AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.10.2017
QEYDİYYAT NÖMRƏSİ
438
ADI
“İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-10-2017, Nəşr Nömrəsi: 230), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2017, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1900)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.10.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201710170438
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.10.2017
“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamının 17.3-cü bəndinin və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

“İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

     № 438

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi

 

QAYDASI [3]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamının 17.3-cü bəndinə və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və barəsində ictimai işlər növündə cəza və ya inzibati tənbeh tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. [4]

1.2. İctimai işlər cəzası və ya inzibati tənbehi barəsində belə cəza və ya tənbeh tətbiq edilən şəxslərin əsas işindən və ya təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai-faydalı işləri yerinə yetirməsindən ibarətdir. [5]

1.3. Barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin növünün və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi, belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların icrası, inzibati xətalar, əmək qanunvericiliyi normalarına və bu Qaydaya əməl edilməklə həyata keçirilir. [6]

1.4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, barəsində ictimai işlər tətbiq edilən şəxslərin qanunda nəzərdə tutulmuş hüquq və azadlıqlarına təminat verilir. [7]

1.5. İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası zamanı barəsində bu cəza və ya tənbeh tətbiq edilən şəxslərin əmək qanunvericiliyində nəzərdə tutulmuş əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri ilə əlaqədar hüquqları təmin olunmalıdır. [8]

1.6. Əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası normalarına əməl olunmasına, barəsində ictimai işlər tətbiq edilən şəxslərin əməyindən səmərəli istifadəyə görə məsuliyyəti ictimai işləri yerinə yetirilən müəssisələrin rəhbərliyi daşıyır. [9]

 

2. Barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin növləri [10]

 

2.1. Barəsində ictimai işlər tətbiq edilən şəxslər aşağıdakı işlərə cəlb edilə bilərlər:

2.1.1. şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması);

2.1.2. məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması;

2.1.3. yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri;

2.1.4. kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi;

2.1.5. təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması;

2.1.6. ictimai əhəmiyyətli digər işlər.

 

3. Barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydaları

 

3.1. İctimai işlərin icrası bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə barəsində ictimai işlər tətbiq edilən şəxslərin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir. [11]

3.2. Yerli icra hakimiyyəti orqanı ictimai işlərin həyata keçiriləcəyi yerləri bilavasitə tabeliyində olmayan müəssisələr üzrə yalnız sonuncuların razılığı və müraciəti əsasında müəyyən edə bilər.

3.3. Yerli icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. [12]

3.4. Barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır.

3.5. Barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı açıq hava altında və kollektiv formada təşkil olunan iş yerlərinə üstünlük verilməlidir.

3.6. İş yerlərinin müəyyənləşdirilməsi məqsədi ilə inzibati ərazi vahidinin ərazisində fəaliyyət göstərən mühəndis-kommunikasiya və yol-infrastruktur layihələrini həyata keçirən qurumların siyahısı (bundan sonra - siyahı) şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur və onların internet səhifəsində dərc edilir. Bu siyahı yarım ildə bir dəfə yenilənir.

3.7. İnzibati ərazi vahidində fəaliyyət göstərən qeyri-dövlət hüquqi şəxslər barəsində ictimai işlər tətbiq edilən şəxslərin işlərə cəlb edilməsi üçün siyahıya müvafiq əlavələrin edilməsi təşəbbüsü ilə çıxış edə bilərlər. [13]

3.8. Barəsində ictimai işlər tətbiq edilən şəxslərin işə cəlb edilməsi təşəbbüsü ilə çıxış edən qurumun rəhbəri həmin şəxslərin siyahıya daxil edilməsi məqsədi ilə müvafiq rayon və ya şəhər icra hakimiyyətinə müraciət etməlidir. Müraciətə bu Qaydanın 2-ci hissəsində göstərilən işlərin növləri, həyata keçiriləcəyi yerlər, habelə barəsində ictimai işlər tətbiq edilən şəxslərin işə cəlb edilməsi üçün əlaqəli vəzifəli şəxslər barədə məlumat əlavə edilir. [14]

 

4. Barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətləri

 

4.1. Barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır.

4.2. Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

4.2.1. yetkinlik yaşına çatmayanların təhsili və ya əsas işi;

4.2.2. yetkinlik yaşına çatmayanların cinsi mənsubiyyəti;

4.2.3. yetkinlik yaşına çatmayanların yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri;

4.2.4. həyatı qavrama baxışları.

4.3. Barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin, belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə qərarın adına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilmişdir.

 

[2] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə preambulanın birinci abzasına “17.3-cü bəndinin” sözlərindən sonra “və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinin” sözləri, ikinci abzasına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilmişdir.

 

[3] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın adına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilmişdir.

 

[4] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 1.1-ci bəndində “17.3-cü bəndinə” sözlərindən sonra “və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinə” sözləri əlavə edilmişdir və həmin bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər növündə cəza və ya inzibati tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[5] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 1.2-ci bəndində “belə cəzaya məhkum olunmuş” sözləri “və ya inzibati tənbehi barəsində belə cəza və ya tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[6] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 1.3-cü bəndində “İctimai işlər növündə cəzaya məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “cəzaların icrası,” sözlərindən sonra “inzibati xətalar,” sözləri əlavə edilmişdir.

 

[7] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 1.4-cü bəndinə “Cəzaların İcrası Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözləri əlavə edilmişdir və həmin bənddə “ictimai işlər növündə cəzaya məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[8] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 1.5-ci bəndində “cəzaya məhkum olunmuş şəxslərin cəzasının icrası zamanı onların” sözləri “cəzanın və ya inzibati tənbehin icrası zamanı barəsində bu cəza və ya tənbeh tətbiq edilən şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

[9] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 1.6-cı bəndində “ictimai işlər növündə cəzaya məhkum edilmiş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[10] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 2-ci hissəsinin adında, 2.1-ci bəndində, 3-cü hissənin adında, 3.4-cü, 3.5-ci bəndlərdə, 4-cü hissənin adında, 4.1-ci və 4.3-cü bəndlərdə “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[11] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 3.1-ci bəndinə “işlər növündə cəzanın” sözləri “işlərin” sözü ilə, “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[12] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.3. Yerli icra hakimiyyəti orqanı ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını ona müraciət edən icra məmuru ilə mütəmadi olaraq razılaşdırır.

 

[13] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 3.7-ci bəndində “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

[14] 31 yanvar 2018-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 141) ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 3.8-ci bəndinin birinci cümləsində “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə, ikinci cümləsində “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status