AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
23.10.2004
QEYDİYYAT NÖMRƏSİ
468
ADI
Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-10-2004, Nəşr nömrəsi: 248), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2004, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 844)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.10.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
844

Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Aqrar bölmədə islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, kolxoz və sovxozların ləğvi və onlara məxsus bütün əmlakın kənd əhalisinə pulsuz paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrin özəlləşdirilməsi və digər tədbirlər bu bölmənin dinamik inkişafına ciddi təkan vermişdir. Keçən illər ərzində pulsuz torpaq payı almaq hüququ olan 3 milyon 500 min vətəndaş torpaq mülkiyyətçisi hüququ verən dövlət aktı almışdır. Ləğv olunmuş kolxoz və sovxozların, özəlləşdirilmiş dövlət müəssisələrinin ümumi məbləği 100 milyard manatdan çox olan borcları silinmişdir. Fermerlərin müxtəlif kənd təsərrüfatı texnikası ilə təchiz olunmasına dair layihələr həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçıları 2009-cu il yanvarın 1-dək torpaq vergisindən başqa, bütün vergilərdən azad edilmişlər.

Hazırkı mərhələdə aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatım yaxşılaşdırmaqdan keyfiyyətli məhsul yetişdirməkdən və onun itkisiz yığılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulmuşdur.

Aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını sürətləndirmək məqsədilə qərara alıram:

1.  Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, ilkin mərhələdə səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaratsın.

2.   Müəyyən edilsin ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını və onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin , aqrokimyəvi maddələrin, genetik modifikasiya olunmamış tinglərin və toxumların, damazlıq heyvanların satılmasını həyata keçirir. [1]

3.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

 

3.1.   bir ay müddətində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarım təsdiq etsin; [2]

3.2.    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün ən geci 10 ilə qaytarılmaq şərtilə 2005-ci və 2006-cı illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu məqsədlə müvafiq olaraq 100,0 mlrd. və 150,0 mlrd. manat vəsait nəzərdə tutulmasını təmin etsin; [3]

3.3.   lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyaların idxal gömrük rüsumundan və idxal zamanı əlavə dəyər vergisindən azad olunması üçün 10 gün müddətində müvafiq qərar qəbul etsin;

3.4.   Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkədə beynəlxalq təşkilatlar və xarici ölkələrin maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alman vəsaitin aqrar bölmənin texniki təchizatının yaxşılaşdırılması üçün istifadəsi üzrə ardıcıl tədbirlər görsün; [4]

3.5.   "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

4.1.   Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə bir ay müddətində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini hazırlayıb dövlət qeydiyyatına alınmasını təmin etsin;

4.2.   bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2004-cü il

№ 468

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 839)

2.       23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 30)

3.       22 avqust 2008-ci il tarixli 3000 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Qəzeti, 2008-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 761)

4.       28 avqust 2013-cü il tarixli 3101 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 981)

5.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

  1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
  2. 25 yanvar 2021-ci il tarixli 2451 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 26 yanvar 2021-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 67)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 839) ilə 2-ci bənddə “satılmasını” sözündən sonra “, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılmasını” sözləri əlavə edilmişdir.

23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 30) ilə 2-ci bənddə "texnikasının" sözündən sonra ", texnoloji avadanlıqların" sözləri, "və ya satılmasını" sözlərindən sonra "və onlara texniki servis xidməti göstərilməsini" sözləri əlavə edilmişdir.

22 avqust 2008-ci il tarixli 3000 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Qəzeti, 2008-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 761) ilə 2-ci bəndində “və aqrokimyəvi maddələrin” sözləri “, aqrokimyəvi maddələrin, tinglərin, toxumların, damazlıq heyvanların” sözləri ilə əvəz edilmişdir.

28 avqust 2013-cü il tarixli 3101 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 981) ilə 2-ci hissəsində “tinglərin, toxumların” sözləri “genetik modifikasiya olunmamış tinglərin və toxumların” sözləri ilə əvəz edilmişdir.

25 yanvar 2021-ci il tarixli 2451 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 26 yanvar 2021-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 67) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[2] 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 30) ilə 3.1-ci bənddə "texnikasının" sözündən sonra   ", texnoloji avadanlıqların " sözləri əlavə edilmişdir.

 

[3] 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 30) ilə 3.2-ci bənddə "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilmişdir.

 

[4] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3.4-cü bəndində və 4-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3.4-cü bənddən və 4-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status