AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
18.07.2000
QEYDİYYAT NÖMRƏSİ
478
ADI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2000, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 540)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.07.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

"Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Azərbaycan Respublikası Qanununun ikinci maddəsinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakılar Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilsinlər:

namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş:

Pənahov Məzahir Məhəmməd oğlu

Cavadov Fuad Musa oğlu

Paşayev Hüseyn Məmməd oğlu

namizədliyi Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən irəli sürülmüş;

Ələsgərov Etibar Mikayıl oğlu

namizədliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş:

Həsənquliyev Qüdrət Müzəffər oğlu

Minbaşı Adil Nadir oğlu

namizədliyi Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları tərəfindən irəli sürülmüş:

Abbasov İlqar Eyvaz oğlu

namizədliyi Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları tərəfindən irəli sürülmüş və Yeni Azərbaycan Partiyası ilə razılaşdırılmış:

Məmmədov İlham Sabir oğlu

2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 18 iyul 2000-ci il
                  № 478

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status