AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.09.2018
QEYDİYYAT NÖMRƏSİ
400
ADI
“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-09-2018, Nəşr Nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1928)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201809180400
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.09.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədədir.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 18 sentyabr 2018-ci il

   № 400

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə (bundan sonra - arıçılar) saxladıqları hər arı ailəsinə (pətəyə) görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.

1.2. Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır.

1.3. Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir.

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. arıçılıq - bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

2.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

2.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

2.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

2.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

2.0.6. identikləşdirmə - arı ailəsinin (pətəyin) uçota alınması (kodlaşdırılması).

 

3. Arı ailələrinin (pətəklərinin) identikləşdirilməsi və dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi

 

3.1. Arıçıların saxladıqları arı ailələrinin (pətəklərinin) identikləşdirilməsı və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aşağıdakı tərkibdə rayon (şəhər) komissiyaları yaradılır:

3.1.1. komissiyanın sədri - Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin rəisi;

3.1.2. komissiyanın üzvləri - rayon (şəhər) icra hakimiyyətinin nümayəndəsi, Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi, Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi. [2]

3.2. Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim edirlər.

3.3. Rayon (şəhər) komissiyaları bu Qaydanın 3.2-ci bəndində qeyd olunan ərizə daxil olduğu tarixdən 15 gün müddətində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisini, bələdiyyənin nümayəndəsini və ərizəçini cəlb etməklə, məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin (pətəklərinin) mövcudluğunu yoxlayır və üzərində Nazirliyin loqosu, ölkə kodu (AZ), “Arı ailəsi” sözlərinin baş hərfləri (AA), arıçının və arıxananın qeydiyyatda olduğu ərazi barədə məlumatları özündə əks etdirən ştrix-koddan və mətbəə üsulu ilə səkkizrəqəmli sıra nömrəsi yazılmış, uzunluğu 95,0 millimetr, eni 57,0 millimetr ölçüdə düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edirlər.

3.4. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə rayon (şəhər) komissiyalarında saxlanılır.

3.5. Bu Qaydanın 3.2-ci bəndində göstərilən tarixdən sonra formalaşdırılan arı ailələri (pətəkləri) növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir.

3.6. Arı ailələri (pətəkləri) özgəninkiləşdirildikdə, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə, arıçılar tərəfindən 5 (beş) gün müddətində rayon (şəhər) komissiyalarına məlumat verilir və həmin arı ailələri (pətəkləri) üzrə aparılmış identikləşdirilmə ləğv edilir.

3.7. Rayon (şəhər) komissiyaları hər il iyun ayının 15-dək inzibati ərazi dairəsi üzrə subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatları “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunması üçün bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hazırlanmış icmal siyahını, habelə hesablanmış subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün onların bank hesabına dair məlumatları Nazirliyə göndərirlər.

3.8. Bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılan komissiya tərəfindən baxılır və 20 gün müddətində arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi ilə bağlı qərar qəbul edilir.

3.9. Nazirlik ödəniləcək subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün müvafiq sifarişi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir. [3]

3.10. Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların vəsaiti hesabına həyata keçirilir.

 

4. Yekun müddəalar

 

4.1. Arıçılar əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərirlər.

4.2. Rayon (şəhər) komissiyaları hər il dekabrın 30-dək arıçılara dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş subsidiyanın məbləği barədə hesabatı Nazirliyə təqdim edirlər.

4.3. Subsidiya verilmiş arıçılara dair elektron məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4.4. Arıçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 


 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

 

1 nömrəli əlavə

 

 

 

______________________ rayon (şəhər) komissiyasına

        (rayonun (şəhərin) adı)

 

 

 

______________________________________________

 

(arıçının soyadı, adı, atasının adı, hüquqi şəxsin adı və ya səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)

 

 

 

_____________________________________tərəfindən

 

 

 

 

ƏRİZƏ

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, _____________________________________________ saxladığım ___________ arı ailəsinin

     (arıçılıq təsərrüfatının yerləşdiyi ərazinin adı)

 

(pətəyin) identikləşdirilməsini və Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına subsidiyanın verilməsini xahiş edirəm.

 

 

 

_________________  _______________________

 

                 M.Y.                                     (imza)

 

 

 

_________________________________________

 

      (vəzifəsi, soyadı, adı, atasının adı, əlaqə vasitəsi)

 

 

 

“____” ______________ 20__-ci il

 

 


 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

 

Arı ailələrinin (pətəklərinin) yoxlanılması və mövcudluğu haqqında

 

AKT

 

_________________rayonu (şəhəri) ____________kəndi     “____” ___________20___ -ci il

 

Biz, aşağıda imza edənlər:

1. ____________ rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin əməkdaşı_____________

2. ____________ rayon (şəhər) baytarlıq idarəsinin əməkdaşı________________________

3. ___________ rayon (şəhər) icra hakimiyyətinin ______________________ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisi ________________________________________

4. ____________ bələdiyyəsinin təmsilçisi _________________________________________

5. Ərizəçi _____________________________________________________________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, arıçılıq mövsümünün başlanması ilə əlaqədar ________________ rayonunun (şəhərinin) __________ qəsəbə (kənd) sakini ______________________________ müraciətinə əsasən,

                    (soyadı, adı, atasının adı)

20___-ci il “____” ____________ tarixinə təsərrüfatında olan arı ailəsinin (pətəyin) mövcudluğunun yoxlanılması və dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi üçün baxış keçirdik.

Rayon (şəhər) komissiyası ______________ rayonunun _____________ qəsəbəsində (kəndində) yerləşən ________________________________________ arıçılıq təsərrüfatında

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

aşağıdakıları müəyyən etdi:

 

Sıra №-si

Pətəyin identikləşdirmə kodu, nömrəsi

Arı ailəsinin vəziyyəti

Bal arısının cinsi

işçi və erkək arı ilə sıx örtülmüş çərçivələrin sayı (ədəd)

ana arının mövcudluğu

Boz Dağ Qafqaz

Sarı Qafqaz

digərləri və ya təyin edilməyən

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd olunanları nəzərə alaraq, 20__-ci il “____” _______________tarixinə ___________________________________________________ məxsus arıçılıq təsərrüfatında

                  (soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

 

________________ arı ailəsinin (pətəyin) mövcud olduğunu müəyyən etdik.

 

Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:

 

_____________   _______________________________

         (imza)                     (soyadı, adı, atasının adı, vəzifəsi)

_____________   _______________________________

_____________   _______________________________

 

 


 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

 

3 nömrəli əlavə

 

 

 

TƏSDİQ EDİRƏM:

_______________ rayon (şəhər) komissiyasının sədri ____________________________________

                            (soyadı, adı, atasının adı)

“____”  _______________ 20__-ci il

 

20___-ci il üzrə ____________rayonunda (şəhərində) arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə veriləcək subsidiyanın məbləğinə dair

 

İCMAL SİYAHI

 

Sıra

№-si

Təsərrüfat sahibinin soyadı, adı, atasının adı

Əlaqə vasitəsi

(telefon nömrəsi)

Arı ailələrinin (pətəklərin) sayı

(ədəd)

Subsidiyanın məbləği

(manat)

 

________________________________ üzrə cəmi

(şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

________________________________ üzrə cəmi

(şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

________________________________ üzrə cəmi

(şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

Rayon (şəhər) üzrə cəmi

 

 

 

 

Rayon (şəhər) komissiyasının üzvləri:

 

____________________     ______________________________________

                  (imza)                                       (soyadı, adı, atasının adı, vəzifəsi)

____________________     ______________________________________

____________________     ______________________________________

 

 


 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

 

4 nömrəli əlavə

 

 

_________________rayonunun (şəhərinin) __________________ qəsəbəsində (kəndində)

 

________________________________________ tərəfindən 20___-ci ilin arıçılıq mövsümü

           (soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

ərzində istehsal etdiyi arıçılıq məhsulları haqqında

 

 

MƏLUMAT

 

                                                            Arı ailələrinin (pətəklərin) sayı_________________

                                                                                                                                   (ədəd)

 

Sıra

№-si

İstehsal edilmiş məhsul

Qeyd

məhsulun adı

ölçü vahidi

miqdarı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 __________________          _____________________________________________________

                 (imza)                                           (soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)

 

                                                                                                “_____” _____________20___-ci il

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446)

2.       2 oktyabr 2019-cu il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1673)

3.       02 sentyabr 2020-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1193)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 02 sentyabr 2020-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1193) ilə ləğv edilmişdir.

 

[2] 2 oktyabr 2019-cu il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1673) ilə “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın 3.1.2-ci yarımbəndində “Dövlət Baytarlıq Xidmətinin rayon (şəhər) baytarlıq idarəsinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446) ilə “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın 3.9-cu bəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status