AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.03.1999
QEYDİYYAT NÖMRƏSİ
52
ADI
Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1999, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 207)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.03.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 27 mart 1999-cu il

№ 52

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 27 mart tarixli 52 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi

 

QAYDALARI [1]

 

1. Ümumİ müddəalar

 

1.1. Bu Qaydalar, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində Ümumi yayılmış faydalı qazıntılarının işlənməsi üçün yerin təkinin ayrılması Qaydalarını müəyyənləşdirir.

1.2. Yerin təkindəki ümumi yayılmış faydalı qazıntı yataqlarının (Azərbaycan Respublikası ərazisində ümumi yayılmış faydalı qazıntıların siyahısı — 1 nömrəli əlavə) işlənməsinə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin (bundan sonra – Agentlik) verdiyi xüsusi razılığa (lisenziyaya) və ya icazəyə “Dağ-mədən ayırması” statusuna əsasən icazə verilir. [2]

Yer təkindən istifadəyə torpaq sahəsi, yerin təkindən istifadəyə xüsusi razılıq və ya icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır.

Ümumi yayılmış faydalı qazıntı yataqlarının “Dağ-mədən ayırması” hüdudlarından kənarda istismar edilməsi qadağan olunur.

1.3. Ümumi yayılmış faydalı qazıntı yataqlarının və yaxud onun bir hissəsinin işlənməsi üçün “Dağ-mədən ayırması” faydalı qazıntı ehtiyatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntı ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq edildikdən və yatağın qəbul olunmuş qaydada sənaye mənimsənilməsinə verilməsi, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmaqla faydalı qazıntı çıxaran müəssisənin tikilməsi, yenidən qurulması, genişləndirilməsinin təsdiq olunmuş layihəsi, yaxud yatağın işlənməsinə dağ işlərinin inkişaf planının olması şərti ilə verilir. [3]

1.4. “Dağ-mədən ayırmasıümumi yayılmış faydalı qazıntılar çıxaran müəssisələrə həmin müəssisələrin tikilməsinə qədər, yenidən qurulmasına və genişləndirilməsinə isə “Dağ-mədən ayırması”nın alınmasına ehtiyac olarsa, həmin işlərə başlananadək rəsmiləşdirilməlidir.

1.5. Yer təki istifadəçisinin ona verilmiş “Dağ-mədən ayırması”nın tam və ya qismən, daimi, yaxud da müvəqqəti faydalı qazıntı yatağının işlənməsi üçün başqa yer təki istifadəçisinə verilməsi qadağandır.

Ümumi yayılmış faydalı qazıntı yatağının digər yer təki istifadəçisinə işlənməyə verilməsi zərurəti yaranarsa, yatağı geri verən yer təki  istifadəçisi “Dağ-mədən ayırması”nı Agentliyə qaytarmalı və qeydiyyatdan çıxmaq üçün yazılı müraciət etməlidir. Yatağı təhvil alan isə gələcəkdə yatağı işlətmək üçün yerin təkindən istifadə hüququna verilmiş xüsusi razılığa (lisenziyaya) və ya icazəyə müvafiq “Dağ-mədən ayırması” alır. [4]

Yer təki istifadəçisinin adı dəyişdikdə xüsusi razılıq tərtib edilir və xüsusi razılığa və ya icazə müvafiq olaraq “Dağ-mədən ayırması” aktındakı və topoqrafik planın surəti üzərindəki adlar dəyişdirilərək yenidən qeydiyyatdan keçirilir.

1.6. Qanunvericiliklə hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində, dağ-mədən ayırması və xüsusi razılıq (lisenziya) və ya icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını həyata keçirə bilərlər.

2. “Dağ-mədən ayırması” layİhəsİnİn məzmunu

2.1. Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün “Dağ-mədən ayırması” layihəsi izahedici qeyddən və qrafik materiallardan ibarət olmalıdır.

İzahedici qeyddə “Dağ-mədən ayırması” alınmasının məqsədi və onun zəruriliyinin əsaslandırılması göstərilməklə, aşağıdakılar öz əksini tapmalıdır:

2.1.1. müəssisənin layihələndirilməsini həyata keçirən və “Dağ-mədən ayırması” layihəsini hazırlayan təşkilatın adı və ünvanı;

2.1.2. “Dağ-mədən ayırması”nın ərazisi haqqında ümumi məlumatlar (coğrafi yerləşməsi, kənd təsərrüfatı və meşə sahəsinin xüsusiyyətləri, sahənin tikilmə dərəcəsi, istifadə olunması və s.); [5]

2.1.3. yatağın qısa geoloji xüsusiyyətləri;

2.1.4. yatağın işlənməsinin dağ-geoloji və hidrogeoloji şəraiti, yanaşı “Dağ-mədən ayırmaları” haqqında ümumi məlumat;

2.1.5. ümumi yayılmış faydalı qazıntının çıxarılması və onun səmərəli istifadə olunması tədbirləri;

2.1.6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntı ehtiyatları üzrə Komissiyasının faydalı qazıntı ehtiyatlarını təsdiq edən Protokolundakı tədbirlər; [6]

2.1.7. “Dağ-mədən ayırması”nın sərhədləri daxilində təqdim olunmuş dağ-qrafik materiallar, geoloji xəritələr, kəsilişlər, sənədlər və topoqrafik planların surətləri qüvvədə olan Qaydaların və metodik göstərişlərin tələblərinə uyğun olaraq təqdim olunan müddətə bütün göstəriciləri özündə əks etdirməlidirlər;

2.1.8. topoqrafik planın surətinin miqyası 1:5000 kiçik olmamalıdır. Geniş ərazi əhatə olunduqda isə 1:25000-dək təqdim olunmasına icazə verilir.

3. “Dağ-mədən ayırması”nı almaq üçün tələb olunan əsas sənədlər

3.1. Yer təkinin istifadəyə verilən sahələrində ümumi yayılmış faydalı qazıntıları çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazə müvafiq “Dağ-mədən ayırması” almaq üçün Azərbaycan Respublikasının Agentliyə ərizə ilə müraciət edilir. [7]

Ərizəyə aşağıdakılar əlavə olunmalıdır:

3.1.1. yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti orqanının razılığı;

“Dağ-mədən ayırması” xüsusi təyinatlı torpaq sahələri ilə həmsərhəd olarsa, onun ayrılmasına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti orqanının rəyi əlavə olunmalıdır;

3.1.2. ümumi yayılmış faydalı qazıntının çıxarılmasına verilən xüsusi razılığın (lisenziyanın) və ya icazənin surəti; [8]

3.1.3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntı ehtiyatları üzrə Komissiyasının ümumi yayılmış faydalı qazıntı yatağının ehtiyatlarının təsdiq olunması haqqında Protokolunun surəti və həmin orqan tərəfindən ehtiyatların dövlət balansına götürülməsi barədə arayış; [9]

3.2. “Dağ-mədən ayırması” layihəsi və onun əlavələri yer təki istifadəçisi, yaxud layihəni tərtib etməyə səlahiyyətli orqan tərəfindən təsdiq edilir.

3.3. “Dağ-mədən ayırması” almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Agentlik tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq “Dağ-mədən ayırması”nın verilməsi haqda qərar qəbul edir. [10]

Təqdim olunmuş sənədlərdə çatışmamazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan sonra 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.4. Bu Qaydaların əlavələrinə uyğun olaraq “Dağ-mədən ayırması”nın verilməsi “Dağ-mədən ayırması” aktı (2 nömrəli əlavə) ilə, həmçinin topoqrafik planın surətinin yuxarı sağ küncündəki yazı (3 nömrəli əlavə) ilə rəsmiləşdirilir və iki nüsxədə tərtib olunur.

Verilmiş “Dağ-mədən ayırması”nın uçotunun aparılması bu Qaydaların 4 nömrəli əlavəsi üzrə tərtib olunur və Agentlikdə saxlanılır. [11]

3.5. “Dağ-mədən ayırması” aktının verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim olunmadıqda;

3.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

3.5.3. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

4. “Dağ-mədən ayırması”nın müddətİ

4.1. “Dağ-mədən ayırması”nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənmizlənir və xüsusi razılığın müddəti uzadıldıqda “Dağ-mədən ayırması”nın da müddəti ona müvafiq olaraq uzadılaraq sənədlərdə dəyişikliklər aparılır.

5. “Dağ-mədən ayırması”nın gerİ alınması və ləğv edİlməsİ

5.1. “Dağ-mədən ayırması”nın geri alınması və ləğv edilməsi “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə müvafiq həyata keçirilir.


 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikası ərazisində ümumi yayılmış faydalı qazıntıların

SİYAHISI

Qum

(şüşə, çini-saxsı, odadavamlı, sement sənayesində və qəlibləmədə istifadə olunanlardan başqa)

Çaqıl

Çınqıl

Gil

(odadavamlı, çətinəriyən, qəlibləmə, çini-saxsı və sement sənayesində istifadə olunan, floridin, boyaqçılıq, bentonit, turşuyadavamlı və kaolin gillərindən başqa)

Gillicə

(sement sənayesində istifadə olunanlardan başqa)

Qumdaşı

(bitumlaşmış, üzlük, dinas və şüşə sənayesi üçün yararlı olanlardan başqa)

Qırmadaş

Kvarsitlər

(dinas, aşqarlayıcı, üzlük, dəmirli və eləcə də silisiumlu karbid, kristallik çaxmaq və ferroxəlitələr istehsalı üçün yararlı olanlardan başqa)

Təbaşir

(sement, kimya, şüşə və rezin sənayesində istifadə olunanlardan başqa)

Dolomit

(metallurgiya, kimya və şüşə sənayesində istifadə olunanlardan, mişardaşı və üzlük tavalar istehsalı üçün yararlı olanlardan başqa)

Mergel

(bitumlaşmış və sement sənayesində istifadə olunanlardan başqa)

Əhəngdaşı

(bitumlaşmış, üzlük, mişardaşı, sement, metallurgiya, kimya, şüşə, sellüloz-kağız və yeyinti sənayesi və gil-torpaq istehsalı üçün yararlı olanlardan başqa)

Balıqqulağı
Şist

(yanar və örtük tavalar istehsalı üçün istifadə olunanlardan başqa)

Argillitlər və
Alevrolitl
ər

(sement sənayesində istifadəyə yarayanlardan başqa)

Maqmatik, vulkanogen və
metamorfik s
üxurlar

(üzlük, bəzək, da və turşuyadavamlı materialların istehsalında, daştökmələrin, mineral mahlıcların, həmçinin sement sənayesində istifadəyə yararlı olanlardan başqa)

 


 

2 nömrəli əlavə

 

 

 

 


Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin [12]

DAĞ - MƏDƏN AYIRMASI [13]

AKTI____________

 

Yer təki sahəsindən açıq üsulla______________________________________________

______________________________________________________________

(yatağın, faydalı qazıntının adı və verilmə məqsədi)

 _______________________________________________________________məqsədi ilə

_________________________________________________ ________________verilən

(yer təki istifadəçisinin adı)

dağ-mədən ayırması_________________________________________________________

                                                                           (ərazi vahidinin adı)

____________________________________________________inzibati ərazisində yerləşir,

əlavə olunan topoqrafik planın surətinin,_______________________________________

__________________________________________________________________________________

(geoloji xəritə və kəsilişlərin nömrələri)

__________________________________________________üzərində künc nöqtələri ilə

                       (künc nöqtələrinin nömrəsi)

nömrələnmişdir.

Dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında ___________hektar

təşkil edir.                                                                                   (yazı ilə)

Dağ-mədən ayırmasının müddəti:____________________________________________

Bu akt_ nüsxədə tərtib olunmuş və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin reyestr kitabında________il tarixdə_________ N ilə

qeydə alınmışdır. [14]

 

M.Y. Dövlət Mineral Xammal Ehtiyatlarından

 İstifadə Agentliyinin İdarə Heyətinin sədri                                                 _______________

                                                                                                                                            (imza)

 

 

 

 


Yer təkİ İstİfadəçİlərİnİn vəzİfələrİ və məsulİyyətlə

 

Bu qaydaların tələblərinə riayət edilməsində məsuliyyət, faydalı qazıntı çıxaran müəssisənin (fiziki şəxsin), “Dağ-mədən ayırması” aktının vaxtında alınmasına və rəsmiləşdirilməsinə, faydalı qazıntı çıxaran müəssisənin rəhbərinin və yaxud cavabdeh fiziki şəxsin, faydalı qazıntı çıxaran müəssisənin tikilməsinin, yenidən qurulmasının və genişləndirilməsinin layihələndirilməsinə — layihəçinin və onun rəhbərlərinin üzərlərinə düşür.

Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri, həmçinin sahibkarlıq fəaliyyətini yerinə yetirən cavabdeh fiziki şəxslər “Dağ-mədən ayırması” statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin istifadəçisi kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və “Yerin təki haqqında” Qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar.

Yerin təkindən özbaşına istifadə edən cavabdeh vəzifəli şəxslər və sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar. [15]

Faydalı qazıntı çıxaran müəssisədə “Dağ-mədən ayırması”nı təsdiq edən aktın, “Dağ-mədən ayırması” sənədlərinin dolğun və düzgün olmasına, həmçinin “Dağ-mədən ayırması” hüdudları daxilində dağ işlərinin aparılmasında “Yerin təki haqqında” Qanuna riayət olunmasına texniki nəzarəti Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi həyata keçirir.

Faydalı qazıntı çıxarmaq üçün verilmiş “Dağ-mədən ayırması”na görə müəssisələr və fiziki şəxslər borcludurlar:

yatağın işlənməsini faydalı qazıntı çıxaran müəssisənin təsdiq olunmuş layihəsinə, dağ işlərinin inkişaf planına uyğun yerinə yetirməyə;

yataqlardan faydalı qazıntıları çıxarmaq üçün daha səmərəli effektliliyə malik üsulları və işlənmə sistemlərini tətbiq etməyə;

faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına yol verməməyə;

faydalı qazıntı yatağının kəşfiyyatardı və istismar kəşfiyyatının, markşeyder işlərinin aparılmasını, həmçinin geoloji, merkşeyder və texniki sənədlərdə baxılan işləri yerinə yetirməyə;

faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin və kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməyə;

dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan faydalı qazıntı yataqlarının korlanmasına yol verməməyə və Yerin təkində işlənməsi konservasiya olunmuş ehtiyatlarının mühafizəsini təmin etməyə;

açılış süxurlarının və istehsalat tullantılarının düzgün yerləşdirilməsini təmin etməyə;

işçilərin həyat və sağlamlığını, Yerin təkinin, ətraf təbii mühitin və digər obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən mühafizəsini təmin etməyə;

qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməyə;

faydalı qazıntıların keyfiyyətini və yatağın sənaye əhəmiyyətini aşağı sala biləcək, yaxud onun işlənməsini mürəkkəbləşdirəcək sulaşmadan, su toplanmasından qorunmasını təmin etməyə;

“Dağ-mədən ayırması” sahəsinin naturaya köçürülərək, künc nöqtələrinin yer üzərində markirovka etməyə;

Dövlətdağmədəntexnəzarət və faydalı qazıntının çıxarılmasına lisenziya və ya icazə verən orqanların icazəsi olmadan “Dağ-mədən ayırmasıərazisində binaların, qurğuların və digər obyektlərin tikilməsinə yol verməməyə; [16]

faydalı qazıntı yataqlarının işlənməsində meteoritlərin, poleontoloji, arxeoloji və digər elm və mədəniyyət üçün maraqlı olan obyektlərin aşkar edildiyi hallarda işləri dayandırmağa və marağı olan dövlət orqanlarına məlumat verməyə;

Yerin təkinin və yatağın səmərəli istifadəsinə idarədaxili nəzarəti həyata keçirməyə;

dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin ləğv və konservasiya işlərini həyata keçirməyə;

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq faydalı qazıntı yataqlarının işlənməsi nəticəsində pozulmuş torpaq sahələrinin təhlükəsiz, həmçinin gələcəkdə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsinə, Yerin təkinin istifadəçisi “Dağ-mədən ayırması” aldıqdan iki il müddətində işə başlamamışdırsa, “Dağ-mədən ayırması” aktı öz qüvvəsini itirir və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır.

Müəssisənin (fiziki şəxsin) ona verilmiş “Dağ-mədən ayırması”nı digər müəssisəyə (fiziki şəxsə) verməsi qadağandır.

Müəssisə konservasiya, yaxud ləğv olunduqdan sonra, işlərin dayandırıldığı günədək Yerin təkinin istifadə olunmuş sahəsinin markşeyder sənədlərinin əsli tələb olunan bütün məlumatlarla doldurulmuş şəkildə 10 gün müddətinə tabeçiliyində olduğu idarəyə təqdim etməlidir. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara — müəssisələrə verilməlidir.

Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq olunduqdan 30 gün müddətinə “Dağ-mədən ayırması” aktı, geoloji və markşeyder sənədlərinin surətlərini almış müəssisənin iltizamının surətilə birlikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır.

Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri və vəzifəli şəxsləri (fiziki şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar. [17]

 


 

Topoqrafik planın                                                                                                                       3 nömrəli əlavə

surətinin üzərindəki

yazıların nümunəsi

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin [18]

_______________________________il tarixli nömrəli dağ-mədən ayırması aktına əsasən

 

 

________________________________________________________________________

_________________________________________________________________yerləşən

(ərazi vahidinin adı) [19]

___________________________________________________________________________

(yatağın və faydalı qazıntının adı)

istehsalı, çıxarılması üçün________________________________________________________

____________________________________________________________________verilib.

(yer təki istifadəçisinin adı)

Ayrılmış yatağın bu planda qeyd edilmiş sərhədləri hüdudunda aşağıdakılar işlənməlidir:

 

 

 

 

Sıra N-si

Layın, damarın, linzanın, horizontun və sairənin adı

Sahə, ha

Uzunluğu

uzanması üzrə (m)

yatımı üzrə (m)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Dağ-mədən ayırması"nı təsdiq edən akt Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin reyestrində _______199 _ cu il ______N ilə qeydə alınmışdır. [20]

 

M.Y. Dövlət Mineral Xammal Ehtiyatlarından

İstifadə Agentliyinin İdarə Heyətinin sədri [21]                                     _____________

                                                                                                                                    (imza)

 

 

 


4 nömrəli əlavə

 

YATAĞIN İŞLƏNMƏSİ ÜÇÜN VERİLMİŞ “DAĞ-MƏDƏN AYIRMASI”NIN UÇOTA ALINMASI (REYESTR)

 

KİTABI

 

"Dağ-mədən ayırması"nın reyestr nömrəsi

"Dağ-mədən ayırması" aktının verilmə tarixi və müddəti

Faydalı qazıntı yatağının adı

"Dağ-mədən ayırması"nın sahəsi, ha

"Dağ-mədən ayırması" hüdudların

da çıxarılmalı olan faydalı qazıntıların adı

Faydalı qazıntı ehtiyatlarının

_______

tarixə olan DEK-nın (MEK) protokolunun nömrəsi və tarixi, miqdarı

________

Min m3 min ton

"Dağ-mədən ayırması"nın

yerləşdiyi yer (ərazi vahidi) [22]

"Dağ-mədən ayırması" alan yer təki istifadəçilərinin adı, ünvanı

"Dağ-mədən ayırması" verilərkən yer təki istifadəçilərinə verilən sənədlərin siyahısı

Müəssisənin ləğv və konservasiyası, "Dağ-mədən ayırması"nın ölçülərinin dəyişməsi səbəbi göstərilməklə onun geri alınması haqqında qeydiyyat

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: Kitab səhifələnməli, qaytanlanmalı və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən möhürlənməlidir. [23]

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 oktyabr 2000-ci il tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 765)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-cü il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116)

3.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

4.       13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

5.       28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi qaydaları»nın 1.2-ci bəndinin birinci və ikinci abzaslarında, 1.5-ci bəndinin ikinci və üçüncü abzaslarında, 1.6-cı, 3.1-ci, 3.1.2-ci, 4.1-ci bəndlərində ismin müvafiq hallarında «xüsusi razılıq (lisenziya)» və «xüsusi razılıq» sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra - Dövlətdağmədəntexnəzarət) tərəfindən verilən" sözləri çıxarılmışdır.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci bəndin birinci abzasında “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.3-cü bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

 

[4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.5-ci bəndində  "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.5-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-cü il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"nın 2.1.2-ci yarımbəndindən "və inzibati" sözləri çıxarılmışdır.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 2.1.6-cı yarımbəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

 

[7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.1-ci bəndində "Dövlətdağmədəntexnəzarət Komitəsi sədrinin" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin" sözləriilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.1-ci bəndin birinci abzasında “Ekologiya və Təbii Sərvətlər nazirinin adına” sözləri “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[8] 28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.1.2-ci yarımbəndi ləğv edilmişdir.

 

[9] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.1.3-cü yarımbəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

 

[10] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.3-cü bəndində "Dövlətdağmədəntexnəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.3-cü bəndində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə əvəzedilmişdir.

 

[11] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.4-cü bəndində "Dövlətdağmədəntexnəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.4-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində” sözləri “Agentlikdə” sözü ilə əvəz edilmişdir.

 

[12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 2 nömrəli əlavəsində "Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (Dövlətdağmədəntexnəzarət)" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 2 nömrəli əlavənin adında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[13] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-cü il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"nın 2 nömrəli əlavəsində "inzibati ərazinin adı" sözləri "ərazi vahidinin adı" sözləri ilə əvəz edilmişdir.

 

[14] 28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 2 nömrəli əlavənin mətndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə və hər iki halda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[15] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 oktyabr 2000-ci il tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 765) ilə "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"na 2 nömrəli əlavədə "Qanunlarına uyğun olaraq cinayət, inzibati və yaxud digər məsuliyyətləri daşıyırlar" sözləri "qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar" sözləri ilə əvəz edilmişdir.

 

[16] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə 2 nömrəli əlavəsinin  «Yer təki istifadəçilərinin vəzifələri və məsuliyyətləri» nin on yeddinci abzasında «lisenziya» sözündən sonra «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[17] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 oktyabr 2000-ci il tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 765) ilə "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"na 2 nömrəli əlavədə "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsi"nə uyğun olaraq cinayət, inzibati və digər məsuliyyətləri daşıyırlar" sözləri isə "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar" sözləri ilə əvəz edilmişdir.

 

[18] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3 nömrəli əlavəsində "Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (Dövlətdağmədəntexnəzarət)" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3 nömrəli əlavənin adında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[19] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-cü il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"nın 3 nömrəli əlavəsində "inzibati ərazinin adı" sözləri "ərazi vahidinin adı" sözləri ilə əvəz edilmişdir.

 

[20] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 2 və 3 nömrəli əlavələrində "Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi" sözləri ("Yer təki istifadəçilərinin vəzifələri və məsuliyyətləri"nin dördüncü abzası istisna olmaqla) "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3 nömrəli əlavənin mətndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[21] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 2 və 3 nömrəli əlavələrində "Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsinin sədri" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözləri ilə ilə əvəz edilmişdir.

 

[22] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-cü il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"nın 4 nömrəli əlavəsində "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilmişdir.

 

[23] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 4 nömrəli əlavəsinin qeyd hissəsində "Dövlətdağmədəntexnəzarət Komitəsinin müvafiq müfəttişliyi" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 4 nömrəli əlavənin “Qeyd”ində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status