AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.02.2017
QEYDİYYAT NÖMRƏSİ
40
ADI
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-02-2017, Nəşr Nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 293)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201702080040
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.02.2017
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli 1 nömrəli qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 fevral 2017-ci il

     № 40

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü və 26.6-cı maddələrinə əsasən hazırlanmışdır və bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra - elmi təşkilat) magistraturalarına qəbul qaydalarını müəyyən edir.

1.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra - bakalavrlar) malikdirlər.

1.3. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

1.4. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.5. Magistraturalara qəbul “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

1.6. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

1.7. Müsabiqədə iştirak ödənişlidir.

 

2. Ərizələrin qəbul edilməsi

 

2.1. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər bakalavrlar aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər: [1]

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. ali təhsil haqqında sənədi və ona əlavəni;

2.1.3. xarici ölkələrdə ali təhsil almış şəxslərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədləri. [2]

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

 

3. Qəbul imtahanı

 

3.1. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. [3]

3.2. Qəbul imtahanında bakalavrların imtahan verəcəyi xarici dil aşağıdakı qaydalar nəzərə alınmaqla, bakalavr tərəfindən müəyyənləşdirilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir: [4]

3.2.1. tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər;

3.2.2. tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər;

3.2.3. tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər; [5]

3.2.4. filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər;

3.2.5. filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər;

3.2.6. regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

3.3. Bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. [6]

3.4. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. [7]

3.5. “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. [8]

3.6. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir.

3.7. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I dərəcə əlilliyi olan) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır. [9]

 

4. İxtisaslaşma seçimi

 

4.1. Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar. [10]

4.2. Bakalavr bitirdiyi ixtisasa müvafiq olan ixtisaslaşmalardan istəyinə uyğun olanlarını seçərək, onları istədiyi ardıcıllıqla elektron ixtisaslaşma seçimi ərizə formasına daxil edir və təsdiqləyir. [11]

4.3. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qəbul imtahanında ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır. [12]

4.4. Elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçməli və həmin təşkilatda müsahibədə iştirak etməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər. [13]

4.5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandan “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. [14]

4.6. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir. [15]

 

5. Müsabiqənin keçirilməsi

 

5.1. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. [16]

5.2. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı və dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.

5.3. İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: [17]

5.3.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

5.3.2. ixtisas üzrə biliyin qiymətləndirilməsi imtahanından toplanılan bal; [18]

5.3.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

5.3.4. xarici dil üzrə testdən toplanılan bal.

5.4. İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən bu Qaydaların 4.1-4.5-ci bəndlərinə uyğun olaraq ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

 

6. Yekun müddəalar

 

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

6.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

6.4. Bakalavrın aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək; [19]

6.4.4. imtahanın başlanması elan olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə) müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq; [20]

6.4.5. imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

6.4.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.8. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

6.5. Bakalavrın bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352)

2.       17 aprel 2018-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 818)

3.       7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)

4.       30 iyul 2019-cu il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1356)

5.       13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64)

6.       19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 2.1-ci bəndinin ikinci cümləsində “səhifəsində” sözü “saytında” sözü ilə əvəz edilmişdir.

 

[2] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 2.1.3-cü yarımbəndində “ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilmişdir.

 

[3] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.1. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir:

3.1.1. bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı;

3.1.2. ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.

 

[4] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.2-ci bəndində “Birinci mərhələdə” sözləri “Qəbul imtahanında” sözləri ilə əvəz edilmişdir.

 

[5] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.2.3-cü yarımbəndində “olunmaq” sözü “olmaq” sözü ilə əvəz edilmişdir.

 

[6] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.3-cü bəndində “namizədlər” sözü “bakalavrlar” sözü ilə əvəz edilmişdir.

 

13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.3-cü bəndi ləğv edilmişdir.

 

[7] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.4. Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bakalavrlar test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər.

 

[8] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.5-ci bəndinə “magistraturalarına” sözündən sonra “və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına” sözləri əlavə edilmişdir.

30 iyul 2019-cu il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1356) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.5-ci bəndinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının” sözləri əlavə edilmişdir.

 

13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.5-ci bəndində “imtahanının ikinci mərhələsi əvəzinə,” sözləri “imtahanını verdikdən sonra” sözləri ilə əvəz edilmişdir.

 

[9] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.7-ci bəndinin birinci cümləsində “sağlamlıq imkanları məhdud şəxslərin” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə, ikinci cümləsində “I qrup əlil” sözləri “I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

 

[10] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.1-ci bəndinin ikinci cümləsində “namizədlər” sözü “bakalavrlar” sözü ilə əvəz edilmişdir.

13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.1-ci bəndin birinci cümləsində “ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının” sözləri “qəbul və qabiliyyət imtahanlarının” sözləri ilə və ikinci cümləsində “bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da” sözləri “qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.2-ci bəndində “ixtisas” sözü “ixtisaslaşma” sözü ilə əvəz edilmişdir.

 

[12] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.3-cü bəndində “imtahanın birinci mərhələsində” sözləri “qəbul imtahanında” sözləri ilə əvəz edilmişdir.

 

[13] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.4-cü bəndi ləğv edilmişdir.

 

[14] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.5. Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

 

13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas magistraturasının ixtisaslaşmalarını Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandakı nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar, jurnalistika üzrə magistratura ixtisaslaşmalarını isə Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan, proqram seçimi zamanı jurnalistika üzrə proqramı seçən və ixtisas imtahanının nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar seçə bilərlər.

 

[15] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 4.6-cı bəndində “ixtisasların” sözü “ixtisaslaşmaların” sözü ilə, “namizəd” sözü “bakalavr” sözü ilə əvəz edilmişdir.

 

[16] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 5.1-ci bəndindən “iki mərhələdə keçirilən”, “ümumi” və “(balların cəmi)” sözləri çıxarılmışdır.

 

[17] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 5.3-cü və 5.4-cü bəndlərində “Ümumi” sözü “İmtahan” sözü ilə əvəz edilmişdir.

 

[18] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 5.3.2-ci yarımbəndi ləğv edilmişdir.

 

[19] 17 aprel 2018-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 818) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilmişdir.

 

[20] 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 6.4.4-cü yarımbəndindən “(birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə)” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status