AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.03.2020
QEYDİYYAT NÖMRƏSİ
119
ADI
“Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2020, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 380)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.03.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.13-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 806; 2003, № 9, maddə 527; 2008, № 2, maddə 132) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 29 mart 2020-ci il

                      № 119

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə

 

NORMATİVLƏR

 

Sıra

№-si

Faydalı qazıntının adı

1 m3 qanunsuz işlədilən faydalı qazıntıya görə (manatla)

1.

Qum

20.0

2.

Çınqıl

20.0

3.

Çaqıl

20.0

4.

Qırmadaş

25.0

5.

Gil

30.0

6.

Gilcə

25.0

7.

Pemza

25.0

8.

Gəc

30.0

9.

Süxur (qarışıq)

18.0

10.

Əhəngdaşı

35.0

11.

Dolomit

18.0

12.

Mergel

25.0

13.

Kvars qumu

35.0

14.

Mərmər

300.0

15.

Qabbro

700.0

16.

Tuflar

20.0

17.

Travertin

45.0

18.

Mərmərləşmiş əhəngdaşı

230.0

19.

Seolit

300.0

20.

Barit

500.0

21.

Bentonit gilləri

85.0

22.

Kaolin

12.0

23.

Odadavamlı gillər

15.0

24.

Vulkan külü

35.0

25.

Bitumlaşmış qumlar

60.0

26.

Çınqıl-qum qarışığı

5.0

27.

Göl duzu

340.0

28.

Daş duz

450.0

29.

Gips

35.0

30.

Məmulat daşları (qiymətli, yarımqiymətli)

45.0

31.

Dağ-mədən işləri ilə əlaqədar tullantılar

15.0

 

Qeydlər:

 

1. Torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 m3 üçün təbiətə dəymiş ziyanın məbləği 290 (iki yüz doxsan) manat məbləğində hesablanır.

2. Xüsusi mühafizə olunan təbiət ərazilərində, turizm və rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymiş ziyanın məbləği 3 qat qiyməti ilə hesablanır.

3. Bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status