AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.07.1999
QEYDİYYAT NÖMRƏSİ
169
ADI
Dövlət gənclər siyasəti haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1999, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 431)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət gənclər siyasəti haqqında

Dövlət gənclər siyasəti haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan gənclərinin təşkilatlanaraq ümummilli problemlərin həlli uğrunda mübarizəyə başlaması XIX əsrin sonlarına təsadüf edir. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi proseslər Azərbaycanda gənclər hərəkatının ümumi strategiyası və ideologiyasının formalaşmasına təkan verərək gəncliyin həyatında dərin iz buraxmışdır. Bununla yanaşı o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətin, mədəni və ictimai-siyasi mühitin də Azərbaycan gənclərinə güclü təsiri olmuşdur. Azərbaycanda təşəkkül tapmış yeni tipli məktəb, demokratik mətbuat və dünyəvi teatr gənclərin milli-siyasi şüurunun inkişafında müstəsna rol oynamışdır. Avropada və Rusiyada təhsil almış azərbaycanlı gənclərin mədəni və ictimai-siyasi həyatda böyük fəallığı da həmin dövrün səciyyəvi cəhətlərindəndir.

Hələ 1902-ci ildə "Müsəlman gənclik təşkilatı" ətrafında birləşən Azərbaycan gəncliyi sonralar

Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olmaqla mövcud geosiyasi məkanın tələbləri çərçivəsində fəaliyyət göstərərək böyük inkişaf yolu keçmişdir. Azərbaycan gəncləri XX əsrin əvvəllərində başlanmış və 1918-ci ildə Azərbaycan xalq Cümhuriyyətinin yaranması ilə nəticələnmiş milli-azadlıq hərəkatının aparıcı qüvvələrindən olmuşdur.

XX əsrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyətdə əldə edilmiş uğurlarda gənclərin böyük əməyi olmuşdur. Böyük yazıçı və dramaturqumuz Cəfər Cabbarlı öz ilk pyesini 16-17 yaşlarında yazmışdır. 29 yaşında siyasi repressiya qurbanı olmuş Mikayıl Müşfiq Azərbaycan poeziyasının ən görkəmli simalarından biri kimi tanınmışdır. Səməd Vurğun və Süleyman Rüstəmin hələ gənclik illərində yaratdıqları poetik nümunələr Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyov 23 yaşında yaratdığı "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsasını qoymuşdur. Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və sair kimi bir sıra yeni janrların ilk nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur. Görkəmli bəstəkar Qara Qarayev də bu gün sevə-sevə dinlədiyimiz ilk simfonik əsərlərini məhz 20-25 yaşlarında yazmışdır. Onun öz həmyaşıdı Cövdət Hacıyevlə birlikdə 27 yaşında yazdığı "Vətən" operası Azərbaycanda ilk SSRİ Dövlət Mükafatına layiq görülmüş əsərlərdəndir.

Yetmiş ilə yaxın bir müddətdə Ümumittifaq komsomol təşkilatının tərkib hissəsi olan Azərbaycan gənclər təşkilatı cəmiyyətimizin həyatında fəal rol oynamışdır.

Azərbaycan gəncləri 1941-1945-ci illər müharibəsində böyük qəhrəmanlıq və şücaət nümayiş etdirmişlər. Alman faşizminə qarşı mübarizədə Azərbaycandan 130 gənc Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Onlardan iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun, qvardiya polkovniki Adil Quliyevin, qvardiya serjantı Gəray Əsədovun, məşhur partizan Mehdi Hüseynzadənin, sonralar "iki cəbhənin qəhrəmanı" adı ilə tanınmış akademik Ziya Bünyadovun və başqalarının döyüş rəşadəti bugünkü gənclərimiz üçün əsl qəhrəmanlıq nümunəsidir.

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsində gənclərin böyük xidməti olmuşdur. Sovet imperiyasına qarşı mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olmuşdur. 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı hadisələrin qurbanları - ilk azadlıq şəhidləri də əsasən gənclər oldular.

1991-1993-cü illərdə respublikada gənclərin müxtəlif təşkilatları meydana çıxmağa başladı. O zaman respublikada hökm sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, populizm meylləri özünü büruzə verdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına düşdü. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı.

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlamışdır. Məhz buna görə də üzümüzə gələn yeni əsrdə xalqımızın problemlərini müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan respublikası prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Respublika prezidentinin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi.

1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün əlamətdar oldu. Mart ayının 2-3-də Azərbaycan gənclərinin ikinci forumu keçirildi. O, birinci forumdan keçən üç il ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri müəyyən etdi, respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi.

Bununla yanaşı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlər mövcuddur. Uşaq və gənclərlə işləyən kadrların hazırlanması, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsi günün vacib məsələlərindəndir. Ayrı-ayrı dövlət hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmalıdır. Gənclərin daha geniş təbəqələrinin dövlət idarəetmə işlərinə cəlb olunması sahəsində əlavə tədbirlərin görülməsinə və bunun üçün lazımi maliyyə vəsaitinin ayrılmasına ehtiyac vardır. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemləri həll etmək, onları yeni dövrün tələblərinə uyğun hazırlamaq kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsini təmin etmək və dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərin həllinə yönəltmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilsin.

2. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılsın.

3. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzinin əsasnaməsini bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dövlət gənclər siyasətinin həyata keçirilməsinin gedişi haqqında hər təqvim ilinin sonunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına arayış təqdim etsin. [1]

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin və dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının yerinə yetirilməsinə nəzarət etsin.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 29 iyul 1999-cu il

                  № 169

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı ilə

TƏSDİQ OLUNMUŞDUR

 

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI [2]

 

I. Respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına dair

 

 

N

Tədbirin adı

İcraçı təşkilatlar

İcra müddəti

1

2

3

4

1

Dövlət idarəetmə orqanlarında gənclərin məsul işlərə cəlb olunmasını təşkil etmək

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları [3]

müntəzəm

2

Bələdiyyə seçkilərində gənclərin daha geniş təbəqələrinin iştirakını təmin etmək

Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları

1999

3

Dövlət gənclər siyasətinin ən mühüm məsələləri üzrə təkliflər hazırlamaq və gənclərlə işin vəziyyəti haqqında Azərbaycan Respublikasının Prezidentinə müntəzəm məlumat vermək üçün məşvərət orqanı kimi gənclərlə iş üzrə şuranın yaradılması

Gənclər, İdman və Turizm Nazirliyi

1999

4

Gənclər təşkilatlarının proqram və layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi layihələrində vəsaitlər ayrılmasının nəzərdə tutulması

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi

müntəzəm

5

Gənclər Təşkilatları Milli Şurasının, Respublika Uşaq Təşkilatının, Azərbaycan Skaut Assosiasiyasının daimi qərargahla təmin olunması

Bakı Şəhər İcra Hakimiyyəti

1999-2001

6

"Gənclər Sarayı" layihəsinin və binanın tikilməsi ilə əlaqədar təkliflərin hazırlanması

Nazirlər Kabineti, Gənclər İdman və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti

1999-2001

7

Gənclər, İdman və Turizm Nazirliyinin mətbu orqanlarının dövlət büdcəsindən qismən maliyyələşdirilməsi

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Gənclər, və İdman Nazirliyi [4]

müntəzəm

8

Dövlət kütləvi informasiya vasitələrində gənclərin müntəzəm olaraq çıxış etməsi, öz yaradıcılıq potensiallarını gerçəkləşdirməsi üçün şəraitin yaradılması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti [5]

müntəzəm

9

Dövlət orqanları rəhbərlərinin gənclərlə vaxtaşırı görüşlərinin təşkil olunması

Müvafiq dövlət orqanları

müntəzəm

10

Yeniyetmələr və gənclər arasında cinayətkarlıq və narkomaniyaya qarşı profilaktik tədbirlərin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi

müntəzəm

11

Yeniyetmələr və gənclər arasında hüquqi maarifçiliyi təkmilləşdirmək üçün lazımi tədbirlərin hazırlanıb həyata keçirilməsi

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Respublika Prokurorluğu [6]

müntəzəm

II. Elm və təhsil sahəsində

1

Gənclərlə işləyən kadrlar hazırlamaq və onların ixtisasını artırmaq. gənclərin problemlərini öyrənmək, gənclər hərəkatında baş verən prosesləri təhlil etmək məqsədi ilə ali məktəblərin tədris proqramlarında müvafiq ixtisasların təmin olunması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999

2

İstedadlı şagird və tələbələrin üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması

Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999-2000

3

Elmi tədqiqat müəssisələrində xüsusi nailiyyətlər əldə etmiş gənc alim və tədqiqatçılar üçün mükafat və təqaüdlərin təsis edilməsi

Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi [7]

müntəzəm

4

Beynəlxalq müsabiqələrdə, elmi konfranslarda istedadlı şagird və tələbələrin iştirakını təmin etmək üçün tədbirlərin görülməsi

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi [8]

müntəzəm

5

Ali məktəblərin və elmi tədqiqat müəssisələrinin laboratoriyalarını müasir avadanlıqlarla təchiz etmək üçün beynəlxalq fondların və proqramların imkanlarından geniş istifadə edilməsi

Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

müntəzəm

III. Ordu quruculuğu və hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində

1

Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı dövlət proqramının hazırlanıb həyata keçirilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1999

2

Təhsil müəssisələrində hərbi hazırlıq fənninin tədrisi səviyyəsini yüksəltmək üçün Azərbaycan dilində yeni dərsliklərin və əyani vəsaitlərin nəşr olunması

Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999-2000

3

Orta məktəblərin hərbi hazırlıq dərslərinin maddi-texniki bazasının möhkəmləndirilməsi

Müdafiə Nazirliyi, Təhsil Nazirliyi

1999-2000

4

Ümumtəhsil məktəblərində zabitlik peşəsinin təbliği və şagirdlərin ali hərbi məktəblərə seçilib göndərilməsi işinin təşkili

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi [9]

müntəzəm

5

Respublikanın şəhər və rayonlarında hərbi-texniki dəməklərin yaradılması və ya mövcud dərnəklərin işinin gücləndirilməsi

Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999-2000

 

IV. İqtisadiyyat sahəsində

1

İstedadlı gənclərin müasir peşə və ixtisaslar üzrə inkişaf etmiş ölkələrdə təhsil almalarına, istehsalat təcrübəsi keçmələrinə şərait yaratmaq

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

müntəzəm

2

Gənc fermer və sahibkarlara dövlət tərəfindən güzəştli kredit, məqsədli dotasiya və subsidiyaların ayrılması barədə təkliflərin hazırlanması

Nazirlər kabineti

1999-2000

3

İxtisaslı kadrların işlə təmin olunması məqsədi ilə dövlət və qeyri-dövlət qurumlan tərəfindən ali məktəblərdə müsabiqələrin keçirilməsi

Təhsil Nazirliyi

müntəzəm [10]

V. Gənclərin sosial problemlərinin həlli sahəsində

1

Gənclər üçün Kompleks Məşğulluq Proqramının işlənib hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

1999-2000

2

Qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə yeni iş yerlərinin yaradılması, həmin iş yerlərinə xüsusən gənclərin cəlb olunması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2000

3

Özəlləşdirilən müəssisə və təşkilatlardan azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi

müntəzəm

4

Çadır şəhərciklərində, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları digər yaşayış məntəqələrində təhsillə bağlı xüsusi proqramların həyata keçirilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

müntəzəm

5

Şəhid ailələrindən olan, qaçqın və məcburi köçkün tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

1999

6

Çadır şəhərciklərində, eləcə də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı məntəqələrdə abituriyentlər üçün pulsuz test hazırlıq kurslarının təşkili

Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi [11]

müntəzəm

7

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş gənclərin sosial, iqtisadi, hüquqi müdafiəsinin gücləndirilməsi üçün məqsədyönlü proqramların həyata keçirilməsi

Müdafiə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999

8

İşğal olunmuş rayonların gənclər və idman idarələrinə əlavə ştat vahidlərinin verilməsi

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999

9

Əlilliyi olan gənclərin, xüsusilə torpaqlarımızın müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilənlərin pulsuz minik maşınları və mənzillərlə təmin olunması üçün əlavə tədbirlərin görülməsi [12]

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

müntəzəm

10

Müharibə iştirakçısı olan xəstə əlilliyi olan gənclərin psixoloji reabilitasiya və sağlamlıq mərkəzlərinin yaradılması [13]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

1999-2000

11

“Əlillərin Yaradıcılıq Evi”nin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi

1999

12

Azərbaycandan kənarda təhsil almış gənc mütəxəssislər üçün Yeni Yasamal yaşayış massivində inşa olunan 135 mənzilli binanın tikintisinin başa çatdırılması

Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti

2000

13

"Gənc ailəyə yardım" xüsusi proqramının həyata keçirilməsi

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Bank [14]

müntəzəm

14

İnvestisiyalardan gənclər arasında işsizliyin ləğv edilməsi üçün məqsədyönlü istifadə olunması

Nazirlər Kabineti

müntəzəm

VI. Uşaq və yeniyetmələrin problemlərinin həlli sahəsində

1

Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması məqsədi ilə Dövlət Proqramının hazırlanıb qəbul edilməsi

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi

1999

2

Gənclər və İdman Nazirliyinin mərkəzi aparatında Uşaqlarla İş üzrə İdarənin yaradılması

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999

3

Dövlət mülkiyyətində olan keçmiş pioner düşərgələrinin bazasında vahid '' Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi"nin yaradılması

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi

1999

4

Yaradıcılıq və inkişaf mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, onların nəzdində müxtəlif mədəni, elmi-texniki dərnəklərin təşkil edilməsi və ya mövcud dərnəklərin işinin canlandırılması [15]

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi [16]

müntəzəm

5

Uşaq və yeniyetmələr üzrə beynəlxalq standartlara uyğun statistika sisteminin hazırlanması

Dövlət Statistika Komitəsi

1999

VII. Mədəniyyət sahəsində

1

İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən xüsusi dövlət proqramının hazırlanması

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi

1999

2

Mədəniyyət sahəsində yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması üçün müvafiq təkliflərin hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim olunması

Nazirlər Kabineti, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi [17]

müntəzəm

3

Dövlət Televiziya kanallarında mədəniyyət sahəsində istedadlı gənclərin fəaliyyətinin geniş işıqlandırılması

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti [18]

müntəzəm

4

Orta ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkar edilməsi və onların inkişaf etmələri üçün müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi

Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi [19]

müntəzəm

5

Mədəniyyət sahəsində uğurlar qazanmış gənclərin beynəlxalq tədbirlərdə iştirakına şərait yaratmaq

Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi

müntəzəm

6

Gənc və peşəkar kulinarların olimpiadalarının müntəzəm keçirilməsi

Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Kulinariya Mərkəzi [20]

müntəzəm

VIII. Bədən tərbiyəsi və idman sahəsində

1

Gənclərin Vətənin müdafiəsinə hazırlanması məqsədi ilə müvafiq idman növlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi

Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri

müntəzəm

2

Azərbaycan idmançılarının yüksək səviyyədə hazırlığını təmin etmək məqsədi ilə Gənclər, İdman və Turizm Nazirliyi nəzdində Respublika İdman Tibb Mərkəzinin yaradılması

Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

1999

3

Dənizkənarı Milli Parkın bərpası və yenidən qurulması baş planını hazırlayarkən ərazidə müvafiq idman qurğularının yaradılmasının nəzərdə tutulması (şahmat klubu, su idman növləri bazası və s.)

Bakı Şəhər İcra Hakimiyyəti

1999-2000

4

Gəncə, Lənkəran, Yevlax şəhərlərində və Şəmkir rayonunda fəaliyyət göstərən idman məktəblərinə məxsus idman qurğularının bərpası

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri

1999

5

Respublikada fəaliyyət göstərən bədən tərbiyəsi və idman qurğularının tikintisi, istismarı və icarəyə verilməsi ilə bağlı təkliflərin hazırlanması

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Əmlak Komitəsi

1999

IX. Gənclərin beynəlxalq əməkdaşlığı sahəsində

1

Beynəlxalq tədbirlərdə iştirak etmək üçün xarici dövlətlərə səfərə gedən gənclərə “Azərbaycan Hava Yolları” QSC məxsus olan təyyarələrə biletlərin güzəştli qiymətlərlə satılması [21]

“Azərbaycan Hava Yolları” QSC

müntəzəm

2

Beynəlxalq əlaqələr qurmuş gənclər təşkilatları nümayəndələrinin diplomatiyanın əsaslarına yiyələnmələri üçün xüsusi kursların təşkili

Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi [22]

ildə iki dəfə

3

Beynəlxalq gənclər təşkilatları və fondlarının Bakıda nümayəndəliklərinin açılmasına şəraitin yaradılması

Gənclər və İdman, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

müntəzəm

4

Gənclər təşkilatlan fəallarının xarici ölkələrdə təhsil alması, təcrübə və ixtisasartırma kurslarına göndərilməsi üçün şəraitin yaradılması

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

müntəzəm

5

Bakıda Dünya Azərbaycanlı Gənclərinin Konqresinin keçirilməsinə dair təkliflərin hazırlanması

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi

2000

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459)

2.       22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)

3.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

4.       16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802)

5.       1 mart 2019-cu il tarixli 565 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 mart 2019-cu il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 406)

6.       1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397)

7.       14 avqust 2020-ci il tarixli 1134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1037)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459) ilə 2-4-cü bəndlərdə "Gənclər və İdman" sözləri "Gənclər, İdman və Turizm" sözləri ilə əvəz edilmişdir.

1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə 4-cü hissədə “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilmişdir.

 

[2] 4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459) ilə "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı"nda "Gənclər və İdman" sözləri "Gənclər, İdman və Turizm" sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın I bölmənin 1-ci, 4-cü və 10-cu hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın I bölmənin 7-ci hissənin “Tədbirin adı” sütununda və “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[5] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın I bölmənin 8-ci hissənin “İcraçı təşkilatlar” sütununda “Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Teleradio Verilişləri Şirkəti” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın I bölmənin 11-ci hissənin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm Nazirliyi, Mətbuat və İnformasiya” sözləri “və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[7] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın II bölmənin 3-cü hissənin “Tədbirin adı” sütununda “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə və “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[8] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın II bölmənin 4-cü və 5-ci hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[9] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın III bölmənin 4-cü hissəsinin, IV və VIII bölmələrin 1-ci hissələrinin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın V bölmənin 3-cü hissəsi ləğv edilmişdir.

 

[11] 16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın V bölməsinin 6-cı hissəsinin “İcraçı təşkilatlar” sütununda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 14 avqust 2020-ci il tarixli 1134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1037) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın 9-cu hissəsinin “Tədbirin adı” sütununda “Gənc əlillərin” sözləri “Əlilliyi olan gənclərin” sözləri ilə və “zamanı əlil olanların” sözləri “ilə əlaqədar əlilliyi müəyyən edilənlərin” sözləri ilə əvəz edilmişdir.

 

[13] 14 avqust 2020-ci il tarixli 1134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1037) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın 10-cu hissəsinin “Tədbirin adı” sütununda “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

 

[14] 22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə V bölmədə 13-cü bənddə «İcraçı təşkilatlar» sütununda «Gənclər, İdman və Turizm Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi» sözləri «Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.

 

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı"nın V bölməsinin 13-cü bəndinin "İcraçı təşkilatlar" sütununda "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[15] 1 mart 2019-cu il tarixli 565 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 mart 2019-cu il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 406) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın VI bölməsinin 4-cü hissəsinin “Tədbirin adı” sütununda “Uşaq yaradıcılıq” sözləri “Yaradıcılıq və inkişaf” sözləri ilə əvəz edilmişdir.

 

[16] 22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə VI bölmədə 4-cü bənddə «İcraçı təşkilatlar» sütununda «Gənclər, İdman və Turizm Nazirliyi» sözləri «Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.

 

[17] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın VII bölməsinin 2-ci, 5-ci və 6-cı hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[18] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın VII bölməsinin 3-cü hissənin “İcraçı təşkilatlar” sütununda “Dövlət Teleradio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[19] 22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə VII bölmədə 4-cü bənddə «İcraçı təşkilatlar» sütununda «Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi» sözləri «Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.

1 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın VII bölməsinin 4-cü hissədən “və Turizm” sözləri çıxarılmışdır.

 

[20] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın VII bölməsinin 6-cı hissənin “İcraçı təşkilatlar” sütununda “Ticarət Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[21] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın IX bölmənin 1-ci hissənin “Tədbirin adı” sütununda “Azal”a” sözü və “İcraçı təşkilatlar” sütununda “AZAL” Azərbaycan Dövlət Hava Yolları Konserni” sözləri ismin müvafiq hallarında “Azərbaycan Hava Yolları” QSC” sözləri ilə əvəz edilmişdir.

 

[22] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 397) ilə “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın IX bölmənin 2–4-cü hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status