AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.06.1998
QEYDİYYAT NÖMRƏSİ
732
ADI
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1998, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 393)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.06.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında

Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında dövlət əmlakının keyfiyyət və kəmiyyəti haqqında dəqiq məlumatlar məcmusunun yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1.   Azərbaycan Respublikasında dövlət əmlakının Registri yaradılsın.

2.   Müəyyən edilsin ki:

Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz əmlakın qeydiyyatı aparılır;

Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir;

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparıcısıdır;

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsimərkəzi registr, onun yerli qurumlarındayerli registrlər aparır. [1]

3.   Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:

iki ay müddətindəAzərbaycan Respublikasında dövlət əmlakının Registri haqqındaƏsasnamə layihəsini və həmin registrin aparılması üçün başqa normativ-hüquqi aktların layihələrini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə dövlət şirkətlərinin, konsernlərinin sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakının siyahısını müəyyən edib həmin əmlakın Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.   Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin. [2]

5.   Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 20 iyun 1998-ci il

                    № 732

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

3.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə Fərmanının 2-ci bəndinin dördüncü və beşinci abzaslarında, habelə 4-cü bəndində ismin müvafiq hallarında verilmiş "Dövlət Əmlak Komitəsi" sözləri ismin müvafiq hallarında "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci və 4-cü bəndlərində ismin müvafiq hallarında verilmiş “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

 

[2] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 2-ci və 4-cü bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status