AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.09.2020
QEYDİYYAT NÖMRƏSİ
336
ADI
Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-09-2020, Nəşr Nömrəsi: 185), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2020, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1209)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.09.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202009120336
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2020
Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

1.1. 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci bəndi nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: [1]

1.1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;

1.1.2. ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; [2]

1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxışın dayandırılması; [3]

1.1.2-1. mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyət göstərir; [4]

1.1.3. “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

1.1.4. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

1.1.5. bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla); [5]

1.1.6. tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

1.1.7. ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

1.1.8. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

1.1.9. muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyətinin dayandırılması;

1.1.10. iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması; [6]

1.1.11. ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

1.1.12. tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

1.1.13. idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

1.1.14. masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması;

1.1.15. 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması. [7]

1.1.16. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılması. [8]

1.2. Bu Qərarın 1.1-ci bəndində göstərilənlərlə yanaşı, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

1.2.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

1.2.2. ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

1.2.3. 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

1.2.4. çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

1.2.5. 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması; [9]

1.2.6. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması. [10]

1.3. Bu Qərarın 1.1-ci bəndində göstərilənlərlə yanaşı, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində 2020-ci il 14 dekabr saat 06:00-dək bu Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyət dayandırılır. [11]

2. Bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

3. Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

5. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 190 nömrəli Qərarının 4-cü hissəsi ləğv edilsin.

6. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyun tarixli 195 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilsin.

7. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 207 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilsin.

8. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ləğv edilsin.

9. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarı ləğv edilsin.

10. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarı ləğv edilsin.

11. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 246 nömrəli Qərarı ləğv edilsin.

12. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 255 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilsin.

13. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 256 nömrəli Qərarı ləğv edilsin.

14. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 avqust tarixli 278 nömrəli Qərarının 1-ci və 3-cü hissələri ləğv edilsin.

15. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 avqust tarixli 282 nömrəli Qərarı ləğv edilsin.

16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşəəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020- ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 1-ci və 3-cü hissələri ləğv edilsin.

17. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 311 nömrəli Qərarı ləğv edilsin.

18. “Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 sentyabr tarixli 323 nömrəli Qərarı ləğv edilsin.

19. Bu Qərar 2020-ci il 14 sentyabr saat 06:00-dan qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 12 sentyabr 2020-ci il

                    № 336

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına

1 nömrəli əlavə

 

Fəaliyyətinə icazə verilən sahələr

 

1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

8. mühafizə xidmətləri.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 6 noyabr tarixli 443 nömrəli Qərarına

2 nömrəli əlavə [12]

 

Fəaliyyətinə icazə verilən sahələr

 

1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

2. digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi nəzərə alınmaqla);

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

5. yük daşımaları və logistika xidmətləri;

6. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

7. kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

8. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

9. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

10. maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

11. mühafizə xidmətləri.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 sentyabr 2020-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 sentyabr 2020-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1231)

2.       13 oktyabr 2020-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1274)

3.       14 oktyabr 2020-ci il tarixli 387 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 oktyabr 2020-ci il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1275)

4.       14 oktyabr 2020-ci il tarixli 390 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1278)

5.       16 oktyabr 2020-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2020-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1283)

6.       23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 oktyabr 2020-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1298)

7.       28 oktyabr 2020-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1314)

8.       28 oktyabr 2020-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1315)

9.       6 noyabr 2020-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2020-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1387)

10.    19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394)

11.    5 dekabr 2020-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2020-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1588)

12.    8 dekabr 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1592)

13.    25 dekabr 2020-ci il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1612)

14.    16 yanvar 2021-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 yanvar 2021-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 92)

15.    29 yanvar 2021-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 106)

16.    3 mart 2021-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 267)

17.    19 mart 2021-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2021-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 290)

18.    19 mart 2021-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2021-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 291)

19.    19 aprel 2021-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 403)

20.    26 may 2021-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 may 2021-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 530)

21.    22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 683)

22.    29 iyun 2021-ci il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2021-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 692)

23.    14 iyul 2021-ci il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyul 2021-ci il, № 146)

24.    22 iyul 2021-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyul 2021-ci il, № 150)

25.    28 avqust 2021-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182)

26.    24 sentyabr 2021-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2021-ci il, № 207)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 sentyabr 2020-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 sentyabr 2020-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1231) ilə 1.1-ci bəndin mətnində “30 sentyabr saat 00:00-dək” sözləri “2 noyabr saat 06:00-dək” sözləri ilə əvəz edilmişdir.

28 oktyabr 2020-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1315) ilə 1.1-ci bəndin mətnində “2 noyabr” sözləri “1 dekabr” sözləri ilə əvəz edilmişdir.

6 noyabr 2020-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2020-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1387) ilə 1.1-ci bəndə “ərazisində” sözündən sonra “(bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394) ilə 1.1-ci bəndin mətnində “1 dekabr” sözləri “28 dekabr” sözləri ilə əvəz edilmişdir.

8 dekabr 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1592) ilə 1.1-ci bənddə “2020-ci il 28 dekabr” sözləri “2021-ci il 31 yanvar” sözləri ilə əvəz edilmişdir.

16 yanvar 2021-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 yanvar 2021-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 92) ilə 1.1-ci bəndində “31 yanvar” sözləri “1 aprel” sözləri ilə əvəz edilmişdir.

19 mart 2021-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2021-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 291) ilə 1.1-ci bənddə “1 aprel” sözləri “1 iyun” sözləri ilə əvəz edilmişdir.

26 may 2021-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 may 2021-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 530) ilə 1.1-ci bənddə “1 iyun” sözləri “1 avqust” sözləri ilə əvəz edilmişdir.

22 iyul 2021-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyul 2021-ci il, № 150) ilə 1.1-ci bənddə 1 avqust sözləri 1 sentyabr sözləri ilə əvəz edilmişdir.

28 avqust 2021-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182) ilə 1.1-ci bənddə 1 sentyabr sözləri 1 noyabr sözləri ilə əvəz edilmişdir.

24 sentyabr 2021-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2021-ci il, № 207) ilə 1.1-ci bənddə “və 1.3-cü bəndləri” sözləri “bəndi” sözü ilə əvəz edilmişdir.

 

[2] 22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 683) ilə 1.1.2-ci, 1.1.2-1-ci, 1.1.6-cı, 1.1.13-cü, 1.2.1-ci, 1.2.4-cü, 1.2.6-cı yarımbəndlər və 1.3-cü bənd ləğv edilmişdir.

 

[3] 13 oktyabr 2020-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1274) ilə yeni məzmunda 1.1.2-1-ci yarımbənd əlavə edilmişdir.

14 oktyabr 2020-ci il tarixli 390 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1278) ilə 1.1.2-1-ci yarımbəndə “Kiş kəndinə,” sözlərindən sonra “Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə” sözləri əlavə edilmişdir.

23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 oktyabr 2020-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1298) ilə 1.1.2-1-ci yarımbəndə “və Zərdabi kəndlərinə” sözlərindən sonra “, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına” sözləri əlavə edilmişdir.

28 oktyabr 2020-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1314) ilə 1.1.2-1-ci yarımbəndə “Lənkəran rayonunun” sözlərindən əvvəl “Lənkəran şəhərinə,” sözləri, “Zaqatala” sözündən sonra “, Cəlilabad, Masallı” sözləri əlavə edilmişdir.

6 noyabr 2020-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2020-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1387) ilə 1.1.2-1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, Lənkəran şəhərinə, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarına giriş-çıxışın dayandırılması;

 

[4] 24 sentyabr 2021-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2021-ci il, № 207) ilə yeni məzmunda 1.1.2-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 24 sentyabr 2021-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2021-ci il, № 207) ilə 1.1.5-ci yarımbənddə “mədəni-idman” sözləri “idman” sözü ilə əvəz edilmişdir.

 

[6] 22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 683) ilə 1.1.10-cu yarımbənddən və ictimai iaşə məkanlarının sözləri çıxarılmışdır.

 

[7] 14 oktyabr 2020-ci il tarixli 387 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 oktyabr 2020-ci il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1275) ilə 1.1.14-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.1.15-ci yarımbənd əlavə edilmişdir.

23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 oktyabr 2020-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1298) ilə 1.1.15-ci yarımbəndə “Quba” sözündən sonra “, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala” sözləri əlavə edilmişdir.

28 oktyabr 2020-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1314) ilə 1.1.15-ci yarımbəndə “Zaqatala” sözündən sonra “, Cəlilabad, Masallı” sözləri əlavə edilmişdir.

28 oktyabr 2020-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1315) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.

6 noyabr 2020-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2020-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1387) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;

19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərinin, Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarının inzibati ərazisində 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.

25 dekabr 2020-ci il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1612) ilə 1.1.15-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;

29 yanvar 2021-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 106) ilə 1.1.15-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.

3 mart 2021-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 267) ilə 1.1.15-ci yarımbəndində “8 mart” sözləri “9 mart” sözləri ilə əvəz edilmişdir.

19 mart 2021-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2021-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 290) ilə 1.1.15-ci yarımbənddə “20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək” sözləri “20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək” sözləri ilə əvəz edilmişdir.

19 mart 2021-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2021-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 291) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2021-ci il 30 yanvar saat 00:00- dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00-dək, 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.

19 aprel 2021-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 403) ilə 1.1.15-ci yarımbənddə “8 may saat 00:00-dan 10 may saat 06:00-dək, 15 may saat 00:00-dan 17 may saat 06:00-dək” sözləri “9 may saat 00:00-dan 16 may saat 06:00-dək” sözləri ilə əvəz edilmişdir.

26 may 2021-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 may 2021-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 530) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək, 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək, 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək, 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək, 1 may saat 00:00-dan 3 may saat 06:00-dək, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək, 22 may saat 00:00-dan 24 may saat 06:00-dək, 29 may saat 00:00-dan 31 may saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.

29 iyun 2021-ci il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2021-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 692) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2021-ci il 5 iyun saat 00:00- dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

14 iyul 2021-ci il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyul 2021-ci il, № 146) ilə 1.1.15-ci yarımbənddə 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək sözləri 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək sözləri ilə əvəz edilmişdir.

22 iyul 2021-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyul 2021-ci il, № 150) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

28 avqust 2021-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182) ilə 1.1.15-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.15. 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

24 sentyabr 2021-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2021-ci il, № 207) ilə 1.1.8-1.1.10-cu və 1.1.15-ci yarımbəndlər ləğv edilmişdir.

 

[8] 19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394) ilə 1.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.1.16-cı yarımbənd əlavə edilmişdir.

8 dekabr 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1592) ilə 1.1.16-cı yarımbənd ləğv edilmişdir.

 

[9] 28 sentyabr 2020-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 sentyabr 2020-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1231) ilə 1.2.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.2.5. 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

28 oktyabr 2020-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1315) ilə 1.2.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.2.5. 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;

 

19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394) ilə 1.2.5-ci yarımbənd ləğv edilmişdir.

 

[10] 16 oktyabr 2020-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2020-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1283) ilə 1.2.5-ci yarımbəndindən “və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin” sözləri çıxarılmışdır, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.2.6-cı yarımbənd əlavə edilmişdir.

 

[11] 6 noyabr 2020-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2020-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1387) ilə yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir.

 

19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394) ilə 1.3-cü bənddə “23 noyabr” sözləri “7 dekabr” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “bu Qərarın” sözlərindən sonra “2 nömrəli” sözləri əlavə edilmişdir.

 

5 dekabr 2020-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2020-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1588) ilə 1.3-cü bənddə “7 dekabr” sözləri “14 dekabr” sözləri ilə əvəz edilmişdir.

 

[12] 19 noyabr 2020-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2020-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1394) ilə Qərarın əlavəsində “əlavə” sözü “2 nömrəli əlavə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status