AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.12.1997
QEYDİYYAT NÖMRƏSİ
659
ADI
“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1997, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 514)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə [1]

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

Azərbaycan Respublikasının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri ilə bağlı onların mülkiyyətçilərinin hüquqlarının təmin edilməsi məqsədi ilə qərara alıram: [2]

1.   Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” əsasnamə təsdiq edilsin. [3] (Əlavə edilir).

2.   Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında əsasnaməni bir ay müddətində təsdiq etsin.

3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. [4]

4.   Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin. [5]

5.   Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 19 dekabr 1997-ci il

№ 659

 

Azərbaycan Respublikası Prezidentinin
19 dekabr 1997-ci il
tarixli 659 n
ömrəli fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin

satılması qaydaları haqqında

Əsasnamə [6]

 

1.   Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”,  “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. [7]

2.   Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. [8]

4.   Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

5.   Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər tərəfindən dövlət müəssisə və obyektləri özəlləşdirildikdə onların yerləşdiyi torpaq sahəsi aidiyyatı üzrə dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarıda qeyd edilənlərin satınalma hüququ olmadan icarəsinə verilir. [9]

6.   Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

7.   Torpaq sahələri mülkiyyətçisinin (icarəçisinin) hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

8.   Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

9.   Azərbaycan Respublikası Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir.

10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. [10]

Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. [11]

12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: [12]

Ərizə;

Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə);

Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti;

özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. [13]

13. Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. [14]

(Çixarılıb) [15]

Eyni zamanda İqtisadi İnkişaf Nazirliyi imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. [16]

Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. [17]

14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 1999-cu il tarixli 136 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 306)

2.       23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844)

3.       04 iyul 2001-ci il tarixli 527 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 464)

4.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

5.       24 avqust 2002-ci il tarixli 760 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 480)

6.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

7.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə fərmanın adında “yerləşdiyi torpaq” sözləri “, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə Fərmanının preambulasında "1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na sözləri "Azərbaycan Respublikasının qanunvericiliyinə" sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 1-ci bənddən “və bu torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnamənin nümunəsi” sözləri çıxarılsın.

 

[4] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 3-cü bənd əlavə edilmişdir və 3-cü və 4-cü bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilmişdir.

 

[5] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə 3-cü bənddə  "Dövlət Əmlak Komitəsi" sözləri "Dövlət Əmlak Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 3-cü bənddə  "Dövlət Əmlak Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 4-cü bənddə “İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.

 

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 4-cü bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

 

[6] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"də "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[7] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bənddə “Azərbaycan Respublikasında Mülkiyyət haqqında”,” sözləri çıxarılmışdır, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” sözləri “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[8] 24 avqust 2002-ci il tarixli 760 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 480) ilə "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"nin 3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) aşağıdakılar ola bilərlər:

Azərbaycan Respublikasının fiziki şəxsləri;

Azərbaycan Respublikasının aşağıdakı hüquqi şəxsləri;

Özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin çevrilməsi yolu ilə yaradılmış səhmdar cəmiyyətləri, onların 75 faizdən az olmayan səhmlərinin satılmasından sonra;

Nizamnamə fondunda (kapitalında) dövlətin payı 25 faizdən çox olmayan hüquqi şəxslər və bütün qeyri-dövlət hüquqi şəxslər.

Xarici fiziki və hüquqi şəxslər və vətəndaşlığı olmayan şəxslər torpaq sahələrini yalnız istifadəyə və ya icarəyə götürə bilərlər.

 

[9] 24 avqust 2002-ci il tarixli 760 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 480) ilə "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"nin 5-ci bəndində "Xarici ölkələrin hüquqi və fiziki şəxsləri və ya vətəndaşlığı olmayan şəxslər" sözləri "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər" sözləri ilə, "həmin şəxslərin" sözləri "yuxarıda qeyd edilənlərin" sözləri ilə əvəz edilmişdir.

 

[10] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndində "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci, 12-ci və 13-cü bəndlərdə ismin müxtəlif hallarında işlədilmiş “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə 11-ci bəndə ikinci abzas əlavə edilmişdir.

 

[12] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndində "DƏN" sözü "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[13] 14 may 1999-cu il tarixli 136 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 306) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinin beşinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Torpaq sahəsinin özəlləşdirilmiş müəssisə və obyektin icarəsində və ya istifadəsində olmasını təsdiq edən sənədlər (torpaq sahəsinin ayrılması haqqında qərar, inşaat pasportu, texniki pasport, dövlət aktı, müqavilələr).

23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinin beşinci abzasında "Dövlət Əmlak Komitəsi" sözləri "Dövlət Əmlak Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinin beşinci abzasında "Dövlət Əmlak Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[14] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 13-cü bənddən “(forması əlavə olunur)” sözləri çıxarılsın.

 

 

[15] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə”nin nümunəsi çixarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Prezidentinin

1997-ci il 19 dekabr tarixli

659 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının

İqtisadi İnkişaf Naziliyi

 

ÖZƏLLƏŞDIRILMIŞ MÜƏSSISƏ VƏ OBYEKTLƏRIN YERLƏŞDIYI TORPAQ

SAHƏLƏRI ÜZƏRINDƏ MÜLKIYYƏT HÜQUQUNU TƏSDIQ EDƏN

 

Ş Ə H A D Ə T N A M Ə

Verilir _______________________________________________________________

(hüquqi və fiziki şəxsin adı , rekvizitləri)

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Ona görə ki, o (onlar) həqiqətən _______________________________________________

____________________________________________________________________________

(özəlləşdirilmiş müəssisə və obyektin adı, ünvanı)

 

yerləşdiyi torpaq sahəsini ____________________________________________________

(torpaq sahəsinin faktiki ölçüsü)

 

qüvvədə olan qanunvericilik əsasında satın alınmışdır.

            Torpaq sahəsinin satılması nəticəsində hesablaşma hesabı __________________

____________________________________________________ ünvanlı Dövlət büdcəsinə

________________________________________ manat məbləğində pul köçürülmüşdür.

                            (rəqəm və hərflə)

            Bu şəhadətnamə ilə rəsmiləşdirilən torpaq sahəsi _________________________

                                                                                                   (hüquqi və fiziki şəxsin adı)

            daimi toxunulmaz xüsusi mülkiyyətidir.

           

Reyestr kitabı _______________                     Səhifə _____________________

Qeydiyyat _________________                     Tarix ______________________

 

 

Sədr:                                                                      M.Y.

Qeydiyyat icraçısı

 

 

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə"nin adında "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[16] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 13-cü bəndində "DƏK" sözləri "DƏN" sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 13-cü bəndində "DƏN" sözü "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[17] 04 iyul 2001-ci il tarixli 527 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 464) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 13-cü bəndinə üçüncü abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status