AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2019
QEYDİYYAT NÖMRƏSİ
522
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-12-2019, Nəşr Nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2102)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912300522
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2218; 2018, № 7 (II kitab), maddə 1631; 2019, № 7, maddə 1322) ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-ci bənddə “yol verilmir” sözləri “insanların hərəkətinə maneə və təhlükə yaratmamaq şərtilə yol verilir” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci bəndin ikinci cümləsində “0,90-1,50 x 1,20-2,10” sözləri “eni 1,50 metrədək, uzunluğu isə 2,10” sözləri ilə əvəz edilsin.

3. 3.2-ci bəndin birinci cümləsindən “ikitərəfli” sözü çıxarılsın, ikinci cümləsində “1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,30-0,60” sözləri “eni 1,30 metrədək, uzunluğu 2,10 metrədək, dayaq dirəyinin hündürlüyü isə 0,60” sözləri ilə əvəz edilsin.

4. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Reklam tentləri (bundan sonra - tent) üzərində reklam yerləşdirilən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, həmçinin vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə quraşdırılan günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər ümumi görünüşə xələl gətirmədən və binanın görünüşünü korlamadan müxtəlif formaya malik ola bilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.”.

5. 3.4-cü bəndin birinci cümləsinə “yerləşdirilən” sözündən sonra “və üzərində reklam əks olunan” sözləri əlavə edilsin, ikinci cümləsində “günbəzinin sahəsi” sözləri “reklamın tutduğu sahə” sözləri ilə əvəz edilsin.

6. 3.5-ci bəndin üçüncü cümləsində “0,50-1,10 x 5,00-15,00” sözləri “eni 1,10 metrədək, uzunluğu 15,00” sözləri ilə əvəz edilsin, beşinci cümləsindən “avtomobil yolunun üzərində, yaxud kənarında yerləşdirilməsinə,” sözləri çıxarılsın.

7. 3.7-ci bəndin ikinci cümləsində “1,00-2,00 x 1,50-2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,20-0,50 metr” sözləri “eni 2,00 metrədək, uzunluğu 2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,50 metrədək” sözləri ilə, dördüncü cümləsində “tədbirlərin” sözü “tədbirlər və onların” sözləri ilə əvəz edilsin və beşinci cümləsi çıxarılsın.

8. 3.8-ci bəndin birinci cümləsinə “yerləşdirilən” sözündən sonra “birtərəfli və ya” sözləri əlavə edilsin və üçüncü cümləsi çıxarılsın.

9. 3.10-cu bəndin birinci cümləsinə “tumbası” sözündən sonra “dairəvi və ya” sözləri əlavə edilsin.

10. 3.11-ci bəndin ikinci cümləsinə (ikinci halda) “üzərində” sözündən sonra “və ya damında” sözləri əlavə edilsin.

11. 3.12-ci bəndin birinci cümləsinə “lövhəsi” sözündən sonra “(bilbord)” sözü əlavə edilsin.

12. Aşağıdakı məzmunda 3.18 - 3.21-ci bəndlər əlavə edilsin:

“3.18. Vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır.

3.19. Roller müəyyən vaxt intervalı ilə reklam təsvirlərini diyircəklə dinamik dəyişən reklam qurğusudur. Rollerin ölçüsü 1-3 x 1.8-4 metrədək təşkil edir.

3.20. Prizmatron müəyyən vaxt intervalı ilə sinxron dəyişən və özündə 3 tərəfli prizmaları birləşdirən reklam qurğusudur. Prizmatronun ölçüsü 3 x 6 metr və ya 3 x 12 metr təşkil edir.

3.21. Körpüüstü reklam körpülərin və yerüstü piyada keçidlərinin divarında (hərəkət üçün nəzərdə tutulmayan hissəsində) üfüqi şəkildə yerləşdirilən reklam qurğusudur.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 30 dekabr 2019-cu il

     № 522

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status