AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.09.1998
QEYDİYYAT NÖMRƏSİ
199
ADI
Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1998, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 605)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.09.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

 “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 29 sentyabr 1998-ci il

№ 199

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 29 sentyabr tarixli 199 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi

QAYDALARI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmış və geoloji və geoekoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən geoloji ayırma Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə) tərəfindən verilir, geoloji və geoekoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə şamil edilir. [1]

1.3. Eyni geoloji ayırmanın sərhədləri daxilində yer təkinin geoloji cəhətdən öyrənilməsi üzrə bir tipli və yaxud müxtəlif məqsədli xüsusi razılıq və ya icazə əsasında işlər aparıla bilər. Bu halda, eyni geoloji ayırmanın sərhədləri daxilində fəaliyyət göstərən xüsusi razılıq sahiblərinin qarşılıqlı münasibətləri xüsusi razılıq verildikdə müəyyənləşdirilir. [2]

1.4. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik) geoloji ayırma verilən yer təki sahələrinin ölçülərini və sahələrin sayını müəyyənləşdirir. [3]

1.5. Əgər yerin təkinin geoloji cəhətdən öyrənilməsi prosesində aşkar edilmiş faydalı qazıntı yatağı verilmiş geoloji ayırmanın hüdudlarından kənara çıxarsa və həmin sahə üçün başqa şəxsə xüsusi razılıq və ya icazə verilməyibsə, xüsusi razılıq sahibinin ərizəsi əsasında geoloji ayırmanın sərhədləri yatağı tam əhatə etməklə artırıla bilər və bu barədə xüsusi razılıqda onu verən orqan tərəfindən müvafiq əlavə edilir. [4]

1.6. Xüsusi mühafizə edilən ərazilərdə yer təkinin geoloji cəhətdən öyrənilməsinə geoloji ayırma bu ərazilərin statusuna və müvafiq qanunvericiliyə uyğun olaraq verilir.

1.7. Yer təki istifadəçiləri onlara verilən geoloji ayırmanı daimi və yaxud da müvəqqəti istifadə üçün digər hüquqi və ya fiziki şəxsə verə bilməzlər.

2. Geolojİ ayırmanın verİlməsİ qaydası

2.1. Geoloji ayırma — yer təkinin geoloji cəhətdən öyrənilməsi məqsədi ilə verilən yer təki sahələrinin hüdudlarını müəyyənləşdirən sənəddir (geoloji ayırmanın nümunəsi əlavə olunur).

2.2. Geoloji ayırma almaq üçün hüquqi və ya fiziki şəxslər Agentliyə aşağıdakı sənədləri təqdim etməlidirlər: [5]

2.2.1. Geoloji ayırma almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

Hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

Fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxslərin təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

2.2.2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahəsində aparılacaq işlərin dövlət qeydiyyatına alınması üçün 3 qk nömrəli forma; [6]

2.2.3. Geoloji və geoekoloji öyrənilmə məqsədilə istifadə üçün ayrılacaq yer təki sahəsinin planı. Planda görüləcək işlərin təyinatı və miqyasından asılı olaraq meşə və kənd təsərrüfatı sahələrinin sərhədləri, yaşayış məntəqələri, bina və qurğular, eləcə də tələb olunan geoloji ayırmanın sərhədləri göstərilməlidir.

2.3. Geoloji ayırma almaq üçün təqdim olunan ərizə və sənədlər Agentlik tərəfindən qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 10 gün müddətində geoloji ayırma verilir. Geoloji ayırmanın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir. [7]

2.4. Geoloji ayırmanın verilməsindən aşağıdakı əsaslar olduqda imtina edilir:

Aparılacaq işlərin tam və yaxud qismən təkrarlanmasına yol verildikdə;

Təqdim olunan sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə.

2.5. Geoloji ayırmada aşağıdakılar göstərilir:

2.5.1. Hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı;

2.5.2. Geoloji ayırma tələb olunan ərazinin inzibati mövqeyi, adı, sahənin künc nöqtələrinin nömrələri və koordinatları, ölçüsü, razılaşdırılmış ərazidən çıxarılan sahələrin siyahısı və ölçüləri.

2.6. Geoloji ayırmanın müddəti yer təkinin geoloji cəhətdən öyrənilməsi üçün verilən xüsusi razılığın və ya icazənin müddəti ilə məhdudlaşır. [8]


 

Əlavə

 

DÖVLƏT MİNERAL XAMMAL EHTİYATLARINDAN İSTİFADƏ AGENTLİYİ [9]

GEOLOJİ AYIRMA

Verilir  ________________________________________________________________

(hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı)

 ______________________________________________________________________

(ərazinin inzibati mövqeyi)

Əlavə olunan topoqrafik planda künc nöqtələrinin koordinatları ilə işarələnmiş 

 ______________________________________________________________________

(sahənin künc nöqtələrinin nömrələri və koordinatları)

və  ___________________________________________________________________

(razılaşdırılmış ərazidən çıxarılan sahələrin siyahısı)

sahələr istisna olunmaqla, razılaşdırılmış ərazidə 

 ______________________________________________________________________

(ərazinin, sahənin adı)

yerin təkindən istifadə üçün.

Geoloji ayırma sahənin proyeksiyası yer səthinin planında _________ hektardır.

№ __________       “___” ___________ 199__ -ci il.

 

Dövlət Mineral Xammal Ehtiyatlarından

İstifadə Agentliyinin İdarə Heyətinin sədri [10]   __________________________

 

Bakı şəhəri

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
  2. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)
  3. 28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092)
  4. 13 sentyabr 2021-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 1.2-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

13 sentyabr 2021-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 1.2-ci bənddə “(bundan sonra – Agentlik)” sözləri “(qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları»nın 1.3 -cü bəndində «xüsusi razılıq» sözlərindən sonra «və ya icazə» sözləri əlavə edilmişdir.

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 1.4-cü bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 1.4-cü bəndində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə, “müəyyənləşdirə bilər” sözləri “müəyyənləşdirir” sözü ilə əvəz edilmişdir.

13 sentyabr 2021-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 1.4-cü bənddə “Agentlik” sözü “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları»nın 1.5-ci bəndində «xüsusi razılıq» sözlərindən sonra «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 2.2-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə” sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 2.2-ci, 2.3-cü bəndlərində ismin müvafiq hallarında “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 2.2.2-ci yarımbəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 2.3-cü bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[8] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları»nın 2.6-cı bəndində «xüsusi razılıq» sözlərindən sonra «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[9] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”na əlavənin adında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə Qərara Əlavə adında “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[10] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”na əlavədə "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə Qərara Əlavə mətndə “Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status