AKTIN NÖVÜ
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
QƏBUL EDİLDİYİ TARİX
25.01.2018
QEYDİYYAT NÖMRƏSİ
180102500006
ADI
“ASAN ödəniş” sisteminin ödəniş barədə çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.150.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201801250006
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.02.2018
“ASAN ödəniş” sisteminin ödəniş barədə çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının Qərarı

Qəbul edildiyi tarix

25.01.2018

Qeydiyyat nömrəsi

180102500006

Adı

“ASAN ödəniş” sisteminin ödəniş barədə çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.02.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.150.040

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201801250006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.02.2018

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.1.9-cu yarımbəndini, 5.8-ci və 5.9-cu bəndlərini rəhbər tutaraq Dövlət Agentliyinin kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış “ASAN ödəniş” sisteminin ödəniş barədə çıxarışlarının uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat şöbəsi (İ.Qədimova) bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. İnformasiya təminatı şöbəsi (A.Hüseynov) bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra qərarın Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri                                                                                     İnam Kərimov

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2018-ci il 25 yanvar tarixli 180102500006 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

“ASAN ödəniş” sisteminin ödəniş barədə çıxarışlarının uçotu Qaydaları

 

1.          Ümumi müddəalar

 

1.1.  Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun olaraq hazırlanmışdır və  “ASAN ödəniş” sisteminin (bundan sonra - sistem) ödəniş barədə çıxarışlarının (bundan sonra – sistemin çıxarışları) uçotu qaydalarını müəyyən edir.

1.2.  Sistemin çıxarışları xüsusi ödəmə terminalları, mobil telefon aparatları və internet vasitəsi ilə ödəniş aparılarkən (istənilən hesablaşma formasından (nağd pul, ödəniş kartları, bank hesabları və s.) istifadə edilməklə) sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.

1.3.  Sistemin çıxarışları sistem vasitəsilə aparılmış ödənişlərin təsdiqidir və onların oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir.

1.4.  Sistemin çıxarışlarının bu Qaydalarda müəyyən edilmiş rekvizitləri özündə əks etdirən forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

 

2.       Sistemin çıxarışlarının rekvizitləri

 

2.1.       Sistemin çıxarışları ödəyicinin hansı ödəniş alətindən istifadə etməsindən asılı olmayaraq eyni formaya malikdir və aşağıdakı rekvizitləri özündə əks etdirir:

2.1.1.      sistemin adı;

2.1.2.      mədaxil qəbzinin unikal nömrəsi;

2.1.3.      ödəyicinin tam adı;

2.1.4.      ödəyicinin FİN-i və/və ya VÖEN-i;

2.1.5.      dövlət qurumunun və ya kütləvi xidmət müəssisəsinin daxili informasiya sistemində ödəyicinin eyniləşdirmə məlumatları (müvafiq olaraq kodu, abonent kodu, sənəd nömrəsi, telefon nömrəsi və s.);

2.1.6.      ödənişin tarixi;

2.1.7.      dövlət qurumunun və ya kütləvi xidmət müəssisəsinin adı;

2.1.8.      xidmət mərkəzinin adı (ödənişlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə aparıldıqda);

2.1.9.       ödənişin məbləği;

2.1.10.  xidmətin adı;

2.1.11.  ödəniş aləti;

2.1.12.  tranzaksiya nömrəsi;

2.1.13.  xidmət vasitəsi;

2.1.14.  büdcə təsnifatının kodu (ödənişlər dövlət büdcəsinə aparıldıqda);

2.1.15.  büdcə səviyyəsinin kodu (ödənişlər dövlət büdcəsinə aparıldıqda);

2.1.16.  xəzinə hesabı (qeyri-büdcə ödənişləri aparıldıqda bank hesabı).

2.2.       Əməliyyatların xarakterindən asılı olaraq sistemin çıxarışlarına əlavə rekvizitlər daxil edilir.

 

3.       Sistemin çıxarışlarının uçotunun aparılması

 

3.1.  Sistem vasitəsilə aparılan ödənişlər üzrə çıxarışların uçotu sistemin məlumat bazasında avtomatlaşdırılmış qaydada aparılır.

3.2.  Sistemin çıxarışlarının nömrələrinin sistemdə unikallığı mərkəzləşdirilmiş qaydada təmin olunur.

3.3.  Aparılan ödənişin təsdiqi barədə çıxarış dərhal və ya ödəyicinin müraciəti əsasında istənilən vaxt, o cümlədən təkrar əldə edilə bilər.

3.4.  Sistem vasitəsi ilə aparılan ödənişlər haqqında məlumatlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status