AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.12.2017
QEYDİYYAT NÖMRƏSİ
598
ADI
Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-12-2017, Nəşr Nömrəsi: 288), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2543)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712260598
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2017
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1568 nömrəli Fərmanının 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə”nin forması təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması təsdiq edilsin (2 nömrəli əlavə). [1]

3. “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə görə məbləğ: [2]

4.1. reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin;

4.2. açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

5. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilən sənədlərdə və 4-cü hissəsində dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

6. “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 312; 2009, № 6, maddə 491; 2016, № 9, maddə 1560) ləğv edilsin.

7. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 617) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adından “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və” sözləri çıxarılsın;

7.2. 1-ci hissə ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 dekabr 2017-ci il

     № 598

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 26 dekabr tarixli 598 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Açıq məkanda reklam yerləşdirilməsinə [3]

 

İCAZƏ

 

Qeydiyyat nömrəsi ____                                                                      “___”_________20__ il

_____________________________________________________________________________

(icazə verən qurumun adı və ünvanı)

         bu İcazədə göstərilmiş şərtlərlə açıq məkanda reklam yerləşdirilməsinə icazə verir.

         İcazə verilib _____________________________________________________________

                                                          (VÖEN; icazə verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin

_____________________________________________________________________________

filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı;

_____________________________________________________________________________

fərdi sahibkarın soyadı, adı, atasının adı, fəaliyyət ünvanı)

 

         İcazənin müddəti “___”_______ 20___il tarixindən “___”______ 20__il tarixinədək

         Reklam daşıyıcısının:

         yerləşdiyi ünvan və ya koordinat ___________________________________________ _____________________________________________________________________________

         növü  ____________________________________________________________________

         ölçüsü ___________________________________________________________________

         tərəflərinin sayı ___________________________________________________________

         Reklamın sahəsi (kv.m.) _____________________________________________________

         Reklam yayımı zonası (olduqda) ______________________________________________

         Reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda)____________________________

         Əmsal  __________________________________________________________________

         İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrə dair müvafiq lisenziyanın, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti (olduqda) __________________________________________________________________

         Ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği (manatla, ƏDV-siz, (nağdsız ödənilməklə), tətbiq edilən güzəşt (olduqda) _________________________________________

         Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın (olduqda) icarə haqqı (manatla, ƏDV-siz, (birdəfəlik və nağdsız ödənilməklə) ____________________________________________

         Qeyd ____________________________________________________________________

 

         İcazəni imzalayan məsul şəxs _________________________________________________

                                                                 (soyadı, adı)

_____________________________________________________________________________

(vəzifəsi)

 

         M.Y.  

         ____________________________

                                (imza)

 

         Ön səhifə

 

Açıq məkanda reklam yerləşdirilməsinə icazənin

 

Qoşması

 

 

 

Reklamın eskizi və ölçüləri

 

(10x15 sm)

 

 

 

 

 

Reklamın yerləşdiriləcəyi yerdə

rəngli fotomontajı

 

(10x15 sm)

 

 

 

         Arxa səhifə

 

 

 

Reklamın yerləşdiriləcəyi yerin

rəngli fotosu (sxemi)

 

(10x15 sm)

 

 

 

 

 

Reklamın yerləşdiriləcəyi

yerin vəziyyət planı

 

(10x15 sm)

 

 

 

M.Y.

____________________________________________________________________________

(icazə verən qurumun adı)

 

“____”_____________20___il   ___________    ________________________________

                                                  (imza)                                     (məsul şəxsin soyadı, adı)

 

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 26 dekabr tarixli 598 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

Açıq məkanda yerləşdirilən reklama dair

TEXNİKİ ŞƏRTLƏR PASPORTU

 

Qeydiyyat nömrəsi ___________                                             “____” _____________ 20__ il

 

Reklam yayıcısı_______________________________________________________________

                           (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi)

 

Reklam daşıyıcısının:

 

növü ________________________________________________________________________

 

ölçüsü_______________________________________________________________________

 

tərəflərinin sayı_______________________________________________________________

 

reklamın sahəsi (kv.m.)________________________________________________________

 

ünvanı______________________________________________________________________

 

Qeyd________________________________________________________________________

 

Etibarlıdır “___”____________20___il tarixinədək.

 

Texniki şərtlər pasportunu verən qurumun adı və ünvanı__________________________

_____________________________________________________________________________

 

Texniki şərtlər pasportunu imzalayan məsul şəxs _________________________________

                                                                                                                                    (soyadı, adı)

_____________________________________________________________________________

(vəzifəsi)

 

                                                                                                 M.Y.        ____________________

                                                                                                                                (imza)

 

Qeyd. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda yerləşdirilən reklama dair verilmiş texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır.

 

 


 

Reklam daşıyıcısının yerləşdiriləcəyi

ərazinin rəngli fotosu (10x15 sm)

 

M.Y.

 

 

 

 

 

Reklam daşıyıcısının yerləşdiriləcəyi

ərazinin vəziyyət planı (10x15 sm)

 

M.Y.

 

(texniki şərtlər pasportunu verən qurum)

 

 

___”__________20___il_______    ______________________________

                                                  (imza)          (məsul şəxsin soyadı, adı və atasının adı)

 


 

Reklam daşıyıcısının yerləşdiriləcəyi

yerdə rəngli fotomontaj (10x15 sm)

 

M.Y.

 

 

 

 

 

Reklam daşıyıcısının eskizi (qrafik təsviri və qabarit ölçüləri) (10x15 sm)

 

M.Y.

 

(texniki şərtlər pasportunu verən qurum)

 

 

___”__________20___il_______    _____________________________

                                                  (imza)          (məsul şəxsin soyadı, adı və atasının adı)

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 26 dekabr tarixli 598 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma

 

QAYDASI

 

1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.2-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin (bundan sonra - icazə müqaviləsi) bağlanması ilə bağlı məsələləri tənzimləyir.

2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra - icazə) verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – müvafiq qurum) və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır. [4]

3. İcazə müqaviləsi bu Qaydanın əlavəsində göstərilmiş formada bağlanılır (əlavə olunur).

4. Reklam yayıcısına verilmiş icazələrin müddətlərinin başlama və başa çatma tarixləri eyni olduğu halda, bir icazə müqaviləsi bağlanıla bilər.

5. İcazə müqaviləsinin qüvvədəolma müddəti icazənin müddətindən artıq olmamalıdır.

6. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.

7. İcazə yenidən rəsmiləşdirildiyi halda, icazə müqaviləsi yenidən bağlanılır.

 

 


 

 

“Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na

əlavə

 

 

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə

MÜQAVİLƏSİ

 

Qeydiyyat nömrəsi _________                                       Tarixi “____”_____________20__ il

 

Bu Müqavilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan müvafiq qanunvericiliyə əsaslanaraq, bir tərəfdən  ____________________

_______________________________________________şəxsində öz nizamnaməsi əsasında

 (vəzifəsi, soyadı, adı və atasının adı)

fəaliyyət göstərən _____________________________________________________________

(qurumun adı)

 (bundan sonra - İcazə verən qurum adlandırılacaq), digər tərəfdən _____________________________________şəxsində_______________________________

          (soyadı, adı və atasının adı)

əsasında fəaliyyət göstərən _________________________ (bundan sonra - Reklam yayıcısı adlandırılacaq) arasında aşağıdakı şərtlərlə imzalanmışdır:

 

 

1. MÜQAVİLƏNİN PREDMETİ

 

1.1. Reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş ________________ tarixli ____________ nömrəli icazə (icazələr) əsasında bu Müqavilədə göstərilmiş şərtlərlə reklam yayımını həyata keçirir, İcazə verən qurum isə müvafiq tənzimləməni və nəzarəti həyata keçirir.

 

2. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

 

2.1. Reklam yayıcısının öhdəlikləri aşağıdakılardır:

2.1.1.       “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, verilmiş icazənin və texniki şərtlər pasportunun tələblərinə uyğun reklam yayımını həyata keçirmək;

2.1.2.      reklam yayımını həyata keçirdiyi müddətdə reklam daşıyıcısını gündəlik nəzarətdən keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in yerinə yetirilməsini təmin etmək, həmçinin yaranmış uyğunsuzluqların, bu barədə bildiyi və ya bilməli olduğu andan, dərhal aradan qaldırması üçün müvafiq tədbirlər görmək;

2.1.3.      İcazə verən qurumun qanunvericiliyə əsasən verdiyi qərarlarını, göstərişlərini və tələblərini yerinə yetirmək;

2.1.4.      bu Müqavilədə göstərilmiş ödənişləri vaxtında və tam şəkildə ödəmək;

2.1.5.      reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamın yerləşdirilməsini İcazə verən qurumla razılaşdırmaq;

2.1.6.      reklam yayımını icazənin müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün İcazə verən quruma müvafiq qaydada müraciət etmək;

2.1.7.      reklam yayımının dayandırılacağı (o cümlədən icazə müddətinin uzadılmaması səbəbindən) gün barədə İcazə verən quruma həmin tarixdən 5  gün əvvəl yazılı məlumat vermək;

2.1.8.      qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəlikləri yerinə yetirmək.

2.2. İcazə verən qurumun öhdəlikləri aşağıdakılardır:

2.2.1.      açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı reklam yayıcısının müraciətlərinə müvafiq qaydada baxmaq;

2.2.2.      müvafiq qaydada icazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi üçün tədbirlər görmək;

2.2.3.      reklamın bu Müqavilənin 2.1.1-ci yarımbəndinə uyğun yayımlanmasını yoxlamaq üçün nəzarət tədbirlərini həyata keçirmək;

2.2.4.      reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirmək;

2.2.5.      reklam yayıcısının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

2.2.6.      qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəlikləri yerinə yetirmək.

 

3. TƏRƏFLƏRİN HÜQUQLARI

 

3.1.       Reklam yayıcısının hüquqları aşağıdakılardır:

3.1.1. bu Müqavilənin 2.1.7-ci yarımbəndində müəyyən edilmiş qaydada İcazə verən qurumu məlumatlandırmaqla reklam yayımını dayandırmaq;

3.1.2. bayramların, beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar razılaşdırılmış müddətlərdə reklam daşıyıcısında müvafiq mövzularda plakatların (yazıların) yerləşdirilməsini və yayımını təşkil etmək (həmin vaxt reklam daşıyıcısı kommersiya məqsədləri üçün istifadə olunmur);

3.1.3. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.2.       İcazə verən qurumun hüquqları  aşağıdakılardır:

3.2.1. bu Müqavilənin 2.2.3-cü yarımbəndinə uyğun olaraq keçirilən nəzarət tədbirləri çərçivəsində müvafiq qərarlar qəbul etmək, yazılı göstərişlər vermək, yoxlamalar aparmaq və digər zəruri tədbirlər görmək;

3.2.2. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. ÖDƏNİŞLƏR

 

4.1. Reklam yayımına görə haqq müvafiq qaydada hesablanır və onun məbləği bu Müqavilənin əlavəsində göstərilir. Reklam yayımına görə aylıq haqq müvafiq ayın bitməsindən sonra 3  iş günündən gec olmayaraq, reklam yayıcısı tərəfindən İcazə verən quruma ödənilir.

4.2. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş reklam yayımına görə haqq geri qaytarılmır.

4.3. Reklam yayıcısı bu Müqavilənin 3.1.2-ci yarımbəndinə uyğun olaraq yerləşdirməni və yayımı təşkil etdikdə, reklam yayımına görə haqqın müvafiq yerləşdirmənin (yayımın) müddətinə düşən hissəsi ödənilmir.

4.4. Reklam daşıyıcısı bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiyi təqdirdə, həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə İcazə verən qurum arasında Reklam yayıcısının müraciəti əsasında bağlanılmış müqavilədən irəli gələn, müvafiq qaydada hesablanmış və bu Müqavilənin əlavəsində göstərilmiş məbləği Reklam yayıcısı İcazə verən quruma birdəfəlik ödəyir.

4.5. Bu Müqavilənin 4.1-ci və 4.4-cü bəndlərində göstərilmiş ödənişlər nağdsız qaydada həyata keçirilir.

 

5. MÜQAVİLƏNİN MÜDDƏTİ

 

5.1. Müqavilənin qüvvədəolma müddəti icazənin müddətindən artıq olmamalıdır.

5.2. Müqavilə “___”_________ 20____ il tarixinədək etibarlıdır.

5.3. Müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Müqavilədə qeyd olunan hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər.

5.4. İcazə yenidən rəsmiləşdirildiyi halda, Müqavilə yenidən bağlanılır.

 

6. YEKUN MÜDDƏALAR

 

6.1. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir. Onların bir nüsxəsi Reklam yayıcısında, digəri isə İcazə verən qurumda saxlanılır.

6.2. Tərəflər qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

6.3. Tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar və razılaşma yolu ilə, bu nəticə vermədikdə isə inzibati və məhkəmə qaydasında həll edilir.

 

İCAZƏ VERƏN QURUM

REKLAM YAYICISI

Ünvan: ____________________________

Telefon: ____________________________

VÖEN: _____________________________

Ünvan: ______________________________

Telefon: _____________________________

VÖEN: ______________________________

_________ __________________________

     (imza)          (soyadı, adı və atasının adı)

_________ ___________________________

     (imza)              (soyadı, adı və atasının adı)

 

M.Y.       “__”_______ 20___ il

M.Y.       “__”_______ 20___ il

 

 


 

 

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə

əlavə

 

 

Sıra

№-si

Reklam

daşıyıcısının yerləşdiyi ünvan

Reklamın sahəsi (kv.m.)

Yayımın müddəti

Reklam daşıyıcısının növü

Reklam yayımı zonası (olduqda)

Reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda)

Əmsal

Ödəniləcək aylıq yayım haqqının məbləği

(manatla, ƏDV-siz)

Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakdan istifadə haqqı (manatla, ƏDV-siz)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 dekabr 2018-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2018-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2755)

2.       27 may 2019-cu il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyun 2019-cu il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 981)

3.       21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073) ilə 2-ci və 3-cü hissələr ləğv edilmişdir.

 

[2] 21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073) ilə 4-cü hissədə “əmlakdan istifadəyə” sözləri “əmlakın icarəsinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073) ilə 1 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

 

 

Açıq məkanda reklam yerləşdirilməsinə verilən

 

İCAZƏ

 

Qeydiyyat nömrəsi ____________                                               “___”_____________20__ il

_____________________________________________________________________________

(icazə verən qurumun adı və ünvanı)

 

__________________tarixli___________ nömrəli texniki şərtlər pasportuna uyğun olaraq

 

_____________________________________________________________________________

(reklam daşıyıcısının növü və yerləşdiyi ünvan)

 

reklam yerləşdirilməsinə icazə verir.

 

İcazə verilib __________________________________________________________________

(VÖEN, icazə verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin

_____________________________________________________________________________

filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı,

_____________________________________________________________________________

atasının adı, fəaliyyət ünvanı)

 

İcazənin müddəti “___”______20__ il tarixindən “___”_______20__ il tarixinədək İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrə dair müvafiq lisenziyanın, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti _____________________________________________________________________

_____________________________________________________________________________

İcazəni imzalayan məsul şəxs ___________________________________________________

                                                           (soyadı, adı)

_____________________________________________________________________________

(vəzifəsi)

 

                                                                                                M.Y.        ____________________

                                                                                                                                                        (imza)

 

Qeyd. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə hüquqi nəticələr yaratmır.

 

 

[4] 22 dekabr 2018-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2018-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2755) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

27 may 2019-cu il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyun 2019-cu il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 981) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində “Dənizkənarı Milli Parkın” sözləri “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status