“Qeydiyyata alınmışdır”
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Qeydiyyat № 2739
“ 17” yanvar 2002-ci il
Nazir _________ F.F. Məmmədov
|
Azərbaycan Respublikası Milli Bankı
İdarə Heyətinin
“29” dekabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
(Protokol № 26)
İdarə Heyətinin sədri _______ E.S. Rüstəmov
|
BANKLARA AİDİYYATI OLAN ŞƏXSLƏRLƏ
ƏMƏLİYYATLARIN APARILMASI
QAYDALARI
[1]
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Milli Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq hazırlanmış və respublikanın bütün kommersiya (səhmdar-kommersiya) banklarının və xarici bank filiallarının (bundan sonra – “bank”) banklara aidiyyatı olan şəxslərlə əməliyyatlar aparılması zamanı onların banka olan borclarından yaranan kredit risklərinin azaldılması məqsədini daşıyır.
[2]
1.2. Belə borcların tənzimlənməsində məqsəd banklara aidiyyatı olan şəxslərlə, yəni bankda tutduğu vəzifəsindən, yaxud onun fəaliyyətinə nəzarət etmək və ya təsir göstərmək hüququnun olub-olmamasından asılı olmayaraq bank xidmətləri alıcılarına bu xidmətlərdən bərabər istifadə imkanlarının yaradılması və əhalinin bank sisteminə inamının artırılmasıdır.
Bu Qaydalarda istifadə olunan anlayışlar:
1.3. Banka aidiyyəti olan şəxslərə aşağıdakılar aiddir:
[3]
a) bankın inzibatçıları;
b) bankın struktur bölmələrinin rəhbərləri;
c) bankın qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşları;
ç) bu bəndin “a”, “b”, “c” yarımbəndlərində göstərilən şəxslərə yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyini, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı);
d) bankda mühüm iştirak payı olan hər hansı şəxs;
e) bankın mühüm iştirak payı olan hüquqi şəxs;
ə) bu bəndin “d” və “e” yarımbəndlərində göstərilən hüquqi şəxslərdə mühüm iştirak payı olan hər hansı şəxs;
f) bu bəndin “d”, “e” və “ə” yarımbəndlərində göstərilən hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
1.4. Şəxs o zaman banka aidiyyatı olan şəxs adından hərəkət edən hesab edilir ki, onlar arasında yaranan münasibətlər əsasında həmin şəxs banka aidiyyatı olan şəxsin göstərişi ilə hərəkət etsin, yaxud onunla sövdələşmə banka aidiyyatı olan şəxsə fayda gətirsin. Banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərə aşağıdakılar aiddir:
[4]
a) aralarında bağladıqları müqavilə əsasında banka aidiyyəti olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs;
b) banka aidiyyəti olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs;
c) banka aidiyyəti olan şəxsin nümayəndəsi.
1.5. İnzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.
[5]
1.6. Birinci dərəcəli qohumlara – valideynlər, nənə, baba, ər, arvad, uşaqlar (o cümlədən ögey övladlar), qardaşlar və bacılar aiddir.
[6]
1.7. Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər aşağıdakı hallarda hüquqi şəxs üzərində mühüm təsirə malik hesab olunurlar:
- o, hüquqi şəxsin mühüm iştirak payına malik olduqda;
- o, hüquqi şəxsin mühüm iştirak payına malik şəxsə, yaxud Müşahidə Şurasının, Audit Komitəsinin, Təftiş Komissiyasının, İdarə Heyətinin üzvləri və ya digər rəhbər işçilər ilə rəsmi müqavilə əsasında və ya başqa üsulla bu hüquqi şəxsin işlərinə rəhbərlik edə bildikdə, yaxud onun işlərini idarə edə bildikdə;
[7]
- o, hüquqi şəxsin subsidiar məsuliyyət daşıyan təsisçisi olduqda.
1.8. Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
[8]
1.9. Bu Qaydalarda banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə verilmiş kreditlər dedikdə aşağıdakı göstəricilər başa düşülür:
[9]
- bütün cari və vaxtı keçmiş kreditlərin əsas məbləği (kreditlər, faktorinq və maliyyə lizinqi);
- ötürülmüş balansdankənar öhdəliklər, o cümlədən icra olunmalı kredit xətləri, qarantiyalar, akkreditivlər və digər formada təminatlar verilməsi üzrə öhdəliklər;
- overdraftlar (qabaqcadan razılaşdırılıb - razılaşdırılmamasından asılı olmayaraq);
- balansdan silinmiş istənilən borc (borcalanın öhdəliyi müflisləşmə haqqında işin qaldırılması nəticəsində məhkəmənin qərarı ilə ləğv edildiyi və ya məhkəmə qərarları üçün iddianın qaldırılması müddəti qurtardığı halda balansdan silinmiş borclar istisna olunur).
- borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqlar.
[10]
Banka aidiyyatı olan şəxslərin və onlar adından hərəkət edən şəxslərin bank üçün risk sayılan bu göstəriciləri sonradan bankın kredit tələbləri adlandırılacaqdır.
1.10. Keyfiyyətsiz aktivlər (kreditlər) aşağıdakılar hesab olunur:
- nəzarət keçirilən zamanı müəyyən edilən və ya bankın öz hesabatında “qeyri-qənaətbəxş”, “şübhəli”, yaxud “ümidsiz” kredit kimi təsnifləşdirilən;
[11]
- faizləri hesablanmayan statusa aid edilən;
- əsas məbləğinin və ya faizlərinin ödənişləri üzrə gecikdirilmə müddəti 30 gündən çox olan;
-borclunun maliyyə çətinlikləri üzündən müddəti uzadılan və ya şərtləri dəyişdirilən aktivlər.
1.11. Bankın məcmu kapitalı Milli Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda müəyyən olunmuş qaydada hesablanır.
[12]
2. Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə verilən kreditin maksimum məbləği
2.1. Bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı birbaşa və ya dolayı yolla olan kredit tələblərinin məbləği aşağıdakı normalardan (məhdudiyyətlərdən) çox olmamalıdır:
[13]
a) onlar hüquqi şəxs olduqda bankın məcmu kapitalının 10 faizindən;
b) onlar fiziki şəxs olduqda bankın məcmu kapitalının 3 faizindən.
2.2. Bankın aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı olan bütün kredit tələblərinin ümumi məbləği bankın məcmu kapitalının 20 faizindən çox olmamalıdır.
2.3. Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı bankın kredit tələbləri aşağıdakı kimi təmin edilməlidir:
- bazar dəyəri kreditin məbləğinin 125 faizindən az olmaması şərti ilə, əgər təminat Azərbaycan hökumətinin buraxdığı qiymətli kağızlar və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrin mərkəzi hakimiyyət orqanları və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlardan ibarətdirsə;
- bazar dəyəri kreditin məbləğinin 150 faizindən az olmaması şərti ilə, əgər təminat predmeti hər hansı bir başqa formada verilirsə.
2.4. Əgər təminatın bazar dəyəri 2.3 yarımbəndinin tələb olunan miqdarından aşağıdırsa, bu təminat 10 iş günü ərzində dəyişdirilməli, yaxud tamamlanmalıdır.
2.5. Banklar 2.1 və 2.2 yarımbəndlərində müəyyən olunmuş normalarda kredit tələblərinə yalnız müstəsna hallarda yol verə bilər. Banklara daxili prosedurlarında bir qayda olaraq bu normaların daha aşağı səviyyədə təsdiq olunması tövsiyə olunur.
2.6. Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər bu Qaydaların tələblərinə uyğun olmayan qaydada aldıqları kreditlərin etibarsız olmasını iddia edə bilməzlər.
3. Məcburi normativlərin hesablanmasının bəzi xüsusiyyətləri
[14]
3.1. Bu Qaydaların 2.1 və 2.2 yarımbəndlərində müəyyən edilmiş məcburi normativlərin hesablanması zamanı banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı olan kredit tələblərinin aşağıdakı qaydada təmin olunmuş hissəsi hesablamada nəzərə alınmır (hesablamadan çıxarılır):
a) Qaydaların 2.3 yarımbəndinin şərtlərinə uyğun olaraq Azərbaycan hökumətinin qiymətli kağızları və İƏİT daxil olan ölkələrin mərkəzi hakimiyyət orqanları, yaxud mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi;
b)
Kreditlərin əsas məbləği və bu məbləğ üzrə faizləri bilavasitə Azərbaycan hökuməti tərəfindən qeyd-şərtsiz təmin olunmuş və Azərbaycan Respublikası Milli Bankının tələblərinə uyğun olaraq təsdiqləyici sənədlər bankda olduğu halda kreditin bu qaydada təmin olunmuş hissəsi. Bu təminat respublikanın Maliyyə Nazirliyi tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikasının büdcəsində gözlənilən xərclər kimi nəzərdə tutulmalıdır;
c)
reqres hüququ olmadan kreditin başqa banka satılmış hissəsi, yaxud tam məbləği;
ç) banka aidiyyatı olan hüquqi şəxsin kapitalına (səhmlərinə, paylarına) investisiya qoyuluşları;
d)
banka aidiyyatı olan şəxs bank olduqda, adi müxbir münasibətləri çərçivəsində bu bankda açılmış müxbir hesab qalıqları (Azərbaycan Respublikası Milli Bankının hər hansı bir məhdudiyyəti olmazsa);
e)
kredit alanın bankda milli və xarici valyutada olan hesab qalıqları və ya müddətli depozitləri (depozit sertifikatları) ilə təmin edilmiş hissəsi (bu Qaydaların məqsədləri üçün yalnız İƏİT-in iştirakçısı olan ölkələrin valyutaları qəbul olunur).
Depozit sertifikatları və ya müddətli depozitlər ilə təmin olunmuş kreditlər verilərkən
aşağıdakı şərtlərə əməl olunmalıdır:
- depozit sertifıkatı və ya əmanət (depozit) kitabçası bankın sahibliyində olmalıdır;
- depozit bank tərəfindən kreditin təminatı üçün nəzərdə tutulmuş xüsusi hesabda nəzərə
alınmalıdır;
- kreditin ödəniş müddəti çatdıqda banka aidiyyatı olan şəxs və onun adından hərəkət edən şəxs borcu ödəyə bilmirsə və ya onlar öz öhdəliklərini başqa şəkildə pozurlarsa, bu Qaydalara uyğun olaraq kredit sazişində və təminat haqqında sazişdə bankın birtərəfli qaydada depozit hesabına krediti bağlamaq və ya depozit sertifikatını satmaq hüququ nəzərdə tutulmalıdır;
- bank daxili nəzarət prosedurlarında kreditin ödəniş müddəti çatanadək bankda saxlanılmış depozitin çıxarılmamasını və ya depozit sertifikatının geri götürülməməsini təmin edən tədbirlər müəyyən edib, təminat müqavilələrinin şərtlərində nəzərdə tutulmasını təmin etməlidir;
- depozit xarici valyutada olduqda onun məbləği ödənilməmiş kredit qalığının 10 faizindən çox olmalı və Azərbaycan Respublikasının valyuta bazarında sərbəst surətdə manata konvertasiya olunmalıdır;
3.2. Bu Qaydaların 3.1 yarımbəndin şərtlərinə əməl edilmədikdə məcburi normativlərin hesablanması zamanı kredit tələbləri azaldılmır və normativlərin 2.1 və 2.2 yarımbəndlərinin tələblərinə uyğunlaşdırılması zərurətini yaradır.
3. Banka aidiyyatı olan şəxslərlə və onlar adından hərəkət edən şəxslərlə aparılan
əməliyyatlara qoyulan qadağalar
[15]
3.1. Banka aidiyyatı olmayan şəxslərlə aparılası əməliyyatlar bank üçün faydalı olmazsa, bu cür əməliyyatlar banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslərlə də aparılmamalıdır. Belə əməliyyatlara aşağıdakılar aiddir:
- risk səviyyəsi yüksək olduğundan və ya digər əlverişsiz səbəblər üzündən banka aidiyyatı olmayan şəxslərlə aparılmayan hər hansı əməliyyat;
- banka aidiyyəti olan şəxslərə və ya onlar adından hərəkət edən şəxslərə verilmiş kreditlərə tətbiq olunan faiz dərəcələrinin, yaxud komisyon haqqların səviyyəsi banka aidiyyəti olmayan şəxslərə verilmiş kreditlərə tətbiq edilən faiz dərəcələrindən və komisyon haqqlarından aşağı olduqda və ya depozitlər (əmanətlər) üzrə faiz dərəcəsi bazarda mövcud olan faiz dərəcəsindən daha yüksək olduqda;
[16]
- banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə haqq ödənilməsi banka aidiyyatı olmayan şəxslərə ödənilən haqqdan yüksək olduqda;
- banka aidiyyatı olmayan şəxslərə haqq ödənilmədikdə banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə haqqın ödənilməsi;
- banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə verilən kreditlərin ödəniş müddəti uzadıldıqda və ya restrukturizasiya olunduqda, banka aidiyyatı olmayan şəxslər üçün kreditlərin müddəti uzadıla və ya restrukturizasiya oluna bilmədikdə;
[17]
- banka aidiyyatı olan şəxslərdən və onlar adından hərəkət edən şəxslərdən alınan əmlakın dəyəri banka aidiyyatı olmayan şəxslərdən alınan həmin əmlakla müqayisə edilə biləcək əmlakın dəyərindən yüksək olduqda;
[18]
- banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə satılan əmlakın dəyəri banka aidiyyatı olmayan şəxslərə satılan həmin əmlakla müqayisə edilə biləcək əmlakın dəyərindən aşağı olduqda;
[19]
- banka aidiyyatı olan şəxslərdən və onlar adından hərəkət edən şəxslərdən tələb olunan girovun dəyəri banka aidiyyatı olmayan şəxslərdən tələb olunan girovun dəyərindən aşağı olduqda;
- banka aidiyyatı olan şəxslərdən və onlar adından hərəkət edən şəxslərdən keyfiyyətsiz aktivlər (kreditlər) alındıqda və ya belə aktivi verilmiş kreditə görə təminat kimi götürdükdə;
- riskin yüksək olması səbəbindən banka aidiyyatı olmayan şəxsin fəaliyyətinə investisiya qoyuluşları aparılmadığı halda, eyni xassəli əlamətlərə malik banka aidiyyatı olan şəxslərin və ya onlar adından hərəkət edən şəxslərin fəaliyyətinə investisiya qoyuluşları;
- banka aidiyyatı olan şəxslərin bankın buraxdığı səhmləri, banka qoyduğu payı kreditə görə təminat kimi verdikdə.
3.2. Bu Qaydalarla müəyyən edilən normalardan, məhdudiyyətlərdən və qadağalardan əlavə banka aidiyyəti olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər ilə bütün əməliyyatlar təhlükəsiz və sağlam bank fəaliyyətinin meyar və prosedurlarına uyğun olaraq aparılmalıdır. Bank üçün bu prosedurlar banka aidiyyatı olmayan şəxslərlə əməliyyatları tənzimləyən normalar qədər əlverişli olmalıdır.
[20]
3.3. Banka aidiyyatı olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər bankın xidmətlərindən çəkinməli və onlarla banka ziyan gətirə biləcək əməliyyatlar aparılmamalıdır.
4. Banka aidiyyatı olan şəxslərlə və onlar adından hərəkət edən şəxslərlə əməliyyatlar aparılması barədə qərarların qəbul edilməsi prosedurları
4.1. Banklar aidiyyəti olan şəxslərlə və ya onlar adından hərəkət edən şəxslərlə əməliyyatları depozit əməliyyatları istisna olmaqla bankın Müşahidə Şurasının razılığı və İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olduqda apara bilərlər. Belə əməliyyatlar barədə İdarə Heyətinin və Müşahidə Şurasının iclas protokollarında müvafiq qeyd edilməlidir. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri aşağıdakılar barədə qərarların müzakirəsində iştirak etməməli, həmçinin Müşahidə Şurasının və İdarə Heyətinin qərar çıxarmasına təsir göstərməməlidirlər:
a) özü barədə;
b) özünün banka aidiyyəti olan şəxslərə aid yaxın qohumlarının hər hansı biri barədə;
c) özünün banka aidiyyəti olan şəxslərə aid yaxın qohumlarının mühüm iştirak payı olduğu və ya onların mühüm təsirə malik olduqları hər hansı hüquqi şəxs barədə;
ç) bu bəndin “a”, “b”, “c” yarımbəndlərində göstərilmış şəxslər adından hərəkət edən hər hansı şəxs barədə.
[21]
[22]
4.2. Banka aidiyyəti olan şəxslərlə və ya onlar adından hərəkət edən şəxslərlə əməliyyatlar aparmaq barədə bankın Müşahidə Şurasının və İdarə Heyətinin qərarında bu şəxslə aparılan bütün əvvəlki əməliyyatların şərtləri və icrası, habelə cari əməliyyatların şərtləri açıqlanmalıdır. Məsələn; kreditin verilməsi barəsində Müşahidə Şurası qərar qəbul edərkən bu şəxsin əvvəllər aldığı kreditlər, onların qaytarılması, alınacaq kreditin məbləği, faiz dərəcəsi, borclunun krediti qaytarma qabiliyyətini sübut edən maliyyə məlumatı və kreditə görə girovun dəyərini təsdiq edən məlumatlar protokolda qeyd olunmalıdır. Aktivlərin alqı-satqısına dair məlumata alış dəyəri və aktivin dəyərini təsdiq edən informasiya (məsələn; Azərbaycan Respublikası Milli Bankının qaydalarına uyğun olaraq qiymətləndirmə barədə rəy və ya bazar tədqiqinin nəticələri üzrə rəy) daxil edilməlidir. Bu şəxslər tərəfindən banka xidmətlər göstərilərkən və ya onlardan aktivlər alınarkən bank göstəriləcək xidmət və almaq istədiyi aktiv üçün banka birbaşa, yaxud dolayısı ilə aidiyyatı olmayan azı üç şəxsdən (mənbədən) göstərilən xidmət və ya aktivin satışı əsasında məlumat əldə etməlidir.
4.3 Banka aidiyyatı olan şəxslərə və ya onlar adından hərəkət edən şəxslərə kreditin verilməsi barədə qərar qəbul olunduqdan sonra, kredit bu Qaydalara əməl edilməklə bankın daxili kredit prosedurlarına uyğun olaraq verilməlidir.
Banklar aidiyyatı olan şəxslərin və ya onlar adından hərəkət edən şəxslərin kapitalına investisiya qoyuluşlarmı nəzarətə götürməli və bu investisiyalar müntəzəm olaraq banka aidiyyatı olmayan şəxslərə qoyulan investisiyalar zamanı tətbiq olunan üsullarla qiymətləndirilməlidir.
5. Banka aidiyyatı olan şəxslərlə və onlar adından hərəkət edən şəxslərlə aparılan əməliyyatların sənədləşdirilməsi və hesabatların hazırlanması
5.1. Banklar hesabat ayından sonrakı ayrı 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikası Milli Bankına bu Qaydalara əlavə olunmuş formada (Əlavə N-1) banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər barədə hesabat təqdim etməlidirlər. Hesabatlarda ötən ay ərzində banka aidiyyatı olan şəxslərin və onlar adından hərəkət edən şəxslərin adı və aparılmış əməliyyatın məbləği, habelə əməliyyatın şərtləri və müddətləri barədə qısa şərh verilməlidir.
5.2. Hər bir bank bu Qaydalardakı tələblərin yerinə yetirilməsini təsdiq edən sənədləşdirmə aparmalıdırlar. Bu sənədlərdə bankın kredit verdiyi bütün aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər, habelə onlara verilmiş hər bir kreditin məbləği, müddətləri, şərtləri və aparılmış əməliyyatlar göstərilməlidir.
5.3. Hər bir bank öz inzibatçıları, banka aidiyyəti olan əməkdaşları və onların yaxın qohumları ilə, habelə həmin şəxslərin adından hərəkət edən şəxslərlə aparılan əməliyyatlar barədə məlumatların uçotunu bu Qaydalara əlavə olunmuş formada (Əlavə №- 2) aparmalıdır.
[23]
Bu Qaydalar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Milli Bankının “Kredit təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi” üzrə 1997-ci il 21 may tarixli 2 N - li Qaydaların 9-cu bəndi öz qüvvəsini itirir.
Bu Qaydalar 01 fevral 2002-ci il tarixindən qüvvəyə minir.
Bankın adı_____________________________________ Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların
“____”_________________________________200 –ci il aparılması Qaydalarına Əlavə № 1
Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslərlə aparılan əməliyyatlar haqqında hesabat
|
Banka aidiyyatı olan şəxslərin və onlar adından hərəkət edən şəxslərin adı (a.ş. və a.ş.h.ş.)1 və bankla əlaqəsi2
|
Əməliyyatın məbləği (min manat)
|
Əməliyyatın xarakteri3
|
Verildiyi tarix
|
Ödəniş müddəti4
|
Faiz dərəcəsi
|
Təminat5
|
Əməliyyatın şərtləri
[6]
|
1.
|
A əlaqəsi
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
|
Fiziki şəxs AA (a.ş.), Müşahidə Şurasının sədri
|
|
|
|
|
|
|
|
|
Fiziki şəxs AB (a.ş.h.ş.), Müşahidə Şurasının sədrinin qardaşı
|
|
|
|
|
|
|
|
|
AX müəssisəsi, Müşahidə Şurasının sədri bu müəssisənin səhmlərinin 15%- nə sahibdir
|
|
|
|
|
|
|
|
2.
|
V əlaqəsi
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
XXX
|
|
VV - bankın səhmlərinin 12 %-nə sahib fiziki şəxs (a.ş.)
|
|
|
|
|
|
|
|
|
VX - müəssisənin səhmlərinin 20 %-nə 1 sahib fiziki şəxs (a.ş.)
|
|
|
|
|
|
|
|
N
|
|
|
|
|
|
|
|
|
Müşahidə Şurasının sədri (A.A.S.)
İdarə Heyətinin sədri (A.A.S.)
Baş mühasib (A.A.S.)
M.Y.
Bankın adı______________________________________ Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların
“_____”_________________________________200 –ci il aparılması Qaydalarına Əlavə № 2
[24]
(nümunəvi forma)
Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər barədə məlumat
1. İnzibatçılar və onların yaxın qohumları
|
Banka aidiyyatı olan şəxsin adı, atasının adı, soyadı
|
Bankdakı vəzifəsi
|
Qohumunun adı, atasının adı, soyadı
|
Banka aidiyyatı olan şəxslə əlaqəsi
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
2. İnzibatçılar və onların yaxın qohumlarının mühüm təsirə malik olduqları müəssisələr
|
Banka aidiyyatı olan şəxsin adı, atasının adi, soyadı
|
Bankdakı vəzifəsi
|
Müəssisənin adı
|
Mühüm təsirə malik olan şəxs (özü, qohumu-qohumluğunu göstərməli)
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
3. Struktur bölmələrinin rəhbərləri və qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşlarının yaxın qohumları
|
Banka aidiyyatı olan şəxsin adı, atasının adı, soyadı
|
Bankdakı vəzifəsi
|
Qohumunun adı, atasının adı, soyadı
|
Banka aidiyyatı olan şəxslə əlaqəsi
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
4. Struktur bölmələrinin rəhbərləri və qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşlarının yaxın qohumlarının mühüm təsirə malik olduqları müəssisələr
|
Banka aidiyyatı olan şəxsin adı, atasının adı, soyadı
|
Bankdakı vəzifəsi (əgər varsa)
|
Müəssisənin adı
|
Mühüm təsirə malik olan şəxs (Özü, qohumu-qohumluğunu göstərməli)
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 noyabr 2003-cü il tarixli 18 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 12)
2.
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07)
3.
23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 a.ş.- aidiyyatı olan şəxs; a.ş.h.ş.- aidiyyatı şəxs adından hərəkət edən şəxs.
2 Bu şəxsin bankla necə əlaqədar olduğunu göstərməli (məsələn: Müşahidə Şurasının sədri, Müşahidə Şurası sədrinin qardaşı, Müşahidə Şurasının sədri bu müəssisənin səhmlərinin 15 faizinə sahibdir).
3 Əməliyyatın xarakterini qısa təsvir etməli, yəni kredit, təminat, akkreditiv, aktivin satılması, aktivin alınması, xidmət və s.
4 Kreditlər və balansarxası öhdəliklər üzrə müqavilə ilə müəyyən olunan son tarixi göstərməli.
5 Təminatın növünü (yəni xəzinə vekselləri (xv), cari depozit (cd), müddətli depozit (md), depozit sertifikatı (ds), avtomobil (a), daşınmaz əmlak (də) və s.) və təminatı kreditə olan nisbəti əmsalmı göstərməli (məsələn: md/130%).
[6] Digər mühüm şərtləri və müddətləri göstərməli.
[1]
23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12) ilə Azərbaycan Respublikasının Milli Bankının normativ xarakterli aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, "mln manat" sözləri "min manat" sözləri ilə, "min manat" sözləri isə "manat" sözü ilə əvəz edilmişdir.
[2]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.1-ci bənddə “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” sözləri “Banklar haqqında” sözləri ilə əvəz edilmişdir.
[3]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.3-cü bənd yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.3. Banka aidiyyatı olan şəxslərə:
[3]
a)
rəhbərlər (bankın hər hansı bir inzibatçısı);
b)
bankın bütün əməkdaşları;
c)
bankın iri təsisçisi olan hər hansı fiziki və ya hüquqi şəxs;
ç) rəhbərlərlə birinci dərəcəli qohumluq münasibətində olan və ya onlarla işgüzar mənafelərlə bağlı olan hər hansı fiziki şəxs;
d) bankın iri təsisçi olduğu hər hansı hüquqi şəxs;
[4]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.4-cü bəndin 2-ci cümləsi və 2,3,4 və 5-ci abzasları yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Məsələn, aşağıdakı konkret hallarda şəxs banka aidiyyatı olan şəxs adından hərəkət edən hesab olunur: -
o, banka aidiyyatı olan şəxs adından aralarında bağlanmış müqavilə əsasında hərəkət etmək hüququna malik olduqda;
- o, bankla sövdələşmədən əldə edilən hasilatı birbaşa, yaxud dolayısı ilə banka aidiyyatı olan şəxsə köçürdükdə;
- o, banka aidiyyatı olan hüquqi şəxs üzərində mühüm təsirə malik olan şəxs olduqda;
- o, banka aidiyyatı olan şəxsin hüquqi nümayəndəsi olduqda.
[5]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.5-ci bənd yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.5. Rəhbərlərə - bankın Müşahidə Şurasının, Maliyyə-Təftiş Komissiyasının, İdarə Heyətinin üzvləri, departament və şöbələrin, filialların rəhbərləri, habelə səlahiyyətindən və mövqeyindən asılı olmayaraq bankın bütün digər rəhbər işçiləri aid edilir.
[6]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.6-cı bənd çıxarılmışdır.
[7]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.7-cı bəndin 2-ci və 3-cü abzasları yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
- o, hüquqi şəxsin iri təsisçisi (səhmdarı, payçısı) olduqda;
- o, hüquqi şəxsin iri təsisçiləri (səhmdarları, payçıları), Müşahidə Şurasının, Maliyyə-Təftiş Komissiyasının, İdarə Heyətinin üzvləri və digər rəhbərləri ilə rəsmi müqavilə əsasında və ya başqa üsulla onun işlərinə rəhbərlik edə bildikdə, yaxud onun işlərini idarə edə bildikdə;
[8]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.8-ci bənd yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.8. Hüquqi şəxsin iri təsisçisi (səhmdarı, payçısı)- müəssisənin nizamnamə kapitalının, yaxud əsas hüququ olan səhmlərinin 10 faizindən çoxuna bilavasitə, yaxud dolayısı ilə sahib olan və ya bu hüquqdan istifadə edə bilən fiziki, yaxud hüquqi şəxsdir.
[9]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.9-ci bəndin 1-ci abzasından “kreditlər” sözündən sonra “və təminatlar” sözləri çıxarılmışdır.
[10]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.9-ci bəndin 5-ci abzasından sonra yeni məzmunda abzas əlavə edilmişdir.
[11]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.10-cu bəndin 2-ci abzası yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
- nəzarət keçirilən zamanı müəyyən edilən və ya bankın öz hesabatında “qeyri-qənaətbəxş”, “şübhəli”, yaxud “ümidsiz” kredit kimi təsnifləşdirilən;
[12]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1.11-cu bənd yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.11.Bu Qaydalarda bankın öz vəsaiti dedikdə, Milli Bankın müvafiq normativ aktı ilə müəyyən edilmiş “tutulmalardan sonra məcmu kapital" göstəricisi başa düşülməlidir.
[13]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 1-ci bəndin “a” və “b” yarımbəndlərində “bankın” sözlərindən sonra “öz vəsaitinin” və 2.2.-ci bənddə “bankın” sözündən sonra “öz vəsaitinin” sözləri “məcmu kapitalının” sözləri ilə əvəz edilmişdir.
[14]
24 noyabr 2003-cü il tarixli 18 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 12) ilə 3-cü bənd çıxarılmışdır.
[15]
24 noyabr 2003-cü il tarixli 18 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 12) ilə 4-cü, 5-ci və 6-cı bəndlər müvafiq olaraq 3-cü, 4-cü və 5-ci bəndlər hesab edilmişdir.
[16]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 3.1-ci bəndin 3-cü abzası yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
- faiz dərəcəsinin, yaxud komisyon haqlarının səviyyəsi banka aidiyyatı olmayan şəxslərdən tutulan faiz dərəcəsindən və komisyon haqlarından aşağı olduqda;
[17]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 3.1-ci bəndin 6-cı abzasında “uzadıldıqda” sözündən sonra “və ya restrukturizasiya olunduqda” və “uzadıla” sözündən sonra “və ya restrukturizasiya oluna” sözləri əlavə edilmişdir.
[18]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 3.1-ci bəndin 7-ci abzasında birinci dəfə işlənən “alınan” sözündən sonra “eyni” sözü çıxarılmışdır və ikinci dəfə işlənən “alınan” sözündən sonra “eyni” sözü “həmin əmlakla müqayisə edilə biləcək” sözləri ilə əvəz edilmişdir.
[19]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 3.1-ci bəndin 8-ci abzasında ikinci dəfə işlənən “satılan” sözündən sonra “həmin əmlakla müqayisə edilə biləcək” sözləri əlavə edilmişdir.
[20]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 3.2-ci bəndin 1-ci cümləsi yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Banka aidiyyatı olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər arasında bütün əməliyyatlar bank fəaliyyətinin təhlükəsiz metod və normalarına, habelə kreditlərin təhlili və kreditlərin verilməsi prosedurlarına uyğun qaydada aparılmalıdır.
[21]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 4.1-ci bənd yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Banklar aidiyyatı olan şəxslərlə və ya onlar adından hərəkət edən şəxslərlə əməliyyatlar aparmağa yalnız Müşahidə Şurasının qərarı əsasında yol verə bilər. Belə əməliyyatlar barədə Müşahidə Şurasının iclas protokolunun qərarında Şuranın hər bir üzvünün səs verməsinin nəticəsi fərdi qaydada qeyd edilməlidir. Şuranın üzvü olan banka aidiyyatı olan şəxslər aşağıdakı hallarda qərarların müzakirəsində iştirak etməməli, həmçinin Şuranın qərarına heç bir təsir göstərməməlidir (təsir göstərməyə çalışmamalıdır):
a)
özü barədə;
b)
birinci dərəcəli qohumlarından hər hansı biri barədə;
c)
özünün və ya birinci dərəcəli qohumunun iri təsisçisi (səhmdarı, payçısı) olduğu və ya onların mühüm təsirə malik olduqları hər hansı hüquqi şəxs barədə;
ç) yuxarıdakı yarımbəndlərdə göstərilmiş şəxslər adından hərəkət edən hər hansı şəxs barədə.
[22]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 4.2-ci bəndin 1-ci cümləsi yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Banka aidiyyatı olan şəxslərlə və ya onlar adından hərəkət edən şəxslərlə əməliyyatlar aparmaq barədə Şuranın qərarı əməliyyatın bütün şərtlərini açmaqla qəbul olunmalıdır.
[23]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə 5.3-cü bənd yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.3. Hər bir bank ildə azı iki dəfə bankda əməliyyat aparan əməkdaşlarından, o cümlədən rəhbərlərindən onların bankda əməliyyat aparan birinci dərəcəli qohumları və mühüm təsirə malik olduqları müəssisələr barədə məlumat almalı və bankda bu məlumatın uçotunu əlavə olunmuş formada (Əlavə N- 2) aparmalıdır.
[24]
28 iyun 2004-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07) ilə “Banka aidiyyəti olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər barədə məlumat”ın cədvəlinin (Əlavə №- 2) 1-ci bəndinin başlığında “Rəhbərlərin birinci dərəcəli” sözləri və 2-ci bəndinin başlığında “Rəhbərlərin və onların birinci dərəcəli” sözləri “İnzibatçılar və onların yaxın” sözləri ilə, 3-cü bəndinin başlığında “Əməkdaşların birinci dərəcəli” sözləri və 4-cü bəndinin başlığında “Əməkdaşların və onların birinci dərəcəli” sözləri “Struktur bölmələrinin rəhbərləri və qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşlarının yaxın” sözləri ilə əvəz edilmişdir.