AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.06.1997
QEYDİYYAT NÖMRƏSİ
362-IQD
ADI
Azərbaycan xalqının milli qurtuluş gününün elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1997, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 499)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan xalqının milli qurtuluş gününün elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında

Azərbaycan xalqının milli qurtuluş gününün elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan xalqının milli qurtuluş gününün elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 1. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1971-ci il, № 23, maddə  190; 1973-cü il, № 17—18, maddə 158, № 24, maddə 216; 1975-ci il, № 7, maddə 52, № 15, maddə 125; 1977-ci il, № 5—6, maddə 34, № 13,  maddə 91; 1978-ci il, № 9, maddə 77, № 14, maddə 139; 1980-ci il, № 1—2, maddə 3, № 6, maddə 83, № 19, maddə 191, № 21, maddə 223;  1982-ci il, № 24, maddə 288; 1983-cü il, № 11—12, maddə 111, № 23, maddə 215; 1984-cü il, № 1—2, maddə 13; 1985-ci il, № 12, maddə  143; 1986-cı il, № 12, maddə 72, № 13, maddə 90; 1987-ci il, № 6, maddə 47, № 19, maddə 179, № 21, maddə 215; 1988-ci il, № 5—6, maddə  31, № 8, maddə 59, № 11—12, maddə 114; 1990-cı il, № 13—14, maddə 172; 1991-ci il, № 2, maddə 5, № 3, maddə 47, № 5, maddə 80, №  9—10, maddə 151, № 21—22, maddə 373; 1992-ci il, № 3, maddə 42, № 14, maddə 561, № 19, maddə 846, № 21, maddə 924, habelə 1996-cı  il, № 14-IQD, № 161-IQD, № 222-IQD; 1997-ci il, № 279-IQD, № 280-IQD və № 281-IQD Azərbaycan Respublikasının qanunları) 66-cı  maddəsinin birinci hissəsinə və «Azərbaycan Respublikasının bayramları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan  Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 885) 1-ci bəndinə «28 May — Respublika günü» ifadəsindən sonra aşağıdakı  məzmunda yeni abzas əlavə edilsin:

 «15 iyun — Azərbaycan xalqının milli qurtuluş günü».

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

 Heydər ƏLİYEV

 Bakı şəhəri, 27 iyun 1997-ci il

                № 362-IQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status