AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.05.2020
QEYDİYYAT NÖMRƏSİ
172
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 dekabr tarixli 238 nömrəli, “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 2 nömrəli, “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli, “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 7 iyul tarixli 88 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-05-2020, Nəşr Nömrəsi: 96), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 643)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202005140172
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 dekabr tarixli 238 nömrəli, “Faydalı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 dekabr tarixli 238 nömrəli, “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 2 nömrəli, “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli, “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 7 iyul tarixli 88 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 805; 2002, № 11, maddə 675) ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “dağ-mədən ayırması və xüsusi icazə” sözləri “icazə” sözü ilə əvəz edilsin;

1.2. 2.1.7-ci yarımbənddə “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 43; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092) ilə təsdiq edilmiş “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bəndə “Fövqəladə Hallar Nazirliyində” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin;

2.2. 1.4-cü bənddə “xüsusi razılıq və ya icazə vermiş Dövlət Mineral Xammal Agentliyi, habelə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respub-likasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.3. 1.6-cı bənddə “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə verən orqanla” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə” sözləri ilə əvəz edilsin;

2.4. 2.1-ci bəndin birinci abzasına “Fövqəladə Hallar Nazirliyinin” sözlərindən əvvəl “Azərbaycan Respublikası” sözləri əlavə edilsin;

2.5. 2.2-ci bəndin birinci abzasının birinci cümləsində “Fövqəladə Hallar Nazirliyi, faydalı qazıntıların çıxarılmasına xüsusi razılıq və ya icazə verən Dövlət Mineral Xammal Agentliyinin, habelə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin” sözləri ilə əvəz edilsin və həmin bəndin üçüncü abzasına “Fövqəladə Hallar Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin;

2.6. 2.4-cü bəndin birinci cümləsində “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə verən orqanlar” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.7. 2.5-ci bənd üzrə:

2.7.1. birinci abzasa “Fövqəladə Hallar Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin və həmin abzasda “xüsusi razılıq və ya icazə vermiş orqanın da nümayəndəsi” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi də” sözləri ilə əvəz edilsin;

2.7.2. üçüncü abzasın ikinci cümləsində “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə vermiş orqanlara” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Energetika Nazirliyinə” sözləri ilə əvəz edilsin;

2.8. həmin Qaydalara 3 nömrəli əlavə - “Faydalı qazıntıları çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğvinin Siyahısı”nın 9-cu sütununda “Xüsusi icazənin və “Dağ-mədən ayırması” aktının reyestr” sözləri “İcazənin qeydiyyat” sözləri ilə əvəz edilsin;

2.9. həmin Qaydalara 4 nömrəli əlavə - “Faydalı qazıntıları çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasının Siyahısı”nın 9-cu sütununda “Xüsusi razılıq və ya icazə və “Dağ-mədən ayırması” aktının reyestr” sözləri “İcazənin qeydiyyat” sözləri ilə əvəz edilsin.

3. “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 598; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədən “və miqdarı” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı” üzrə:

3.2.1. adından “miqdarı” sözü, 1.1-ci bəndindən “və miqdarını” sözləri çıxarılsın;

3.2.2. 1.2-ci bəndin birinci cümləsinə “haqq” sözündən əvvəl “Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilən miqdarda” sözləri əlavə edilsin;

3.2.3. 2-ci hissə ləğv edilsin;

3.2.3. 3.1-ci bənddən “geoloji informasiyadan istifadə formalarına və ondan istifadənin qayda və şərtlərinə uyğun olaraq ETSN tərəfindən hesablanmış” sözləri çıxarılsın və həmin bənddə “müvafiq hesaba” sözləri “ETSN-nin hesabına” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 7, maddə 388) ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın 3.3-cü bəndindən “və miqdarı” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.”.

5. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 83 nömrəli və 9 aprel tarixli 132 nömrəli qərarları) “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “11.5.2. “Faydalı qazıntılar” paraqrafında “lisenziyaların” sözü “lisenziyalar və icazələrin” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 14 may 2020-ci il

№ 172

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status