×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
21.02.1997
QEYDİYYAT NÖMRƏSİ
13-3
ADI
“Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair Təlimat
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-05-1997, Nəşr nömrəsi: 05)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.03.1997
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
37
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

 

QƏRAR

 

“21” fevral 1997-ci il                                                                                                 № 13-3

 

“Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair təlimatın təsdiq edilməsi haqqında [1]

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il tarixli 129 saylı qərarının 2-ci bəndinin icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası qərara alır:

1.   “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair Təlimat təsdiq edilsin.

2.   “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar  tərəfindən zərərin ödənilməsi qaydalarının tətbiqinə dair Təlimat”ın əməyin mühafizəsi sahəsində normativ hüquqi akt kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmaq üçün təsdiq olunsun.

3. İşlər idarəsinin rəisi Z. Səmədova tapşırılsın ki, “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi qaydalarının tətbiqinə dair Təlimatı” çoxaldıb (siyahı üzrə) nazirlik, komitə, şirkət, konsern və baş idarələrə göndərsin.

4. Əmək şəraitinin Dövlət ekspertizası. Əməyin mühafizəsi idarəsinə (Y. Bünyətov) tapşırılsın ki, bu Təlimatla əlaqədar olaraq müəssisə və təşkilatlara müvafiq izahatlar verilməsini təmin etsin

5. Bu Təlimat qüvvəyə mindiyi gündən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcariyyə Komitəsinin 1993-cü il 23 mart tarixli İQ-3/9 saylı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 13 mart tarixli 1-2 saylı qərarları ilə təsdiq edilmiş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçilərə və yaxud bu səbəbdən ailə başçılarını itirmiş ailələrə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydalarını tətbiq etmək haqqında Təlimat” qüvvəsini itirmiş hesab olunsun.

6.   Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minir.

7.   Qərarın icrasına nəzarət nazir müavini N. Həsənovaya həvalə edilsin.

 

 


 

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən

“06” mart 1997-ci il

tarixdə qeydə alınmışdır

Qeydiyyat № 37

Nazir əvəzi  _________________

S. HƏSƏNOVA

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

kollegiyasının

“21” fevral 1997-ci il

tarixli 13-3 saylı qərarı

ilə təsdiq edilmişdir.

Nazir _____________________

Ə. NAĞIYEV

 

 

RAZILAŞDIRILMIŞDIR:

 

 

Azərbaycan Respublikası                                      Azərbaycan Respublikası

Maliyyə naziri                                                         Dövlət Sığorta Kommersiya

                                                       Şirkətinin sədri

 

_______________F. YUSİFOV                    ______________M. MƏMMƏDOV

“22” “yanvar” 1997-ci il                                               “21” “yanvar” 1997-ci il

 

Azərbaycan Respublikası Həmkarlar                   Azərbaycan Respublikası
   İttifaqları Konfederasiyasının sədri                        Dövlət Sosial Müdafiə

                                                                                        Fondunun sədri

 

______________________ S. MEHBALIYEV            ________________ Ə. ƏLƏKBƏROV

“17” “yanvar” 1997-ci il                                              “16” “yanvar” 1997-ci il

 

 

“Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”nın tətbiqinə dair

 

TƏLİMAT

 

I. Ümumi müddəalar

 

1. Müəssisələrin, idarələrin və təşkilatların ərazisində və yaxud onların hüdudlarından kənarda həmin müəssisələrlə əmək münasibətlərində olan işçilər əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda*) təqsirkar müəssisələr dəymiş zərərə görə maddi məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini öz vəsaitləri hesabına ödəyirlər.

Müəssisələr, idarələr və təşkilatlar deyildikdə mülkiyyət formasından, təsərrüfatçılıq növündən və ya təşkilati-hüquqi tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerləşən, habelə respublikadan kənarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərən müəssisə, təşkilat və idarələr**) başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il tarixli 129 saylı qərarı ilə təsdiq edilmiş və 1 oktyabr 1996-cı ildən qüvvədə olan “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları” hazırkı Təlimat yalnız mövcud əmək qanunvericiliyi əsasında əmək müqaviləsi (kontraktı) ilə işləyən və əmək vəzifələrini yerinə yetirərkən istehsalatla və yaxud işlə əlaqədar olaraq bədbəxt hadisələr nəticəsində xəsarət alan, peşə xəstəliyinə tutulan işçilərin özlərinə və yaxud bu səbəblərdən həlak olan işçilərin ailə üzvlərinə dəyən zərərin ödənilməsini tənzim edir.

Təlimatda nəzərdə tutulan xəsarət deyildikdə, işçinin əmək vəzifələrini yerinə yetirərkən səhhətinin hər hansı bir formada pozulması və yaxud bunun nəticəsində ölümü başa düşülür. Peşə xəstəliyi deyildikdə isə, işçinin işlədiyi əmək şəraitində peşəsi, sənəti və ixtisası ilə əlaqəli xəstəliyə (adı “Peşə xəstəlikləri siyahısı”na düşmüş) tutulması və yaxud bu səbəbdən ölümü başa düşülür.

2. İstehsalatda əmək xəsarəti müdiriyyət tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməməsi səbəbindən törənmişsə, o müəssisəsinin günahı üzündən baş vermiş hesab edilir.

3. Aşağıdakı hallardan biri mövcud olduqda müəssisələr təqsirkar hesab edilə bilərlər və dəymiş zərərin əvəzini zərərçəkənə və yaxud zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə ödəməlidirlər:

   bədbəxt hadisənin olmasını təsdiq edən akt;

   bədbəxt hadisənin baş verməsində müəssisənin təqsirkar hesab edilməsi barədə xüsusi təhqiqat aktı, məhkəmənin hökmü, qərarı, prokurorluğun və yaxud digər istintaq orqanlarının qərarı;

   sağlamlığının pozulması səbəbləri barədə əmək şəraiti, əməyin mühafizəsi üzrə dövlət nəzarətini həyata keçirən orqanın və yaxud əməyin mühafizəsi sahəsində və  əmək qanunvericiliyinə riayət olunmasına nəzarət edən digər vəzifəli şəxslərin

 (orqanların) arayışı;

   peşə xəstəliyini təsdiq edən tibbi sənəd;

   təqsirkar şəxslərə intizam tənbehi və inzibati cəza verilməsi haqqında, əmr, qərar;

   əmək xəsarəti ilə əlaqədar olaraq iş qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə işçilərə verilən müavinət xərclərinin müəssisələr tərəfindən sosial sığorta büdcəsinə ödənilməsi haqqında həmkarlar ittifaqı komitəsinin qərarı;

   şahidlərin ifadələri və yaxud bədbəxt hadisənin  istehsalatla bağlı olmasını təsdiq edən başqa sənədlər.

Aşağıdakı şərtlərin olması müəssisənin zərərçəkən qarşısında maddi məsuliyyət daşıması üçün əsas sayılır:

  işçinin həmin təşkilatla əmək münasibətlərində olması;

   işçinin səhhətinin pozulmasının səbəbinin istehsalatda əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqəsinin olması;

   işçinin işlədiyi müəssisənin  xəsarətin  yetirilməsində təqsirinin olması sübut edildikdə.

Bu şərtlərdən hər hansı biri olmadıqda yuxarıda qeyd edilən Qaydalar tətbiq edilmir və müəssisənin zərərçəkən qarşısında maddi məsuliyyət məsələsi Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə müvafiq həll edilir.

Müəssisə zərərin dəyməsində təqsirsiz olduğunu sübut etdikdə zərəri ödəməkdən azad olunur.

4. Xəsarətin qəsdən törədilməsi istisna olmaqla, Azərbaycan Respublikasının hava gəmisi səmaya qalxarkən, uçuşda olarkən və enərkən onun ekipaj üzvü xidməti vəzifələrini icra etməklə əlaqədar xəsarət aldıqda, əmək vəzifələrini yerinə yetirən dövrdə peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda, hava gəmisinin operativ idarəetmə və yaxud xüsusi mülkiyyət hüququ ilə mənsub olduğu təşkilat Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

İşçilər müəssisənin ayırdığı nəqliyyatda iş yerinə gəldiyi və ya getdiyi vaxt, müdiriyyətin tapşırığını yerinə yetirən zaman müəyyən edilmədikdə və yaxud həlak olan işçinin yaşı işlədiyi əmək şəraitində qanunvericiliklə yaşa görə pensiya hüququ verilən yaş həddindən yuxarı olduqda, mərhumun himayədarına qanunvericilikdə müəyyən edilmiş minimum miqdarda birdəfəlik ödənc verilir. Bu halda mərhumun himayədarı onun əri və ya arvadı, övladı, yaxın qohumları və yaxud bədbəxt hadisənin xüsusi təhqiqat aktında müəyyən edilən digər şəxs ola bilər. Belə şəxslərə həmçinin vəfatı ilə əlaqədar zərərə görə aylıq ödənclər verilmir.

Aşağıdakılar əmək qabiliyyətinə malik olmayan şəxslər hesab edilirlər:

   həddi-buluğa çatmamış 16 yaşa qədər uşaqlar (təqaüd almayan məktəbli uşaqlar 18 yaşadək) və yaxud həmin yaş hədlərinə çatanadək əlil olmuş yuxarı yaşlı şəxslər;

   qanunvericilikdə müəyyən olunmuş qaydada yaşa görə pensiya hüququna malik olan şəxslər və yaxud əlillər;

 sağlığında ondan  aliment almış və yaxud aliment almağa hüququ olmuş, həddi-buluğa çatmamış uşaqları onun öhdəsində olmuş hesab olunur.

9. HƏEK qüvvədə olan qanunvericilik əsasında istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin itirilmə müddətini, faizini, əlillik dərəcəsini müəyyən edir və bu barədə qərar çıxararaq arayış verir.

HƏEK eyni vaxtda peşə əmək qabiliyyətinin itirməsinin əmək xəsarətin nəticəsində olub-olmadığını təqdim edilmiş sənədlər əsasında müəyyən edir, zərərçəkənin əmək xəsarətinə görə əlil olduğu qərarı ilə təsdiqləyir, həmçinin onun əlavə xərclərə (köməyə) ehtiyacını müəyyənləşdirir.

HƏEK-da zərərçəkənin ilkin və təkrar müayinəsi müalicə profilaktika müəssisəsinin göndərişi əsasında aparılır. HƏEK-də ilkin müayinə edilən şəxslər xəsarət baş verən müəssisənin rəhbərliyinin, yaxud həmkarlar ittifaqı təşkilatın və ya məhkəmənin göndərişini, bədbəxt hadisə barədə aktı, yaxud sağlamlığının əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar itirilməsini təsdiqləyən digər sənədi (məhkəmənin qərarı, texniki əmək inspektorunun (müfəttişinin) rəyi, peşə xəstəliyinə tutulduqları halda isə Respublika Elmi-Tədqiqat Peşə Xəstəlikləri İnstitutunun qərarını təqdim etməlidirlər.

HƏEK-da zərərçəkənin müayinə olunması (yoxlanması) xəsarət baş verən müəssisənin rəhbərliyi və yaxud həmkarlar ittifaqı təşkilatının, eləcə də istehsalatda bədbəxt hadisə haqqında akt və yaxud əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisənin baş verməsi haqqında digər sənəd təqdim edilməklə məhkəmənin, müalicə— profilaktika idarəsinin göndərişi əsasında yerinə yetirilir.

Lazım gəldikdə eyni qayda ilə Təlimatın 8-ci bəndində göstərilən şəxslər HƏEK-da müayinədən keçirilir.

Müayinə üçün müəyyən olunmuş vaxt tamam olduqda zərərçəkənin və yaxud digər marağı olan şəxsin ərizəsi əsasında HƏEK tərəfindən təkrar ekspertiza edilir.    

 

II. Ödənilməli olan zərərin miqdarı

 

10. Zərərə görə ödənclər zərərçəkənin özünə və yaxud zərərçəkən həlak olduqda zərərin əvəzini almaq hüququna malik olan şəxslərə ödənilir.

Birdəfəlik ödənclərin məbləği işçinin orta illik əmək haqqının məbləğindən az olmamalıdır.

Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin hər faizinə görə bir aylıq orta əmək haqqı hesabı ilə birdəfəlik ödənc verilir.

M i s a l: Zərərçəkən əmək xəsarəti nəticəsində peşə əmək qabiliyyətini 70 faiz itirmişdir. Zərərçəkənin əmək xəsarəti almamışdan əvvəlki orta aylıq əmək haqqı 80 000 manat olduğu halda, ona 5 600 000 manat (70><80 000 = 5 600 000) məbləğində birdəfəlik ödənc verilməlidir.

Əgər zərərçəkən əmək xəsarəti nəticəsində peşə əmək qabiliyyətini 10 faiz itirmiş olarsa, bu halda ona qanunvericiliklə müəyyən olunmuş minimum miqdarda, bir illik orta əmək haqqı məbləğində 960 000 manat (80 000 X 12 = 960 000) birdəfəlik ödənc verilməlidir.

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi həlak olduqda zərərin əvəzini almaq hüququna malik olan şəxslərə mərhumun ölüm anındakı yaşından, onun işlədiyi əmək şəraitində qanunvericiliklə yaşa görə pensiya hüququ verilən yaş həddinə qədər qalan illərin hər tam üç ilinə bir orta illik əmək haqqı hesabı ilə birdəfəlik ödənc verilir.

M i s a l: Dənizdə neft hasilatı sahəsində çalışan buruqlara xidmət üzrə elektrik montyoru (kişi) 43 yaşında (42 yaş 3 ay) əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Həmin işçi ölüm anına qədər 18 il iş stajına malik olmuş və bu müddətin 6 ilini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 saylı qərar ilə təsdiq olunmuş 1 saylı siyahı üzrə müəyyən edilmiş işlərdə işləmişdir. Sağ qalacağı halda onun 50 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq “Hüququ yarandığı üçün («Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi əsasında), ona 2 orta illik, ((50—43) : 3 = 2 tam il) əmək haqqı məbləğində birdəfəlik ödənc verilməlidir.

Əgər həmin işçi ölüm anına qədər 18 il iş stajına malik olarsa və bu müddətin 1 ilini yuxarıda göstərilən 1 saylı siyahı üzrə işlərdə işləmiş olarsa, onda sağ qalacağı halda onun qanunvericiliklə 52 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yarandığı üçün, ona 3 orta illik ((52—43): 3 = 3 tam il) əmək haqqı məbləğində birdəfəlik ödənc verilməlidir.

Müəssisə və təşkilatlar zərərçəkənə dəyən zərərin daha böyük məbləğdə ödənilməsini kollektiv müqavilə və kontraktın şərtlərində nəzərdə tuta bilərlər.

11.  Zərərçəkənə birdəfəlik ödənc peşə əmək qabiliyyətinin itirildiyi vaxtdan 30 gündən gec olmayaraq, həlak olmuş işçinin zərərə görə ödənc almaq hüququna malik olan ailə üzvünə və yaxud bu ödənci almaq hüququna malik olan şəxsə 40 gündən gec  olmayaraq ödənilir.

12.  İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkən şəxsə ödənilməli olan aylıq ödəncin məbləği, onun xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi vaxtdan əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.

M i s a l: Zərərçəkən əmək xəsarəti nəticəsində peşə əmək qabiliyyətini 70 faiz itirmişdir. Zərərçəkənin xəsarət almazdan əvvəl orta aylıq əmək haqqı 60 000 manat olduğu halda, ona müəssisə tərəfindən ödəniləsi aylıq ödənclərin məbləği 42 000 manat (60 000 X X70 : 100 = 42 000) olacaqdır.

İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin öhdəsində olmuş zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə aylıq ödənc, himayəçinin vəfatı ilə əlaqədar olaraq onlara dəyən zərərin faktiki miqdarında müəyyən edilir.

Həlak olmuş şəxsin himayəsində olmuş zərərə görə aylıq edən almaq hüququna malik olan şəxslər, Təlimatın 43-cü bəndində göstərilən hallar istisna olmaqla, həmin ödəncdən bərabər pay almalıdırlar. Zərərə görə aylıq ödənci almaq hüququna malik olan şəxslər bu hüququ itirdikləri halda və yaxud bu hüquqa malik şəxs yenidən yarandıqda (məsələn, vəfat edənin ölümündən sonra onun doğulmuş uşağı), zərərə görə aylıq ödəncdə onların payları bərabər hüquqla yenidən hesablanaraq tapılır. Bu hallarda zərərə görə aylıq ödənc onu almaq hüququna malik olan həddi-buluğa çatmış şəxsin özünə və yaxud ailə üzvlərinin birinə, yaxud himayədarına verilir.

Eyni vaxtda zərərin əvəzini almaq hüququna, həm zərərçəkənin vəfat etdiyi günə qədər onun öhdəsində olan, həm də ondan vəsait almağa hüququ olan şəxslər malik olduqda, onda əvvəlcə zərərə görə aylıq ödəncin məbləğindən vəsait almağa hüququ olan şəxslərə və ödəncin məbləği çıxılır və yerdə qalan məbləğ zərərçəkənin öhdəsində olmuş şəxslər arasında bərabər bölüşdürülür.

M i s a l: Əmək xəsarəti nəticəsində həlak olmuş atanın, ölümündən əvvəlki orta aylıq əmək haqqı 75 000 manat olmuşdur. Zərərin əvəzini almaq hüququna malik olan həddi-buluğa çatmamış 3 uşağın hər birinə 25 000 manat (75 000 : 3 = 25 000) hesabından öhdəsində olduqları anaya 75 000 manat məbləğində zərərə görə aylıq ödənc verilməlidir. Zərərçəkənin ölümündən beş ay sonra onun 18 yaşına çatmış uşağı həmin hüququ itirdiyi halda, zərərin əvəzini almaq hüququna malik olan həddi-buluğa çatmamış 2 uşağın hər birinə 37 500 manat (75 000:2 = 37 500) hesabından anaya 75 000 manat məbləğində zərərə görə aylıq ödənc verilməlidir.

Əgər həlak olmuş atanın birinci nikahından, aliment almaq hüququna malik olan uşağına 15 000 manat məbləğində aliment kəsilmişsə, onun ikinci nigahdan həddi-buluğa çatmamış 3 uşağının hər birinə 20 000 manat ((75 000—15 000): 3 = 20 000) məbləğində zərərə görə ödənc verilməlidir.

Birdəfəlik ödənc zərərə görə ödənc almaq hüququna malik olan şəxslər arasında bərabər bölüşdürülür.

13. İstehsalatda əmək xəsarəti nəticəsində baş vermiş bədbəxt hadisə yalnız müəssisənin təqsiri üzündən deyil, həm də zərərçəkənin kobud ehtiyatsızlığı üzündən baş verdikdə, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olaraq müəssisənin vəsaiti hesabına ödənilən birdəfəlik və aylıq ödənclər müəssisənin Əməyin Mühafizəsi Komissiyası tərəfindən 30 faizə qədər azaldıla bilər. Müəssisənin Əməyin Mühafizəsi Komissiyası əmək xəsarəti ilə nəticələnən bədbəxt hadisələrdə zərərçəkənin təqsirinin dərəcəsini müəssisənin təhqiqat aktının nəticələrinə əsasən yuxarı təşkilatın əməyin mühafizəsi xidməti ilə razılaşdırmaqla müəyyən edir. Ölümlə nəticələnən bədbəxt hadisələrdə isə zərərçəkənin təqsirinin dərəcəsi əməyin mühafizəsi üzrə nəzarəti həyata keçirən orqanların nümayəndələrinin iştirakı ilə komissiya tərəfindən təhqiq edilmiş bədbəxt hadisənin xüsusi təhqiqat aktının nəticələrinə əsasən həmişə orqanlarla razılaşdırılmaqla müəyyənləşdirilir.

Əmək xəsarəti ilə əlaqədar əlavə xərclər hesablanarkən zərərçəkənin təqsirinin dərəcəsi nəzərə alınır.

M i s a l: Əmək xəsarəti nəticəsində zərərçəkən peşə əmək qabiliyyətinin faiz itirmiş və III qrup əmək əlili olmuşdur. Xəsarət almazdan əvvəl zərərçəkənin orta aylıq əmək haqqı 60 000 manat təşkil etmişdir. Müəssisənin həmin bədbəxt hadisə haqqında təhqiqat aktının nəticələrində qeyd edilmişdir ki, bədbəxt hadisə müəssisə tərəfindən təhlükəsizlik texnikası üzrə müəyyən edilmiş bir sıra qaydalara əməl edilməməsi və zərərçəkənin kobud ehtiyatsızlığı üzündən baş vermişdir. Bu halda bədbəxt hadisənin baş vermə səbəbi zərərçəkənin məhz kobud ehtiyatsızlığı üzündən də olduğu təhqiqat aktında qeyd edildiyi üçün müəssisənin yuxarı təşkilatının əməyin mühafizəsi üzrə xidmətinin razılığı ilə zərərçəkənə ödənilməli olan birdəfəlik və aylıq ödənclər 20 faiz azaldılır. Zərərçəkənə bu halda 2 400 000 manat (50X60 000X80: : 100 = 2 400 000) məbləğində birdəfəlik ödənc, 24 000 manat (60 000 X 50 : 100 = 30 000; 30 000 X 80:100 = 24 000) məbləğində isə aylıq ödənclər ödənilməlidir.

Zərərçəkənin bədbəxt hadisənin baş verməsində ehtiyatsızlığı sadə baxımsızlıq və yaxud yüngül ehtiyatsızlıq kimi qiymətləndirildiyi və yaxud ümumiyyətlə kobud ehtiyatsızlıq kimi qiymətləndirilmədiyi hallarda zərərə görə ödənclərin məbləğləri azaldılmır.

14. İstehsalatda əmək xəsarəti  nəticəsində  zərərçəkən  peşə əmək qabiliyyətini itirdikdə zərərə görə aylıq və birdəfəlik ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı zərərçəkənin həmin müəssisədə əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən (zərərçəkənin arzusu ilə) əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

Zərərçəkən peşə xəstəliyinə tutulduqda zərərə görə aylıq və birdəfəlik ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı, zərərçəkənin həmin müəssisədə işlədiyi peşə (vəzifə) üzrə həmin səbəbdən əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyi vaxtdan (zərərçəkənin arzusu ilə) əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə zərərə görə aylıq və birdəfəlik ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı mərhumun ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Bu halda birdəfəlik ödəncin hesablanmasında götürülən orta illik əmək haqqı hazırkı Təlimatda müəyyən olunan qaydada hesablanmış orta aylıq əmək haqqı məbləğinin 12-yə vurulması ilə tapılır.

15. Orta aylıq əmək haqqı müəyyən edilərkən xəstəlik, işdən-çıxarma və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər işdən azadolma nəticəsində işçinin faktiki işləmədiyi və yaxud iş günlərini yarımçıq işlədiyi aylar zərərçəkənin arzusu ilə hesablamalardan çıxarılır və bilavasitə əvvəlki tam aylarla əvəz edilir. Başqa səbəblərə görə işçinin faktiki gəlmədiyi və ya iş günlərini yarımçıq işlədiyi aylar hesablamalardan çıxarılmır və başqa aylarla əvəz edilmir.

Əgər istehsalatda əmək xəsarəti alan işçinin həmin müəssisədə xəsarət almamışdan və yaxud əmək qabiliyyətinin itirməmişdən əvvəlki son iki ildə, ümumi hesabla işlədiyi tam ayların sayı 12-dən az olarsa, həmçinin həmin müəssisədə işçi bir ildən az işləyərsə, zərərə görə ödənclərin hesablanmasında götürülən orta aylıq əmək haqqı onun işlədiyi faktiki tam aylardan tapılır. Bunun üçün həmin ayların əmək haqlarının cəmi bu ayların sayına bölünür.

Əgər istehsalatda əmək xəsarəti alan işçinin həmin müəssisədə işlədiyi müddət bir tam aydan az olarsa, işçinin həmin müddətdə aldığı əmək haqqı bu dövrdəki təqvim günlərinə bölünərək bir günlük əmək haqqı tapılır və bir günlük əmək haqqı ayın təqvim günlərinin orta illik miqdarına — 304-ə vurulmaqla orta aylıq əmək haqqı müəyyən edilir.

16. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq və birdəfəlik ödənclərin  miqdarının  hesablanmasında götürülən orta aylıq əmək haqqı müəyyən edilərkən mövcud qanunvericilikdə işçilərin əmək məzuniyyətlərinin ödənilməsi üçün orta aylıq əmək haqqının hesablanması qaydası tətbiq olunur.

İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq və birdəfəlik ödənclərin ödənilməsində orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənişlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 aprel 1995-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqını istifadə etməklə ödənişlərin verilməsi haqqında Əsasnamə”nin V bölməsi əsasında müəyyən edilir.

Əgər orta aylıq əmək haqqı 12 aylıq müddətdən az müddət üçün hesablanırsa, onda nəzərə alınan ödənişlər aylara mütənasib şəkildə orta əmək haqqına əlavə olunur.

17. Əgər işçi əmək vəzifələrini yerinə yetirərkən, təkrarən xəsarət alarsa, zərərçəkənin arzusu ilə orta aylıq əmək haqqı birinci və yaxud təkrar xəsarətdən əvvəlki dövr üzrə (14, 15 və 16-cı bəndlər əsasında) hesablanır.

Əgər əmək xəsarətləri zərərçəkənin bir müəssisədə işlədiyi dövrdə baş vermişsə, zərərə görə aylıq ödəncin məbləği HƏEK tərəfindən birinci və təkrar xəsarətlər üzrə cəmlənmiş ümumi peşə əmək qabiliyyətinin itirilmə faizi əsasında tapılır. Birdəfəlik ödəncin məbləği isə bu halda birinci və təkrar xəsarətlər üzrə ayrılıqda peşə əmək qabiliyyətinin hər bir xəsarət üzrə itirilmə faizi üzrə hesablanaraq ödənilir.

Əgər əmək xəsarətləri zərərçəkənin müxtəlif müəssisələrdə işlədiyi dövrlərdə baş vermişsə, zərərə görə aylıq və birdəfəlik ödənclərin məbləğləri hər bir xəsarət üçün HƏEK tərəfindən müəyyən edilmiş peşə əmək qabiliyyətinin itirilmə faizi üzrə müəssisələr tərəfindən ayrılıqda ödənilir.

18. Zərərin ödənilməsin üçün müraciət edilən vaxtda, zərərçəkənin əmək xəsarətindən əvvəlki faktiki əmək haqqı barədə sənəd olmadıqda, zərərçəkənin yerinə yetirildiyi işin müvafiq dövrdə qüvvədə olan tarif (vəzifə) maaşına əsasən zərərin ödənilmə miqdarı hesablanır.

Zərərçəkənin faktiki əmək haqqı təsdiq edən sənədin olmaması müəssisənin və müvafiq arxivin arayışı ilə təsdiq edilməlidir.

19. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı, mülkiyyət formasından asılı olmayaraq təqsirkar müəssisələr tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zaman təshih edilir. Bu halda orta aylıq əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə istehsalatda əmək xəsarəti alan zaman işlədiyi (işləmiş olduğu) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşının kütləvi artımından sonra İki aylıq faktiki əmək haqqı və yaxud zərərçəkənin (eləcə də zərərin əvəzini almaq  hüququna  malik olan şəxsin) arzusu ilə faktiki aylıq tarif (vəzifə) maaşı hesabından müəyyən edilir.

Təlimatın 1-ci bəndində qeyd edilən Qaydaların qüvvəyə mindiyi 1 oktyabr 1996-cı il tarixdən zərərə görə aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə yenidən hesablanmalıdır. Bu halda əmək haqqının kütləvi artımı həmin müəssisələrdə 1996-cı ilin avqust ayından əvvəlki dövrdə aparılmışsa, zərərin ödənilməsi üçün orta aylıq əmək haqqı zərərçəkənlərin həmin təqsirkar müəssisələrdə işlədiyi (işləmiş olduğu) peşə (vəzifə) üzrə maaşının oktyabr ayından əvvəlki iki aylıq faktiki əmək haqqı hesabından müəyyən edilir.

Zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə isə orta aylıq əmək haqqının hesablanması yuxarıda qeyd olunan üsulla təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları üzrə orta aylıq əmək haqqı hesabından müəyyən edilərək tapılır. Əgər həmin müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qruplarının müəyyən edilməsi mümkün olmazsa, zərərin ödənilməsi üçün hesabatlarda müəssisə üzrə orta aylıq əmək haqqı götürülür. Bu qayda müəssisədə zərərçəkənin faktiki əmək haqqı barədə sənəd olmadıqda da tətbiq edilir.

Orta aylıq əmək haqqının iki aylıq faktiki əmək haqqından hesablandığı bütün hallarda hazırkı Təlimatın 15-ci bəndindəki şərtlər nəzərə alınmalıdır.

İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclər işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımının müəyyənləşdirildiyi vaxtından təshih edilərək ödənilir.

Bu bənddə göstərilən orta aylıq əmək haqqının hesablanması qaydası və orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 aprel 1995-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqını istifadə etməklə ödənişlərin verilməsi haqqında Əsasnamə” nin III və IV bölməsi əsasında müəyyən edilir.

Zərərə görə ödənclərin hesablanmasında götürülən orta aylıq əmək haqqının hesablanmasında zərərçəkənin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün əmək haqqı əvəzinə onun əmək qabiliyyətini müvəqqəti itirməyə görə aldığı müavinət götürülür.

Misal: Təsərrüfat hesablı müəssisədə işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı 1996-cı ilin iyul ayının 1-dən aparılmışdır. Həmin müəssisədə 1988-ci ildə bədbəxt hadisə nəticəsində həlak olmuş 6-cı dərəcəli, traktorçunun xəsarət almazdan əvvəl orta aylıq əmək haqqı 450 rubl olmuşdur. Həmin traktorçunun ailəsinə müəssisə tərəfindən 1995-ci ilin 1 fevralından köhnə Qaydalar üzrə hər ay 35 357, 14 manat (5500 man.: 70 rub. X 450 rüb. = > = 35 357, 14 man.) məbləğində zərərə görə aylıq ödənc verilirdi. Hazırda həmin müəssisədə 1996-cı ilin avqust və sentyabr aylarında işəmuzd əmək haqqı sistemi üzrə işləmiş 6-cı dərəcəli bütün traktorçuların (üç nəfər) faktiki orta əmək haqqı 180 000 manat (140 000+160 000 + 220 000+100 000+200 000 + 260 000/6 = 180 000) olduğu halda, yeni Qaydalara görə həmin traktorçunun ailəsinə 1 oktyabr 1996-cı ildən 180 000 manat məbləğində zərərə görə aylıq ödənc verilməlidir.

Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə yenidən baxılır.

Ermənistan Respublikasının müəssisələrində istehsalatda əmək xəsarətin nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə ödənilməli olan zərərə görə ödənclərin xüsusi sosial əhəmiyyət daşıdığını nəzərə alaraq həmin ödənişlər Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına məskunlaşdıqları rayonların sosial müdafiə mərkəzləri tərəfindən ödənilir.

M i s a l: Ermənistan Respublikasının tikinti müəssisələrinin birində kran maşinisti peşəsində işləyərkən 1978-ci ildə əmək xəsarəti almış və peşə əmək qabiliyyətini 80 faiz itirmiş zərərçəkənə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin arayışında 1996-cı ilin birinci rübündə respublika üzrə iqtisadiyyatın tikinti sahəsi üzrə orta əmək haqqı 126 400 manat göstərildiyi halda 101 120 manat (126 400+80/100) məbləğində zərərə görə aylıq ödənc verilməlidir.

20. İstehsalat təlimi (təcrübəsi) keçən dövrdə istehsalatda əmək xəsarəti alan zərərçəkənlərə və yaxud bu səbəbdən həlak olan şəxslərin zərərə görə ödənc almaq hüququna malik olan ailə üzvlərinə ödənilməli olan zərərə görə ödəncin miqdarı onun öyrəndiyi peşə (vəzifə) üzrə faktiki orta əmək haqqı. lakin Vahid Tarif Cədvəlinin 2-ci dərəcəsindən aşağı olmayan tarif (vəzifə) maaşı tətbiq edilərək hesablanır. Bu halda faktiki aylıq orta əmək haqqı hesabladarkən hazırkı Təlimatın 19-cu bəndinin 4-cü abzasında qeyd edilən nəzərə alınan və alınmayan ödənişlər götürülür. Həmin zərərçəkənlərə istehsalat təlimi (təcrübə) keçən dövrdə əmək haqqının verilmədiyi hallarda ödənilməli olan zərərin miqdarı Vahid Tarif Cədvəlinin 2-ci dərəcəsindən aşağı olmayan sonuncu tarif (vəzifə) maaşı tətbiq edilərək hesablanır.

21. Xarici ölkədə işlədiyi dövrdə istehsalatda əmək xəsarəti almış və yaxud bu səbəbdən həlak olmuş işçilərə dəyən zərər işçinin faktiki orta aylıq əmək haqqı əsasında pulun məzənnəsi nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən edilir. Bu halda dəymiş zərərə görə ödəncin verilməsi məsələsinə müvafiq dövlətlərarası sazişlər və əmək müqavilələri əsasında baxılır.

Müstəqil Dövlətlər Birliyi dövlətlərində istehsalatda əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi 1994-cü il sentyabrın 9-da Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında imzalanmış və həmin dövlətlər tərəfindən qarşılıqlı ratifikasiya olunmuş «Əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəsarət almış, peşə xəstəliyinə tutulmuş və yaxud sağlamlığı digər şəkildə pozulmuş işçilərə dəymiş zərərin əvəzinin ödənilməsi hüquqlarının qarşılıqlı tanınması haqqında Saziş» əsasında həyata keçirilir.

 

III. İstehsalatda əmək xəsarəti ilə əlaqədar əlavə xərclərin ödənilməsi şərtləri və qaydaları

 

22.  Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə HƏEK tərəfindən müəyyən edilən əlavə xərcləri (ərzağın, dərmanların əldə edilməsi, protezləmə, onlara xidmət etmə, zərərçəkənin müalicə olunduğu yerə gediş və qayıtmaq xərci, bəzi hallarda onu müşayiət edən şəxs də nəzərə alınmaqla sanatoriya — kurort müalicəsi, xüsusi nəqliyyat vasitəsinin əldə olunması və onların əsaslı təmiri, yanacağın əldə edilməsi və sair) ödəməlidir. Xüsusi nəqliyyat vasitəsinin əldə edilməsi və əsaslı təmiri üçün xərclər əlillər üçün mühərrikli arabanın qiyməti həddində ödənilir.

23.  Əlavə xərclərin miqdarı müvafiq sənədlərin — əlavə qida rasionuna daxil olan məhsulların qiyməti haqqında ticarət şöbəsinin, sanatoriya—kurort göndəriş vərəqələri haqqında müvafiq təşkilatın arayışları və yaxud hesabı, əlillər üçün xüsusi nəqliyyat vasitəsini ayıran və onu təmir edən təşkilatların hesabatları, protez ortopedik müəssisələrin  hesabları və başqa sənədlərin əsasında müəyyən edilir.

Göstərilən sənədləri almaq üçün təqsirkar müəssisə zərərçəkənə kömək etməli və lazım gələrsə müvafiq təşkilatlardan onu özü tələb etməlidir.

Zərərçəkənin və onu müşayiət edən şəxsin gediş xərcləri xidməti ezamiyyətlər haqqında normativ aktda nəzərdə tutulan qaydada və məbləğdə ödənilir.

24. Zərərçəkənə xidmət üçün əlavə xərc onun  kim  tərəfindən aparılmasından asılı olmayaraq ödənilir. Bu xərclərin miqdarı lazım olan xidmətin xarakterindən asılı olaraq müəyyən edilir. Xüsusi tibbi xidməti ehtiyacı olan zərərçəkənə (əlilə) müəssisənin vəsaiti hesabına onun aylıq ödəncinin 50 faizi, digər hallarda isə 30 faizi məbləğində əlavə xidmətə görə ödənc ödənilir.

I qrup əlillərə xidmət edilməsi barədə (xüsusi tibbi xidmətin lazım olması hallarından başqa) HƏEK-in rəyi lazım deyil.

M i s a l: İstehsalatda əmək xəsarəti almış I qrup əmək əlilinə hazırkı Təlimata uyğun olaraq aylıq ödənc 1 oktyabr 1996-cı ildən 60 000 manat məbləğində hesablanmışdır. Bu halda zərərçəkənə xidmət üçün əlavə xərclər aylıq ödəncin 30 faizi məbləğində hesablanaraq, cəmi 78 000 manat (60 000+(60 000X30: 100) = 78 000) məbləğində ona hər ay zərərə görə ödənc verilməlidir. Əgər həmin zərərçəkənə HƏEK tərəfində xüsusi tibbi xidmət müəyyən edilərsə, onda ona 90 000 manat (60 000+60 000X50: 100 = 90 000) məbləğində hər ay zərərə görə ödənc ödənilməlidir.

25. HƏEK-nin rəyi ilə zərərçəkənə sanatoriyada müalicə olunmaq məqsədilə təqsirkar müəssisədə işləyərkən məzuniyyət verildikdə, (sanatoriyaya və geriyə nəqliyyat xərcləri də nəzərə alınmaqla) müəssisə zərərçəkənə (axırıncı iki ayın orta əmək haqqı hesabı ilə) orta aylıq əmək haqqını ödəyir. Zərərçəkənə əmək haqqı saxlanılmaqla sanatoriyaya müalicəyə getməklə əlaqədar məzuniyyət verildikdə, məzuniyyətin verilməsi üçün hesablanan əmək haqqı, xəsarət almazdan əvvəlki (iki ayın orta əmək haqqı) əmək haqqından artıq olarsa, onda daha çox məbləğ nəzərə alınmaqla (sanatoriyaya və geriyə xərclər də nəzərə alınmaqla) məzuniyyət haqqı ödənilir.

Bu dövr ərzində zərərçəkənə zərərə görə aylıq ödənc ödənilmir.

 

IV.  Zərərin ödənilməsi haqqında ərizələrə müəssisə tərəfindən baxılma qaydası

 

26. İstehsalatda əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənci almaq üçün ərizə zərərçəkən və yaxud onun ailə üzvü tərəfindən maddi məsuliyyət daşıyan müəssisənin rəhbərliyinə verilir. Zərərçəkən həlak olduqda isə ərizə zərərə görə ödənci almaq hüququna malik olan şəxslər tərəfindən və yaxud onların qanuni nümayəndələri

—valideyni, qəyyumu, himayəçini, həmçinin onlara qəyyumluq edən təşkilat tərəfindən verilə bilər.

Zərərin dəyməsində təqsirkar müəssisə başqa müəssisə ilə birləşdikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olunduqda zərərə görə ödənclər hüquqi varis və yaxud yuxarı təşkilat tərəfindən ödənilir. Zərərin ödənilməsi üçün ərizə isə aidiyyatı üzrə hüquqi varisə və yaxud yuxarı təşkilata verilir.

Ləğv olunan müəssisənin hüquqi varisi və yaxud yuxarı təşkilatı olmadıqda, həmin müəssisə zərərçəkənlərə və yaxud zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə gələcəkdə ödənilməli olan zərərə görə ödəncin ümumi məbləğini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına keçirir və həmin məbləğin tam köçürülməsini təsdiq edən sənədi şirkətə təqdim etdikdən sonra həmin müəssisənin ləğv olma hesabatı müəyyən olunmuş qaydada təsdiq olunur. Ödənclərin verilməsi üçün hesablanan məbləğ tam ödənilmədikdə Dövlət Sığorta Kommersiya Şirkəti hesabatın təsdiq edilməsinə rəy vermir və gələcəkdə zərərin ödənilməsinə görə məsuliyyət daşımır. Həmin müəssisələrdə zərər çəkmiş şəxslərə qanunvericiliyə uyğun olaraq zərərə görə ödənclərin verilməsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müəssisənin ləğv olma hesabatı imzalandığı gündən başlanır.

Bu halda, ləğv olunan müəssisədən tutulmalı olan zərərə görə ödənclərin məbləği müvafiq qaydada dövlət tərəfindən təsdiq olunan normativ hüquqi akt əsasında müəyyən olunur.

Hüquqi varisi və yaxud yuxarı təşkilatı olmayan müəssisənin ləğv olma hesabatı Dövlət Sığorta Kommersiya Şirkətinin razılığı olmadan dövlət orqanları tərəfindən təsdiq edilərsə, şirkət zərərçəkənlər və yaxud zərərə görə ödənc almaq hüququna malik olan şəxslər qarşısında maddi məsuliyyət daşımır.

Bu bənd üzrə zərərçəkənə zərərə görə ödənclərin ödənilməsi mümkün olmadıqda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin arasındakı müvafiq razılaşma əsasında ödənclər təkrar qəbul edilən gündən Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun hesabından ödənilir.

Zərərə görə ödənclərin Dövlət Sığorta Kommersiya Şirkəti və ya Əlilləri Sosial Müdafiə Fondu tərəfindən ödənildiyi hallarda zərərə görə ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə bu zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə yenidən baxılır.

27. İşçi xarici ölkədə işlədiyi dövrdə əmək xəsarəti aldıqda ödənc almaq üçün ərizə onu xarici ölkəyə işləməyə göndərən nazirliyə, baş idarəyə verilir. İşçi xarici ölkədə özü işə qəbul; olunduğu halda isə ərizə, işçinin həmin xarici ölkədə xəsarət aldığı müəssisənin sahibkarına verilir.

28. Əmək qabiliyyətinin itirildiyi halda zərərə görə ödəncləri almaq üçün ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

a) peşə əmək qabiliyyətinin itirilməsi barədə HƏEK-nın qərarı (arayışı);

v) zərərçəkənin əlavə xərclərə (22-ci bənd) ehtiyacı olduqda HƏEK-in qərarı (arayışı).

Zərərə görə ödənclərin ödənilməsini davam etdirmək üçün vaxtaşırı olaraq yenə də həmin sənədlərin təqdim olunması tələb olunur

29. Əmək xəsarəti nəticəsində həlak olmuş işçinin vəfatı ilə əlaqədar olaraq zərərin əvəzini almaq hüququna malik olan şəxsin (şəxslərin) ərizəsinə aşağıdakı sənədlər əlavə olunur:

a)  ailə başçısının ölümü haqqında vətəndaşlıq vəziyyəti aktların və qeydiyyatı (VVAQ-ın) orqanının verdiyi şəhadətnamənin surəti;

b)  mənzil-istismar təşkilatın və yaxud kənd (qəsəbə) icra hakimiyyəti orqanının vəfat edənin ailə tərkibi,  həmçinin onun himayəsində olan ailə üzvləri haqqında arayışı (və yaxud  başqa sənədi) və yaxud məhkəmənin müvafiq qərarının surəti;

v)  zərərə görə ödənc almaq hüququna malik, yaşı 16-dan 18-dək olan şəxslərin təhsil almaqları  barədə təhsil müəssisələrindən arayışları;

q)  vəfat edənin 16 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və yaxud nəvələrinə qulluq edən valideynin, ər-arvadın və yaxud ölənin başqa ailə üzvünün işləməməsi haqqında mənzil-istismar təşkilatının və yaxud kənd (qəsəbə) icra hakimiyyəti orqanının arayışı;

Zərərə görə ödənclərin ödənilməsini davam etdirmək üçün vaxtaşırı zərərə görə ödəncləri almaq hüququnu təsdiq edən, yuxarıda adları çəkilən sənədlər təqdim edilməlidir.

30. Mənzil-istismar müəssisəsinin və yaxud kənd  (qəsəbə) icra hakimiyyəti orqanının vəfat edənin ailə tərkibi, həmçinin  onun himayəsində olan ailə üzvləri haqqında verdiyi arayışda (və yaxud başqa sənəddə) hər bir ailə üzvünün soyadı, adı, atasının adı, anadan olduğu il, ay göstərilməlidir.

Ayrı-ayrı vətəndaşlara məxsus olan evlərdə yaşayan və zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə yuxarıda qeyd edilən arayış müəyyən hallarda ev sahibi tərəfindən də verilə bilər, bu şərtlə ki, arayış təqsirkar müəssisənin, küçə və məhəllə şurasının nümayəndələrinin və ev sahibinin iştirakı ilə tərtib olunmuş aktla təsdiq olunsun.

31.  Zərərin dəyməsində təqsirkar sayılan müəssisə bu Təlimatın 28—30-cu bəndlərində göstərilən  sənədlərin  toplanmasında ərizəçiyə kömək etməli. Lazım gələrsə başqa təşkilatlardan onları özü tələb etməlidir.

32.  Zərərin ödənilməsi haqqında bütün lazımı sənədlər və yaxud əlavə sənədlər daxil olduğu vaxtdan on gündən gec olmayaraq, zərərin ödənilməsi üçün ərizəyə müəssisə tərəfindən baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

Zərərə görə ödənclərin verilməsi barədə rəhbərliyin qərarı müəssisə üzrə əmrlə (sərəncamla) rəsmiləşdirilir (nümunəvi forması əlavə olunur). Əmrdə (sərəncamda) zərərə görə ödənc alan şəxslər, onların hər birinə düşən ödəncin miqdarı və ödənilən müddəti göstərilməlidir.

Zərərin ödənilməsi barədə müəssisə üzrə əmrin (sərəncamın) surəti və yaxud əsaslandırılmış rəsmi imtinası bütün başqa lazımı sənədlərlə birlikdə ərizə verilən vaxtdan 10 kündən gec olmayaraq marağı olan şəxsə verilir (göndərilir).

Marağı olan şəxs müəssisənin qərarı ilə razılaşmadıqda və yaxud müəyyən olunmuş müddətdə cavab almadıqda yaranan mübahisələrə hazırkı Təlimatın VI bölməsində nəzərdə tutulan qaydada baxılır.

33. Əgər zərərçəkənə əmək xəsarəti əmək münasibətlərində olduğu müəssisə və digər təşkilat tərəfindən birgə yetirilmişdirsə, zərərin ödənilməsi barədə mübahisələr məhkəmə qaydasında həll olunur.

 

V. Zərərə görə ödəncin məbləğinin verilmə müddəti və qaydası

 

34. Zərərə görə ödənclər istehsalatda əmək xəsarəti almış işçilərə dəyən zərərə görə məsuliyyət daşıyan müəssisə (hüquqi varis və yaxud da yuxarı təşkilat) tərəfindən ödənilir.

Hüquqi varisin və ya yuxarı təşkilatın olmadığı hallarda zərərçəkənə zərərə görə ödənclərin ödənilməsi barədə yaranan mübahisələrə təqsirkar müəssisənin və ya hüququ varis sayıla bilən müəssisənin yerləşdiyi ərazinin məhkəməsində baxılır.

İşçi xarici ölkədə işlədiyi dövrdə (MDB dövlətlərindən başqa) əmək xəsarəti aldıqda zərərə görə ödənc həmin işçini xarici ölkəyə işləməyə göndərən nazirlik, baş idarə tərəfindən. ödənilir. Bu halda dəymiş zərərin məbləği zərərçəkənin xarici ölkədə aldığı əmək haqqının məbləğindən asılı olmayaraq, respublikada iqtisadiyyatın müvafiq sahəsi və yaxud həmin sahədə müvafiq peşə üzrə mövcud orta aylıq əmək haqqından müəyyən edilir. Orta aylıq əmək haqqı barədə lazım olan müvafiq arayışlar hər ilin birinci rübündə Azərbaycan Respublikası: Dövlət Statistika Komitəsindən alınır. İşçi xarici ölkədə özü işə qəbul olunduğu halda isə zərərə görə ödənc, onun həmin xarici ölkədə xəsarət aldığı müəssisənin sahibkarı tərəfindən həmin ölkədə qüvvədə olan qanunvericilik əsasında və yaxud işçi ilə bağlanan əmək müqaviləsinin (kontraktın) şərtləri əsasında ödənilir.

35. Zərərçəkənlərə və yaxud zərərə görə ödənci almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir:

a)  zərərçəkmiş işçilərə — istehsalatda əmək xəsarəti  nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən;

b)   işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə — mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq.

İstehsalatda əmək xəsarəti ilə əlaqədar olaraq zərərə görə ödənclərin verilməsi üçün hüquq yarandıqda zərərçəkən və ya zərərə görə ödəncləri almaq hüququnun bədbəxt hadisənin baş verdiyi gündən yarandığı sübut edildikdə, zərərə görə ödənclər zərərçəkənin əvvəlki peşə əmək qabiliyyətini itirdiyi və yaxud zərərçəkənin vəfat etdiyi gündən başlanaraq ödənilir.

Müraciət günü olaraq zərərə görə ödəncləri almaq üçün verilən ərizənin qəbul günü götürülür.

Zərərin ödənilməsi vaxtının uzadılması zərərçəkənin və yaxud başqa marağı olan şəxsin müəssisəyə müraciət etdiyi vaxtdan asılı olmayaraq, zərərin əvvəlki ödənilən vaxtının qurtardığı gündən icra edilir. Bu Halda keçmiş müddət üçün zərərin məbləği o şərtlə ödənilir ki, HƏEK tərəfindən həmin dövrdə peşə əmək qabiliyyətinin itirilməsi təsdiq edilmiş olsun və eləcə də Təlimatın 28, 29, 30 bəndlərində göstərilən sənədlər təqdim edilsin.

Keçmiş müddətdə (01 yanvar 1993-cü ildən 01 oktyabr 1996-cı ilədək) istehsalatda əmək xəsarəti ilə əlaqədar zərərə görə birdəfəlik ödənc hər hansı bir səbəbdən vaxtında ödənilməyibsə, onun miqdarının hesablanması həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə müvafiq aparılır.

36. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənə ödənilməli olan zərərə görə aylıq ödənclər və hazırkı Təlimatın 22 -25 -ci bəndlərində nəzərdə tutulan  əlavə xərclər  HƏEK  tərəfindən müəyyən edilən əmək qabiliyyətinin itirilmə müddətində ödənilir.

İşçinin vəfatı ilə əlaqədar olaraq zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə aylıq ödənclər aşağıdakı müddətlərdə ödənilir:

Həddi-buluğa çatmamış şəxslərə — 16 yaşına (təqaüd almayan məktəbli uşaqlara 18 yaşına) çatana qədər;

qanunvericilikdə müəyyən olunmuş yaşa görə pensiya hüququna malik olan şəxslərə — ömürlük;

əlillərə — əmək qabiliyyətinin itirildiyi bütün dövr ərzində;

vəfat etmiş ailə başçısının 16 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə qulluq edən və işləməyən valideynə, ər-arvada və yaxud ailənin başqa üzvlərinə — uşaq 16 yaşına çatana qədər.

37.   Zərərçəkənə və yaxud zərərə görə ödənc almaq hüququna malik olan şəxslərə zərərə görə ödənclər onların aldıqları başqa müavinətlərdən, pensiyalardan, təqaüdlərdən və digər sosial maddi yardımlardan, habelə aldıqları əmək haqqı və başqa gəlirlərindən (hər cür maddi kömək və sair) asılı olmayaraq ödənilir.

38.   Zərərin ödənilməsinə yenidən baxılmaq lazım gəldiyi
bütün hallarda (peşə əmək qabiliyyətinin itirilmə dərəcəsi  dəyişdikdə, zərərə görə ödənc almaq hüququna malik olan, əmək qabiliyyətli olmayan şəxslərin sayı dəyişdikdə və sair hallarda) zərərə görə ödənci alan şəxs müəssisənin rəhbərliyinə bu barədə yazılı məlumat verməyə borcludur.

39. Zərərçəkənin peşə əmək qabiliyyətinin itirilmə dərəcəsinin dəyişdirildiyi, eləcə də ölən işçinin zərərə görə ödənc almaq hüququna malik olan ailə tərkibi dəyişdiyi və yaxud dövlət tərəfindən qanunvericilikdə dəyişikliklər edildiyi hallarda zərərə görə aylıq ödənclərin ödənilən məbləği yenidən hesablanır.

40 Zərərə görə aylıq ödənclərin və əlavə xərclərin ödənilən məbləğinin yenidən hesablanması ümumi qaydada aşağıdakı müddətlərdən aparılır:

zərərin ödənilən məbləğinin artırılması hüququ yarandığı halda ərizə lazım olan bütün sənədlərlə birlikdə ayın 15-dən kimi (15-i də daxil olmaqla) verildikdə — həmin ayın 1-dən və ərizə lazım olan bütün sənədlərlə birlikdə ayın 15-dən sonra verildikdə isə — növbəti ayın 1-dən;

zərərin ödənilən məbləğinin azaldılması halları yarandıqda, həmin hallar ayın 15-ə kimi (15-i də daxil olmaqla) yarandıqda — həmin ayın 1-dən və həmin hallar ayın 15-dən sonra yarandıqda isə — növbəti ayın 1-dən;

Zərərə görə aylıq ödənclərin və əlavə xərclərin ödənilən məbləğinin yenidən hesablanması üçün müəssisənin rəhbəri əmr (sərəncam) verir, onun surəti isə marağı olan şəxsə təqdim edilir və yaxud göndərilir.

41.  Zərərə görə aylıq ödənclər və əlavə xərclər hər ayın yekunu üzrə əmək haqqı verilən gün verilir.

Zərərin ödənilən məbləğinin göndərilməsi və ünvanına çatdırılması müəssisənin vəsaiti hesabına yerinə yetirilir. Həmin məbləğ vətəndaşın arzusu ilə onun əmanət bankındakı şəxsi hesabına da köçürülə bilinər.

42.   Zərərçəkənin stasionar müalicə idarəsində (xəstəxanada, klinikada, hərbi xəstəxanada, müalicə-əmək profilaktoriyasında) olduğu dövrdə zərərə görə aylıq ödənclər ümumi əsaslarla ödənilir.

43.   İstehsalatda əmək xəsarətinə görə ödənc alan şəxs(şəxslər) dövlət təminatına götürüldükdə (əlillər və qocalar üçün internat evinə, pansionata, texniki-peşə internat  məktəbinə və sair),  ona (onlara) ödənilməli olan (onların payına düşən) zərərə görə aylıq
ödənclərin məbləği  90 faiz azaldılır. Əgər həmin şəxsin himayəsində zərərə görə ödənc almaq hüququna malik olan şəxs (şəxslər) dövlət təminatına götürülməzsə, zərərə görə  aylıq ödəncin qalan məbləği həmin şəxsə və yaxud bərabər bölüşdürülərək həmin şəxslərə ödənilir.

M i s a l: Zərərə görə ödənc alan ana əlillər və qocalar üçün, internat evinə yerləşdirilmişdir. Zərərçəkənin zərərə görə ödənc almaq hüququna malik iki uşağı tam dövlət təminatında olan texniki-peşə internat məktəbində oxuyur. Təqsirkar müəssisə tərəfindən bu ailəyə 90 000 manat məbləğində zərərə görə aylıq ödənc təyin edildiyi halda, bu məbləğ 90 faiz azaldılaraq faktiki olaraq 9 000 manat məbləğində veriləcəkdir. Burada zərərə görə ödənc almaq hüququna malik olan hər bir şəxsin payı isə 3 000 manat (9 000 : 3 = = 3 000) təşkil edəcəkdir.

Tutaq ki, həmin ananın bir uşağı dövlət təminatında deyildir. Bu halda hesablanmış zərərə görə aylıq, ödənc onu almağa hüququ olan şəxslərin sayına bölünərək hər birinin payı tapılır, yəni hər birinin payı 30 000 manat (90 000 : 3 = 30 000) olur. Lakin ana və uşaqlardan biri dövlət təminatında olduğu üçün onların hər birinə 3 000 manat  məbləğində (90 faiz  azaldılaraq),  dövlət təminatında olmayan uşağa isə 84 000 manat (90 000—3 000—3 000-84 000) məbləğində zərərə görə aylıq ödənc müəyyən edilməlidir.

44.   Məhkəmənin hökmü ilə azadlıqdan məhrum olduğu dövrdə şəxsə zərərə görə müəyyən edilmiş məbləğin ödənilməsi dayandırılır, azad edildikdən sonra isə müraciət etdiyi gündən zərərin ödənilməsi bərpa edilir.

45.   İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə ödənclərin məbləğlərindən  vergilər tutulmur.  Zərərin ödənilən məbləğindən (vergidən başqa) tutulmalar əmək haqqından aparılan tutulmalar qaydasında aparılır.

 

VI Zərərin ödənilməsi haqqında mübahisələrə baxılma qaydası

 

46. İstehsalatda əmək xəsarəti ilə əlaqədar zərərin ödənilməsi barədə mübahisələrə “Fərdi əmək mübahisələrinin həlli haqqında”  Azərbaycan Respublikası qanununa uyğun olaraq baxılır. Qanunvericiliyə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda müəssisələrdə həmkarlar ittifaqı  komitəsinin nəzdində yaradılmış fərdi əmək  mübahisələrinə məhkəməyə qədər baxan orqan (bundan sonra  qısaca  olaraq — əmək  mübahisələrinə baxan orqan) zərərin ödənilməsi barədə zərərçəkənlə və yaxud marağı olan digər şəxs ilə təqsirkar müəssisə  arasındakı  mübahisələrə baxır.

Mübahisəyə həmin orqana ərizə daxil olduğu gündən 10 gün ərzində baxılır.

Mübahisəni baxılmasına 3 gündən az olmayaraq vaxt qalana qədər, müəssisə mübahisənin həlli üçün lazım olan bütün sənədləri əmək mübahisələrinə baxan orqana təqdim etməyə borcludur.

47. Mübahisəyə zərərçəkənin və yaxud marağı olan digər şəxsin, müəssisənin nümayəndəsinin və müəssisənin əməyin mühafizəsi üzrə komissiyasının iştirakı ilə baxılır.

Mübahisəyə zərərçəkənin və yaxud marağı olan digər şəxsin yalnız bu haqda yazılı ərizəsi olan halda onun iştirakı olmadan da baxılmasına icazə verilir. Müəssisənin nümayəndəsinin iclasa gəlmədiyi halda, əmək mübahisələrinə baxan orqan yuxarıda qeyd edilən tərkibdə mübahisəyə baxmaq hüququnu itirmir.

Lazım gələn hallarda əmək mübahisələrinə baxan orqan əməyin mühafizəsinə dövlət nəzarətini həyata keçirən əmək şəraitinin dövlət ekspertizası xidmətinin ekspertinin, texniki əmək müfəttişinin, həmin müəssisədə əməyin gigiyenasına nəzarəti həyata keçirən sanitar-epidemiologiya stansiyasının və sair əməyin mühafizəsi orqanlarının baxılan məsələ ilə əlaqədar rəylərini və digər sənədləri alır, iclasa şahidləri dəvət edir.

48. Baxılan məsələ üzrə əmək mübahisələrinə  baxan  orqanın qərarı qüvvədə olan qanunvericiliyə müvafiq olaraq əsaslandırılmalıdır. Bu qərarda təqsirkar müəssisə tərəfindən kimə hansı miqdarda və hansı müddət ərzində zərərin ödənilməsi göstərilməlidir Qərarın surəti 3 gün ərzində müəssisəyə və zərərçəkənə və yaxud marağı olan digər şəxsə göndərilir.

Əmək mübahisələrinə baxan orqanın qərarı gecikdirilmədən icra edilməlidir Müəssisə əmək mübahisələrinə baxan orqanın qərarı ilə razılaşmadıqda, bir aylıq zərərə görə ödəncin məbləğini zərərçəkənə və yaxud zərərə görə ödənc almaq hüququna malik olan şəxsə ödəməklə bu qərarı yerinə yetirir.

49. Zərərçəkən və yaxud marağı olan digər şəxslər əmək mübahisələrinə baxan orqanın qərarı ilə razılaşmadıqda, mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin yerləşdiyi və yaxud zərər vurulan yerin, müəssisə isə yerləşdiyi yerin rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

Əmək mübahisələrinə baxan orqanın qərarını aldıqdan sonra müəssisə 10 gün müddətində məhkəməyə şikayət edə bilər.

50. Əgər müəssisə əmək mübahisələrinə baxan orqanın qərarını yerinə yetirmirsə, zərərçəkənin və yaxud marağı olan digər şəxsin ərizəsi əsasında əmək mübahisələrinə baxan orqan “Əmək mübahisələrinə baxılma qaydası haqqında əsasnamə” ilə müəyyən edilmiş formada qərarın məcburi yerinə yetirilməsi üçün vəsiqə verir. Əmək mübahisələrinə baxan orqanın qərarının yerinə yetirilməsi məhkəmədə baxılmadan müəssisənin yerləşdiyi ərazidə məhkəmə icraçıları tərəfindən həll olunur.

Əmək mübahisələrinə baxan orqanın qərarının məcburi yerinə yetirilməsi üçün vəsiqə, müəssisə tərəfindən mübahisənin həlli üçün ona ayrılmış vaxt müddətində məhkəməyə müraciət etmədiyi halda verilir. Bir aylıq ödəncin ödənilməsi üçün vəsiqə isə, müəssisənin həmin müddətdə məhkəməyə müraciət etməsindən asılı olmayaraq verilir.

51.  Müəssisədə həmkarlar ittifaqı komitəsinin olmadığı halda, həmçinin Təlimatın 33-cü bəndində nəzərdə tutulan  hallarda zərərin əvəzinin ödənilməsi barədə mübahisələrə bilavasitə məhkəmədə baxılır.

52.  Saxta sənədlər təqdim edildiyi, yalan  məlumat  və ya hesabatlarda səhvə yol verildiyi hallar istisna olmaqla, zərərçəkəndən və yaxud işçi həlak olduqda zərərə görə ödənc almaq hüququna malik olan şəxsdən (şəxslərdən) zərərin ödənilən məbləği, Habelə Qaydalar və bu Təlimat düzgün tətbiq edilmədikdə belə geri alına bilməz.

53. Zərərin ödənilməsi barədə müəssisə üzrə əmrin sürəti (Həmkarlar ittifaqı komitəsinin, xalq məhkəməsinin qərarları), zərər-çəkənin və yaxud zərərin ödənilməsində marağı olan digər şəxslərin ərizəsi bütün sənədlərlə birlikdə hər bir ödənc alan üçün ayrıca iş qovluğunda saxlanılır. Müəssisə həmin sənədlərin qorunub saxlanmasına məsuliyyət daşıyır.

Zərərə görə ödənclərin verildiyi dövrdə zərərə görə ödənclərə aid iş qovluqları müəssisənin mühasibat şöbəsində  saxlanılır.  Zərərə görə ödənclərin dayandırıldığı vaxtdan 2 il keçdikdən sonra həmin iş qovluqları saxlanılmaq üçün müəssisənin arxivinə təhvil verilir.

 

 


 

Əlavə

Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış (peşə xəstəliyinə tutulmuş, həlak olmuş) işçiyə (işçinin ailəsinə) dəyən zərərin ödənilməsi haqqında

 

ƏMR(SƏRƏNCAM)№         ______

„____“_________ 199    il

_________________________________________________________________________________

(işçinin adı və soyadı)

___________________________________________________əmək vəzifələri yerinə

                            (vəzifəsi və yaxud peşəsi)

yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət almışdır (peşə xəstəliyinə tutulmuşdur və yaxud həlak olmuşdur.

_________________________ HƏEK- nın    ____   ______ 199   il

respublika, rayon)

tarixli    saylı qərarı ilə __________________________________________________

                                                                                          (adı, soyadı)

______qrup əlillik dərəcəsi verilmişdir və peşə əmək qabiliyyətinin

_____faiz itirilməsi haqqında rəy  verilmişdir.  HƏEK-nın

qərarı və rəyi   “___”__   199    il tarixinədək

(və ya ömürlük)qüvvədədir.

Bununla yanaşı HƏEK-nın  “___” _ 199  il tarixli______________ saylı

qərarına əsasən onun  __________________ əlavə xidmətə (xərclərə)

hüququ vardır.

____________________________________  əmək qabiliyyətini itirməmişdən

(adı, soyadı)

 əvvəlki orta aylıq əmək haqqı________________ manat________qəpik  olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il 129 saylı qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərinə müəssislər, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları” və bu Qaydaların tətbiqinə dair Təlimata uyğun olaraq

 

 

 


 

ƏMR EDİRƏM SƏRƏNCAM VERİRƏM

1. ________________________________________________________________________________

(işçinin adı, soyadı)

____________________________________________________“_____“ _______________199  il

                           (peşəsi və yaxud vəzifəsi)

tarixdən  “____“_______199____ il tarixədək (və ya ömürlük) hər ay _________ manat ______ qəpik zərərə görə aylıq ödənc ödənilsin.

2. ________________________________________________________________________________

                                                               (işçinin adı, soyadı)

______manat_______ qəpik məbləğində birdəfəlik ödənc verilsin.

3.________________________________________________________________________________

                                                                    (işçinin adı, soyadı)

əlavə xərclər __________manat ___________________qəpik məbləğində hər ay

“___“____________199 ___il tarixədək (və yaxud ömürlük) ödənilsin.

4. Zərərə görə aylıq ödənclər  müəssisədə əmək haqqının  kütləvi artımı qanunvericiliyə uyğun olaraq təshih olunsun.

5.            ____________________________________________________________________________

(işçinin adı, soyadı)

zərərə görə ödənclər onun ünvanına___________________________________________________

          (ünvan)

göndərilsin (və ya _________________________________________________əmanət bankındakı

_________________ hesabına keçirilsin,

 

 

Müəssisənin rəhbəri:

 

               (möhür)

 

Q e y d: Zərər görək ödənclərin verilməsi gecikdirildikdə, zərərə görə ödənc alan şəxslərin ödənc almaq hüququ sona çatdıqda və bununla əlaqədar sayı dəyişdikdə, habelə ödəncin verilməsi həmkarlar ittifaqı komitəsinin və ya məhkəmənin qərarı ilə həyata keçirildikdə bu formada müvafiq məlumatlar, hesablamalar göstərilməklə əmr (sərəncam) verilir.

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 sentyabr 2018-ci il tarixli 6-6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



* ) Bundan sonra müəssisələrlə əmək münasibətlərində olan işçilərin xəsarət alması, peşə xəstəliyinə tutulması və yaxud həlak olması –istehsalatda əmək xəsarəti adlanacaqdır.

**)  Bundan sonra qısaca olaraq müəssisələr adlandırılacaqdır.



[1] 14 sentyabr 2018-ci il tarixli 6-6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1997-ci il 21 fevral tarixli 13-3 nömrəli kollegiya qərarı (5-ci bənd istisna olmaqla) ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status