AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
615
ADI
“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-01-2018, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2560)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712290615
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2018
“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini

“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.3-cü, 3.1.4-cü və 3.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər” təsdiq edilsin (3 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

     № 615

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 615 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər

 

Sıra

№-si

Lisenziya və ya icazə verən orqanlar

Son müddət

1

2

3

1.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

1 may 2018-ci il

2.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

1 mart 2018-ci il

3.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1 may 2018-ci il

4.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

1 may 2018-ci il

5.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

1 mart 2018-ci il

6.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

1 mart 2018-ci il

7.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

1 mart 2018-ci il

8.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

1 mart 2018-ci il

9.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

1 mart 2018-ci il

10.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

1 mart 2018-ci il

11.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1 may 2018-ci il

12.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1 mart 2018-ci il

13.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

1 mart 2018-ci il

14.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

1 mart 2018-ci il

15.

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası

1 may 2018-ci il

16.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

1 mart 2018-ci il

17.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

1 mart 2018-ci il

18.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

1 mart 2018-ci il

19.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti

1 mart 2018-ci il

20.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

1 mart 2018-ci il

21.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası [1]

1 mart 2018-ci il

22.

Azərbaycan Respublikasının Auditorlar Palatası

1 mart 2018-ci il

23.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

1 dekabr 2018-ci il

24.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

1 mart 2018-ci il

25.

Bakı Nəqliyyat Agentliyi

1 mart 2018-ci il

26.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

1 mart 2018-ci il

27.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası

1 may 2018-ci il

28.

Azərbaycan Milli Elmlər Akademiyası

1 mart 2018-ci il

29.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

1 mart 2018-ci il

30.

Rayon (şəhər) icra hakimiyyətləri

1 may 2018-ci il

31. [2]

Dənizkənarı Bulvar İdarəsi

1 fevral 2019-cu il

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 615 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

“Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər

 

Sıra

№-si

İnformasiya sisteminin adı

İnformasiya sistemindən əldə olunan məlumatlar

Son müddət

1

2

3

4

1.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə

1.1.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

- hüquqi şəxsin adı

- fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi

- hüquqi şəxsin ünvanı

- fərdi sahibkarın yaşadığı ünvan

- hüquqi şəxsin tipi (kommersiya və ya qeyri-kommersiya)

- hüquqi şəxsin və ya fərdi sahibkarın VÖEN-i

- VÖEN-in verilmə tarixi

- vergi ödəyicisinin statusu (aktiv, dayandırılmış, bağlı)

- vergi ödəyicisinin fəaliyyətinin dayandırılma tarixi

- vergi ödəyicisinin fəaliyyət növü (növləri)

- obyektin kodu

- obyektin ünvanı

- hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi, əlaqə nömrəsi

- fərdi sahibkarın əlaqə nömrəsi

1 mart 2018-ci il

2.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə

2.1.

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi

- şəxsin soyadı, adı, atasının adı

- şəxsin vətəndaşlığı

- şəxsiyyəti təsdiq edən sənədin növü, seriyası və nömrəsi

- şəxsin doğulduğu yer və tarix

- şəxsin yaşayış yeri

- şəxsin cinsi

- şəxsin fərdi identifikasiya nömrəsi

- şəxsiyyəti təsdiq edən sənədin verilmə tarixi

- şəxsiyyəti təsdiq edən sənədin etibarlılıq müddəti

- şəxsiyyəti təsdiq edən sənədi verən orqan

1 mart 2018-ci il

2.2.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi

- nəqliyyat vasitəsinin qeydiyyat nişanı

- nəqliyyat vasitəsinin markası, modeli, tipi, mühərrik nömrəsi, buraxılış ili, ban nömrəsi

- nəqliyyat vasitəsinin sahibi barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı)

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilmə tarixi

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti

- nəqliyyat vasitəsinin sonuncu texniki baxışdan keçdiyi tarix

1 mart 2018-ci il

3.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə

3.1.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemi

- əmək müqaviləsinin bağlanılması ilə bağlı bildirişin nömrəsi və sistemə daxil edildiyi tarix

- işəgötürən barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, VÖEN-i)

- işçi barədə məlumat (soyadı, adı, atasının adı, qeydiyyatda olduğu ünvan, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, iş stajı)

- iş yeri barədə məlumat (iş yerinin adı, əsas və ya əlavə olması barədə məlumat, işçinin məşğulluq təsnifatı və əmək müqaviləsi üzrə vəzifəsi)

- əmək müqaviləsinin bağlandığı tarix və müddət

- əməyin ödənilməsinin işəmuzd və ya vaxtamuzd olması barədə məlumat

1 mart 2018-ci il

4.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə

4.1.

“Elektron notariat” informasiya sistemi

Sənədlərin üzərində yerləşdirilmiş ştrixkod (barkod) nömrəsi, bu nömrə olmadıqda isə həmin sənədin reyestr nömrəsi və tarixi əsasında aşağıdakı məlumatlar əldə olunur:

1. daşınmaz əmlakın icarəyə və ya istifadəyə verilməsinə dair müqavilələr üzrə:

1.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, əqdin son qüvvədə olma tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı); [3]

1.2. icarəyə və ya istifadəyə verən və götürən şəxslər barədə məlumat (fiziki şəxs olduqda - soyadı, adı və atasının adı, qeydiyyat ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxs olduqda - adı və hüquqi ünvanı);

1.3. icarəyə və ya istifadəyə verilən daşınmaz əmlak barədə məlumat (əmlakın növü, ünvanı, ümumi sahəsi, hüquqmüəyyənedici sənədin növü, reyestr və qeydiyyat nömrəsi, daşınmaz əmlakın yüklülüyü barədə məlumat (yüklülüyün növü və müddəti);

2. nəqliyyat vasitəsinin icarəyə və ya digər əşya hüququ üzrə istifadəyə verilməsinə dair müqavilələr üzrə:

2.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, əqdin son qüvvədə olma tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);

2.2. nəqliyyat vasitəsinin icarəyə və ya digər əşya hüququ üzrə istifadəyə verən və götürən şəxslər barədə məlumat (fiziki şəxs olduqda - soyadı, adı və atasının adı, qeydiyyat ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxs olduqda - adı və hüquqi ünvanı);

2.3. icarəyə və ya digər əşya hüququ üzrə istifadəyə verilən nəqliyyat vasitəsi barədə məlumat (dövlət qeydiyyat nişanı, markası, mühərrik nömrəsi, buraxılış ili, qeydiyyat şəhadətnaməsinin seriyasi, nömrəsi və verilmə tarixi);

3. nəqliyyat vasitəsinə dair rəsmiləşdirilmiş etibarnamələr üzrə:

3.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, etibarnamənin son qüvvədə olma tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);

3.2. nəqliyyat vasitəsinə dair etibarnamə verən və etibar edilən şəxslər barədə məlumat (fiziki şəxs olduqda - soyadı, adı və atasının adı, qeydiyyat ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxs olduqda - adı və hüquqi ünvanı);

3.3. etibarnamə verilmiş nəqliyyat vasitəsi barədə məlumat (dövlət qeydiyyat nişanı, markası, mühərrik nömrəsi, buraxılış ili, qeydiyyat şəhadətnaməsinin seriyasi, nömrəsi və verilmə tarixi);

4. xaricdə verilmiş sənədlərin tərcüməsinin düzgünlüyünün, eləcə də sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üzrə:

4.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);

4.2. tərcüməsinin, eləcə də surət və çıxarışlarının düzgünlüyü təsdiq edilmiş sənəd barədə məlumat (sənədin adı, verilmə tarixi, nömrəsi, verən orqan)

1 mart 2018-ci il

4.2.

“Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

- qeyri-kommersiya hüquqi şəxsin adı və təşkilati-hüquqi forması

- qeyri-kommersiya hüquqi şəxsin ünvanı

- qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatına alındığı tarix və qeydiyyat nömrəsi

- qeyri-kommersiya hüquqi şəxsinin rəhbərinin soyadı, adı, atasının adı

1 mart 2018-ci il

5.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə

5.1.

“Elektron hökumət” portalı

- dövlət informasiya ehtiyatlarından və fərdi məlumatların informasiya sistemlərindən “Elektron hökumət” şlüzü vasitəsilə əldə olunan məlumatlar

1 mart 2018-ci il

6.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi üzrə

6.1.

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi

- hüququ rəsmiləşdirilən şəxs

- daşınmaz əmlakın növü

- daşınmaz əmlakın ünvanı

- daşınmaz əmlak üzərində mülkiyyət növü

- daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)

- hüquq sahibinin payı, reyestr nömrəsi, qeydiyyat nömrəsi və qeydiyyat tarixi

- daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi

- daşınmaz əmlak ümumi paylı mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi, qeydiyyat tarixi və payı

1 mart 2018-ci il

6.2.

Ünvan Reyestri İnformasiya Sistemi

- daşınmaz əmlak obyektlərinin əvvəlki ünvan məlumatları

- daşınmaz əmlak obyektlərinin yeni ünvan məlumatları

1 mart 2018-ci il

7.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə

7.1.

Tibb kadrlarının vahid reyestri

- tibb və ya əczaçılıq təhsili haqqında dövlət sənədinin verilmə tarixi və nömrəsi

- şəxsin bitirdiyi təhsil müəssisəsinin (müəssisələrinin) adı, bitirdiyi il və ixtisası

- şəxsin praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin verilmə tarixi və nömrəsi

- sertifikasiya şəhadətnaməsi üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş ixtisas

- sertifikasiya şəhadətnaməsi verilmiş şəxsin həkim, yaxud orta tibb işçisi olması barədə məlumat

- şəxsin praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə işlədiyi yer və təcrübəsi barədə məlumatlar

- xarici ölkədə tibb və ya əczaçılıq sahəsi üzrə hazırlıq keçən şəxsin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olması barədə şəhadətnamənin verilmə tarixi, nömrəsi və həmin şəhadətnamə üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş ixtisas

1 mart 2018-ci il

7.2.

Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi

- avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar

1 mart 2018-ci il

8.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə

8.1.

Milli Təhsil Məlumat Bazası

- şəxsin soyadı, adı və atasının adı

- təhsil haqqında sənədin seriyası və nömrəsi

- təhsil haqqında sənədin verilmə tarixi

- təhsil haqqında sənədi verən təhsil müəssisəsinin adı

- təhsil sənədi üzrə ixtisas

- təhsil səviyyəsi

1 mart 2018-ci il

8.2.

Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınan şəxslər barədə məlumat bazası [4]

- şəxsin soyadı, adı və atasının adı

- diplomun seriyası və nömrəsi

- diplomun verilmə tarixi

- diplomu verən ali təhsil müəssisəsinin adı

- diplomu verən ali təhsil müəssisəsinin yerləşdiyi ölkə

- diplom üzrə ixtisas

- xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tarixi

- xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin seriyası və nömrəsi [5]

- uyğunlaşdırılmış ixtisas

- təhsil səviyyəsi

1 mart 2018-ci il

9.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə

9.1.

İstismara qəbul olunmuş maye və təbii qaz təsərrüfatı obyektlərinin Reyestri

- maye və təbii qaz təsərrüfatı obyektinin istismara qəbulu aktının tarixi və nömrəsi

- maye və təbii qaz təsərrüfatı obyektinin yerləşdiyi ünvan

- maye və təbii qaz təsərrüfatı obyektini istismar edən şəxs barədə məlumatlar (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı)

1 mart 2018-ci il

9.2.

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlıqların texniki təhlükəsizlik sertifikatlarının informasiya sistemi

- texniki təhlükəsizlik sertifikatını verən orqanın adı

- texniki təhlükəsizlik sertifikatının qeydiyyat tarixi və nömrəsi

- texniki təhlükəsizlik sertifikatının qüvvədə olma müddəti

- texniki təhlükəsizlik sertifikatı təqdim olunan təsərrüfat subyekti barədə məlumat (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və yaşayış ünvanı, VÖEN-i)

- təhlükə potensiallı obyektin adı və ünvanı

- texniki təhlükəsizlik sertifikatı verilən qurğunun və avadanlığın adı, tipi və mənşəyi

1 mart 2018-ci il

9.3.

Təhlükə potensiallı obyektlərin dövlət reyestri

- təhlükə potensiallı obyektin adı

- təhlükə potensiallı obyektin dövlət reyestrində qeydiyyata alınma tarixi, qeydiyyat nömrəsi və etibarlılıq müddəti

- təhlükə potensiallı obyektin istismara verildiyi tarix

- təhlükə potensiallı obyekti istismar edən şəxs barədə məlumatlar (hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və yaşayış ünvanı, VÖEN-i)

- qeydiyyat orqanının adı

1 mart 2018-ci il

10.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə

10.1.

Dövlət Xidmətlərinin Elektron Reyestri

- xidmət təminatçıları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatlar

1 mart 2018-ci il

10.2.

“Asan ödəniş” sistemi (asanpay)

- ödənişin həyata keçirilməsi üçün veb-servis

1 mart 2018-ci il

11.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə

11.1.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən təsdiqedici sənədlərin informasiya ehtiyatı

- təsdiqedici sənədin qeydiyyat tarixi və qeydiyyat nömrəsi

- təsdiqedici sənədin verildiyi şəxs barədə məlumat (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı)

- təsdiqedici sənəddə göstərilən fəaliyyət növü

- təsdiqedici sənəddə göstərilən fəaliyyətin həyata keçiriləcəyi ünvan

- təsdiqedici sənəddə göstərilən avadanlıqlar barədə məlumat

- təsdiqedici sənədin etibarlılıq müddəti

1 may 2018-ci il

11.2.

Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqanlar üzrə informasiya ehtiyatı

- akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqan haqqında məlumatlar (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, yaşayış ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)

- akkreditasiya attestatının nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti

- akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqanın akkreditasiya sahəsi

1 mart 2018-ci il

11.3.

Uyğunluq sertifikatları üzrə informasiya ehtiyatı

- uyğunluq sertifikatını verən orqanın adı

- uyğunluq sertifikatını verən orqanın akkreditasiya (sertifikatlaşdırma) sahəsi

- uyğunluq sertifikatının verilmə tarixi

- uyğunluq sertifikatının qüvvədə olma müddəti

- uyğunluq sertifikatı təqdim olunan təsərrüfat subyekti barədə məlumat (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və yaşayış ünvanı, VÖEN-i)

- uyğunluq sertifikatı verilən məhsul (xidmət) barədə məlumat (adı, miqdarı, kodu, istehsal olunduğu ölkə)

- texniki-normativ aktın işarəsi

- uyğunluq sertifikatının tanındığı ölkə

1 mart 2018-ci il

12.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üzrə

12.1.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər haqqında məlumatlar

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumatlar

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar

1 mart 2018-ci il

12.2 [6]

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar

1 may

2019-cu il

13.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə

13.1.

“Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemi

- şəxsin soyadı, adı və atasının adı

- təhsil müəssisəsinin adı

- təhsil haqqında sənədin seriyası və nömrəsi

- təhsil haqqında sənədin verilmə tarixi

- təhsil sənədi üzrə ixtisas

- təhsil səviyyəsi

1 mart 2018-ci il

13.2.

“Şagird-məzun” Dövlət Elektron Məlumat Sistemi

- şəxsin soyadı, adı və atasının adı

- təhsil müəssisəsinin adı

- təhsil haqqında sənədin seriyası və nömrəsi

- təhsil haqqında sənədin verilməsi tarixi

- təhsil sənədi üzrə ixtisas (ixtisas olduğu halda)

- təhsil səviyyəsi [7]

1 yanvar 2019-cu il

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 615 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

 

İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər

 

1. Ümumi müddəa

 

1.1. Bu sənəd “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və “Lisenziyalar və icazələr” portalının (bundan sonra – portal) iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının (bundan sonra – informasiya sistemi) portala inteqrasiyası üçün texniki tələbləri müəyyən edir.

 

2. İnformasiya sistemlərinin portalla əlaqəli olan komponentlərinə dair tələblər

 

2.1. Portal iştirakçılarının informasiya sistemlərinin portalla əlaqəsini təmin edən veb-servislər mövcud infrastruktur çərçivəsində portal iştirakçılarının daxili şəbəkəsində (ayrılmış şəbəkədə) quraşdırılmalı və onların təhlükəsizliyi daxili sistemlərin təhlükəsizlik səviyyəsində olmalıdır.

2.2. Şəbəkə və sistem tənzimləmələri təhlükəsiz məlumat mübadiləsini təmin etməli və yalnız icazəsi olanlara həmin veb-servislərdən istifadə etmə imkanını yaratmalıdır.

2.3. Portalın iştirakçıları sorğuların verilməsini və onlara təqdim edilən cavabların qeydə alınmasını (loqlanması) təmin etməli, informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.

 

3. Portala inteqrasiya ilə əlaqədar portal iştirakçılarına olan tələblər

 

3.1. Portal iştirakçıları portala inteqrasiya ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidirlər:

3.1.1. informasiya sistemi ilə portal arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi;

3.1.2. təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi və bu məqsədlə:

3.1.2.1. mərkəzi serverlərin sertifikatlarının daxil edilməsi;

3.1.3. portal vasitəsilə sorğu vermək hüququna malik olan istifadəçilərin təyin edilməsi;

3.1.4. tətbiq serverinin yaradılması, quraşdırılması və bu məqsədlə:

3.1.4.1. əməliyyat sisteminin quraşdırılması;

3.1.4.2. veb - serverin (web - server) yaradılması və əlaqəli proqram paketlərinin yüklənilməsi;

3.1.4.3. HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsi;

3.1.4.4. tətbiq serverinin konfiqurasiya edilməsi;

3.1.5. informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi;

3.1.6. server inzibatçısının təyin edilməsi.

 

4. Sorğulara aid tələblər

 

4.1. Portala inteqrasiya olunan informasiya sistemi SOAP (Simple Object Access Protocol) və REST (Representational State Transfer) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.

4.2. Sorğunun informasiya sistemindən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmaqla 3 (üç) saniyədən artıq olmamalıdır.

4.3. Tətbiq serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.

4.4. Məlumatların ötürülməsində saniyədə 100 Mbit-dən az olmayan ötürmə sürətini və təhlükəsiz VPN kanalının yaradılmasını dəstəkləyən şəbəkə avadanlığı istifadə edilməlidir.

 

5. Portala inteqrasiya olunan informasiya sistemlərində informasiyanın mühafizəsinə dair tələblər

 

5.1. Portala inteqrasiya olunan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:

5.1.1. işçi yeri;

5.1.2. qurum;

5.1.3. qurumun alt strukturları.

5.2. Portala inteqrasiya olunan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təmin olunmalıdır:

5.2.1. informasiyanın fiziki qorunması;

5.2.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;

5.2.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;

5.2.4. “əks-sorğu” müdafiəsi.

5.3. Portal iştirakçılarının sistemə müraciəti yalnız verilmiş sertifikata malik olan server vasitəsilə aparılmalıdır.

5.4. Portal iştirakçılarının sistemə müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.

5.5. Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:

5.5.1. gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) sertifikatı;

5.5.2. portalın operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri.

5.6. Portala inteqrasiya olunan informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı sorğunun təşəbbüskarı olan portal iştirakçılarının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli şəxs (şəxslər) elektron xidmət istifadəçisi hesab edilir.

5.7. Portaldan istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar portalın operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433)

2.       6 dekabr 2018-ci il tarixli 525 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2018-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2726)

3.       21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165)

4.       27 mart 2019-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 558)

5.       28 mart 2019-cu il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 566)

6.       19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165) ilə “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in 20-ci və 21-ci hissələri ləğv edilmişdir.

 

[2] 6 dekabr 2018-ci il tarixli 525 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2018-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2726) ilə 1 nömrəli əlavə - “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”ə yeni məzmunda 31-ci hissə əlavə edilmişdir.

 

[3] 28 mart 2019-cu il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 566) ilə 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in 4.1-ci bəndinin “İnformasiya sistemindən əldə olunan məlumatlar” sütununda hər dörd halda “kontorunun” sözü “ofisinin” sözü ilə əvəz edilmişdir.

 

[4] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) ilə 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in 8.2-ci bəndinin “İnformasiya sisteminin adı” sütununda “tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınan şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[5] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in 8.2-ci bəndinin “İnformasiya sistemindən əldə olunan məlumatlar” sütununda “diplomun nostrifikasiya olunma” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə və “nostrifikasiyadan sonra verilmiş” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair” sözləri ilə əvəz edilmişdir.

 

[6] 27 mart 2019-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 558) ilə 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in cədvəlinə yeni məzmunda 12.2-ci bənd əlavə edilmişdir.

 

[7] 8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433) ilə 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in cədvəlinə yeni məzmunda 13.2-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status