AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.07.2004
QEYDİYYAT NÖMRƏSİ
101
ADI
Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 592)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.07.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında

Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Enerjidaşıyıcılardan və sudan səmərəli istifadə edilməsi, onların sərfiyyatının tənzimlənməsi və fərdi uçotunun dəqiq aparılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından, maliyyələşmə mənbəyindən və təyinatından asılı olmayaraq 2004-cü il sentyabrın 1-dən etibarən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə o cümlədən yaşayış sahələrində mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və icra olunmalıdır.

2.     "Azərsu" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, içməli su təchizatı üzrə balanslarında olan artezian quyularında və digər su mənbələrində su sayğaclarının qoyulmasını öz vəsaitləri hesabına 2 il müddətində təmin etsin.

3.     Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Nazirliyinə, "Azərenerji", "Azəriqaz" və "Azərsu" səhmdar cəmiyyətlərinə tapşırılsın ki, hal-hazırkı vaxtadək tikilib istifadəyə verilmiş və istismarda olan, mülkiyyət növündən asılı olmayaraq bütün obyektlərdə o cümlədən yaşayış sahələrində elektrik, qaz və su sayğaclarını quraşdıracaq icraçı təşkilatlar, bu işlərin maliyyələşdirmə mənbəyi və icra müddətləri haqqında razılaşdırılmış təkliflərini qərar qəbul edilməsi üçün 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. [1]

4.    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, "Azərsu" Səhmdar Cəmiyyətinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, bu qərarın 1-ci bəndindəki tələblərə cavab verməyən obyektlərin tikintisinə və istismara qəbuluna yol verilməməsi üçün öz səlahiyyətləri daxilində bütün lazımi tədbirləri görsünlər. [2]

5.     Azərbaycan Respublikasında yeni iş yerlərinin yaradılması və yerli istehsalın stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə və sayğacların istehsalı ilə məşğul olmaq istəyən digər yerli istehsalçılara tapşırılsın ki, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti, " Azərsu" Səhmdar Cəmiyyətinin və digər kommunal xidməti göstərən təşkilatların texniki təklifləri nəzərə alınmaqla beynəlxalq standartlara cavab verən və rəqabət qabiliyyətli elektrik, qaz və su sayğaclarının istehsalım təşkil etsinlər. [3]

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu sayğacların istehsalının təşkili üçün Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə və sayğacların istehsalı ilə məşğul olmaq istəyən digər yerli istehsalçılara lazımi kömək göstərsin. [4]

6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki: [5]

bu qərarın 1-ci bəndinin icrası ilə əlaqədar respublikada tətbiq olunan müvafiq layihələndirmə normalarında və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalarında müvafiq dəyişikliklər etsin;

öz səlahiyyətləri daxilində bu qərarın icrasına daimi nəzarət edilməsini və bu sahədə işlərin gedişi haqqında hər rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılsın ki: [6]

- istehsalçı müəssisələrlə birlikdə respublikada istehsal edilən elektrik, qaz və su sayğaclarının müvafiq beynəlxalq standartların tələblərinə uyğun sertifikatlaşdırılmasını təmin etsin;

Azərbaycan Respublikası ərazisində istifadə olunacaq elektrik, qaz və su sayğaclarının Dövlət reyestrinin yaradılmasını təşkil etsin və reyestrə daxil olan məlumatlar barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8.     Bütün aidiyyəti təşkilatlar elektrik, qaz və su sayğaclarının Dövlət reyestrinə daxil edilməli olan məlumatları müvafiq qaydada Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim etsinlər. [7]

9.    Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 27 iyul 2004-cü il

№ 101

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

2.       31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)

3.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

4.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

5.       29 noyabr 2006-cı il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 1000)

6.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)

7.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

8.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

9.       14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 359)

10.    30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə  qərarının 3-cü bəndində “İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.

 

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə 3-cü bəndində və 5-ci bəndinin ikinci abzasında ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 359) ilə 1-ci və 3-cü bəndlərində "(o cümlədən yaşayış evlərində hər bir mənzildə)" sözləri "o cümlədən yaşayış sahələrində" sözləri ilə əvəz edilmişdir.

 

[2] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə 4-cü bəndində “Azərbaycan Respublikasının” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyinə” sözləri əlavə edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə 4-cü bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsinə» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə» sözləri ilə əvəz edilmişdir.

 

  [3] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə 5-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə 5-ci bəndində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi"
sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

29 noyabr 2006-cı il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 1000) ilə 5-ci bəndində “Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə 5-ci bəndin birinci abzasından «Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi,» sözləri çıxarılmışdır.

 

[4] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə 5-ci bəndinin ikinci abzasında “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə 6-cı bəndin birinci abzasında «Dövlət Tikinti və Arxitektura Komitəsinə» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə» sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə 7-ci hissəsinin birinci abzasında və 8-ci hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 7-ci və 8-ci bəndlərində "Agentliyinə" sözü "Komitəsinə" sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status