AKTIN NÖVÜ
Kənd Təsərrüfatı Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
04.07.2019
QEYDİYYAT NÖMRƏSİ
Q-09-20
ADI
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201907040920
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.07.2019
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

04.07.2019

Qeydiyyat nömrəsi

Q-09-20

Adı

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

19.07.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

370.050.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201907040920

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

18.07.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1.Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).

2.Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).

3.Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

5. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Hüquq şöbəsi (Nicat Əfəndiyev) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

6. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.

 

Kollegiyanın sədri,

 

Nazir

İnam Kərimov

 


 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “04” iyul tarixli “Q-09-20” nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1 nömrəli əlavə

 

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin

 

T Ə S V İ R İ

 

1.1. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük  vəsiqəsi (bundan sonra - vəsiqə) 86 mm x 54 mm ölçüdə plastik kart formasında olur.

1.2. Vəsiqənin üz tərəfinin:

1.2.1. yuxarı sol küncündə ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ”, sağında “Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi”, ingilis dilində “Driving licence” sözləri yazılır. Vəsiqənin yuxarı sağ küncündə müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir və onun altında 5 rəqəmi ilə nömrələnmiş vəsiqənin seriyası “SV” və altı rəqəmli nömrəsi əks olunur.  Sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 24 mm x 18 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur. Fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur;

1.2.2.  orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 8., 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin III hissəsinə uyğun olaraq vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı və ya möhürü, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu traktor və özügedən maşınların kateqoriyaları qeyd olunur. Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

1.3. Vəsiqənin arxa tərəfinin:

1.3.1. sol tərəfində - 1. Soyadı/Surname, 2. Adı və atasının adı/Name and patronymic, 3. Doğulduğu tarix və yer/Date and place of birth,  4a. Vəsiqənin verildiyi tarix/Date of issue, 4b. Etibarlıdır /Date of expiry, 4c. Vəsiqəni vermiş qurumun adı və ya möhürü/İssuing authority name or stamp, 4d. Fərdi identifikasiya nömrəsi/Personal identification number, 5. Vəsiqənin nömrəsi/Licence number, 6. Fotoşəkil/Photo, 7. Vəsiqə sahibinin imzası/Signature of the holder, 8. Yaşayış yeri/Place of residence, 9.Traktor və özügedən maşınların kateqoriyaları/Categories of the tractor and self-propelled machines, 10. Verildiyi tarix/Date of issue, 11. Etibarlılıq müddəti/Date of expiry, 12. Əlavə məlumat və ya məhdudiyyətlər/Additional information or limitations, 14. Digər qeydlər/Other information sözləri yazılır;

1.3.2. sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur. 9 nömrəli sütunda traktor və özügedən maşınların kateqoriyaları və hər bir kateqoriyaya aid aşağıdakı məlumatlar göstərilir:

“T”  - təkərli traktorlar, 14 kN (1.4 d.g.) sinfinə kimi / Wheel tractors up to 14 kN (1,4 t.f.); “TK” - təkərli traktorlar, 14 kN (1,4 d.g.) sinfindən yuxarı / Wheel tractors above 14 kN (1,4 t.f.);   “TT” - tırtıllı traktorlar / Tracked tractors; “H”  - mexaniki transmissiyalı özügedən maşınlar / Self-propelled machines with mechanical transmission; “HT”- hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər / Self-propelled machines with hydrostatic transmission, including loaders; “HK” - meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar/ Reclamation and road-construction equipments, including excavators.”.

1.3.3. Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulmuşdur.

1.4. Vəsiqənin üzərində təmassız oxuna bilən QR-kod (kodlaşdırılmış məlumat) yerləşdirilir və burada vəsiqə sahibinin soyadı, adı, atasının adı və aldığı kateqoriya haqqında məlumat əks olunur.

1.5. Vəsiqədə Azərbaycan Respublikasının Dövlət xəritəsi, fon şəkli olaraq Azərbaycan Respublikasının Dövlət gerbi və xəritəsi, habelə təkərli traktor və naxışlar təsvir olunur.

 


 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “04” iyul tarixli “Q-09-20” nömrəli qərarı ilə təsdiq edilmişdir

 

2 nömrəli əlavə

 

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin

 

S P E S İ F İ K A S İ Y A S I

 

1.1. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (bundan sonra - sürücülük vəsiqəsi) kartları aşağıdakı xüsusiyyətlərə malikdir:

1.1.1. “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir;

1.1.2. sürücülük vəsiqəsi kartının ölçüləri - İD-1 formatlı 86 mm x 54 mm ölçülü, laminasiya olunmamış halda kartın qalınlığı - 0,76 mm, dəyirmi künclərin radiusu bütün künclər üzrə bərabər olmaqla - 3,18 mm intervalındadır;

1.1.3. vəsiqənin QR-kodu (kodlaşdırılmış məlumat) məlumatların yazılmasını və oxunmasını təmin edir;

1.1.4. “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” beynəlxalq standartların tələblərinə cavab verir ;

1.1.5. NFC (Near Field Communication - Yaxın Sahədə Kommunikasiya) təhlükəsiz kommunikasiya texnologiyasını tam dəstəkləyir;

1.1.6. “FİPS 140-2” kriptoqrafik modullar üzrə kompüter təhlükəsizliyi standartını ən azı “Səviyyə 2” həddində dəstəkləyir;

1.1.7. təhlükəsizlik alqoritmləri və parametrləri üzrə “ETSİ SR 002 176” standartlarını dəstəkləyir;

1.1.8. sürücülük vəsiqəsi kartının materialı uzunömürlülük və dözümlülük baxımından yüksəkkeyfiyyətli xüsusi təyinatlı “Teslin” 167 qr materialdan hazırlanır və xüsusi qoruyucu təbəqə çəkilməklə, yazılar etibarlı şəkildə mühafizə olunur;

1.1.9. Azərbaycan Respublikasının Dövlət gerbinin və xəritəsinin, habelə təkərli traktorun təsviri formasında hazırlanmış açıq bənövşəyi və yaşıl-mavi rəngin qarışığı gilyoş (qoruyucu tor), vəsiqənin üz tərəfinin yuxarı sağ küncündə müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi və orta hissəsində müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin və təkərli traktorun təsviri, vəsiqənin üz tərəfinin aşağı hissəsində eninə və uzununa bir-birini təkrarlayan İRİS çapı mikromətn təhlükəsizlik elementlərini özündə birləşdirir.

 


 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “04” iyul tarixli “Q-09-20” nömrəli qərarı ilə təsdiq edilmişdir

 

3 nömrəli əlavə

 

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin nümunəsi

 

Üz tərəfi:

 

 

1

 

Arxa tərəfi:

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status