AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.06.2001
QEYDİYYAT NÖMRƏSİ
497
ADI
Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus blanklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2001, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 395)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, i

Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus blanklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikası Qanununun 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borcların və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində bu Qaydaların 4.5-ci bəndində göstərilən Dövlət Qiymətli Kağızların buraxılışı şərtlərini müəyyən etsin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti əsasında kredit almış dövlət müəssisələri, krediti vaxtında qaytara bilmədiyinə görə kredit borcunun məbləği dövlət büdcəsindən ödənildiyi hallarda həmin dövlət müəssisələri özəlləşdirilərkən dövlət büdcəsinə yaranmış borcları bu Fərmanın 1-ci bəndilə təsdiq olunmuş Qaydalara uyğun olaraq silinir. [1]

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görsün. [2]

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 11 iyun 2001-ci il
                  № 497

 


 

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 1 iyun tarixli 497 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, bədcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi

 

QAYDALARI [3]

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır.

2. Qaydaların tətbİqİ daİrəsİ

2.1. Bu Qaydalar Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrin, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinin, dövlət büdcəsinə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara (bundan sonra - banklar) və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozların və sovxozların, işğal altında olan rayonların təsərrüfat subyektlərinin banklara olan borclarının silinməsi və tənzimlənməsi qaydalarını müəyyənləşdirir və həmin təsərrüfat subyektlərinə aşağıdakı qaydada şamil edilir:

2.1.1. Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş müəssisələrə onların özəlləşdirilməsinin başa çatması tarixinə (2003-cü il 1 noyabr tarixinədək), özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrlə onların özəlləşdirməyə açılması tarixinə;

2.1.2. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq zəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrə, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrə 2003-cü il 1 noyabr tarixinə; [4]

2.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozlara və sovxozlara onların ləğv edilməsi tarixinə;

2.1.4. İşğal atında olan rayonların təsərrüfat subyektlərinə işğal olunan tarixə.

2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Qaydaların 2.1.1-ci bəndində göstərilmiş müəssisələrin siyahısını bu müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixinədək) və ya özəlləşdirməyə açılması tarixləri qeyd edilməklə bir ay müddətində və 2.1.2-ci bəndində göstərilən müəssisələrin siyahısı onların özəlləşdirilməsi başa çatdıqdan (özəlləşdirilməsi başa çatması tarixləri qeyd edilməklə), özəlləşdirilməsi barədə qərar qəbul edildikdən və müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra 10 gün müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, banklara və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehsalçısı olan dövlət müəssisələrinə təqdim edir. [5]

2.3. Bu Qaydalar üzrə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərə aşağıdakılar aid edilir: neft və neft məhsulları, elektrik enerjisi, istilik enerjisi, qaz, su, kanalizasiya xidmətləri, rabitə xidmətləri, dəmir yolu, aviasiya, avtomobil və dəniz nəqliyyatı ilə yük daşımaları.

3. Dövlət büdcəsİnə, büdcədənkənar dövlət fondlarına yaranmış borcların (əsas borc məbləğİ, bu borclara son hesabat tarİxİnə hesablanmış faİzlərİn və malİyyə sanksİyalarının məbləğİ daxİl olmaqla) sİlİnməsİ

3.1. Bu Qaydaların 2.1.1-ci bəndində göstərilmiş müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixinədək) və ya özəlləşdirməyə açılması tarixinə və 2.1.2-ci bəndində göstərilmiş müəssisələrin zəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına yaranmış borcların (əsas borc məbləği, bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin və maliyyə sanksiyalarının məbləği daxil olmaqla) silinməsi haqda yazılı müraciətləri əsasında, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müəssisələrlə 15 gün müddətində borcun məbləği barədə 4 nüsxədə üzləşmə aktları tərtib edirlər. [6]

3.2. tərtib edilmiş üzləşmə aktları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, icra üçün isə müvafiq müəssisələrə göndərilir.

3.3. Bu Qaydaların 3.1-ci bəndində göstərilən üzləşmə aktları müvafiq olaraq bir tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər tərəfdən müəssisələr arasında hər biri üzrə ayrılıqda tərtib edilir və aktlarda göstərilən rəqəmlərin düzgünlüyünə və müəyyən edilmiş müddətdə aidiyyəti olanlara göndərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır. [7]

4. Səhmlərİnİn nəzarət zərfİ dövlətə məxsus banklara yaranmış borcların (əsas borc məbləğİ və bu borclara son hesabat tarİxİnə hesablanmış faİzlərİn məbləğİ daxİl olmaqla) sİlİnməsİ

4.1. Banklarda yaranmış borclar aşağıdakı qaydada silinir:

4.1.1. Bu Qaydaların 2.1.1-ci bəndində göstərilmiş müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixinədək) və ya özəlləşdirməyə açılması tarixinə və 2.1.2-ci bəndində göstərilmiş müəssisələrin zəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra onların 2003-cü il 1 noyabr tarixinə banklara borcları (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlər daxil olmaqla) silinir.

4.1.2. Bu Qaydaların 2.1.3-cü bəndində göstərilmiş kolxozların və sovxozların onların ləğv edilməsi tarixinə banklara yaranmış borcları (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlər daxil olmaqla) silinir.

4.1.3. Bu Qaydaların 2.1.4-cü bəndində göstərilmiş təsərrüfat subyektlərinin işğal olunana qədər banklara yaranmış borcları (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlər daxil olmaqla) silinir.

4.2. Bu Qaydaların 2.1.1-ci bəndində göstərilmiş müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixinədək) və ya özəlləşdirilməyə açılması tarixinə və 2.1.2-ci bəndində göstərilmiş müəssisələrin zəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra 2003-cü il 1 noyabr tarixinə borcların (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlər daxil olmaqla) silinməsi haqda yazılı müraciətləri əsasında müvafiq banklar 15 gün müddətində müəssisələrlə borcun məbləği barədə 5 nüsxədə üzləşmə aktları tərtib edirlər.

Banklar tərtib edilmiş üzləşmə aktlarını 10 gün müddətində bankların idarə heyətin qərarı ilə yaradılmış xüsusi komissiyalara təqdim edir, məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına icra üçün isə müvafiq müəssisələrə göndərir.

4.3. Bu Qadaların 2.1.3-cü və 2.1.4-cü bəndlərində göstərilmiş təsərrüfat subyektlərinin banklara yaranmış borclarının (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlər daxil olmaqla) məbləği banklarda yaradılan komissiyalar tərəfindən müəyyən edilir və bu barədə 4 nüsxədə akt tərtib edilir. Tərtib edilmiş aktların surəti 10 gün müddətində məlumat üçün müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyin, Azərbaycan Respublikasının Vergilər Nazirliyin, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə göndərilir.

Həmin borclar (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlər daxil olmaqla) komissiyaların təqdim etdikləri aktlar arasında bankların idarə heyətinin qərarları ilə silinir.

4.4. Banklar bu Qaydaların 4.2-ci və 4.3-cü bəndlərində göstərilən məlumatların düzgünlüyünə və müəyyən edilmiş müddətə aidiyyəti olanlara göstərilməsinə məsuliyyət daşıyır.

4.5. Bu Qaydaların 4.1-ci bəndində göstərilən banklara borcların və bu borclara hesablanmış faizlərin silinməsi həmin bankların dövlət büdcəsinə köçürmələr üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəliklərinin (vergi öhdəliklərinin, dövlətə məxsus səhmlərə görə ödənilən dividendlərin), Azərbaycan Respublikasının Mərkəzi Bankına olan mərkəzləşdirilmiş kredit resursları üzrə əsas borclarının və bu borclar üzrə hesablanmış faizlərin silinməsi hesabına həyata keçirilir. [8]

Bu Qaydaların 4.1-ci bəndində göstərilən banklara borcların və bu borclara hesablanmış faizlərin silinməsi həmin bankların dövlət büdcəsinə köçürmələr üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəlikləri ödənilməli olan vergilərin hesabına həyata keçirildikdə, müvafiq bankla Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında birgə protokol tərtib edilir və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bank tərəfindən məlumat verilir, göstərilən borclar və faizlər dövlətə məxsus səhmlərə görə ödənilən dividendlərin hesabına həyata keçirildikdə, müvafiq bankla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında birgə protokol tərtib edilir. [9]

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikasının Milli Bankının silinmiş əsas borcu məbləğində uzunmüddətli və güzəştli şərtlərlə Dövlət Qiymətli Kağızları buraxır və Azərbaycan Respublikasının Milli Bankına verir.

Bu Dövlət Qiymətli Kağızlarının buraxılışı şərtləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən edilir.

5. Qİymətlərİ (tarİflərİn) dövlət tərəfİndən tənzİmlənən məhsul, İş və xİdmətlərİn İstehlakına görə dövlət müəssİsələrİnə yaranmış borcların (əsas borc məbləğİ və bu borclara görə onların sİlİnməsİ haqqında qərarın İcra edİldİyİ günə olan faİzlərİn məbləğİ daxİl olmaqla) sİlİnməsİ

5.1. Bu Qaydaların 2.1.1-ci bəndində göstərilmiş müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixinədək) və ya özəlləşdirməyə açılması tarixinə və 2.1.2-ci bəndində göstərilmiş müəssisələrin zəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra 2003-cü il 1 noyabr tarixinə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə yaranmış borcların (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin məbləği daxil olmaqla) silinməsi haqda dövlət müəssisələrinə yazılı müraciətləri daxil olduqdan sonra, dövlət müəssisələri 15 gün müddətində 5 nüsxədə üzləşmə aktları tərtib edirlər və bu aktlarda göstərilən rəqəmlərin düzgünlüyünə məsuliyyət daşıyırlar.

Dövlət müəssisələri tərtib edilmiş üzləşmə aktlarını 10 gün müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, icra üçün isə müvafiq müəssisələrə göndərirlər.

5.2. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndində göstərilən müəssisələrin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borclarının (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin məbləği daxil olmaqla) silinməsi nəticəsində debitor borcları azaldılan dövlət müəssisələrinin azaldılan borc məbləği qədər 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə olan borcu silinir, bu məbləğ kifayət etmədikdə isə, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehsalçısı olan digər dövlət müəssisələrinə 2000-ci il 1 oktyabr tarixinə olan borcları azaldılır (həmin digər müəssisələrin bu tarixə dövlət büdcəsinə borcları olduğu halda), bu da kifayət etmədikdə borcun qalan məbləği həmin müəssisələrin zərərlərinə aid edilir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət büdcəsinə olan borclar hesabına silinən borc məbləğləri haqqında müvafiq müəssisələrlə birgə protokollar tərtib edir və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.

6. İdarəetməyə verİlən müəssİsələrİn borclarının ödənİlməsİnİn tənzİmlənməsİ

6.1. İdarəetməyə verilmiş müəssisələrin özəlləşdirilməsi haqqında qərar qəbul edildikdə həmin müəssisələr üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Müəssİsələrİn sİlİnmİş kredİtor borclarının uçotda əks etdİrİlməsİ

7.1. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində göstərilmiş müəssisələrin silinmiş kreditor borc məbləğləri mühasibat uçotu haqqında qüvvədə olan qanunvericiliyə uyğun müəssisənin ehtiyat kapitalının artırılmasında əks etdirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 23 dekabr 2003-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 719)
  2. 27 may 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 401)
  3. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
  4. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
  5. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
  6. 6 sentyabr 2016-cı il tarixli 1028 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1465)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 may 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 401) ilə 3-cü bənd əlavə edilmişdir, 3-cü və 4-cü bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilmişdir.

 

[2] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 4-cü bəndində və həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal  altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nın 2.2-ci, 3.2-ci, 4.2-ci və 5.1-ci bəndlərində ismin müxtəlif hallarında verilmiş “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 4-cü bəndində və həmin Fərmanla təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları"nın 2.2-ci, 3.2-ci, 4.2-ci və 5.1-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 dekabr 2003-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 719) ilə "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları"n 3.1-ci bəndində, 4.2-ci , 5.1-ci və 5.2-ci bəndlərinin birinci abzaslarında, 2.1.2-ci və 4.1.1-ci yarımbəndlərində "2000-ci il 1 oktyabr tarixinə" sözləri "2003-cü il 1 noyabr tarixinə" sözləri ilə əvəz edilmişdir.

 

23 dekabr 2003-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 719) ilə "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları"n 2.1-ci bəndində "çərçivəsində" sözündən sonra "özəlləşdirilmiş" sözü, 2.1.1-ci yarımbəndində "çərçivəsində" sözündən sonra "özəlləşdirilmiş müəssisələrə onların özəlləşdirilməsinin başa çatması tarixinə," sözləri, 2.2-ci bəndində "bu müəssisələrin" sözlərindən sonra "özəlləşdirilməsinin başa çatması və ya" sözləri, 3.1-ci bəndində, 4.2-ci və 5.1-ci bəndlərinin birinci abzaslarında, 4.1.1-ci yarımbəndində "2.1.1-ci bəndində göstərilmiş müəssisələrin" sözlərindən sonra "özəlləşdirilməsinin başa çatması və ya" sözləri əlavə edilmişdir.

 

27 may 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 401) ilə "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları"n 2.1-ci bənddə "uyğun olaraq" sözlərindən sonra "özəlləşdirilmiş," sözü; 2.1.1-ci bənddə "başa çatması tarixinə" sözlərindən sonra "(2003-cü il 1 noyabr tarixinədək)," sözləri 2.2-ci bənddə "2.1.1-ci bəndində göstərilmiş müəssisələrin siyahısını bu müəssisələrin özəlləşdirilməsinin başa çatması" sözlərindən sonra "(2003-cü il 1 noyabr tarixinədək)" sözləri, "2.1.2-ci bəndində göstərilən müəssisələrin siyahısının onların" sözlərindən sonra "özəlləşdirilməsi başa çatdıqdan (özəlləşdirilməsi başa çatması tarixləri qeyd edilməklə)," sözləri;   2.3-cü bənddə "su," sözündən sonra "kanalizasiya xidmətləri," sözü; 3.1-ci bəndində, 4.2-ci və 5.1-ci bəndlərin birinci abzaslarında, 4.1.1-ci yarımbənddə "2.1.1-ci bəndində göstərilmiş müəssisələrin özəlləşdirilməsinin başa çatması" sözlərindən sonra "(2003-cü il 1 noyabr tarixinədək)" sözləri, "2.1.2-ci bəndində göstərilmiş müəssisələrin" sözlərindən sonra "özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin" sözləri əlavə edilmişdir.

 

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə"Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları"nın 4.2-ci bəndinin ikinci abzasında, 4.3-cü bəndinin birinci abzasında və 4.5-ci bəndinin birinci və üçüncü abzaslarında ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[4] 27 may 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 401) ilə "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları"n 2.1.2-ci yarımbənddə "özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə" sözləri "özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrə, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrə" sözləri ilə əvəz edilmişdir.

 

[5] 6 sentyabr 2016-cı il tarixli 1028 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1465) ilə “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nın 2.2-ci bənddə “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fonduna, Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fonduna” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 6 sentyabr 2016-cı il tarixli 1028 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1465) ilə “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərdə “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 6 sentyabr 2016-cı il tarixli 1028 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1465) ilə “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nın 3.3-cü bənddə (hər iki halda) “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu, Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 dekabr 2003-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 719) ilə "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları"n 4.5-ci bəndinin birinci abzasında "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəliklərinin," sözləri "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəliklərinin (vergi öhdəliklərinin, dövlətə məxsus səhmlərə görə ödənilən dividendlərin)," sözləri ilə əvəz edilmişdir.

 

[9] 23 dekabr 2003-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 719) ilə "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları"na 4.5-ci bəndinə yeni redaksiyada ikinci abzas əlavə edilsin, ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status