layihə vəkillərin problemlərinin müəyyən edilməsində onlara yardım göstərmək və Vəkillik haqqında qanunun, həmçinin yeni CPM-in tətbiq olunması sahəsində onlar üçün təlimlərin təşkil edilməsi məqsədini daşıyır.
ABŞ Hökuməti ABA/CEELI təşkilatının Bakı ofisinə hal-hazırda fəaliyyət göstərən təcrübəli vəkilin cinayət mühakiməsinin aparılmasında ARH və geniş hüquq ictimaiyyətinə vaxtlı-vaxtında və birbaşa yardım göstərməklə bağlı fəaliyyətini maliyyələşdirməyi öhdəsinə götürür.
ARH bu layihələrin həyata keçirilməsi çərçivəsində seminarlar, konfranslar, təlimlər üçün lazımi binalar ayırmağı, ABA/CEELI hüquqşünası ilə birlikdə təlim proqramlarında iştirak etmək üçün müvafiq şəxsləri seçməyi, həmçinin onun Azərbaycan Hökumətinin müvafiq məsul şəxsləri ilə görüşlərinə şərait yaratmağı öhdəsinə götürür.
Bu layihənin 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə üzrə həyata keçirilən fəaliyyət aşağıda sadalanan sahələrdə əldə edilmiş nailiyyətlərlə ölçüləcəkdir:
2005-ci maliyyə ilinin ortalarınadək azərbaycanlı vəkillər CPM-in tətbiqi ilə bağlı problemləri müəyyən edirlər;
vəkillər tərəfindən CPM-ə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini hazırlamaq və Parlamentə təqdim etmək üçün işçi qrupu yaradılır;
CEELİ-nin təlimləri vəkillərə azərbaycanlı təlimçilər tərəfindən təlim keçirilməsi ilə nəticələnir;
CEELİ iştirakçı qeyri-hökumət təşkilatlarından (QHT) şəffaflıq və məsuliyyət məsələlərinin tələb edilməsi ilə bağlı hansı tədbirlərin görülməsi barədə vaxtaşırı hesabatlar alır;
2005-ci maliyyə ilinin sonunadək Dəyirmi Masada aparılan müzakirələrin nəticələri əsasında hazırlanan Ən Yaxşı Nümunələr üzrə Təlimat nəşr edilib QHT-lər və vətəndaşlar arasında yayılır.
III. QİYMƏTLƏNDİRMƏ PLANI
Amerika Birləşmiş Ştatları Hökumətinin və Azərbaycan Respublikası Hökumətinin nümayəndələri hər üç ayda bir dəfədən gec olmayaraq görüş keçirərək, təqdim edilən 9 layihənin məqsədlərinə çatmaq sahəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirəcəklər. Nailiyyətlər yuxarıda göstərilmiş fəaliyyət göstəriciləri əsasında aparılacaqdır. Bu qiymətləndirmə ilə bağlı nəzərdən keçirilən məlumat həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini özündə ehtiva edəcəkdir. Bu qiymətləndirmənin nəticələrini ümumiləşdirmək üçün birgə hesabat hazırlanacaqdır. Qiymətləndirmə bu proqramların və fəaliyyətlərin hər iki hökumətin nümayəndələri tərəfindən həyata keçirilən davamlı monitorinqə əlavə olaraq aparılır.
IV. DÜZƏLİŞİN QÜVVƏYƏ MİNMƏSİ
Bu Düzəliş imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası, Bakı şəhərində 23 may 2005-ci ildə iki nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikası
Hökuməti adından
Elmar MƏMMƏDYAROV
Xarici işlər naziri
|
Amerika Birləşmiş Ştatları
Hökuməti adından
Reno L. HARNİŞ III
Fövqəladə və Səlahiyyətli Səfir
|