AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.03.1999
QEYDİYYAT NÖMRƏSİ
40
ADI
Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1999, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 196)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 15 mart 1999-cu il

      № 40

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında

 

NÜMUNƏVİ ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına aşağıda qeyd edilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir:

1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; [1]

2) tramvaylara və trolleybuslara — yerli icra hakimiyyəti orqanları;

3) hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; [2]

4) texnoloji nəqliyyat vasitələrinə, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; [3]

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi; [4]

6) Azərbaycan Ordusunun və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. [5]

7) Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələrinə — aidiyyəti üzrə həmin dövlət orqanları.

1.2. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Əsasnamənin 1.4-cü bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır. [6]

1.3. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır:

nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;

nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;

nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaq;

dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək. [7]

1.4. Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə aşağıdakı qaydada həyata keçirilir: [8]

1) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə — ildə bir dəfə;

2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla):

istehsal olunduqları vaxtdan dörd il keçdikdə — iki ildə bir dəfə; [9]

istehsal olunduqları vaxtdan on il keçdikdə — ildə bir dəfə.

Qeyd. Bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra növbəti il ərzində nəqliyyat vasitələri bu Əsasnamənin 1.1-ci bəndində göstərilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi üçün təqdim edilməlidir. [10]

Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

1.5. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:

1) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri — istehsal olunduğu vaxtdan bir il müddətində;

2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla) — istehsal olunduğu vaxtdan dörd il müddətində;

Qeyd. Nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlərin qurtardığı il də daxil olmaqla, dövlət texniki baxışına cəlb olunmurlar. [11]

1.6. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə və vergilər yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər. [12]

 

2. Dövlət texniki baxışının təşkili üzrə tədbirlər

 

2.1. Texniki baxışı keçirən orqan hüquqi şəxslərin təklifini nəzərə almaqla, hər il yanvar ayının 1-dək ərazi üzrə mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi barədə ümumi cədvəl tərtib edir. Həmin cədvəldə hüquqi şəxsin adı, nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilmə yeri, təqdim olunan günü qeyd edilir və onun surəti tabeçilik aidiyyəti üzrə yuxarı təşkilata göndərilir. [13]

2.2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilir.

2.3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilir. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçiriləcəyi yer (texniki nəzarət məntəqəsi, müayinə mərkəzi, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üçün lazımi şəraiti olan qarajlar, müəssisələr və s. ərazilər) texniki baxışı keçirən orqan tərəfindən müəyyən edilir. [14]

2.4. Dövlət texniki baxışı müəssisələrdə keçirilərkən müəssisə rəhbərliyinin razılığı ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasına həmin müəssisənin vəzifəli şəxsləri və mühəndis-texniki işçiləri də cəlb edilməlidir.

2.5. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir. [15]

 

3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunma qaydaları

 

3.1. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur. [16]

3.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə); [17]

4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədlər; [18]

5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi. [19]

Yuxarıda qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

3.2-1. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki baxışın keçirilməsi vaxtı və tarixi barədə məlumat verilir.

3.2-2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində texniki baxışın keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət texniki baxışını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət texniki baxışını keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir. [20]

3.3. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə) bu Qaydaların 3.1-ci bəndində müəyyən edilmiş müddət ərzində onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir. Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı 1.1-ci bəndində qeyd olunan orqanların təlimatlarına müvafiq qaydada qadağan edilir. [21]

 

4. Dövlət texniki baxışının keçirilmə qaydaları

 

4.1. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır. [22]

4.2. Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrini qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluq, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta nömrələrin vurulması halları aşkar edildikdə, sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir.

4.3. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcudluğu, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır.

4.4. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti əsas nəqliyyat vasitəsinə (dartqıya) qoşulmuş vəziyyətdə yoxlanır.

4.5. Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda, təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan, mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır.

4.6. Bu Əsasnamənin 1.4-cü bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. [23]

4.6-1. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur. [24]

4.6-2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

4.6-3. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.”

4.7. Dövlət texniki baxışı həyata keçirən orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonların forması və hesabatı bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir. [25]

4.8. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları (sahələri) tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir stansiyalarında (sahələrində) aparırlar. [26]

4.9. Nəqliyyat vasitələrinin texniki baxışı iş günü ərzində fasiləsiz olaraq keçirilir. [27]

 

5. Dövlət texniki baxışına hazırlıq və onun keçirilməsinə nəzarət

 

5.1. Nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinə nəzarət bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulan orqanlar tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

nəqliyyat vasitələrinin dövlət texniki baxışın keçirilməsi müddətinə və qaydalarına riayət olunmasının yoxlanması;

dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələrinin texniki vəziyyətinin və qeydiyyat məlumatlarının müəyyən edilmiş tələblərə uyğunluğunun seçmə yolu ilə (müəssisənin ərazisində, nəqliyyat vasitələri xəttə çıxarkən, qayıdarkən, həmçinin istismar prosesində) yoxlanması;

nəqliyyat vasitələrinə dövlət texniki baxışın nəticələri haqqında təsdiq edilmiş məlumatların müvafiq orqanların kartotekalarında uçotu aparılan nəqliyyat vasitələrinin sayı və qeydiyyat məlumatları ilə tutuşdurulması.

 

6. Dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi

 

6.1. Nəqliyyat vasitələrinə keçirilən dövlət texniki baxışın nəticələrinə görə hüquqi şəxslər tərəfindən dövlət texniki baxışı keçirən orqanın təsdiq etdiyi müvafiq akt blankları doldurulur və tələb olunan digər sənədlərlə birlikdə (nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd və s.) həmin orqana təqdim edilir. [28]

6.2. Texniki baxışın yekun hesabatı 1.1 bəndində göstərilən orqanlar tərəfindən respublika üzrə ümumiləşdirildikdən sonra 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti və Dövlət Statistika Komitəsinə təqdim edilir.

6.3. Texniki baxışın nəticəsinə görə nəqliyyat vasitələrinin texniki vəziyyəti rayonlar, şəhərlər üzrə təhlil olunaraq təsərrüfatlarda nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi, onların yararsız vəziyyətinin və baxışdan keçirilməməsinin səbəbləri araşdırılır, təhlil əsasında aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

 

7. Məsuliyyət

 

7.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli Əlavəsi ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [29]

7.2. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur. [30]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 oktyabr 2001-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3.       20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386)

4.       2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

5.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

6.       13 fevral 2008-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125)

7.       12 avqust 2008-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 782)

8.       20 may 2011-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 455)

9.       11 may 2012-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 487)

10.    6 iyul 2012-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2012-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 776)

11.    12 sentyabr 2012-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 921)

12.    29 may 2013-cü il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 575)

13.    21 avqust 2013-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1021)

14.    19 noyabr 2013-cü il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1462)

15.    30 mart 2015-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 aprel 2015-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 463)

16.    3 aprel 2015-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 aprel 2015-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 467)

17.    15 fevral 2016-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 386)

18.    15 aprel 2016-cı il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 810)

19.    10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

20.    21 aprel 2017-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 645)

21.    8 may 2018-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1119)

22.    16 oktyabr 2018-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2166)

23.    18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175)

24.    19 noyabr 2018-ci il tarixli 492 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2018-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2442)

25.    17 iyul 2021-ci il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinin 1-ci yarımbənddən “və digər birləşmələrdən” sözləri çıxarılmışdır.

 

[2] 12 avqust 2008-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 782) ilə 3-cü yarımbənddə "ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrinə (traktorlara), kənd təsərrüfatında istifadə olunan və" sözləri "traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən" sözləri ilə əvəz edilmişdir.

15 fevral 2016-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 386) ilə 3-cü yarımbənddə “digər” sözü “, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilmişdir.

 

[3] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinin 4-cü yarımbəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

12 avqust 2008-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 782) ilə 4-cü yarımbənddə "nəqliyyat vasitələrinə" sözlərindən sonra ", həmçinin bu bəndin 3) yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə" sözləri əlavə edilmişdir.

15 fevral 2016-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 386) ilə 4-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə, həmçinin bu bəndin 3) yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi;

 

[4] 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinin 5-ci yarımbəndində “Gənclər, İdman və Turizm” sözləri “Gənclər və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[5] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinin 6-cı yarımbənddə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.2-ci bəndin ikinci cümləsinə “nasaz olan” sözlərindən sonra “bu Əsasnamənin 1.4-cü bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş” sözləri əlavə edilmişdir.

 

[7] 20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386) iləNəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasında “toplanan haqların” sözləri tutulan dövlət rüsumlarının” sözləri ilə əvəz edilmişdir.

 

29 may 2013-cü il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 575) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.3-cü bəndin beşinci abzasında “qəbzlərin, yaxud ödəniş sənədlərinin” sözləri “sənədlərin” sözü ilə əvəz edilmişdir.

 

21 avqust 2013-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1021) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.3-cü bəndin beşinci abzasında “vergilərin və dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar tutulan dövlət rüsumlarının ödənilməsi barədə qəbzlərin, yaxud ödəniş sənədlərinin” sözləri “dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə qəbzlərin” sözləri ilə əvəz edilmişdir.

19 noyabr 2013-cü il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1462) ilə 1.3-cü bəndin beşinci abzasında və 3.2-ci bəndin 4-cü hissəsində ismin müvafiq hallarında verilmiş “qəbzlər” sözü ismin müvafiq hallarında “sənədlər” sözü ilə əvəz edilmişdir.

30 mart 2015-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 aprel 2015-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 463) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.3-cü bəndin beşinci abzasından və 3.2-ci bəndin 4-cü yarımbəndindən “və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin” sözləri çıxarılmışdır.

19 noyabr 2018-ci il tarixli 492 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2018-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2442) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasına “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilmişdir.

 

[8] 21 avqust 2013-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1021) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.4-cü və 1.5-ci bəndlər yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.4. Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqulara (yarımqoşqulara) dövlət texniki baxışı bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən ildə 1 dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə həyata keçirilir.

1.5. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur. Dövlət qeydiyyatına alınan zaman həmin nəqliyyat vasitələrinə dövlət texniki baxış talonu verilir.

 

18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.4-cü bəndin birinci abzasından “yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə” sözləri çıxarılmışdır.

 

[9] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.2-ci bəndin 3-cü və 4-cü yarımbəndlər müvafiq olaraq 2-ci yarımbəndin ikinci və üçüncü abzasları hesab edilmişdir.

 

[10] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.2-ci bəndin “Qeyd” hissəsində “hissələrində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[11] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.5-ci bəndin “Qeyd” hissəsində “hissələrində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilmişdir.

 

[12] 11 may 2012-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 487) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə yeni məzmunda 1.6-cı bənd əlavə edilmişdir.

29 may 2013-cü il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 575) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də 1.6-cı bəndə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilmişdir.

30 mart 2015-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 aprel 2015-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 463) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.6-cı bənddən “və vergilər” sözləri çıxarılmışdır.

8 may 2018-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1119) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.6-cı bəndinə “dövlət rüsumu” sözlərindən sonra “, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə” sözləri əlavə edilmişdir.

17 iyul 2021-ci il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.6-cı, 2.5-ci və 4.1-ci bəndlərində “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilmişdir.

 

[13] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 2.1-ci bəndi ləğv edilmişdir.

 

[14] 11 may 2012-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 487) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də 2.3-cü bəndin mətni həmin bəndin ikinci cümləsi hesab edilmişdir və yeni məzmunda birinci cümlə əlavə edilmişdir.

 

[15] 8 may 2018-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1119) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

 

[16] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.1-ci bəndindən “texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq” sözləri çıxarılmışdır.

 

[17] 15 aprel 2016-cı il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 810) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndinin 3-cü yarımbəndindən, 4.6-cı bəndinin ikinci abzasından, 4.8-ci bəndinin ikinci cümləsindən və 7.2-ci bəndindən “təminatlı” sözü çıxarılmışdır.

 

18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndin 3-cü yarımbəndi ləğv edilmişdir.

 

[18] 13 fevral 2008-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndinin “4)” yarımbəndində “və yaxud ödənclərin” sözləri çıxarılmışdır.

6 iyul 2012-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2012-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 776) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndinin 4-cü yarımbəndində “rüsumun və ya verginin” sözləri “dövlət rüsumunun və yol vergisinin” sözləri ilə əvəz edilmişdir.

29 may 2013-cü il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 575) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də 3.2-ci bəndin 4-cü hissəsində “qəbzlər” sözü “sənədlər” sözü ilə əvəz edilmişdir.

21 avqust 2013-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1021) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndin 4-cü hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş dövlət rüsumunun və yol vergisinin və yaxud ödənclərin ödənilməsi barədə sənədlər;

 

[19] 20 may 2011-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 454) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"nin 3.2-ci bəndinin 4-cü abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə 5-ci abzas əlavə edilmişdir.

 

3 aprel 2015-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 aprel 2015-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 467) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndinin 5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

5) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.

 

[20] 11 may 2012-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 487) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə yeni məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilmişdir.

 

[21] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.3-cü bəndin birinci cümləsindən “bu Qaydaların 3.1-ci bəndində müəyyən edilmiş müddət ərzində” sözləri, ikinci cümləsindən “və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı 1.1-ci bəndində qeyd olunan orqanların təlimatlarına müvafiq qaydada qadağan edilir” sözləri çıxarılmışdır.

 

[22] 8 may 2018-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1119) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 4.1-ci bəndinə “keçirilməsi” sözündən sonra “həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra” sözləri əlavə edilmişdir.

 

[23] 11 may 2012-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 487) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də 4.6-cı bəndin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 4.6-cı bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.6. Bu Əsasnamənin 1.2 bəndinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir. Bu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə ilə müəyyən olunmuş nasazlıqlar dəqiq göstərilərək (normalar, dərəcələr və s.) iki nüsxədə akt tərtib olunur, aktın bir nüsxəsi bu Əsasnamənin 3.2-ci bəndində göstərilən səlahiyyətli şəxsə təqdim edilir.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir.

 

[24] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nə yeni məzmunda 4.6-1-4.6-3-cü bəndlər əlavə edilmişdir.

 

[25] 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 4.7-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.7. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə texniki baxışı keçirən orqan tərəfindən texniki baxış talonu verilir və həmin orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonun forması, tətbiq olunma qaydaları və hesabatı 1.1 bəndində nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir.

 

[26] 21 aprel 2017-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 645) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 4.8-ci bəndinin birinci cümləsinə “stansiyaları” sözündən sonra “(sahələri)” sözü əlavə edilmişdir və həmin bəndin ikinci cümləsində “sahələrində” sözü “stansiyalarında (sahələrində)” sözləri ilə əvəz edilmişdir.

 

[27] 11 may 2012-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 487) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə 4.9-cu bənd əlavə edilmişdir.

 

[28] 20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 6.1-ci bəndində "ilə əlaqədar toplanan vergilər, xidmət haqlan" sözləri "üçün dövlət rüsumunun tutulması barədə qəbz" sözləri ilə əvəz edilmişdir.

 

29 may 2013-cü il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 575) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də 6.1-ci bənddə “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.

21 avqust 2013-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1021) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 6.1-ci bənddə “dövlət texniki baxışının keçirilməsi üçün dövlət rüsumunun tutulması barədə qəbz” sözləri “dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz” sözləri ilə əvəz edilmişdir.

19 noyabr 2013-cü il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1462) ilə 6.1-ci bənddə “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.

 

[29] 12 sentyabr 2012-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 921) ilə Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"nin 7.1-ci bəndində "texniki baxışdan keçirməməyə" sözləri "texniki baxışdan keçirmədən idarə etməyə" sözləri ilə əvəz edilmişdir.

 

[30] 12 sentyabr 2012-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 921) ilə Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"nin 7.1-ci bəndə yeni məzmunda "Qeyd" əlavə edilmişdir.

16 oktyabr 2018-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2166) ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 7.1-ci bəndinin “Qeyd”ində “10 (on)” rəqəm və sözü “20 (iyirmi)” rəqəm və sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status