AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
01.09.2016
QEYDİYYAT NÖMRƏSİ
13
ADI
“Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.09.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201609010013
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.09.2016
“Kotirovka sorǧusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

01.09.2016

Qeydiyyat nömrəsi

13

Adı

“Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.09.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201609010013

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.09.2016

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Satınalmalar üzrə dövlət Agentliyinin ləğv edilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli, 741 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikasının ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin 2003-cü il 25 iyun tarixli, 12 nömrəli əmri ilə təsdiq edilmiş (2003-cü il 4 iyul tarixli 2984 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış) “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Təlimatın 2.7-ci bəndinin üçüncü cümləsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.2. həmin Təlimata əlavə edilmiş “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması”nın “Qeyd” hissəsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 1 sentyabr tarixli iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat naziri                                                                                    Şahin Mustafayev

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status