AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.09.1992
QEYDİYYAT NÖMRƏSİ
174
ADI
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-09-1992, Nəşr nömrəsi: 17, Maddə nömrəsi: 758)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.10.1992
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

İqtisadiyyatın bazar münasibətlərinə keçidi dövründə qiymətlərin liberallaşdırılması ilə əlaqədar olaraq aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək, uşaqlara dövlət qayğısının  artırmaq və büdcədən bu məqsədlərə ayrılan yardımların verilməsi qaydalarını sadələşdirmək məqsədi ilə qərara alıram:

1.   Hal-hazırda qüvvədə olan müavinətlərin: hər bir uşağa doğulduğu aydan başlayaraq 16 (yaşına çatanadək (təqaüd almayan məktəblilər 18 yaşadək) ayda 100 rubl, yetkinlik yaşına çatmamış uşaqları olan ailələrə uşaq çeşidi malları almaq üçün hər uşağa ildə 250—400 rubl və şəhər və şəhər tipli qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərinin I—IV sinif şagirdlərinin hər birinə yemək əvəzi verilən ayda 45 rubl əvəzinə hər bir uşağa doğulduğu aydan başlayaraq 18 yaşa çatanadək vahid aylıq müavinət müəyyən edilsin.

2.   Bu müavinət aşağıdakı həcmlərdə ödənilsin:

ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının iki mislindən aşağı olduğu halda minimum əmək haqqının 30 faizi məbləğində;

ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının iki mislindən üç mislinə qədər olduğu halda minimum əmək haqqının 20 faizi məbləğində.

Ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının üç mislindən yuxarı olarsa bu müavinət verilməsin.

3.   Uşaq yaş yarıma çatanadək ona qulluq etməyə görə pulu qismən ödənilən məzuniyyətdə olan qadınlara gəlir səviyyəsindən asılı olmayaraq həmin müavinət yaş yarıma çatmamış hər uşaq üçün minimum əmək haqqının 60 faizi məbləğində müəyyən edilsin.

4.   Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə əlaqədar müvafiq qərar qəbul etsin.

5.   Bu Fərman 1992-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 7 sentyabr 1992-ci il.

              № 174.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status