AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
11.11.2000
QEYDİYYAT NÖMRƏSİ
567
ADI
Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasını və onu tamamlayan «İnsan, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması və aradan qaldırılması, buna görə cəza verilməsi haqqında» və «Mühacirlərin quru, hava və dənizlə qeyri-qanuni daşınmasına qarşı» protokolları imzalamaq səlahiyyətinin verilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2000, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 803)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Бирляшмиш Миллятляр Тяшкилатынын «Трансмилли мцтяшяккил жинайяткарлыьа гаршы» Конвенсийасыны вя

Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasını onu tamamlayan «İnsan, xüsusən qadın uşaq alverinin qarşısının alınması aradan qaldırılması, buna görə cəza verilməsi haqqında» «Mühacirlərin quru, hava dənizlə qeyri-qanuni daşınmasına qarşı» protokolları imzalamaq səlahiyyətinin verilməsi barədə

 

 Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

 1. 2000-ci il dekabrın 12—15-də İtaliyanın Palermo şəhərində keçiriləcək Konfrans zamanı Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasını və onu tamamlayan «İnsan, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması və aradan qaldırılması, buna görə cəza verilməsi haqqında» və «Mühacirlərin quru, hava və dənizlə qeyri-qanuni daşınmasına qarşı» protokolları Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova verilsin.

 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Konvensiyanı və onu tamamlayan protokolları imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova verilməsi barədə BMT-yə və İtaliyanın Xarici İşlər Nazirliyinə məlumat versin.

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 11 noyabr 2000-ci il

                 № 567

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status