AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.11.2018
QEYDİYYAT NÖMRƏSİ
354
ADI
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-11-2018, Nəşr nömrəsi: 266), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2267)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.11.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.110.000
370.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201811200354
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.11.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 6.4-cü maddəsinə uyğun olaraq, informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurasının əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. həmin Qanunun 13.1-ci maddəsinin birinci, ikinci, üçüncü cümlələrində, 13.4-cü maddəsində, 15.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 14.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü, 13.2-ci maddələrində və 15.3-cü maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

3.1-1. həmin Qanunun 13.1-ci maddəsinin birinci, ikinci, üçüncü cümlələrində, 13.4-cü maddəsində və 15.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. [1]

3.2. həmin Qanunun 14.2-ci maddəsində “teleradio yayımı sahəsində müvafiq dövlət orqanı” dedikdə Milli Televiziya və Radio Şurası, “müvafiq icra hakimiyyəti orqanları” dedikdə mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalara və digər elanlara, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərə (o cümlədən animasiya filmlərinə), kompüter oyunlarına və digər elektron oyunlara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mətbu nəşrlərə və digər informasiya məhsullarına münasibətdə isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur. [2]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2018-ci il

   354

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 3 iyun 2019-cu il tarixli 716 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2019-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1008)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 3 iyun 2019-cu il tarixli 716 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2019-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1008) ilə yeni məzmunda 3.1-1-ci bənd əlavə edilmişdir.

 

[2] 3 iyun 2019-cu il tarixli 716 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2019-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1008) ilə 3.2-ci bəndə “Milli Televiziya və Radio Şurası” sözlərindən sonra “,“müvafiq icra hakimiyyəti orqanları” dedikdə mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalara və digər elanlara, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərə (o cümlədən animasiya filmlərinə), kompüter oyunlarına və digər elektron oyunlara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mətbu nəşrlərə və digər informasiya məhsullarına münasibətdə isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status