AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
11.08.2004
QEYDİYYAT NÖMRƏSİ
352
ADI
2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-08-2004, Nəşr nömrəsi: 186), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2004, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 639)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.08.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında

2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il fevralın 6-7-də Rusiya Federasiyasına rəsmi səfəri zamanı 2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında əldə edilmiş razılaşmanın təmin olunması məqsədilə qərara alıram:

1. 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İli keçirilsin.

2. 2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi üzrə aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:

Artur Rasizadə               - Azərbaycan Respublikasının Baş naziri, sədr

Abbas Abbasov              - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Hacıbala Abutalıbov      - Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov    - Azərbaycan Respublikasının xarici işlər naziri

Fərhad Əliyev                 - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Misir Mərdanov                         - Azərbaycan Respublikasının təhsil naziri

Polad Bülbüloğlu           - Azərbaycan Respublikasının mədəniyyət naziri

Əbülfəz Qarayev                        - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Kəmaləddin Heydərov   - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov           - Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri

Nizami Xudiyev              - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri

Ramiz Rizayev                - Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri

Anar Rzayev                   - Azərbaycan Yazıçılar Birliyinin sədri

3. Təşkilat komitəsi iki ay müddətində 2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi ilə əlaqədar təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və Rusiya tərəfi ilə birgə keçiriləcək tədbirləri müvafiq qaydada razılaşdırsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2004-cü il
№ 352

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status