Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının 1.1.3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri” təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 20 iyun 2005-ci il
№ 108
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün
MEYAR GÖSTƏRİCİLƏRİ
[2]
İllik gəlir
(mln.manat)
|
Hesabat ili ərzində işçilərin orta hesabla sayı
(nəfər)
|
Balansın yekun məbləği
(mln.manat)
[3]
|
200,0
|
1500
|
500,0
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 aprel 2010-cu il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 362)
2.
30 dekabr 2016-cı il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2016-cı il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2245)
3.
3 fevral 2017-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2017-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 280)
4.
2 avqust 2019-cu il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1448)
5.
31 mart 2022-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 291)
6.
27 may 2022-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 575)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 dekabr 2016-cı il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2016-cı il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2245) ilə adına və 1-ci hissəsinə “investisiya fondlarından” sözlərindən sonra “və bu fondların idarəçilərindən” sözləri əlavə edilmişdir.
3 fevral 2017-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2017-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 280) ilə qərarın adına və 1-ci hissəsinə “qeyri-dövlət (özəl) sosial fondlarından,” sözlərindən sonra “qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən,” sözləri əlavə edilmişdir.
31 mart 2022-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 291) ilə adında, 1-ci hissəsində və həmin Qərarla təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nin adında “sığorta şirkətlərindən” sözləri “sığortaçılardan, təkrarsığortaçılardan” sözləri ilə əvəz edilmişdir.
[2]
22 aprel 2010-cu il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 362) ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nin cədvəli yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
30 dekabr 2016-cı il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2016-cı il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2245) ilə “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün Meyar Göstəriciləri”nin adına “investisiya fondlarından” sözlərindən sonra “və bu fondların idarəçilərindən” sözləri əlavə edilmişdir.
3 fevral 2017-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2017-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 280) ilə “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün Meyar Göstəriciləri”nin adına “qeyri-dövlət (özəl) sosial fondlarından,” sözlərindən sonra “qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən,” sözləri əlavə edilmişdir.
[3]
2 avqust 2019-cu il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1448) ilə “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə “İllik gəlir (mln.manat)” sütununda “
27 may 2022-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 575) ilə “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nin “illik gəlir (mln.manat)” sütununda “180,0” rəqəmləri “200,0” rəqəmləri ilə və “Balansın yekun məbləği (mln.manat)” sütununda “450,0” rəqəmləri “500,0” rəqəmləri ilə əvəz edilmişdir.