AKTIN NÖVÜ
Kənd Təsərrüfatı Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
01.03.2018
QEYDİYYAT NÖMRƏSİ
Q-02-18
ADI
“Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın və “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201803010218
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.03.2018
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KOLLEGİYASI

 

Q Ə R A R

 

Q-02-18

 

Bakı şəhəri                                                                                    1 mart 2018-ci il

 

“Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın və “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 30-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin müddəalarını və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası qərara alır: [1]

1. “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

3. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi (Xudayət Həsənli) bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin. 

4. Bu qərarın icrasına nəzarət kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevə tapşırılsın.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

kənd təsərrüfatı naziri

Heydər Əsədov   

 

 

 


 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 2018-ci il 1 mart tarixli Q-02-18 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair

 

TƏLİMAT [2]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq hazırlanmışdır. [3]

1.2. Bu Təlimat regionlarda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra - Agentlik) tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM) vasitəsilə nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatı, təkrar qeydiyyatı, uçota alınması və uçotdan çıxarılması, nəqliyyat vasitəsinin texniki-uçot göstəricilərinin dəyişdirilməsi xidmətlərinin göstərilməsi və bu sahədə kargüzarlıq işinin təşkili, habelə qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanması və onlara nəzarətin həyata keçirilməsi ilə bağlı məsələləri müəyyən edir; [4]

1.3. Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tariхli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı” ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının (bundan sonra-nəqliyyat vasitəsi) dövlət qeydiyyatından keçirilməsi, uçota alınması və onlara qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi DAİM tərəfindən həyata keçirilir. [5]

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci abzasına əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (traktor və qoşqulara bir ədəd) verilir.

1.5. Hüquqi və ya fiziki şəxslər nəqliyyat vasitəsinin əldə edildiyi, fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi, nəqliyyat vasitəsinin ipoteka müqaviləsinin bağlandığı, xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan, nəqliyyat vasitəsinin mühərrik, ban, şassi nömrələrinin dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini hüquqi ünvan və ya yaşayış yeri üzrə DAİM-də qeydiyyata aldırmalıdırlar. [6]

1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı Agentlik aşağıdakıları həyata keçirir: [7]

1.6.1. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini;

1.6.2. nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;

1.6.3. qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların hazırlanmasını;

1.6.4. nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini;

1.6.5. DAİM-in nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanı, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini;

1.6.6. DAİM-ə məxaric olunmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini;

1.6.7. nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini.

1.7. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır.

1.8. Bu Təlimatda nəzərdə tutulmuş dövlət rüsumu, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər. [8]

1.8-1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir. [9]

1.9. Bu Təlimatda nəzərdə tutulmayan məsələlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə və “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na uyğun olaraq tənzimlənir.

 

2. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatı, uçota alınması, uçotdan çıxarılması və bununla bağlı kargüzarlıq işinin təşkili

 

2.1. Nəqliyyat vasitələri 18 yaşına çatmış fiziki şəxslərin (vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla) adına yaşayış yeri üzrə DAİM tərəfindən dövlət qeydiyyatına alınır.

2.2. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

2.3. Fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır.

2.4. Hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi yer üzrə DAİM tərəfindən dövlət qeydiyyatına alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının (bölmələrinin) istifadəsində olan nəqliyyat vasitələrinin qeydiyyatı onların yerləşdikləri ərazilər üzrə aparılır və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsinmülkiyyətçinin adı, ünvanı ilə bərabər nəqliyyat vasitəsini istifadə edən filialın (bölmənin) ünvanı da göstərilir. [10]

2.5. DAİM nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirir. [11]

2.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aparılır. Dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi barədə dövlət texniki baxış talonu verilir. [12]

2.7. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.

2.8. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:

2.8.1. Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;

2.8.2. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.

2.9. Texniki baxış zamanı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.

2.10. Qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbləri qeyd edir və DAİM tərəfindən ona göstəriləcək xidmət üçün əlavə rüsum ödəyir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində DAİM-in işçiləri nasaz nəqliyyat vasitəsini olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinədən keçirirlər.

2.11. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmasına və digər qeydiyyat hərəkətlərinin aparılmasına dair müraciətlər və müvafiq qeydiyyat hərəkətlərin aparılmasına dair sənədlər aşağıdakılardır:

2.11.1. nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üzrə:

2.11.1.1. ərizə;

2.11.1.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.1.3. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.11.1.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

2.11.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd;

2.11.1.6. Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları.

2.11.2. nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatına alınması üzrə:

2.11.2.1. fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişdiyi hallarda nəqliyyat vasitələrinin təkrar qeydiyyatı sahibinin ərizəsi əsasında 2.11.1-ci yarımbənddə göstərilən qaydada aparılır.

2.11.2.2. nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və aşağıda sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.11.1-ci yarımbəndə müvafiq qaydada aparılır:

2.11.2.2.1. istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər;

2.11.2.2.2. nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı;

2.11.2.2.3. komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab;

2.11.2.2.4. qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;

2.11.2.2.5. nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və DAİM-də təsdiq olunmuş alqı-satqı (5 nömrəli Əlavə), yaxud dəyişmə müqaviləsi (6 nömrəli Əlavə). Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti DAİM-də satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir;

2.11.2.2.6. müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.

2.11.2.3. mülkiyyətçinin soyadı, adı, atasının adı dəyişdikdə nəqliyyat vasitəsinin təkrar qeydə alınması nikah şəhadətnaməsi (onun surəti), yaxud Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən verilmiş digər sənədlər əsasında 2.11.1-ci yarımbənddə göstərilən qaydada yerinə yetirilir.

2.11.2.4. Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:

2.11.2.4.1. avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında DAİM-in verdiyi icazə;

2.11.2.4.2. təmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir);

2.11.2.4.3. nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı;

2.11.2.4.4. nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi;

2.11.2.4.5. həmçinin 2.11.1-ci yarımbənddə göstərilmiş digər müvafiq sənədlər.

2.11.3. yararsız vəziyyətə düşmüş qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanın dəyişdirilməsi üzrə:

2.11.3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.3.2. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.11.3.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

2.11.3.4. dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsinin əsli.

2.11.4. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı itdiyinə görə yeni qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üzrə:

2.11.4.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.4.2. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.11.4.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

2.11.4.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosundan arayış.

2.11.5. nəqliyyat vasitəsinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üzrə:

2.11.5.1. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

2.11.5.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.5.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin ödənilməsi barədə sənəd;

2.11.5.4. gömrük orqanlarının müvəqqəti icazə sənədləri.

2.11.6. nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması üzrə:

2.11.6.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.6.2. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.11.6.3. qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;

2.11.6.4. nəqliyyat vasitəsinin çıxdaş edilməsi barədə sənəd.

2.11.7. nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının aparılması üzrə:

2.11.7.1. ərizə;

2.11.7.2. ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti;

2.11.7.3. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

2.11.8. nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi üzrə:

İpoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı.

2.11.9. nəqliyyat vasitəsinə dair daşınar əmlakın rəsmi reyestrindən məlumatın alınması üzrə:

2.11.9.1. ərizə;

2.11.9.2. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.11.9.3. hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədin surəti;

2.11.9.4. ərizə nümayəndə tərəfindən verilirsə, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə.

2.11.10. nəqliyyat vasitəsinə dair məlumatların daşınar əmlakın rəsmi reyestrindən silinməsi üzrə:

2.11.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.10.2. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.11.10.3. nəqliyyat vasitəsinə dair məhkəmənin qərarı;

2.11.10.4. nəqliyyat vasitəsinin çıxdaş edilməsi barədə sənəd;

2.11.10.5. nəqliyyat vasitəsinin daimi olaraq Azərbaycan Respublikasından kənara çıxarılmasına dair sənəd.

2.12. Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı Agentliyə internet vasitəsilə elektron formada müraciət edə bilər. Agentlik müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsini müəyyən edir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verir.

2.13. Agentliyin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Təlimatın 2.11.1-ci yarımbəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada Agentliyə təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi Agentliyin vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

2.14. İstehsalçı müəssisənin və təmir zavodlarının texniki şərtlərinə müvafiq olaraq nəzarət sınağı keçən nəqliyyat vasitələrinə bir ildən çox olmayan müddətə üzərində “Sınaq” işarəsi yazılmış qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilir.

2.15. Əvvəllər qeydiyyata alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur.

2.16. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.

2.17. Dövlət qeydiyyat nişanının verilməsi nəzərdə tutulan və yaxud tutulmayan aqrar-sənaye komplekslərində, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında və digər kənd təsərrüfatı üzrə xidmət sahələrində istifadə edilən asma-qoşma mexanizmlər və stasionar avadanlıqlar (bundan sonra―asma-qoşma mexanizmlər və stasionar avadanlıqlar) bu Təlimatın 2.11.1-ci yarımbəndinin tələbinə uyğun olaraq dövlət qeydiyyatına alınır.

2.18. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

2.19. Nəqliyyat vasitələrinin avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatların dəyişdirilməsinin xüsusiyyətləri:

2.19.1. nəqliyyat vasitəsinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılması qadağandır;

2.19.2. bir markadan olan nəqliyyat vasitələrinin başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılması nəqliyyat vasitəsinin təmiri ilə məşğul olan müəssisələrdə həyata keçirilir;

2.19.3. bu Təlimatın 2.19.2-ci yarımbəndində göstərilmiş müəssisələr və nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən eyni modeldən olan nəqliyyat vasitələrinin banı və aqreqatları dəyişdirilə bilər;

2.19.4. eyni markadan olan nəqliyyat vasitələrinin mühərrikini və çərçivəsini texniki şərtlər daxilində sərbəst qoymağa icazə verilir, digər hallarda isə dəyişdirilmə istehsalçı zavodun məsləhəti əsasında həyata keçirilir;

2.19.5. Avadanlıqla təchiz edilmə və yenidən yığılma, yaxud təmir vaxtı nəqliyyat vasitələrinin azad olmuş aqreqatları (banı, mühərriki, çərçivəsi, mühərrikin bloku) mülkiyyətçilərinin sərəncamında qalır və onlardan istədikləri kimi istifadə edə bilərlər. Nəqliyyat vasitəsinin sahibi həmin aqreqatları, DAİM-in müvafiq arayışı əsasında komisyon ticarət mağazası vasitəsi ilə başqa şəxsə və ya texniki xidmət stansiyasına sata, notarial qaydada bağışlaya bilər.

2.20. Nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.

2.21. Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.

2.22. Maye qazla işləmək üçün dəyişiklik edilmiş nəqliyyat vasitələri mülkiyyətçinin, nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olması barədə təqdim etdiyi akt və bu Təlimatda nəzərdə tutulmuş digər sənədlər əsasında təkrar qeydiyyata alınır.

2.23. Mülkiyyətçisi dəyişən və DAİM-in xidmət ərazisindən çıxarılıb kənara aparılan nəqliyyat vasitələri təkrar qeydiyyata yeni uçot sahəsində alınır.

2.24. Əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.

2.25. Ər və arvad arasında nəqliyyat vasitələrinin birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüququ verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.

2.26. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edir.

2.27. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.28. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.

2.29. Yararsız hala düşmüş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı Agentliyin aparatı tərəfindən tərtib edilmiş akta əsasən balansdan silinir.

2.30. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:

2.30.1. nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış DAİM-in fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;

2.30.2. nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;

2.30.3. nəqliyyat vasitələri çıxdaş edildikdə.

2.31. Dövlət və bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrinin silinməsi barədə tərtib edilmiş akt həmin mülkiyyətçilər tərəfindən təsdiqlənməlidir. Satışa yararlı olan material qiymətlilərinə dair qəbul-təhvil qaimələri akta əlavə edilir.

2.32. Xüsusi mülkiyyətdə olan silinmiş nəqliyyat vasitələri DAİM ilə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (ümumi və paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinə dair aktı isə nəqliyyat vasitəsinin mülkiyyətçilərinin razılaşması əsasında yalnız mülkiyyətçilərdən biri öz imzası ilə təsdiqləyir) təsdiq etdikləri akt əsasında uçotdan silinir.

2.33. Dövlət qeydiyyat nişanının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və “tranzit” nişanlarının verilməsinə (2.30.3-cü yarımbənddə göstərilən hal istisna olmaqla) dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və “Nəqliyyat vasitəsi üzərində hüquqların qeydiyyatına dair reyestr kitabı”nda (bundan sonra-Reyestr kitabı) (2 nömrəli Əlavə) müvafiq qeydlər aparılır.

2.34. Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları DAİM-ə təhvil verilir.

2.35. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər. Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların, vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər.

2.36. Nəqliyyat vasitələri texniki xidmət stansiyalarına və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrə verilməsinə görə uçotdan çıxarıldıqda dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi DAİM-ə təhvil verilir, mülkiyyətçiyə isə DAİM tərəfindən arayış verilir.

2.37. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar nəqliyyat vasitəsi uçotdan çıxarıldıqda, qeydiyyat şəhadətnaməsində onun getdiyi yer, yeni mülkiyyətçinin soyadı, adı, atasının adı göstərilir.

2.38. Dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin reyestri kağız və elektron daşıyıcılar üzərində aparılır. Reyestrin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

2.39. Reyestr kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir. Reyestr kitabının hər bir cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir.

2.40. Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.

2.41. Reyestr kitabına daxil edilmiş məlumatlarda yol verilən dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər bu dəyişikliklərin və düzəlişlərin aid olduğu məlumatların əks etdirildiyi vərəqlərdən sonra gəlir. Dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər onların aid olduğu vərəqlərin nömrəsi ilə nömrələnir.

2.42. Dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə “Xüsusi qeydlər” qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması Agentlik tərəfindən müəyyən edilən xüsusi ştamp (3 nömrəli Əlavə) vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, DAİM-in müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur.

2.43. Nəqliyyat vasitəsinin qeydiyyatının aparılması ilə bağlı Reyestr kitabında verilən qeydiyyat nömrəsi (bundan sonra–qeydiyyat nömrəsi) hüquqların dövlət qeydiyyatı üçün verilmiş ərizənin DAİM-ə daxil olma nömrəsi əsasında formalaşdırılır.

2.44. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən təqdim edilmiş ərizə “Hüquqların qeydiyyatı üzrə ərizə jurnalı”nda (1 nömrəli Əlavə) qeydiyyata alınır və ərizənin aşağı sağ küncündə ştamp vurularaq qeydəalınma nömrəsi və tarixi göstərilir. Hüquqların qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.

2.45. Nəqliyyat vasitəsi uçota alınarkən Agentlikdə nəqliyyat vasitələrinin texniki göstəriciləri və nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxslərə dair məlumatlar Avtomatlaşdırılmış İnformasiya Sistemi “Dövlət Texniki Nəzarət” proqramı vasitəsilə Reyestr kitabına daxil edilir.

2.46. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə dair qeydiyyat kitabı”nda (4 nömrəli Əlavə) qeydiyyat aparıldıqdan sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təqdim edilir.

2.47. Reyestr kitabı, qeydiyyat jurnalları (kitabları) və nəqliyyat vasitəsinin qeydiyyatı haqqında elektron (elektron daşıyıcılarda) məlumat bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədlər isə beş il müddətində Agentlik saxlanılır. Bu müddət bitdikdə Agentlik həmin sənədlər barədə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər həyata keçirir.

 

3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması üzrə kargüzarlıq işinin təşkili

 

3.1. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulmasına dair əqdlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır.

3.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması zamanı DAİM tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi barədə akt (7 nömrəli Əlavə) tərtib edilir və arayış (8 nömrəli Əlavə) hazırlanır.

3.3. Arayış DAİM-in məsul şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilərək qeydiyyata alınır.

3.4. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir.

3.5. İpoteka qoyan şəxslə ipoteka saxlayan şəxs arasında bağlanmış ipoteka müqaviləsi DAİM-ə təqdim edildiyi təqdirdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən (bundan sonra-reyestr) çıxarış verilir.

3.6. İpoteka ilə yüklü olan nəqliyyat vasitəsi haqqında Reyestrdə (kağız üzərində və elektron sistemdə qeydiyyat aparılır) və qeydiyyat şəhadətnaməsində onun yüklü olmasına dair məlumatlar göstərilir.

3.7. Reyestrdən çıxarış Agentlik tərəfindən hazırlanaraq məsul şəxsin möhür və imzası ilə təsdiq edilir və ipoteka saxlayana təqdim olunur.

3.8. Qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda, habelə ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatına alınmasından imtina edilir.

3.9. “Daşınar əmlakın reyestrindən çıxarışların verilməsinə dair qeydiyyat kitabı”nda (9 nömrəli Əlavə) aşağıdakı məlumatlar göstərilir:

3.9.1. sıra nömrəsi;

3.9.2. nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxsin tam adı və ünvanı;

3.9.3. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, yerləşdiyi inzibati ərazi vahidinin adı;

3.9.4. nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxsin tam adı və ünvanı;

3.9.5. nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilənin nömrəsi, tarixi və yeri;

3.9.6. ipoteka haqqında müqavilənin qüvvədə olma müddəti;

3.9.7. Reyestrdən verilən çıxarışın nömrəsi və tarixi, Reyestr kitabının cildinin və vərəqinin nömrəsi;

3.9.8. Reyestrdən çıxarışı təqdim edilən fiziki şəxsin adı, soyadı, atasının adı, FİN kodu, hüquqi şəxsin adı, VÖEN-i, (etibarnamənin №-si və tarixi), imza və tarix.

 

4. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanması və onlara nəzarət olunması

 

4.1. Nəqliyyat vasitələrinə verilən qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı və digər xüsusi məhsullar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Agentliyin sifarişi əsasında hazırlanır.

4.2. DAİM nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanı, eləcə də digər xüsusi məhsullarla Agentliyin aparatı tərəfindən təchiz edilir.

4.3. Agentlik nəqliyyat vasitələrinin seriya nömrələrinin Azərbaycan Respublikasının regionları üzrə kodları əlifba sırası ilə təyin olunduğunu nəzərə alaraq, nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsiniverilməsini aşağıdakı cədvələ uyğun olaraq təşkil edir:

 

Rayonun (şəhər)

kodu

Rayonların (şəhər) adı

Rayonun (şəhər)

kodu

Rayonların (şəhər) adı

Rayonun (şəhər)

kodu

Rayonların (şəhər) adı

01

Abşeron rayonu

26

Xankəndi şəhəri

50

Sumqayıt şəhəri

02

Ağdam rayonu

27

Xaçmaz rayonu

51

Samux rayonu

03

Ağdaş rayonu

28

Xocavənd rayonu

52

Salyan rayonu

04

Ağcabədi rayonu

29

Xızı rayonu

53

Siyəzən rayonu

05

Ağstafa rayonu

30

İmişli rayonu

54

Sabirabad rayonu

06

Ağsu rayonu

31

İsmayıllı rayonu

55

Şəki rayonu

07

Astara rayonu

32

Kəlbəcər rayonu

56

Şamaxı rayonu

08

Balakən rayonu

33

Kürdəmir rayonu

57

Şəmkir rayonu

09

Bərdə rayonu

34

Qax rayonu

58

Şuşa şəhəri

10,90

Bakı şəhəri

35

Qazax rayonu

59

Tərtər rayonu

11

Beyləqan rayonu

36

Qəbələ rayonu

60

Tovuz rayonu

12

Biləsuvar rayonu

37

Qobustan rayonu

61

Ucar rayonu

14

Cəbrayıl rayonu

38

Qusar rayonu

62

Zaqatala rayonu

15

Cəlilabad rayonu

39

Qubadlı rayonu

63

Zərdab rayonu

16

Daşkəsən rayonu

40

Quba rayonu

64

Zəngilan rayonu

17

Şabran rayonu

41

Laçın rayonu

65

Yardımlı rayonu

18

Şirvan rayonu

42

Lənkəran şəhəri

66

Yevlax rayonu

19

Füzuli rayonu

43

Lerik rayonu

Naxçıvan MR

20

Gəncə şəhəri

44

Masallı rayonu

67

Babək rayonu

21

Gədəbəy rayonu

45

Mingəçevir şəhəri

68

Şərur rayonu

22

Goranboy rayonu

46

Naftalan şəhəri

70

Ordubad rayonu

23

Göyçay rayonu

47

Neftçala rayonu

71

Şahbuz rayonu

24

Hacıqabul rayonu

48

Oğuz rayonu

72

Culfa rayonu

25

Göygöl rayonu

49

Saatlı rayonu

85

Naxçıvan şəhəri

 

4.4. Nəqliyyat vasitələrinin seriya nömrələrinin region kodları əlifba sırası ardıcıllığı ilə təyin olunur. İstisna olaraq “ 13” , “ 69” , “73- 84” , “86- 97” və “ 99” rəqəmləri regionlar üzrə təyin olunmamışdır. 98 kodu isə ümumölkə kodu hesab edilərək Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən nəqliyyat vasitələrinə verilir. DAİM tərəfindən rayonlar üzrə “TG” və “TY” seriyalı dövlət qeydiyyat nişanları ancaq qoşqu və yedəklərin dövlət qeydiyyatına alındığı hallarda verilir. [13]

4.5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Qeydiyyat şəhadətnaməsi üz tərəfi açıq bənövşəyi və mavi rəngin qarışığı olmaqla üzərində Azərbaycan Respublikasının xəritəsi və təkərli traktorun təsviri, holoqram, barkod olan, arxa hissəsi isə açıq yaşıl-mavi fonda olmaqla Azərbaycan Respublikasının gerbinin təsviri olan qiloş (qoruyucu tor) şəbəkəsindən ibarət ölçüləri 86x54 mm olan plastik kart formasında hazırlanır (10 nömrəli Əlavə). Ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı—“AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir: [14]

4.5.1 nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi;

4.5.2. nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi;

4.5.3. nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri, hüquqi şəxsin adı;

4.5.4. nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası;

4.5.5. nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi;

4.5.6. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti və seriya nömrəsi;

4.5.7. məsul şəxsin imzası;

4.5.8. xüsusi qeydlər.

4.6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin sahibindən dövlət rüsumu alınmadan Agentliyin hesabına dəyişdirilir.

4.7. Agentlik nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edir.

4.8. Dövlət qeydiyyat nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2015-ci il 27 oktyabr tarixli 150111500009 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər”ə dair AZS 599-2015 Azərbaycan Respublikasının Dövlət Standartının tələblərinə uyğun olaraq hazırlanır.

4.9. Dövlət qeydiyyat nişanının verilməsi nəzərdə tutulan və yaxud tutulmayan yedək, asma-qoşma mexanizmlər və stasionar avadanlıqların qeydiyyata alınması ilə əlaqədar verilən qeydiyyat şəhadətnaməsindəki məlumatlar 10 nömrəli Əlavə ilə eynilik təşkil edir (ban nömrəsi əvəzinə zavod nömrəsi qeyd olunur, 11 nömrəli Əlavə).

4.10. Dövlət qeydiyyat nişanının, qeydiyyat şəhadətnaməsinin, texniki baxış talonunun və sürücülük vəsiqələrinin verilməsinin və nəqliyyat vasitəsinin dövlət texniki baxışından keçməsi barədə elektron talonun qeydiyyatı kağız üzərində və paralel olaraq Avtomatlaşdırılmış İnformasiya Sistemi “Dövlət Texniki Nəzarət” elektron proqram vasitəsi ilə aparılır. [15]

4.11. DAİM-də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının saxlanılmasının uçotu və inventarizasiyası başqa qiymətli materiallar üçün müəyyən olunmuş qaydada aparılır. Hər hesabat ilinin dekabr ayının 15-dək yeni hesabat ili üçün tələb olunan xüsusi məhsullara dair sifariş, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının mədaxili və məxarici haqqında məlumatlar illik hesabatla birlikdə Agentliyə təqdim olunur.

4.12. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və digər xüsusi məhsulların hazırlanması, sərfi və saxlanması üzrə uçot Agentlik tərəfindən ölkə ərazisində illər üzrə mərkəzləşdirilmiş formada aparılır.

4.13. Nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması prosesində xarab olmuş blanklar növbəti inventarizasiya vaxtı onların təkrar istifadə edilməsinin mümkünlüyünü aradan qaldıran vasitələr və üsullarla ləğv edilir və bu barədə müvafiq akt tərtib edilir.

4.14. Agentliyin aparatına daxil olmuş xüsusi məhsulların uçotu―dövlət qeydiyyat nişanlarının (12 nömrəli Əlavə), qeydiyyat şəhadətnamələrinin seriyalar üzrə blanklarının (13 nömrəli Əlavə), nəqliyyat vasitələrinin yüklülüyünə dair reyestrdən çıxarış blanklarının (14 nömrəli Əlavə), inzibati xəta haqqında protokol və qərar blanklarının (15 nömrəli Əlavə), nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsinin blanklarının (16 nömrəli Əlavə) və texniki baxış talonu blanklarının (17 nömrəli Əlavə) məxaric kitablarında aparılır. [16]

4.15. DAİM məxaric edilən xüsusi məhsulların uçotu―“Rayon (şəhər) üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının, qeydiyyat şəhadətnamələrinin seriyalar üzrə, nəqliyyat vasitələrinin yüklülüyünə dair reyestrdən çıxarış, inzibati xəta haqqında protokol və qərar, nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsinin və texniki baxış talonu blanklarının mədaxil uçotu kitabı”nda (18 nömrəli Əlavə) onların seriya və nömrələrinin artan ardıcıllığı ilə qeydiyyatı aparılır. [17]

4.16. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsinin yüklülüyünə dair reyestrdən çıxarış, inzibati xəta haqqında protokol və qərar, nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsi və texniki baxış talonu blankları ciddi hesabat sənədləri hesab edilir və seyflərdə saxlanılır.

4.17. Nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanının verilməsi, onların aqreqatlarının dəyişdirilməsi, qeydiyyata alınması və uçotdan çıxarılması, eləcə də ciddi hesabat blanklarının mədaxili, məxarici və uçot kitabları daimi saxlanılır.

4.18. Agentliyin aparatı DAİM nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri ilə bağlı kağız üzərində və elektron daşıyıcılarda reyestrinin aparılması və təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması, aşkar olunan çatışmazlıqların aradan qaldırılmasına dair bu sahədə müvafiq treninqlərin keçirilməsini mütəmadi olaraq təşkil edir.

4.19. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə tərtib edilən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın surəti DAİM tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatlarla birlikdə Agentliyə təqdim edilir.

4.20. DAİM məxaric olunmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və xüsusi məhsulların onlar tərəfindən sərf edilməsi proseduru hər hesabat ilinin dekabr ayında Agentliyin aparatının işçiləri tərəfindən təftiş edilir, istismara yararlı olmayan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və xüsusi məhsullar mühasibat uçotu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq silinir və bu barədə Reyestrdə müvafiq qeydlər aparılır.

4.21. Aylıq, rüblük və illik hesabatlar kağız üzərində və elektron daşıyıcılarda 2018-ci ilin may ayının 1-dək, 2018-ci ilin may ayının 1-dən isə ancaq elektron daşıyıcılarda Agentliyin aparatına təqdim edilir.

 


 

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 1 nömrəli Əlavə

 

 

 

 

 

 

 

 

Hüquqların qeydiyyatı üzrə

ərizə jurnalı

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizə jurnalında  “___” _________ 20___ il

tarixdən “___” _________20___ il tarixədək

qeydiyyat aparılmışdır

 

 


 

Ərizənin qeydə alma №-si

Ərizənin daxil olma tarixi

Ərizəçinin soyadı, adı, atasının adı

(hüquqi şəxsin tam adı),

etibarnamənin №-si və tarixi

Müraciətin məzmunu

1

2

3

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) adı (fiziki şəxsin adı, soyadı, atasının adı, FİN kodu, hüquqi şəxsin tam adı) və ünvanı

Nəqliyyat vasitəsinə dair təqdim edilmiş şənədlərin adı, nömrəsi və tarixi

Hüquqların qeydiyyatı haqqında verilmiş sənədlərə dair məlumat (sənədin adı və nömrəsi)

5

6

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 2 nömrəli Əlavə

 

 

 

 

 

 

 

 

 

 

Nəqliyyat vasitəsi üzərində hüquqların

qeydiyyatına dair __________________üzrə

                                           (rayonun və ya şəhərin adı)

 

 

R E Y E S T R   K İ T A B I          

“____” №-li Cild

 

 

İlk bölmənin №-si “____”,

Sonuncu bölmənin №-si  “____”

Vərəqlərin №-si “____”-dən “_____”-dək

Başlanma tarixi: “__” _______20__ il

“___” №-li cildə keçid tarixi:

“____” ____________20___il

 

 


 

1. Bölmənin nömrəsi  -----------------------            Qeydiyyat nömrəsi, tarixi--------------

 

2. Nəqliyyat vasitəsinin adı, növü və onun (tərkib hissələrinin) fərdi nömrəsi (nömrələri):

 

Nəqliyyat vasitəsinin adı:

 

Mühərrikin markası, modeli:

Nəqliyyat vasitəsinin növü:

 

Mühərrikin gücü (kvt):

Markası, modeli:

 

Mühərrikin nömrəsi:

Zavod (şassi) nömrəsi:

 

Rəngi:

Şassi nömrəsi:

 

İstehsalçı ölkə:

Buraxılış ili:

 

 

 

3. Nəqliyyat vasitəsinin mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumat:

 

fiziki şəxsin adı, soyadı, atasının adı, hüquqi şəxsin tam adı

fiziki şəxsin yaşayış yeri,

hüquqi şəxsin hüquqi ünvanı

fiziki şəxsin FİN kodu, hüquqi şəxsin VÖEN-i

telefon nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4. Nəqliyyat vasitəsinin mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumat:

 

sənədin adı

sənədin nömrəsi və verilmə tarixi

sənədin məzmunu

sənədi verən orqanın adı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Nəqliyyat vasitəsi üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumat:

 

məhdudlaşdırılmanın növü və müddəti

sənədlər-əsaslar

məhdudlaşdırılmanın predmetinin təsviri

məhdudlaşdırılmanın ləğv edilməsinə dair sənədin nömrəsi və tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6. Reyestrdə dəyişikliklərin və düzəlişlərin edilməsinə dair əsaslar:

 

dəyişikliyin və ya düzəlişin edilmə tarixi

dəyişikliklərin (düzəlişlərin) məzmunu

sənədlər-əsaslar

xüsusi qeydlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7. Nəqliyyat vasitəsinə dair məlumatın reyestrdən silinməsi üçün əsaslar:

 

sənədin adı

sənədin nömrəsi və verilmə tarixi

sənədin məzmunu

sənədi verən orqanın adı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8. Nəqliyyat vasitələri üzərində hüquqların qeydiyyatına dair verilən sənədlərin adı, nömrəsi və dövlət qeydiyyat nişanının nömrəsi

 

qeydiyyat

şəhadətnaməsinin nömrəsi

Asma-qoşma üzrə qeydiyyat

şəhadətnaməsinin nömrəsi

dövlət qeydiyyat nişanının seriya və nömrəsi

Nəqliyyat vasitəsinin dayanacaq ünvanı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən siyahısı, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 3 nömrəli Əlavə

 

 

 

“Xüsusi ştampın nümunəsi”

 

Dəyişikliyin və ya düzəlişin edilmə tarixi “_”  “___”20-il

_________________   [18]

          (rayonun (şəhər) adı)

DAİM-in vəzifəli şəxsi [19]

 

________________________________________________________

                                       (adının baş hərfi, soyadı, vəzifəsi və imzası)

Ölçüləri:5,5X3,0 sm.

 

 

 

 

 


 

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 4 nömrəli Əlavə

 

 

 

 

Aqrar Xidmətlər Agentliyi [20]

 

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə

dair qeydiyyat

 

KİTABI

 

 

 

 

 

 

 

Bu kitabda “___”_________20___ il tarixdən

“___”______20___il tarixədək qeydiyyat

aparılmışdır

 

 


 

 

№/

Nəqliyyat vasitəsinin adı, markası

Buraxılış ili

Nəqliyyat vasitəsi haqqında məlumat

Nəqliyyat vasitəsinin sahibi vəya sərəncam vermək hüququ olan digər şəxs (fiziki şəxsin adı, soyadı, atasının adı, FİN kodu, hüquqi şəxsin tam adı)

Nəqliyyat vasitəsinin texniki vəziyyəti

Zavod №si (Şassi №si)

Mühərrik №si

Rəngi

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Qeydiyyat şəhadətnaməsi

 

Dövlət qeydiyyat nişanı

Dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi təqdim edilən şəxs barədə məlumat, tarix və imza (etibarnamənin №-si və tarixi)

Reyestr kitabının cildinin və vərəqinin nömrəsi

Seriya

Nömrə

 Seriya

Nömrə

Soyadı, adı, atasının adı, FİN kodu

 

Tarix

İmza

9

10

11

12

13

14

15

16