380.000.000
410.000.000
“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat N 2940
15 noyabr 2002-ci il
Nazir____________ F. Məmmədov
|
“Təsdiq edirəm”
Azərbaycan Respublikası
Ədliyyə naziri, I dərəcəli
Dövlət Ədliyyə müşaviri
Əmr N 33-T
05 noyabr 2002-ci il
Nazir ___________ F. Məmmədov
|
||
“Razılaşdırılmışdır “
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyi
Qeydiyyat N 07/11-931
02 oktyabr 2002-ci il
Nazir ____________Ə. Nağıyev
|
“Razılaşdırılmışdır”
Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondu
Əmr N 05/539-A
01 oktyabr 2002-ci il
Nazir ____________Z. Babayev
|
|
|
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında
TƏLİMAT
1.
Ümumi müddəalar
1.1.
Bu Təlimat Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunub ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydasını və cəzaçəkmə müəssisələri ilə pensiya təminatmı həyata keçirən müvafiq orqanların birgə fəaliyyətini tənzimləyir.
1.2.
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər dövlət məcburi sığortalanmasına cəlb olunurlar, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və doğuşa görə müavinətlə təmin olunurlar.
1.3.
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla yaşa, əlilliyə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda pensiya təminatı hüququna malikdirlər.
1.4.
Müavinətlərin verilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya təyin olunması üçün işin aparılması
2.1.
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya təyin olunması və ödənilməsi üçün sənədlər cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının, (təsərrüfat və məişət xidməti işləri üçün saxlanılan şəxslərə aid edilir) müdiriyyəti tərəfindən hazırlanır.
2.2.
Cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə məhkumlara pensiya təyin edilməsi və Ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi və təqdim edilməsi üzrə cəzaçəkmə müəssisəsinin məsul nümayəndəsi (bundan sonra məsul nümayəndə) və tələb olunan sənədlərin hazırlanması üçün cəzaçəkmə müəssisəsinin müvafiq xidmət sahələrinin məsul şəxsləri təyin olunur.
2.3. Məsul nümayəndənin əsas vəzifəsi məhkumlara pensiya təyin edilməsi (yenidən hesablanması) və ödənilməsi üçün sənədləri hazırlamaqdan və müəssisənin yerləşdiyi ərazi Müdafiəsi (bundan sonra Mərkəz) vaxtlı-vaxtında təqdim etməkdən ibarətdir.
Məsul nümayəndə Mərkəzdən məhkumun pensiya vəsiqəsini alır və cəzaçəkmə müəssisəsinin dəftərxanasında qeydiyyatdan keçirərək məhkumların şəxsi işinə əlavə edir. Məhkumun pensiya vəsiqəsi onun şəxsi işində saxlanılır və cəzaçəkmə müəssisəsindən azad olunduqda özünə verilir.
2.4.
Məsul nümayəndə dövlət pensiyalarının təyin edilməsi (yenidən hesablanması) məsələləri ilə əlaqədar məsləhətləri müvafiq Mərkəzin mütəxəssislərindən alır.
2.5.
Dövlət pensiyası təyin edilərkən, tələb olunan sənədlərlə birlikdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə məhkuma pensiya təyin edilməsi üçün təqdimatı, onun şəxsiyyətini təsdiq edən sənədin əslini, cəzaçəkmə müəssisəsində saxlanılması haqqında (1-ci əlavə) və cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayışları təqdim etməlidir. Əgər məhkumun şəxsi işində lazımi sənədlər olmazsa, cəzaçəkmə müəssisəsinin müdiriyyəti qabaqcadan bu sənədlərin əldə edilməsi üçün tədbirlər görür.
2.6. Məhkumlara pensiya təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq normativ aktları ilə müəyyənləşdirilir.
2.7. Əlilliyə görə pensiyalar, məhkumun əlliliyi təsdiq edildikdən sonra rəsmiləşdirilir. Məhkumun əlliliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 N-li qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” və 29 avqust 1997-ci il tarixli, 99 N-li qərarı ilə təsdiq olunmuş “Əlilliyi müəyyən olunması meyarlarına dair” Əsasnamələrində nəzərdə tutulmuş qaydada müəyyən edilir.
2.8. Məhkum, əlilliyin müəyyən olunması üçün müayinədən keçməsi, tələb olunan sənədlərin hazırlanması və zona TSEK-a göndərilməsi üçün cəza çəkdiyi müəssisənin rəisinə ərizə ilə müraciət edir.
Cəzaçəkmə müəssisəsinin rəisi məhkumu ilkin həkim müayinəsindən keçməsi üçün müəssisənin tibb hissəsinə göndərir. Məhkumun xəstəliyi aşkar edildikdə, o, ilkin həkim müayinəsinin nəticələri haqqında tərtib olunmuş sənədlərlə birlikdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin (bunan sonra PX) tabeliyində olan müalicə müəssisəsinin xüsusi həkim komissiyasına göndərilir. Müalicə müəssisəsinin xüsusi həkim komissiyası məhkumun xəstəliyini təsdiq edərsə, zona TSEK-a təqdim edilməsi üçün onun adına göndəriş vərəqəsi tərtib edir (3-cü əlavə). Məhkum həmin vərəqə ilə birlikdə, onun saxlandağı cəzaçəkmə müəssisəsinə qaytarılır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumun əlilliyinin müəyyən edilməsi üçün toplanmış sənədləri zona TSEK-ına göndərir. Çona TSEK-ı məhkumun əlilliyinin müəyyən olunması üçün qərar qəğul etmək məqsədilə vaxtı əvvəlcədən bildirilməklə, cəzaçəkmə müəssisəsinə baş çəkir.
[1]
2.9.
Zona TSEK-sı məhkumun əlilliyinin müəyyən edilməsi haqqında tərtib olunmuş aktdan çıxarışı üç gün müddətində cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazidəki Mərkəzə, müvafiq formada tərtib edilmiş arayışı isə məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərir. Bu arayış məhkumun şəxsi işində saxlanılır.
2.10.
Əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizi və əlavə sosial yardıma ehtiyacın olması barədə zona TSEK-i müayinə aktından çıxarışı cəzaçəkmə müəssisəsinə göndərir. Həmin aktdan çıxarışın surəti məhkumun şəxsi işinə əlavə edilir və orada saxlanır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkuma dəymiş zərərə görə ödəncin onun şəxsi hesabına köçürülməsi üçün müvafiq tədbirlər görür.
2.11.
Məhkum cəzaçəkmə müəssisəsindən azad olunarkən, ona təyin olunmuş əlillik müddəti bitməmişsə zona TSEK-nın arayışı ona verilir.
2.12.
Zona TSEK-sı məhkumların əlilliyinin müəyyən olunması üçün işin təşkilini PX (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertizasının Təşkili və Əlillərin Reabilitasiya idarəsi ilə razılaşdır.
[2]
3. Məhkumlara pensiyaların Ödənilməsi qaydası
3.1. Məhkuma təyin olunmuş pensiyanın ödənilməsi üçün Mərkəz həmin məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsinin mühasibatlığına tapşırıq vərəqəsi göndərir.
Cəzaçəkmə müəssisəsi məhkuma ödənilməli məbləği müəyyən etməklə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun cəzaçəkmə müəssisəsinin yerləşdiyi rayon (şəhər) şöbəsi ilə bu təlimatın 5-ci bəndində göstərilən qaydada hesablaşma aparır.
3.2. Məhkumlara pensiyaların ödənilməsi üçün cəzaçəkmə müəssisəsinin mühasibatlığı hesablama cədvəlləri tərtib edir. Bu cədvəllər cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi tərəfindən imzaların,
Hesablama cədvəllərində məhkumların pensiyalarında mövcud qanunvericiliyə uyğun olaraq tutulmalar aparılır.
Bütün tutulmalardan sonra, məhkumların şəxsi hesablarında qalan məbləğlər üç gün ərzində cəzaçəkmə müəssisəsinin bankdakı depozit hesabına köçürülür. Məhkumlar şəxsi hesablarına daxil olmuş məbləği nağdsız haqq-hesaba xərcləyə bilərlər.
3.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiyalar məhkəmənin hökmü çıxarılan gündən və bütün hallarda pensiya təyin olunan gündən tez olmayaraq ödənilir.
Azadlıqdan məhrum edilənə qədər pensiya almış məhkumların pensiyalarının ödənilməsinin təşkili üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə, bu məhkumların siyahısının (2-ci əlavə) və onların hər birinin cəzaçəkmə müəssisəsində olması haqqında arayış (1-ci əlavə) göndərir.
Mərkəz siyahıda göstərilən məlumatlan yoxlayır zərurət yaranarsa pensiyaçı məhkumların pensiya işlərinin və digər lazımı sənədlərin təqdim olunmasını tələb edir və həmin sənədlərə əsasən pensiyaların Ödənilməsini təmin edir.
3.4.
Müəssisədə saxlanılan pensiyaçı məhkumların siyahısında dəyişikliklər olarsa, cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu barədə beş gün ərzində müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə məlumat verir.
3.5.
Cəzaçəkmə müəssisəsinin müdiriyyəti yeni gəlmiş pensiyaçı məhkumlar haqqında məlumatları cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazidəki Mərkəzə 1 və 2 nömrəli əlavələrə uyğun olaraq təqdim edir.
Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisədən getmiş pensiyaçı məhkumlar haqqında məlumatlan (getmə səbəbi, ödənilmiş pensiyanın müddəti və məbləği) dərhal müəssisənin ərazisindəki Mərkəzə təqdim edir.
Cəzaçəkmə müəssisəsindən getmiş və ya vəfat etmiş məhkumun cəzaçəkmə müəssisənin bankdakı hesabına daxil olmuş pensiyasının məbləği getdiyi və ya vəfat etdiyi aydan sonrakı ayin birindən etibarən Mərkəzin hesabına qaytarılır.
3.6. Pensiya alan məhkum, haqqı ödənilən işə cəlb edildikdə habelə pensiyanın məbləğinə təsir edən digər hallar yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu haqda Mərkəzə və Dövlət Sosial Müdafiə Fonduna dərhal məlumat verir.
Hər ilin yanvar ayının birinə olan vəziyyət üzrə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisənin yerləşdiyi ərazidəki Mərkəzlə pensiyaçıların adla siyahısının üzləşdirməsini aparır.
3.7. Pensiya alan məhkum cəzadan azad edildikdən sonra, onun pensiya işi Mərkəzin sorğusu ilə məhkumun ərizəsinə, cəzaçəkmə müəssisəsindən azad olunduğu haqda arayışa, qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması barədə sənədə əsasən yaşayış yeri və ya olduğu yer üzrə həmin orqana göndərilir.
4. Cəzaçəkmə müəssisələri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi
4.1. Cəzaçəkmə müəssisələri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarının qarşılıqlı münasibətləri bu Təlimatla tənzimlənir.
4.2. Cəzaçəkmə müəssisələri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçota durarlar, Onların uçotunun aparılması “Məcburi dövlət sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydalarına müvafiq həyata keçirilir.
[3]
4.3. Cəzaçəkmə müəssisələri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanları arasında məcburi dövlət sosial sığortası üzrə hesablaşmalar Azərbaycan Respublika təyin edilməsi üçün sənədlərin rəsmiləşdirilməsi “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında” Təlimata müvafiq həyata keçilir.
[4]
4.4. Cəzaçəkmə müəssisələri məcburi dövlət sosial sığortası vəsaitlərinin hərəkətinin uçotunu aparır və bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli orqanlarına hesabat təqdim edir.
4.5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanları cəzaçəkmə müəssisələri tərəfindən məcburi dövlət sosial sığortası qaydalarına əməl olunmasına nəzarət edir.
5. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təminatı hüququna malik olan şəxslərə pensiya təyin edilməsi və ödənilməsi üçün aparılan işin xüsusiyyətləri
5.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təminatı hüququna malik olan şəxslərə pensiya təyin edilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası müvafiq nazirlik və orqanların normativ aktları ilə müəyyənləşdirilir.
5.2. Bu kateqoriyadan olan şəxslərə pensiya təyin edilməsi (yenidən hesablanması) üçün onlar, saxlanıldıqları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vasitəsi ilə pensiya təyin edən müvafiq icra hakimiyyəti orqanı rəhbərliyinin adına bu barədə ərizə yazırlar. Məsul nümayəndə həmin ərizələri aidiyyəti üzrə müvafiq orqanlara vaxtında təqdim edir. Ərizəçiyə pensiya təyin edilməsi üçün əlavə sənədlərin təqdim olunmasına zərurət yaranarsa, məsul nümayəndə bu sənədlərin əldə olunması üçün tədbir görür.
5.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilmiş şəxslərin pensiyalarının məbləğləri, onların pensiya təminatını həyata keçirən orqanlar tərəfindən, saxlandıqları cəzaçəkmə müəssisəsinin depozit hesabına köçürülür.
5.4. Məhkumlara pensiya ödənilməsi üçün cəzaçəkmə müəssisəsinin mühasibatlığı hesablama cədvəlləri tərtib edir. Bu cədvəllər cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi tərəfindən imzalanır.
Hesablama cədvəllərində məhkumların pensiyalarından mövcud qanunvericiliyə uyğun olaraq tutulmalar aparılır. Bütün tutulmalardan sonra pensiyaların qalan məbləği məhkumun şəxsi hesabına köçürülür. Məhkumlar şəxsi hesabına daxil olmuş məbləği nağdsız haqq-hesabla xərcləyə bilərlər.
[5]
Əlavə 1
Məhkumun saxlandığı yer haqqında
ARAYIŞ N ___
Verilir məhkum ___________________________________________________________________
(adı, soyadı, atasının adı)
ondan ötrü ki, o______________________________________________________ məhkəməsinin
“____”_______________ 200_ il tarixli hökmünə əsasən
________________________________________________________________________ saxlanılır.
(müəssisənin hüquqi ünvanı)
_________________________________________________________________________________
(pensiyanın köçürülməsi üçün müəssisənin depozit bank hesabının rekvizitləri)
Verilmə tarixi_______________________
Müəssisənin rəisi ___________________
M.Y.
|
Əlavə 2
______________________________saxlanılan pensiyaçı məhkumların
(müəssisənin adı)
SİYAHISI
___________________________________________________________________________
(pensiyaların köçürülməsi üçün bank rekvizitləri)
|
Sıra sayı
|
Pensiyaçı məhkumun adı, soyadı, atasının adı
|
Doğulduğu tarix və yer
|
Hökmün çıxarıldığı tarix
|
Pensiyanın növü
|
Pensiya vəsiqəsinin nömrəsi
|
Məhkumun cəzaçəkmə müəssisəsinə daxil olduğu tarix
|
Məhkumun haqqı ödənilən işə cəlb olunduğu
tarix
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Müəssisənin rəisi _______________
M.Y.
|
Əlavə 3
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
FN-88 TSEK-ə GÖNDƏRİŞ
Xəstəlik tarixinin N-si və şifri _______
1.
Xəstənin adı, soyadı, atasının adı________________________________________________
2.
Təvəllüdü ___________________________________________________________________
3.
Xəstənin ünvanı _____________________________________________________________
4.
Əlillik qrupu ________________________________________________________________
5.
İş yeri _____________________________________________________________________
6. İş yerinin ünvanı______________________________________________________
7. Peşəsi________________________________________________________________
8. Vəzifəsi______________________________________________________________
9. Xəstəni göndərən müalicə müəssisəsinin adı________________________________
10.
Göndəriş verən müalicə müəssisəsində hansı tarixdən qeydiyyatda olmuşdur____
11.
Xəstəliyin tarixi (başlanğıcı, artması, gedişatı, ağırlaşmanın tarixi, müalicə-profilaktik işlərinin aparılması)
_________________________________________________________________________________
__________________________________________________________________________________________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
12. Xəstəliyə görə son 6 ay işləməmişdir:
|
Ayın hansı günündən hansı gününə kimi
|
Xəstəliyin adı
|
|
|
|
|
|
|
|
|
|
|
13. Son bir ildə peşəsinin və ya şəraitinin dəyişməsi
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
--------------------------------------------------------------------------------------------------------------------------
TSEK-ə göndəriş vərəqəsinin kəsilmə talonu
Xəstəlik tarixinin N-si və ya şifri_______
1. Kəsilmə talonunun göndərildiyi müalicə müəssisəsinin adı və ünvanı ______________
_________________________________________________________________________________
_________________________________________________________________________________
2. Xəstənin adı, soyadı, atasının adı
14. TSEK-ə göndəriləndə xəstənin vəzifəsi (ümumi və psixik vəziyyəti, dərinin və dərialtı hüceyrələrin, əzələlərin, sümüklərin, nəfəs orqanlarının, qan damarlarının. həzm orqanlarının sidik və cinsi orqanların vəziyyəti _______________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
15. Rentgenologik tədqiqatlar ______________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
16. Laboratoriya yoxlamalarının nəticələri_________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
TSEK-ə göndəriş zamanı diaqnoz:
a) əsas xəstəlik (TSEK xəstələri üçün qəbul olunmuş
klassifikasiya üzrə klinik xarakteristika) _____________________________________________
_________________________________________________________________________________
b) əlavə xəstəliklər ________________________________________________________________
_________________________________________________________________________________
17. TSEK-ə göndəriş üçün əsas: _____________________________________________________
Əlillik təzahürlərinin olması, əlillik müddətinin qurtarması-yenidən baxınaq, vaxtından qabaq baxmaq
HMK-nın sədri
HMK-nın üzvləri
Tarix “___”_________________200______ il
TSEK-in müayinə tarixi_____________________ 4. Akt N_________________
TSEK-in diaqnozu_______________________________________________
TSEK-in nəticələri________________________________________________
TSEK-m sədri ________________________________________________________
Ödəniş tarixi “_ “____________ 200__ il
(Doldurulmuş kəsmə talonu HMK-nın sədrinə göndəräir)
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 dekabr 2003-cü il tarixli 20-T nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 12)
2.
20 iyun 2007-ci il tarixli 3319 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 iyun 2007-ci il tarixli 3319 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06) ilə 2.8-ci bənddə “Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin” sözləri “Penitensiar xidmətin” sözləri ilə, 2.8-ci və 2.12-ci bəndlərdə “MQİBİ” sözü “PX” sözü ilə əvəz edilmişdir.
11 dekabr 2003-cü il tarixli 20-T nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 12) ilə Təlimatın 2.8-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.8. Məhkum zona TSEK-na, onun cəza çəkdiyi müəssisənin rəisi vasitəsilə, bu təşkilatın rəhbərinin adına yazdığı ərizəyə əsasən göndərilir.
Cəzaçəkmə müəssisəsinin rəisi məhkumu ilkin həkim müayinəsindən keçməsi üçün müəssisənin tibb hissəsinə göndərir. Məhkumun xəstəliyi aşkar edildikdə, o, ilkin həkim müayinəsinin nəticələri haqqında tərtib olunmuş sənədlərlə birlikdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin (bundan sonra PX) tabeliyində olan müalicə müəssisəsinin xüsusi həkim komissiyasına göndərilir. Müalicə müəssisəsinin xüsusi həkim komissiyası məhkumun xəstəliyini təsdiq edərsə zona TSEK-na təqdim edilməsi üçün onun adına göndəriş vərəqəsi tərtib edir (3-cü əlavə). Məhkum həmin vərəqə ilə birlikdə onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə qaytarılır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumun əlliliyinin müəyyən edilməsi üçün onu müəyyən olunmuş qaydada zona TSEK-na göndərir.
[2]
11 dekabr 2003-cü il tarixli 20-T nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 12) ilə Təlimatın 2.12-ci bəndində "işin aparılması qaydasını" sözləri "işin təşkilini" sözləri ilə əvəz edilmişdir.
[3]
20 iyun 2007-ci il tarixli 3319 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06) ilə 4.2-ci bənddə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1997-ci il 26 iyun tarixində 55 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış” sözləri çıxarılmışdır.
[4]
20 iyun 2007-ci il tarixli 3319 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06) ilə 4.3-cü bənddə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 09 iyul tarixli, 7/1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1997-ci il 31 iyul tarixində 63 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış” sözləri çıxarılmışdır.
[5]
20 iyun 2007-ci il tarixli 3319 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06) ilə 5-ci bölmə çıxarılmışdır.