AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.08.2021
QEYDİYYAT NÖMRƏSİ
248
ADI
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29.08.2021, Nəşr Nömrəsi: 182)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202108280248
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.09.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5 maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 177 nömrəli, 29 iyun tarixli 187 nömrəli və 22 iyul tarixli 220 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “1 sentyabr” sözləri “1 noyabr” sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.15. 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

3. Bu Qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 28 avqust 2021-ci il

                        № 248

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status