AKTIN NÖVÜ
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
QƏBUL EDİLDİYİ TARİX
25.06.2003
QEYDİYYAT NÖMRƏSİ
12
ADI
Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-07-2003, Nəşr nömrəsi: 07)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
160.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2984
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Qeydiyyat N 2984

“04” iyul 2003-cü il

 

 

Nazir_____________ F.F.Məmmədov

“Təsdiq edirəm”

Azərbaycan Respublikası

Satınalmalar üzrə

Dövlət Agentliyi

Əmr N 12

“25” iyun 2003-cü il

 

Direktor_____________İ.Ə.Mehdiyev

 

 

Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair

 

TƏLİMAT

 

1. Ümumi müddəalar.

 

Bu Təlimat “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmış, mövcud bazarı olan və ehtimal olunan qiyməti 10 milyon manatdan yüksək 250 milyon manat məbləğindən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınmasında kotirovka sorğusu prosedurunun təşkilinə və keçirilməsinə dair qaydaları müəyyən edir və dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilir.

 

2. Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsi.

 

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 4-1-ci maddəsinin tələblərinə əsasən təsdiq edilmiş satınalma planına uyğun olaraq kotirovka sorğusu prosedurunun təşkili üçün satınalan təşkilat Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ehtimal olunan qiyməti təsdiq edir və Qanunun 23-cü maddəsinə əsasən tender komissiyası formalaşdıraraq malların (işlərin və xidmətlərin) satın alınması üzrə kotirovka sorğusunun şərtlərini (nəqliyyat və sığorta xərcləri, gömrük rüsumları, vergilər və sair xərclərin daxil edilib-edilmədiyi göstərilməklə) müəyyən edir. Kotirovka sorğusu şərtləri Qanunun 49-1-ci maddəsinə əsasən hazırlanır.

2.2. Kotirovka sorğusu prosedurunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq etdikdən sonra satınalan təşkilat kotirovka sorğusunun keçirilməsi barədə elanı kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Tender komissiyası elan verməklə yanaşı malgöndərənlərə (podratçılara) satınalmada iştirak üçün fərdi dəvət (Forma 1) göndərə bilər. Fərdi dəvət almış malgöndərənlər (podratçılar) kotirovka sorğusu şərtlərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edirlər. Qanunun 50-1.3-cü maddəsinə əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda kotirovkanın keçirilməsi barədə elan respublikanın dövlət qəzetlərində, habelə satınalan təşkilatın rəsmi internet saytında dərc edilir, iştirak haqqını ödəyən malgöndərənlərə (podratçılara) kotirovka sorğusu şərtləri göndərilir.

2.3. Satınalan təşkilat tərəfindən kotirovka sorğusu elanında Qanunun 50-3.2-ci maddəsində qeyd olunan məlumatlar göstərilməlidir. Satınalan təşkilat ilə kotirovka sorğusunun iştirakçıları arasında kotirovka sorğusu proseduru ilə bağlı yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır. Qanunun 50-1.3-cü maddəsinə əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalan təşkilat ilə kotirovka sorğusunun iştirakçıları arasında yazılı formada (poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərilir, yaxud şəxsən təqdim olunur) əlaqə saxlanılır.

2.4. Satınalan təşkilat qiymət kotirovkalarının verilməsinin son müddəti qurtaranadək hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq kotirovka sorğusu şərtlərində dəyişikliklər və əlavələr edə bilər. Kotirovka sorğusu şərtlərinə edilən əlavə və dəyişikliklər tender komissiyası tərəfindən təsdiqləndikdən sonra  dövlət satınalmalarının vahid internet portalına əlavə edilərək müvafiq düzəlişlər edilir. Bu barədə məlumat dərhal kotirovka sorğusu şərtlərini almış bütün malgöndərənlərə (podratçılara) göndərilir və qiymət kotirovkalarının qiymətləndiriləcəyi gün ən az 1 bank günü uzadılır. Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir.

2.5. Elektron satınalma vasitəsilə keçirilən kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həmin portalın operatoruna, elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalan təşkilata ödənilir. Alınmış kotirovka sorğusu şərtlərinə uyğun olaraq malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları (Forma 2) və malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim olunmalıdır. Qanunun 50-1.3-cü əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda qiymət kotirovkaları və malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər kağız daşıyıcıda təqdim olunur.

2.6. Qiymət kotirovkası təqdim etmiş malgöndərənin (podratçının) sayı üçdən az olduqda satınalan təşkilat satınalma prosedurunun davamından imtina edir və bu barədə məlumatı dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərir və 5 bank günü ərzində rəsmi internet saytında (dövlət satınalmalarının vahid internet portalında) yerləşdirir.

2.7. Kotirovka sorğusu prosedurunda iştirak edən hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər. Tender komissiyası ilə malgöndərən (podratçı) arasında təqdim olunan kotirovkalar barədə danışıqların aparılmasına (qiymət kotirovkasına dair izahat verilməsi üçün göndərilmiş sorğular istisna olmaqla) və malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan kotirovkaların dəyişdirilməsinə icazə verilmir.

2.8. Kotirovka sorğusu proseduru əsasında malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərflərinin açılışı Qanunun 25.1-1-ci maddəsinə uyğun olaraq hesablanaraq kotirovka sorğusu şərtlərində müəyyən olunmuş vaxtda qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik aparılır və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Qanunun 50-1.3-cü əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda zərflər daxilolma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur. Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir.

2.9. Tender komissiyası qiymət kotirovkalarının qiymətləndirilməsinin nəticələrinə dair öz qərarını kotirovka sorğusu şərtlərində göstərilmiş qiymət kotirovkalarının qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək qəbul edir. Kotirovka sorğusu şərtinin tələblərinə cavab verən ən aşağı qiymət kotirovkası təqdim etmiş malgöndərən (podratçı) qalib hesab olunur.

2.10.  Tender komissiyası qiymət kotirovkasının kənarlaşdırılması barədə qərarını tender komissiyası tərəfindən təsdiq edildikdən, Qanunun 27.4-cü maddəsinə münasibətdə isə tender komissiyasının qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərir.

2.11.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2002-ci il tarixli 124 saylı Qərarı ilə təsdiq olunmuş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib edilmiş “Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının protokolu” (əlavə olunur) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Kotirovka sorğusu prosedurunun təşkili və nəticələri ilə razılaşmayan tender komissiyasının üzvləri yekun protokolu imzalayaraq öz xüsusi rəylərini protokola əlavə edirlər. Yekun protokolun surəti onun imzalanmasından sonra Qanunun 37.5-ci maddəsinin tələblərinə uyğun olaraq 3 bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunur.

2.12.  Yekun protokol satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokol əsasında qalib müəyyən edilmiş malgöndərənin (podratçının) qiymət kotirovkası aksept edildikdən sonra ona dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal aksept bildirişi göndərilir. Satınalan təşkilat 3 bank günü müddətində satınalma müqaviləsini hazırlayır, portalda yerləşdirir və gücləndirilmiş elektron imza vasitəsilə imzalayır. Qanunun 50-1.3-cü maddəsinə əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalan təşkilat qalib müəyyən edilmiş malgöndərənə (podratçıya) bu barədə qərar qəbul etdikdən 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir.

2.13.  Satınalmanın qalibi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun tərtib olunaraq təqdim edilmiş satınalma müqaviləsini 5 bank günü ərzində gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. Qanunun 50-1.3-cü əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalmanın qalibi müqaviləni kağız daşıyıcıda imzalayır.

2.14.          Kotirovka sorğusu proseduru haqqında hesabat Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilməli və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun olaraq toplanıb saxlanılmalıdır. [1]

3. Məsuliyyət.

 

3.1. Bu Təlimatın tələblərinin pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

 


 

Forma 1

 

KOTİROVKA SORĞUSU

(satınalan təşkilatın rəsmi blankında)

 

N______________                                                                                                  Tarix:_______________

 

Kimə________________________________________________________________________________

 

Hörmətli cənablar!

 

Sifarişçi _____________________________________________________________________________

(adı, ünvanı, telefon və faks, məsul  şəxsin adı və vəzifəsi)

 

aşağıdakı malların (iş və xidmətlərin) kotirovka sorğusu üsulu ilə satınalınması niyyətindədir:

____________________________________________________________________________________

_____________________________________________________________________________________

(malların (iş və xidmətlərin) adı, miqdarı).

 

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:____________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

 

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetirələcək işlər və xidməti aşağıdakı tələblərə cavab verməlidir.

____________________________________________________________________________________

satınalınan malların (işlərin və xidmətlərin) texniki tələbləri, satınalma müqavilənin yerinə yetirilməsinə dair tələblər, o cümlədən icra müddəti, nəzərdə tutulan cərimələr və digər tələblər.

 

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək,

_____________________________________________________________________________________

ünvana “____”______________2003-cü il tarixə qədər təqdim olunmalıdır.

 

 

 

                                                                                      Satınalan təşkilatın rəhbəri

                                                                                        __________________ imza

                                                                                        __________________ tarix

 

 

 


 

Forma 2

 

Malgöndərənin (podratçının) qiymət kotirovkası [2]

 

 

Tarix:_______________

Kimə_______________

 

 

Hörmətli cənablar!

 

Biz, ________________________________________________________________________________

malgöndərən (podratçının) adı

 

Sizin göndərdiyiniz  kotirovka sorğusunu tam öyrənərək satın alınan mallara

(işlərin və xidmətlərin)________________________________________________________________

Malların (işlərin və xidmətlərin) adı

 

aşağıdakı qiymətdə təklif edirik _________________ (manat).

   Malların (işlərin və xidmətlərin) qiymət cədvəli əlavə olunur.

   Bizim qiymət kotirovkamızı qəbul etdiyiniz təqdirdə biz, malları kotirovka sorğusunda göstərilən qrafikə uyğun göndərməyi, iş və xidmətləri yerinə yetirməyi öz öhdəmizə götürürükvə qeyd edilmiş  ödəmə qaydası ilə razıyıq.

  Rəsmi satınalma müqaviləsi imzalanana qədər bu qiymət kotirovkası “___” ___________ 2003-cü il tarixə qədər qüvvədə qalacaqdır.

 

 

 

                                                           İmzalayan şəxsin vəzifəsi______________________

                                                           Soyadı A.A.__________________________________

                                                           İmza________________________________________

                                                           Möhür yeri

 

 

 


 

 

Əlavə

 

 

Malların (işlərin və xidmətlərin) qiymət cədvəli

 

Sıra sayı

Malın (işin və xidmətin) adı

Miqdarı

Malın (işin və xidmətin) vahidinin qiyməti (manatla)

 

Ümumi qiyməti

(manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YEKUN

 

 

İmzalayan şəxsin vəzifəsi _________________________

Soyadı A.A. _____________________________________

İmza  ___________________________________________

Möhür yeri

 

 

 


 

Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib olunub

 

Şəhər (rayon)________________                                                                            tarix ______________

 

1. Satınalan təşkilatın adı _____________________________________________________________

 

2. Satın alınan malların (işlərin və xidmətlərin)

adı ________________________________________________            

miqdarı_____________________________________________

                  (həcmi, çəkisi və ya digər ölçü vahidi göstərilməlidir)

 

3. Satın alınan malların (işlərin və xidmətlərin)

ehtimal olunan qiyməti ______________________________(manat)

 

4. Maliyyə mənbəyi ______________________________________________________

                                         (büdcə, büdcədənkənar və dövlət vəsaitləri, dövlətin aldığı və

                                       _____________________________________________________

                                                 dövlət zəmanəti  ilə  alınmış kreditlər və qrantlar)

5. Satınalma metodu ________________________________________________________________

 

6. Tender komissiyasının yaradılması haqqında qərar

tarixi  ___________________

nömrəsi  _________________

Satınalan təşkilatın rəhbəri və ya

onun vəzifəsini icra edən şəxs __________________________________________________________

 

Sıra

Tender komissiyasının

Komissiya üzvlərinin soyadı, adı, atasının adı

İş yeri və vəzifəsi

1

Sədr

 

 

2

Üzvləri

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

 

7. Kotirovka sorğusu haqqında elanın dərc olunması barədə məlumat:

Dərc olunma yeri: _________________________________

Elanın tarixi:_______________ [3]

8. Kotirovka sorğusu şərtlərigöndərilən malgöndərənlərin (podratçıların) siyahısı: [4]

Sıra

Malgöndərənin

(podratçının) adı

VÖEN-i

Fərdi dəvətlərin göndərilmə tarixi və qeydiyyat nömrəsi

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

 

9. Qiymət kotirovkalarının açılış vaxtı: _______________

                                                                  (tarix və saat)

Qiymət kotirovkaların açılış vaxtı dəyişdirilibsə, əsası göstərilməklə yeni vaxt: ____________________________________________________________________________

(tarix, saat və səbəb)

10. Malgöndərənlərin (podratçıların) təqdim etdiyi qiymət kotirovkaları:


Sıra

Malgöndərənin (podratçının) adı

VÖEN-i

Təqdim edilmə tarixi və vaxtı

Qiymət kotirovkaları

(ümumi məbləğ)

1.        

 

 

 

 

2.        

 

 

 

 

3.        

 

 

 

 

 

11. Malgöndərənlərin (podratçıların) qiymət kotirovkalarının formal tələblərə uyğunluğu:

Formal tələblərə dair meyarlar

Kotirovka sorğusu şərtlərinin tələbləri

1-ci mal göndərənin adı

2-ci mal göndərənin adı

3-cü mal göndərənin adı

və s.

1.

Qiymət kotirovkasının qüvvədə olma müddəti

 

 

 

 

 

2.

Malgöndərənin (podratçının) səlahiyyətli olduğu

 

 

 

 

 

3.

Qiymət kotirovkasının tamlığı

 

 

 

 

 

4.

Kotirovka sorğusu şərtlərində müəyyən olunmuş digər formal tələblər və qiymət kotirovkalarının belə tələblərə uyğunluğu barədə məlumat

 

 

 

 

 

12. Kotirovka sorğusu şərtlərinin formal tələblərinə cavab verməyən tender təkliflərinin kənarlaşdırılmasının əsasları (kənarlaşma olubsa):

Malgöndərənin (podratçının) adı

Kənarlaşdırmanın əsasları

1.        

 

 

2.        

 

 

3.        

 

 

13. Bütün qiymət kotirovkaları kənarlaşdırıldığı halda belə qərarın İqtisadiyyat Nazirliyi qismində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq olunması haqqında məktubun nömrəsi və tarixi: _______________________

14. Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) və satınalma müqaviləsi haqqında məlumat:

Malgöndərən (podratçının) adı _____________________________

Satınalma müqaviləsi üzrə alınacaq malların (işlərin və xidmətlərin) adları, ölçü vahidi, miqdarı, həcmi və qiyməti haqqında məlumat:

Maddələrin təsviri

Ölçü vahidi

Miqdarı

Vahidin qiyməti

Ümumi məbləği

1.        

 

 

 

 

 

2.        

 

 

 

 

 

3.        

 

 

 

 

 

4.        

 

 

 

 

 

5.        

 

 

 

 

 

6.        

 

 

 

 

 

7.        

 

 

 

 

 

8.        

 

 

 

 

 

9.        

 

 

 

 

 

10.    

 

 

 

 

 

Ümumi məbləğ (manat ilə):

 

15.       Daxil olan şikayətlər və onların baxılmasının nəticələri barədə məlumat: __________________________________________________________________________ [5]

 

Satınalma müqaviləsinin yerinə

yetirilmə təminatının məbləği_________________________(faizlə)

Satınalma müqaviləsini

imzalayan şəxsin adı, soyadı________________________________

vəzifəsi_________________________________________________

imzalanma tarixi _________________________________________

 

 

Tender komissiyasının sədri

______________________ imza

______________________ tarix

 

Tender komissiyasının üzvləri

______________________ imza

______________________ tarix

 

Tender komissiyasının qərarı ilə razılaşmayan tender komissiyası üzvlərinin xüsusi rəyləri: 

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

 

Qeyd:

Dövlət satınalmaları üzrə keçirilən kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun surəti 3 (üç) bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi surətdə təqdim olunur. [6]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 sentyabr 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

2.       14 mart 2022-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2022-ci il)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 sentyabr 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı Təlimatın 2.7-ci bəndinin üçüncü cümləsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

14 mart 2022-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2022-ci il) ilə “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın 2-ci hissənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1. Kotirovka sorğusu prosedurunun təşkili üçün satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada tender komissiyası formalaşdırır və malların (işlərin və xidmətlərin) satın alınması üzrə  kotirovka sorğusunun şərtlərini (nəqliyyat və sığorta xərclərinə, gömrük rüsumlarına, vergilərə və sair xərclərə dair tələbləri nəzərə almaqla) müəyyən edir.

2.2. Kotirovka sorğusu prosedurunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq edərək əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısını tərtib edir və onlara kotirovka sorğusunun şərtlərini göndərir (Forma 1). Bu barədə məlumat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq satınalma prosedurları haqqında hesabata daxil edilir.

2.3. Satınalan təşkilat tərəfindən kotirovka sorğusu şərtlərində malların (işlərin və xidmətlərin) qiymət kotirovkalarının təqdim olunma yeri, tarixi, saatı  qeyd edilməli və məlumat almaq üçün əlaqələndirici şəxsin adı və telefonu göstərilməlidir. Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları (Forma 2) qapalı zərfdə təqdim olunmalıdır.

2.4. Kotirovka sorğusu prosedurunda iştirak edən hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər. Tender komissiyası ilə malgöndərən (podratçı) arasında təqdim olunan kotirovkalar barədə danışıqların aparılmasına və malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan kotirovkaların dəyişdirilməsinə icazə verilmir.

2.5. Kotirovka sorğusu əsasında malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərfləri müəyyən edilmiş tarixdə və saatda tender komissiyası tərəfindən zərflərin daxil olma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur. Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir.

2.6. Tender komissiyası kotirovka sorğusunun nəticələrinə dair öz qərarını həmin gün  malgöndərənlərin (podratçıların) iştirakı ilə qəbul edir və onların arasında təqdim olunmuş kotirovkaların qiymətindən asılı olaraq birinci (aşağı qiymət), ikinci və üçüncü yerləri müəyyənləşdirir. Tender komissiyasının kotirovka sorğusunun nəticələri barədə qəbul edilmiş qərarı malgöndərənlərin (podratçıların) nəzərinə çatdırılır.

2.7. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 saylı Qərarı ilə təsdiq olunmuş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib edilir (əlavə olunur) və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Kotirovka sorğusu prosedurunun təşkili və nəticələri ilə razılaşmayan tender komissiyasının üzvləri yekun protokolunu imzalayaraq öz xüsusi rəylərini protokola əlavə edirlər. Yekun protokolunun surəti onun imzalanmasından sonra “Dövlət satınalmaları haqqında” Qanunun 37.5-ci  maddəsinin tələblərinə uyğun olaraq 3 (üç) bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim olunur.

2.8. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Satınalan təşkilat yekun protokolunun əsasında təlabatı təmin edən və ən aşağı qiymət kotirovkası təqdim edən malgöndərənə (podratçıya) satınalma müqaviləsinin bağlanması barədə bildiriş göndərir.

2.9. Satınalma müqaviləsi Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun tərtib olunur.

2.10. Kotirovka sorğusu proseduru haqqında hesabat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun toplanıb saxlanılmalıdır.

 

[2] 14 mart 2022-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2022-ci il) ilə “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın 2 nömrəli formasının adında “kotirovka təklifi” sözləri “qiymət kotirovkası” sözləri, mətndə “kotirovka təklifimizi” sözləri “qiymət kotirovkamızı” sözləri və “kotirovka təklifi” sözləri “qiymət kotirovkası” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 mart 2022-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2022-ci il) ilə “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması”nın 7-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7. Kotirovka sorğusu  haqqında bildiriş dərc olunması barədə məlumat

(əgər dərc olunubsa):

mətbuat orqanının adı _________________________________

elanın tarixi _________________________________________________________________

 

[4] 14 mart 2022-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2022-ci il) ilə “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması”nın 8-ci, 9-cu və 10-cu hissələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

8. Kotirovka sorğusu göndərilən malgöndərənlərin (podratçıların) siyahısı:

 

Sıra

Malgöndərənin

(podratçının) adı

Ünvanı, bank rekvizitləri,

VÖİN

Fərdi dəvətlərin göndərilmə tarixi və qeydiyyat nömrəsi

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

 

9. Malgöndərənlərin (podratçıların) təqdim etdiyi qiymət kotirovkaları (Malların (işlərin

və xidmətləri) qiymət cədvəli əlavə olunur):

 

Sıra

Malgöndərənin

(podratçının) adı

Qiymət kotirovkaları

(ümumi məbləğ)

1

 

 

2

 

 

3

 

 

4

 

 

 

10. Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) və

satınalma müqaviləsi haqqında məlumat:

Malgöndərən (podratçının) adı ___________________________________________________________

_____________________________________________________________________________________

Satınalma müqaviləsi üzrə alınacaq malların (işlərin və xidmətlərin) adları, ölçü vahidi,

miqdarı, həcmi və qiyməti haqqında məlumat:

 

Malların (işlərin və xidmətlərin) adları

Ölçü vahidi

Miqdarı və ya həcmi

Vahidinin qiyməti  (manatla)

Ümumi məbləği(manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun:

 

 

 

 

 

[5] 14 mart 2022-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 aprel 2022-ci il) ilə “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması”na yeni məzmunda 11-15-ci hissələr əlavə edilmişdir.

 

[6] 1 sentyabr 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə Təlimata əlavə edilmiş “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması”nın “Qeyd” hissəsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status