AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.02.1992
QEYDİYYAT NÖMRƏSİ
580
ADI
Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-03-1992, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 130)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında

  Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Kosmik fəzanın öyrənilməsi sahəsində dövlət siyasətini həyata keçirmək, milli aerokosmik proqramlar hazırlayıb yerinə yetirmək, başqa dövlətlərlə birlikdə həyata keçirilən beynəlxalq kosmik layihələrə dair işləri əlaqələndirmək və idarə etmək, bu sahələrdə olan elm və istehsal potensialından respublikanın xalq təsərrüfatının və təhlükəsizliyinin xeyrinə səmərəli istifadə etmək məqsədi ilə qərara alıram:

1.  Kosmik Tədqiqatlar Elm-İstehsal Birliyi bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaradılsın.

2.  Müəyyən edilsin ki, Azərbaycan Milli Aerokosmik Agentliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidentinə tabedir.

3.  Azərbaycan Milli Aerokosmik Agentliyinin əsas vəzifələri aşağıdakılardır:

—kosmik fəzanın öyrənilməsi sahəsində milli elmi-texniki siyasətin formalaşdırılması, respublikada bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatların təşkili, idarə edilməsi və əlaqələndirilməsi, aviasiya texnikasının və kosmik texnikanın yaradılması;

—kosmik fəzadan xalq təsərrüfatının, dövlətlərarası birgə aviasiya-kosmik proqramların, layihələrin və sazişlərin xeyrinə istifadə edilməsində beynəlxalq əməkdaşlığa dair konsepsiyaların hazırlanması və həyata keçirilməsi aviasiya-kosmik xidmətlərin dünya bazarına çıxarılması;

—aerokosmik elm və texnikanın müvafiq sahələrində yüksək ixtisaslı mütəxəssislər hazırlanması və təkrar hazırlıq keçməsi.

4.  Arif Şəfayət oğlu Mehdiyev Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru təyin edilsin.

5.  Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru bir ay ərzində Agentlik haqqında əsasnamənin layihəsini və onun say tərkibinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6.  Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin maliyyə və təsərrüfat təminatı məsələlərini həll etsin.

7.  Bu Fərman dərc olunduğu andan qüvvəyə minsin.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 21 fevral 1992-ci il.

№ 580.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status