AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.10.2019
QEYDİYYAT NÖMRƏSİ
837
ADI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-10-2019, Nəşr Nömrəsi: 228), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2019, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1582)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.10.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201910140837
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.10.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il mayın 24-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2019-cu il

                       № 837


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi,

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında tarixən yaranmış sıx əlaqələrə və dostluq münasibətlərinə əsaslanaraq,

Tərəflər arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında marağı nəzərə alaraq,

ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin xalqların maraqlarına cavab verdiyini, Azərbaycan Respublikasında və Rusiya Federasiyasında iqtisadi və sosial tərəqqinin stimullaşdırılmasma xidmət etdiyini hesab edərək,

əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin inkişafına yönəldilmiş birgə səylərin qarşılıqlı dəstəklənməsinə çalışaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər bu Sazişə Tərəflərin dövlətlərinin qanunvericiliyinə, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı qarşılıqlı fayda əsasında möhkəmləndirir və inkişaf etdirirlər.

 

Maddə 2

 

Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ hüquqi tənzimlənməsi;

əhali sakinliyi və demoqrafik inkişaf məsələləri daxil olmaqla insan ehtiyatlarının planlaşdırılması və inkişafı, işçi qüvvəsinin keyfiyyətinin artırılması, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi, vətəndaşların, xüsusilə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğuna yönəldilmiş tədbirlərin görülməsi, fəal məşğulluq siyasəti tədbirlərinin hazırlanması və həyata keçirilməsi, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi;

əməyin mühafizəsi və təftişi məsələləri də daxil olmaqla sosial-əmək münasibətləri, əmək mübahisələrinin həlli yolları;

sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahəsində siyasət; yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, yaşayış minimumu həddinin müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi sisteminin, o cümlədən ünvanlı sosial yardım mexanizmlərinin inkişafı;

tibbi-sosial ekspertiza, əlillərin tibbi və peşə reabilitasiyası, əlillərin işə düzəlmələrinə yardım və sosial inteqrasiya;

işsizlikdən sosial müdafiə sisteminin inkişafı;

sosial xidmət müəssisələri tərəfindən müxtəlif əhali qruplarına sosial xidmətlərin göstərilməsi;

sosial tərəfdaşlıq sisteminin inkişafı;

beynəlxalq təşkilatlar və maraqlı dövlət orqanlarının iştirakı ilə əmək, məşğulluq, əmək miqrasiyası və sosial müdafiə sahəsində birgə layihələrin hazırlanması və həyata keçirilməsi;

tətbiq olunan beynəlxalq standartlar və ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla Tərəflərin dövlətlərində əmək, məşğulluq, əmək miqrasiyası və əhalinin sosial müdafiəsi sahəsində milli standartların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər;

əmək, məşğulluq və sosial müdafiə sahəsində elmi tədqiqatların və proqramların əlaqələndirilməsi;

Tərəflərin qarşılıqlı razılığı əsasında digər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi məsələləri.

 

Maddə 3

 

Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirirlər:

əmək, məşğulluq, əmək miqrasiyası və əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik və normativ sənədlərin mübadiləsi;

sosial-əmək inkişafı məsələləri üzrə analitik-informasiya materiallarının və elmi tədqiqatların nəticələrinin mübadiləsi;

Tərəflərin ekspertləri arasında məsləhətləşmələr;

Tərəflərin dövlətlərinin ərazisində keçirilən konfranslarda, seminarlarda və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin, mütəxəssislərinin iştirakı;

ixtisasın artırılması və sosial-əmək sahəsində iş təcrübəsinin mübadiləsi məqsədilə Tərəflərin mütəxəssislərinin staj keçmə və təlim səfərlərinin təşkil olunması;

beynəlxalq forumlarda əmək, məşğulluq, əmək miqrasiyası və əhalinin sosial müdafiəsi məsələləri üzrə qarşılıqlı fəaliyyət.

 

Maddə 4

 

Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər birgə işçi qrup yarada bilərlər.

Zərurət yaranarsa, işçi qrup növbə ilə hər bir Tərəfin dövlətinin ərazisində bu Sazişin predmeti olan məsələlərin həlli üçün görüşlər keçirir.

 

Maddə 5

 

Bu Sazişdə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi Tərəflərin hər il bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitləri daxilində və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

 

Maddə 6

 

Tərəflərin razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 8-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

 

Maddə 7

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək mübahisə və fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

 

Maddə 8

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin başa çatmasına ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti üçillik müddətlərə uzadılacaqdır.

Bu Sazişin qüvvəyə minməsi tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2003-cü il 20 may tarixli Saziş qüvvədən düşür.

Bu Saziş Bakı şəhərində 24 may 2019-cu il tarixində, iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində olmaqla, imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikasının

Rusiya Federasiyasının

Əmək və Əhalinin Sosial

Əmək və Sosial Müdafiə Nazirliyi

Müdafiəsi Nazirliyi adından

adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status